Məhkəmə qərarları › İş №2(102)-2259/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2259/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2259/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (xx mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr; müqavilənin predmeti fərdi müəyyən əşya olduqda öhdəliklərin icrası; sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (xxx mübahisə predmeti barəsində müst əqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilə üzrə öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1809/2024 nömrəli, 2024-cü il 1 prel tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra – cavabdeh və ya MTK) ilə xxx (bundan sonra - üçüncü şəxs) arasında bağlanmış, tarixi “xx.xx.2019-cu il”, nömrəsi “53” qeyd edilmiş müqaviləyə əsasən, üçüncü şəxs ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzili 160.000 manata almışdır. Üçüncü şəxsə qeyd olu nan məbləğin tam ödənildiyi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı və kassa mədaxil orderi təqdim edilmişdir.

2. MTK ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış, tarixi “xx.xx.2019-cu il”, nömrəsi “20” qeyd edilmiş müqaviləyə əsasən, iddiaçı ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzili 187.500 manata almışdır. İddiaçıya qeyd olunan məbləğin tam ödənildiyi barədə tarixi göstərilməyən maliyyə arayışı verilmişdir. 3. xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən, MTK-nın adından X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlə ri etməyi Nümayəndə2 etibar etmişdir.

4. X6 və Nümayəndə2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində 17 noyabr 2023-cü il tarixdə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir, hazırda iş məhkəmənin icraatındadır, yekun məhkəmə aktı qəbul edilməmişdir. Həm iddiaçı, həm də üçüncü şəxsin oğlu xxxx sözügedən cinayət işi üzrə mübahisəli mənzilə münasibətdə zərərçəkmiş şəxs qismində tanınmışlar.

5. Həmin ittiham aktına görə “...Nümayəndə2.... mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin mənzili almaq üçün 2021-ci ilin iyul ayında Cavabdeh MTK-nın Cavabdeh Mənzil Tikinti Kooperat ivinin ünvan 3 ünvanında yerləşən satış ofisində özünə müraciət etmiş X1 mənzilin Əyyub Məmmədova məxsus olmasını gizlətməklə, eyni mənzili sonuncuya ümumi sahəsi 160 m2 olan 3 otaqlı mənzil kimi təqdim edərək xxxx ilə qeyd edilən mənzilin 160.000 (bir yüz altmış min) manat müqabilində satılmasını aldatmaqla razılaşdırıb, həmin niyyətlə xxxxdan mənzilin dəyəri olan 160.000 (bir yüz altmış min) manat məbləğində pul vəsaitini 2021-ci ili iyun ayının müvafiq günündə həmin ofisdə şəxsən alıb şəxsi ehtiyaclarına sərf edərək, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qeyd edilənlərə qanuni görüntü vermək məqsədilə qeyd edilən ofisdə 2021-ci ilin iyun ayında mənzil alqı-satqısına dair müqavilə və maliyyə arayışını kompyuterdə çap edərək həmin sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan, yəni guya binanın 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 160 m2 olan 3 otaqlı mənzilin 2021ci ilin iyul ayının müvafiq günündə xxxxun anası xxxxxna 160.000 manat müqabilində satılması, 160.000 manat məbləğində vəsaitin xxxx tərəfindən ödənilməsi və mənzilə görə MTK-ya borcun olmaması barədə məlumatları əlyazma üsulu ilə daxil etdikdən sonra, həmin sənədləri imzalayıb MTK-nın möhürü ilə möhürləməklə, saxta rəsmi sənədləri xxxxa təqdim edərək, sonuncuya məxsus 160.000 (bir yüz altmış min) manat məbləğində pul vəsaitini ələ keçirib, həmçinin 2022-ci ilin aprel-may aylarında həmin mənzilin ondan başqa şəxsə satılmasından ibarət qanunsuz əməlləri barədə məlumat almaqla pul vəsaitinin geri qaytarılması və ya başqa evlə təmin olunması ilə bağlı ona müraciət edən xxxxun gələcəkdə ilkin alıcı qismində evə sahib ola bilməsi üçün, özünün MTK sədri tərəfindən verilmiş etibarnamə əsasında yalnız 2019-cu ilin noyabr ayında səlahiyyətləndirilməsi səbəbindən dələduzluq cinayətlərindən xəbərsiz Cavabdeh MTK-nın direktoru X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, qeyd edilən ofisdə 2022-ci ilin aprel-may aylarında mənzil alqı-satqısına dair müqavilə və maliyyə arayışını kompyuterdə çap edərək, həmin sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan, yəni guya binanın 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 160 m2 olan 3 otaqlı mənzilin xxxxxna qəsdən köhnə, yəni 11 may 2019-cu il tarixdə 160.000 manat müqabilində satılması, qeyd edilən mənzilə görə cəmi 160.000 manatın xxxx tərəfindən ödənilməsi ilə həmin mənzil ə görə MTK-ya borcun olmaması barədə məlumatları əlyazma üsulu ilə daxil etdikdən, habelə həmin sənədlərin Talış Məhəmmədov tərəfindən imzalanmasından sonra Cavabdeh MTK-nın möhürü ilə möhürləyib saxta sənədləri xxxxa təqdim edərək, Talış Məhəmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə mənzilin qanuni əsaslarla satıldığı X3 həmin mənzili satın almış İddiaçı qeyd olunan mənzilə faktiki sahib olmaq hüququndan məhrum edərək... vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ümumilikdə qeyd edilən qaydada vəzifəli şəxs qismində şəxsən, eləcə də X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində mənzil alqı-satıqısına dair müqavilələrə, maliyyə arayışları və kassa mədaxil orderi qəbzlərinə bilə-bilə yalan məlumatları vahid tamah niyy ətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin (bundan sonra – mübahisəli mənzil) ona təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili 20 iyun 2019-cu il tarixdə 20 saylı müqavilə əsasında dəyərini tam ödəməklə almışdır. Mənzilə görə tərəfindən cavabdehə hər kvadrat metr üçün 1250 manat olmaqla, cəmi 150 kvadrat metr sahə üçün 187.500 manat pul ödənilmişdir. Bir müddət əvvəl cavabdehdən mənzil alan şəxslər arasında narazılıqların olduğu, eyni mənzillərin bir neçə nəfərə satıldığı halları baş verməyə başlamış, onun da aldığı mənzilin qapısının dəyişdirildiyini görmüşdür. Cavabdehə müraciət etdikdə, maliyyə problemləri olduğunu, bütün problemləri tezliklə həll ediləcəklərini bildirmişlər. Lakin cavabdeh bu günə kimi verdiyi sözü və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.

8. Üçüncü şəxs işə baxılarkən öz ərizəsi ilə işdə iştirak etməyə cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı təmsil etdiyi şəxsə mə xsus olan mənzili mübahisələndirir. İddiaçının iddia etdiyi mənzilə üçüncü şəxsin xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləsi, maliyyə arayışı, kassa mədaxil orderinin qəbzi və MTK üzvlərinin ümumi iclasının 53 saylı protokolundan çıxarışı vardır. Sonuncu, mübahisəli mənzili dəyərini tam şəkildə ödəməklə almış, mənzildə ilkin təmir işləri apararaq mənzilə dəmir-seyf giriş qapısı qoymuşdur. İddiaçının müqaviləsi xx.xx.2019-cu il tarixdə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış, bu müqaviləni bağlayan Nofəl adında şəxsin MTK-nın adından, MTK-nın sədri Talış Məmmədovun adından hər hansı bir müqavilə bağlamaq hüququ olmamış, ona belə bir hüquq yalnız Bakı Şəhəri 53 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir. İddiaçının məhkəməyə təqd im etdiyi 20 nömrəli müqavilədə isə müqavilənin tarixi xx.xx.2019-cu ildir. Göründüyü kimi, hal-hazırda məhkəməyə şahid qismində gətirilməsi istənilən şəxs dələduzluq əməli ilə bağlı təqsirləndirilir və onun heç bir səlahiyyəti olmadan fiziki şəxs qismində başqasının adından belə bir müqavilə bağladığı iddia edilirsə, şəxsən özü iddiaçının qarşısında məsuliyyət daşıyır, ona görə də cavabdeh şəxs kimi onun özü iddiaçının qarşısında cavab verməlidir. Bundan başqa, mənzilin nömrəsi göstərilməmiş, ilk səhifəsinə imza edilməmiş, qeydiyyatdan keçməmiş, faktiki 3 otaq olduğu halda 4 otaq kimi qeyd edilmiş, iddiaçı kassa mədaxil orderinin qəbzi olmayan ödənişə istinad etməklə mötəbər olmayan sübutlara əsaslanır. Həmçinin, Nümayəndə2 barəsində davam edən cinayət işi üzrə üçüncü şəxs deyil, iddiaç ı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu bir daha onu göstərir ki, üçüncü şəxs ilə bağlanmış müqavilə üzrə sonuncuya satılmış mənzil mübahisələndirilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsndə Nümayəndə2 iddia tələbini qismən qəbul edərək, belə mənzillərin satılması ilə bağlı çoxsaylı halların olduğunu, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, onun müqavilə imzalamaq səlahiyyəti olmuşdur, belə ki, MTK-nın sədri tərəfindən onun adına etibarnamə verilmişdir. Bundan başqa, blokdan girəndə sol tərəfdə yerləşən mənzillərin sahəsi daha böyük olur, yəni 160 kv.metr, sağda yerləşən isə 150 kv.metr təşkil ed ir. Üç otaqlı mənzillər yalnız dəhlizin lap başında yerləşənlərdir.

10. Birinci instansiya məhkəməsinin ünvan 4 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin özgəninkiləşdirilməsi və mənzildə təmir işlərinin qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbiri üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurları və tələbkarın nümayəndəsi C.Süleymanlının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə baxış keçirilmiş, özünü komendant kimi təqdim edən R.Hacıye v tərəfindən qapının açılması təmin olunmuş, mənzildə giriş qapısının quraşdırıldığı və mənzilin təmirsiz olduğu müəyyən edilmiş, icra sənədi üzrə mənzildə təmir işlərinin qadağan edilməsi R.Hacıyevə elan olunmuşdur.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi (bundan sonra – birinci instansiya məhkəməsi) tərəfindən mübahisəli mənzilə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin mənzilin girişində dəmir qapı qoyulub. Mənzil dəhlizin lap başında yerləşir. Özünü üçüncü şəxsin oğlu kimi təqdim edən şəxs qapının açarlarını unutduğundan, həmin qapını dəmir vasitəsilə açdıqdan sonra içəri daxil olmaq mümkün olmuşdur. Mənzilə daxil olduqdan sonra müəyyən olunmuşdur ki, mənzilin içərisində kərpicdən arakəsmə divarlar hörülmüşdür və mənzil təmirsizdir. Həmin mənzildə ümumilikdə 4 pəncərə vardır, arakəsmələrdən görünür ki, mənzil 3 otaqlıdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 qeyd etmişdir ki, mənzildə aparılan kiçik təmir işləri onun təmsil etdiyi şəxsə aiddir. Mənzilə dəmir qapı da onun tərəfindən qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsinin 2(005)-136/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə təcrübəsində analoji mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiy yət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzilə tələb hüququ aradan qalxmış olur. Mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxs ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmişdir. Üçüncü şəxs tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Bu hal yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı üçüncü şəxsin mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.

14. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia Mülki Məcəllənin 452-ci maddəsinə uyğun həll edilməli, iddia təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni, həmçinin Mülki Məcəllənin 404, 452-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə ye ni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən mübahisəli mənzilin açarları icra məmuruna komendant tərəfindən təqdim edilmişdir. Aktın tərtib edildiyi zaman mübahisəli mənzilin sahibi həqiqətən də üçüncü şəxs idisə və mənzilin giriş qapısı üçüncü şəxs tərəfindən qoyulmuşdursa, açarların komendantda olması sual doğurur. Əgər üçüncü şəxs açarı özünün komendanta təqdim etməsini bildirsə idi, onda akt tərtib edilərkən komendant niyə icra məmuruna mənzilin iddiaçıya yox, üçüncü şəxsə məxsus olduğunu bildirməmiş və açarın məhz üçüncü şəxs tərəfindən ona saxlanca verilməsini qeyd etməmişdir. Görünən odur ki, həmin vaxt komendant ümumiyyətlə üçüncü şəxsi tanımamış və mənzili n giriş qapısının açarlarını ona üçüncü şəxs və ya onun yaxını təqdim etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da üçüncü şəxs mübahisəli mənzilin giriş qapısının açarlarını guya unutduğu üçün təqdim edə bilməmişdir. Bu isə əsaslı şübhə yaradır ki, ümumən həmin açarlar onda yoxdur. Məhkəmə iclasları zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən və üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ona göndərilmiş müqavilənin şəklindən görünür ki, ilkin olaraq üçüncü şəxs tərəfindən ona göndərilmiş müqavilənin tarix hissəsində düzəliş olmuşdur. Belə ki, müqavilənin ilində qələm ilə düzəliş edilmiş və 2019 yazılmışdır. Bununla bağlı üçüncü şəxsə irad bildirildikdən sonra o, məhkəməyə artıq digər müqaviləni təqdim etmişdir. Lakin ikinci m üqaviləni ilk müqaviləyə tam identik formada hazırlaya bilməmişlər. Belə ki, üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş müqavilədə ALİCİ kimi “xxxxa Afiyət Əhməd q” yazılmış, lakin onlar tərəfindən məhkəməyə təqdim edilmiş digər müqavilədə isə ALİCİ kimi “xxxxx” qeyd edilmişdir. Bu isə mübahisəli mənzilə dair üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin etibarsızlığına əsaslı şübhələr yaradır. Həmçinin, MTK-nın sahibi Nümayəndə2 də iştirakı ilə aparılmış videogörüntülərdən görünür ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş müqavilənin tarix hissəsində düzəlişlər edilmişdir və müqavilənin arxa hissəsində “95000-50000=45000 xx.xx.2021” qeydi vardır, yəni mənzilin dəyəri həmin tarixdə ödənilmişdir. Məhkəmənin istinad etdiyi maddəyə görə əmlak üçüncü şəxsə t əhvil verilmədiyi halda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. İş materiallarından görünür ki, əmlak heç kəsə təhvil verilməmişdir. Belə ki, mənzilin giriş qapısının açarı binanın komendantında olmuşdur. Üçüncü şəxsdə açar olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş videoçəkilişdən və sənədlərdən görünür ki, cavabdeh MTK-nın faktiki sahibi olan Nümayəndə2 mənzilin ilkin alıcısının iddiaçının olmasını təkzib etmir, hətta üçüncü şəxsin əlində olan müqavilədəki düzəlişlərə dair iradları da qəbul edir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, mübahisəli mənzili iddiaçı 2020-ci ilin fevral – mart ayında X3 almış, sonunc u isə mənzili xx.xx.2019-cu il tarixdə MTK-dan almışdır. Onunla müqavilə bağlanarkən X5 ilə müqavilə ləğv olunmuş və onunla eyni tarixli yeni müqavilə bağlanmışdır. Həmin vaxt binanın aşağı mərtəbələrinin tikintisi aparılırdı.

19. Məhkəmə tərkibi tərəfindən iddiaçının nümayəndəsi və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmişdir. Mənzilin açarları üçüncü şəxsin oğlu tərəfindən təqdim edilmişdir. Mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörülmüşdür. İddiaçı tərəf həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3520/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi və mənzildən istifadəyə maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi qət olunmuşdur.

21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh eyni mənzilə dair həm iddiaçı, həm də üçüncü şəxslə müqavilə bağlamışdır. Mülki Məcəllənin 178.8-ci maddəsinin mənasına görə, hər iki müqavilə podrat müqaviləsi hesab olunur, yəni satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş iddiaçının təqdim etdiyi Nümayəndə2 iddiaçının özünə və kürəkəninə verdiyi açıqlamalardan, habelə üçüncü şəxsə aid müqavilənin ilkin variantından müəyyən olunur ki, mübahisəli mənzilə dair üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə bağlanmışdır. Nümayəndə2 açıq şəkildə bildirir ki, üçüncü şəxsin müqaviləsinin tarixi 11 may 2021-ci ildir. Müqavilənin nömrəsinin də “53” olması da onu göstərir ki, iddiaçı ilə 20 iyun 2019-cu il tarixdə bağlanmış müqavilənin nömrəsi “20” olduğu halda, ondan daha əvvəl bağlanmış müqavilənin nömrəsi daha aşağı sıra nömrəsi ilə ifadə olunmalı idi.

22. Üçüncü şəxs tərəfindən Whatsapp tət biqi vasitəsi ilə iddiaçı tərəfə göndərilmiş müqavilədə ALİCİ kimi “xxxxa Afiyət Əhməd q” yazıldığı halda, sonradan məhkəməyə təqdim edilmiş digər müqavilədə ALİCİ kimi “xxxxx” qeyd edilmişdir. Həmçinin, üçüncü şəxsə aid müqavilələrin sonunda tərəflərin “rekvizitləri” hissəsində göstərilən məlumatlar da fərqlidir. Eləcə də əvvəl təqdim olunmuş müqavilənin arxa hissəsində “9500050000=45000 xx.xx.2021” qeydi vardır.

23. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Nümayəndə2 birinci instansiya məhkəməsində qeyd olunan səsin və görüntünün ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə, aşkar şəkildə müəyyən olunur ki, üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə, yəni iddiaçının müqaviləsindən təxminən 2 il sonra bağlanmışdır. Yəni, mübahisəli mənzili iddiaçı daha əvvəl əldə etmişdir.

24. Birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 452-ci maddəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin normanın birinci dispozisiya şərtinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Buradan belə aydın olur ki, mübahisəli mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi icra edilmədikdə iddiaçı həmin əmlakın MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. İkinci şərt ondan ibarətdir ki, bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Buradan da belə aydın olur ki, əgər əmlak artı q mülkiyyət hüququ ilə üçüncü şəxsə verilibsə, kreditorun (iddiaçının) bu hüququ aradan qalxmış olur. Yəni, belə vəziyyətdə kreditor artıq həmin əmlakı tələb edə bilməz. Nəhayət, üçüncü şərtə görə, əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Buradan isə belə aydın olur ki, əmlak hələ üçüncü şəxsə verilməyibsə, onda öhdəlik daha əvvəl müqavilə bağlamış şəxsin xeyrinə icra olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir, belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxslə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsi nə verilmiş, onun tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Halbuki apellyasiya baxışında mübahisəli mənzilə dair podrat (alqı-satqı) müqaviləsinin daha əvvəl iddiaçı ilə bağlandığı müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir.

25. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi müəyyən olunmur. Belə ki, təkcə giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsi bu nəticəyə gəlmək üçün kifayət etmir. Müəyyən edilmişdir ki, binanın tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Digər sakinlər kimi üçüncü şəxsin də qeyd olunan işləri görməkdə məqsədi mülkiyyətçi hüquqlarını həyata keçirmək yox, mübahisəli mənzili mümkün iddialardan yayındırmaq məq sədini güdür. Binada heç kəs yaşamır və buna şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz. Belə olan vəziyyətdə mübahisənin həlli Mülki Məcəllənin 452-ci maddəsinin üçüncü dispozisiya şərti daxilində həll olunmalıdır, yəni öhdəlik iddiaçının xeyrinə daha əvvəl əmələ gəldiyinə görə, üstünlük də ona verilməlidir.

26. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 442, 448.1, 452.1, 452.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsində birinci icraat:

27. Üçüncü şəxs xxxxx kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikas ı Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4303/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov –məruzəçi, Z.B.Babayev, Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri ondan ibarət olmuşdur ki, iş üzrə iddiaçı birinci instansiya məhkəməsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələb etdiyi mənzili dəyərini ödəməklə almışdır. İddiaçı istinad etdiyi müqavilənin surətini məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya baxışında iddiaçının nümayəndəsi mübahisəli mənzili 2020-ci ilin fevralmart ayın da X3 aldığını, sonuncunun isə mənzili xx.xx.2019-cu ildə MTK-dan aldığını bildirmiş, X5 ilə bağlanmış müqavilənin birinci səhifəsinin kserosurətini məhkəməyə təqdim etmişdir.

30. MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı səbəbdən bu hala yalnız apellyasiya baxışı zamanı istinad etdiyini, həmin halı və ona dair sübutu hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim etmədiyini aydınlaşdırmamış və qəbul etdiyi qətnamədə bu məsələ ilə bağlı mövqeyini əsaslandırmamış dır.

32. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin müqaviləsinin daha sonra bağlandığı barədə mövqeyini iddiaçının qohumunun MTK-nın sədri ilə danışıqlarının səs yazısı və həmin şəxsin telefonuna göndərilmiş müqavilənin şəkli ilə əsaslandırmışdır.

33. Məhkəmə həmin məlumatları mötəbər sübut kimi qiymətləndirərkən nəzərə almamışdır ki, Nümayəndə2 birinci instansiyası məhkəməsinin iclasında MTK-nın nümayəndəsi qismində iştirak etmiş və izahatında binada mənzillərin satılması ilə bağlı çoxsaylı halların olduğunu, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirmişdir.

34. Bununla bağlı qeyd olunmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən i şdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

35. Hazırkı işin halları baxımından mübahisənin yaranmasına səbəb olmuş, barəsində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmiş MTK rəhbərinin məhkəmədən kənar qaydada iddiaçının qohumuna bildirdiyi məlumatın (izahatın) mötəbər sübut kimi qəbul olunması və həmin sübut əsasında işin halının müəyyən olunması MPMin 106.1-ci maddəsinin tələblərinin pozulmasını əks etdirir.

36. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini nəzərə almadan, iddiaçını qohumunun telefonuna Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş müqavilə şəklini mötəbər yazılı sübut kimi qəbul etmiş və h əmin sübut əsasında üçüncü şəxslə MTK arasında bağlanmış müqavilənin tarixinin təhrif olunduğu barədə qənaətə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsini mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi kimi qiymətləndirməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “binanın tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Binada heç kəs yaşamır və buna şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz”. Buna baxmayaraq məhkəmə özünün gəldiyi qənaətə zidd olaraq, mənzilin mövcud vəziyyətdə iddiaçıya təhvil verilməsi və mən zildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə iddianı təmin etmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi MTK ilə üçüncü şəxs arasında müqavilənin ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzilə, iddiaçı ilə isə eyni mərtəbədə ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə dair bağlandığını, yerində müayinə zamanı mübahisə predmeti olan mənzilin 3 otaqlı olduğunu müəyyən etsə də, qəbul etdiyi qətnamədə qeyd olunan ziddiyyətli hallara aydınlıq gətirməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

39. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izah at vermiş və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, üçüncü şəxs isə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi mənzilin ümumiyyətlə 3-cü şəxsə aidiyyəti yoxdur. Hazırki mübahisə iddiaçı və cavabdeh arasındadır. 3-cü şəxsin hazırki mübahisə üzrə heç bir öhdəliyi yoxdur. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1809/2024 nömrəli iş üzrə 2024cü il 1 aprel tarixli qərarı ilə (hakimlər E.C.Kazımov-sədrlik edən və məruzəçi, N.Ş.Cəfərov, İ.S.Şirinov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddİanın faktiki əsas ı (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

42. Kollegiya qeyd etmişdir ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbini xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1- ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi kimi qeyd etməsi iddianın yalnız MTK-nın iddiaçı qarşısında olduğunu əsas götürüb təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərir (MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Bu mənada işin mübahisəsiz halıdır ki, iddiaçının və üçüncü şəxsin MTK ilə bağladıqları müqavilələrdə mənzillərin rekvizitləri, o cümlədən ölçüsü və otaqların sayı fərqli olsa da onlar eyni mənzilə iddia edirlər. Yəni, iddiaçının və üçüncü şəxsin iddia etdiyi və əldə etməyə çalışdığı mənzil eyni olduğuna görə iddianın əsaslılığı üzrə hüquqi dəyərləndirmə də bu aspektdən aparılmalıdır. Buna baxmayaraq, hazırki iddianın təmin edilib-edilməməsindən asılı olaraq MTK-nın iddiaçı yaxud üçüncü şəxs qarşısında yaranmış öhd əliyi qalacaqdır.

43. İddiaçı birinci instansiya məhkəməsində MTK ilə arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 20 saylı müqaviləyə əsasən ünvan 6 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbə ümumi sahəsi 150 kv.m olan 4 otaqdan ibarət mənzilin ona təhvil verilməsini tələb edib və istinad etdiyi müqavilənin surətini məhkəməyə təqdim etmişdir. Ancaq apellyasiya baxışında iddiaçının nümayəndəsi mübahisəli mənzili 2020-ci ilin fevral-mart ayında X3 alındığını, sonuncunun isə mənzili xx.xx.2019-cu ildə MTK-dan aldığını bildirmiş, X5 ilə bağlanmış müqavilənin birinci səhifəsinin kserosurətini məhkəməyə təqdim etmişdir. İddiaçı hansı səbəbdən bu hala yalnız apellyasiya baxışı zamanı istinad etdiyini, həmin halı və ona dair sübutu hansı səbəbdən birinci insta nsiya məhkəməsinə təqdim etmədiyini ciddi arqumentlərlə məhkəmə tərkibinin diqqətinə çatdıra bilmədi.

44. Göründüyü kimi, hazırki halda əgər iddiaçı mübahisəli mənzilin ona məxsus olduğunu iddia edirsə, bu hal ilk növbədə tərəflər arasındakı mülki münasibətlərin yaranma əsası olan müqavilə ilə təsdiq edilə bilər. Ona görə də iddiaçı tələbini əsaslandırmaq üçün həmin müqavilənin əslini məhkəməyə təqdim etməli idi.

45. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi və onun sahibliyində olması mötəbər sübutlarla təsdiq edilmir. Əksinə, bundan əvvəl apellyasiya baxışı zamanı işə baxan məhkəmə tərkibi tərəfindən iddiaçının nümayəndəsi və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin açarları üçüncü şəxsin oğlu tərəfin dən təqdim edilmiş, mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörüldüyü, iddiaçı tərəfin həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etmişdir (bax Ali Məhkəmənin 2(102)- 4303/2023 saylı, 04 dekabr 2023cü il tarixli qərarı, paraqraf 16). Hazırki apellyasiya baxışı zamanı da iddiaçı tərəf mənzilin 3-cü sahibliyində və istifadəsində olmasını inkar etmədi. Deməli, üçüncü şəxsin mübahisəli mənzilə giriş qapısı qoyması və arakəsmə divarlar hörməsi həmin mənzilin ona təhvil verildiyini təsdiq edir. Bu cür vəziyyətdə iddiaçının Mülki Məcəllənin 452-ci maddəsinin tələblərini özünə uyğun şəkildə təfsir etməsi, əlbətdə ki, iddiasının əsaslı olması demək deyildir. Çünki, mübahisəli mənzillə bağlı müqavilənin ilkin olaraq üçüncü şəxslə bağlanması, yəni MTK-nın öhdəliyinin ilkin ola raq onun qarşısında yaranması, hətta öhdəlik ilkin olaraq üçüncü şəxsin qarşısında yaranmasa da faktiki olaraq mübahisəli mənzilin onun sahibliyində və istifadəsində olması mübahisə doğurmur.

46. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, MTK ilə üçüncü şəxs arasında müqavilənin ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzilə, iddiaçı ilə isə eyni mərtəbədə ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə dair bağlandığı işin mübahisəsiz halıdır. Həm birinci, həm bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yerində müayinə zamanı mübahisə predmeti olan mənzilin 3 otaqlı olduğu müəyyən edilmişdir. Bu faktı iddiaçı tərəf də təkzib etmir. Demək bu h al da işin mübahisəsiz halına çevrilib. Deməli, yalnız bu fakt kifayət edir ki, iddiaçının məhz mübahisə predmeti olan mənzilə dair iddiası əsaslı və keçərli olmasın. Çünki iddiaçı MTK ilə 4 otaqlı mənzilə dair müqavilə bağlamış və sonuncunun ona 4 otaqlı mənzili təhvil vermək öhdəliyi yaranmışdır. Ancaq iddiaçı MTKnın üçüncü şəxslə bağladığı müqavilədə nəzərdə tutulan 3 otaqlı mənzilə iddia edir ki, bu da iddianın mübahisə predmeti olan mənzillə bağlı əsasının olmadığına dəlalət edir. Ona görə də qeyd olunan faktın özü iddiaçının mübahisə predmeti olan mənzilə dair iddianın təmin edilməməsi üçün müstəqil əsas sayılırdı. Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir.

48. Kassasiya şikayətinin dəlillərinə görə, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılma ərəfəsində MTK-nın faktiki rəhbəri Nümayəndə2 və MTK-nın direktoru Məhəmmədov Talış barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Onlara qarşı olan ittihamlardan biri də mübahisə predmeti olan mənzilə dair üçüncü şəxsin adına saxta müqavilə və maliyyə arayışının verilməsi ittihamıdır. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir.

49. Bundan əlavə həmin ittiham aktında qeyd edilir ki, xxxx xx.xx.2023-ci il tarixli ərizə ilə istintaq orqanına müraciət edərək bildirmişdir ki, 11 may 2019-cu il tarixli müqavilə əsasında MTK tərəfindən ünvan 7 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən 160 kv metr sahəsi olan mənzil onun adına rəsmiləşdirilsə də, həmin mənzilin müqavilə dəyəri olan 160.000 (bir yüz altmış min) manat məbləğində pul vəsaiti oğlu X4 məxsus olmaqla sonuncu tərəfindən MTK-ya ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq X2 xxxxun 11 may 2019-cu il tarixli müqavilə əsasında onun adına rəsmiləşdirilmiş mənzil üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir.

50. Buradan görünür ki, ümumilikdə mübahisə predmeti olan mənzilə dair pul MTKnın faktiki rəhbəri olan Nümayəndə2 reallıqda xxxx tərəfindən ödənildiyindən, müqavilə yalnız formal olaraq xxxxnın adına rəsmiləşdirilmiş, hətta cinayət işində də zərərçəkmiş şəxs qismində xxxx tanınmışdır. Belə olan halda, bu mülki işdə xxxxnın üçüncü şəxs kimi iştirak etməyə subyektiv hüququ olmayıb, belə ki, m übahisə predmeti üzrə qəbul ediləcək hər hansı bir qərar onun hüquqi maraqlarına toxuna bilməz və toxunmayacaq. Həmçinin ittiham aktına əsasən xxxxun ifadələrinə zidd olaraq onunla Nümayəndə2 və Talış Məhəmmədovla arasında 2019-cu il tarixdə hər hansı bir telefon danışığın olmaması Nümayəndə2lə aralarında ilk telefon danışığın 2021-ci ilin aprel ayından başlanması müəyyən edilmişdir. Bu hal cinayət işi materialları ilə sübuta yetirilir.

51. Yuxarıda qeyd edilənlərdən görünür ki, xxxxilə Cavabdeh MTK arasında bağlanmış müqavilə etibarsızdır.

52. Bundan əlavə fərz edilsə ki, həqiqətən də müqavilədə olan imza xxxxya aiddir, belə olan təqdirdə həmin müqavilə MM-nin tələblərinin pozulması ilə bağlanmışdır. Belə ki, müqavilə xxxxun xeyrinə və onun alıcı kimi ödədiyi vəsait hesabına bağlanıbsa, A fiyyət xxxxanın belə müqavilə bağlamağa etibarnaməsi olmayıb (iş materiallarında yoxdur). Etibarnaməsi olsa idi belə, yenə müqavilə MM-nin tələblərinin pozulması ilə bağlanıb, belə ki, Afiyyət xxxxa təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

53. Burada MM-nin təsdiqetmə (sonradan bəyənilmə) normaları datətbiq edilə bilməz, belə ki, təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd üçüncü şəxslərin mənafelərini pozmasın. Burada isə İddiaçı mənafeləri pozulur. Həmçinin iş materiallarına əlavə edilmiş yerli baxış (müayinə) protokollarından görünür ki, əmlak üçüncü şəxsə təhvil verilməmişdir. Belə ki, yerli baxışlarda mənzilin açarları daima binanın komendantında olmuşdur. Komendant isə binanın sahibinin xxxx olduğunu qeyd etməmişdir. Halbuki üçüncü şəxsin n ümayəndəsi sonradan qeyd etdi ki, guya açarları komendanta onlar vermişdir. Bu ona dəlalət edir ki, mənzilə qapı qoyulduqdan sonra üçüncü şəxs mənzilə sahiblik etməyibdir. Buradan isə görünür ki, üstünlük öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, o kreditorundur.

54. Apellyasiya instansiyası məhkəməsinin müqavilənin əslinin təqdim edilməməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə kassator göstərmişdir ki, öncəki apellyasiya baxışında (hakim Vahid Sadıqov) elektron kabinet vasitəsilə təqdim edilən ərizəyə və hazırkı apellyasiya baxışında (hakim Elşən Kazımov) elektron kabinetə yüklənən ittiham aktına və digər sübutlara, həmçinin verilən izahatlara nəzər yetirilsəydi onların necə ciddi arqumentlərlə bu halı aydınlaşdırmaları görülərdi (iclasların audioi və video yazılarda ö z bunlar təsdiqini tapır).

55. Təqdim edilmiş ittiham aktından, digər sübutlardan və izahatlardan görünür ki, Nümayəndə2 mübahisələndirilən mənzil üzrə yeni müqaviləni İddiaçı təqdim etməmişdən əvvəl Məmmədov Əyyubun adına olan müqaviləni alaraq məhv edib. Bunlar cinayət işi materiallarında öz təsdiqini tapıb. Müqavilənin şəkli yalnız Əyyub Məmmədovun telefonunda qalıb o da həmin şəkli istintaq orqanına təqdim edib. Bu deyilənlər ciddi arqumentdir. Məhv edilmiş müqavilənin əslini məhkəməyə verə bilməzdilər. Yalnız istintaqda olan və onlara təqdim edilməyən müqavilənin tam olaraq şəklini vermələri mümkün deyil.

56. Bundan əlavə mübahisələndirilən qətnamədə qeyd edilir ki, guya “Həm birinci, həm bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yerində müayinə zamanı müb ahisə predmeti olan mənzilin 3 otaqlı olduğu müəyyən edilmişdir. Bu faktı iddiaçı tərəf də təkzib etmir.” İş materiallarına və iclaslarına audio-video yazılarına diqqət yetirilsə müəyyən etmək olar ki, həm apellyasiya şikayətlərində, həm də izahatlarda qeyd etmişlər ki, yerli baxış zamanı mübahisələndirilən mənzilin açarı üçüncü şəxsdə olmayıb, mənzil onun istifadəsində olmayıb və ola bilməzdi, qapını komendant açıb və ümumiyyətlə komendant mənzilin xxxxya məxsus olduğunu deməyib. Bu halı təkzib etmişlər. Nə vəkil kimi o, nə də iddiaçının özü mənzilin üçüncü şəxsin istifadəsində olmasını etiraf etməmişlər.

57. Həmçinin məhkəmə mübahisələndirilən mənzilə dair xxxxnın adına verilən müqavilə və maliyyə arayışının saxtalaşdırılması ilə bağlı məhkəmədə cinayət işinin olmasına baxmayaraq iş üzrə icraatın dayandırılmasına dair vəsatəti təmin etməmişdir. Hətta, Ali Məhkəmənin göstərişi üzrə iddiaçının və üçüncü şəxsin mübahisələndirdiyi mənzilin eyni olub olmamasını müəyyən etmək üçün yerli baxışın keçirilməsinə dair verdikləri vəsatət üzrə məhkəmə ümumiyyətlə münasibət bildirməmişdir. Yəni saxtalığına əsaslı şübhələr olan sənədlərə (bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayətişi var) istinad edərək qətnamənin qəbul edilməsi, əgər gələcəkdə həmin sənədlərin saxtalığı öz təsdiqini taparsa və təqsirləndirilən şəxslər məhkum olunarlarsa, bu bir düzgün olmayan presedent (təcrübə) yaradacaq. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə:

59. Maddə 178.8. Tikintisi başa çatm ayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıc ının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

60. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

61. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

62. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edil mədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

63. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.

69. Maddə 263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikd ə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır.

70. Maddə 263.3. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.

71. Maddə 263.4. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər.

72. Maddə 263.5. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.

73. Maddə 263.5-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrd ə elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlə dən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. İddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

81. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli mənzil MTK tərəfindən müxtəlif vaxtlarda həm iddiaçıya, həm də üçüncü şəxsə satılmışdır. Hər iki alıcı tə rəfindən öhdəlik icra edilmiş, mənzilin dəyəri tam ödənilmişdir. Hazırda iddiaçı MTK-ya qarşı iddia qaldıraraq müqavilə üzrə öhdəliyinin icrasını, mənzilin ona təhvil verilməsi və mənzildən istifadəyə maneələrin qadağan edilməsini xahiş etmişdir. Paralel olaraq MTK-nın vəzifəli şəxsləri X6 və Nümayəndə2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi açılmış, istintaq zamanı həm iddiaçı, həm də üçüncü şəxsin oğlu xxxx mübahisəli mənzillə bağlı epizod üzrə zərər çəkmiş şəxs qismində tanınmışlar. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

82. İşin mübahisəli hallarını mənzilin iddiaçıya, yoxsa üçüncü şəxsə daha əvvəl satılması və mənzilin üçüncü şəxsin sahiblik və istifadəsinə verilib-verilməməsi təşkil edir.

83. Fə rdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələrini özündə əks etdirən MM-in 452-ci maddəsində 3 dispozisiya şərti nəzərdə tutulmuşdur: kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər (birinci dispozisiya şərti); bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır (ikinci dispozisiya şərti); əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (üçüncü dispozisiya şərti). Göründüyü kimi ikinci dispozisiya şərti dominant xarakter daşıdığından əmlakın bir neçə şəxsə satılması halında onun mövcudluğu digər şərtləri aradan qaldırır. Əmla k bir neçə şəxsə satılarsa və ikinci dispozisiya şərti mövcud olmazsa, bu halda üçüncü dispozisiya şərti tətbiq edilir, yəni, tarix ardıcıllığı ilə ilkin müqavilə bağlayan şəxs, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürən şəxs üstün hesab edilir. (§ 62)

84. Məhkəmələr hazırkı mübahisədə ikinci dispozisiya şərtini tətbiq edərək hesab etmişlər ki, üçüncü şəxsin mübahisəli mənzilə giriş qapısı qoyması və arakəsmə divarları hörməsi həmin mənzilin ona təhvil verildiyini təsdiq edir.

85. Məhkəmə Kollegiyası məhkəmələrin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yalnız giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsi mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsin sahiblik və istifadəsinə verilməsi nəticəsinə gəlmək üçün kifayət etmir. Məhkəmələr nəzərə almamışlar ki, binanın tikintisi başa çatmamışdır və orada yaşamaq qeyri-mümkündür. Bina MTK-nın nəzarəti altındadır. Üçüncü şəxs belə vəziyyətdə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilməz. Beləliklə, məhkəmələr mübahisənin həlli zamanı maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, mübahisə MM-in 452-ci maddəsinin üçüncü dispozisiya şərti daxilində həll olunmalı, yəni öhdəlik xeyrinə daha əvvəl əmələ gələn kreditora üstünlük verilməli olduğu halda, mübahisəyə bu aspektdən yanaşmamışlar.

86. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının əslində mənzili 2020-ci ilin mart ayında Əyyub Məmmədov adlı şəxsdən alması, xx.xx.2019-cu il tarixinin isə Əyyub Məmmədovla bağlanan müqavilənin tarixi olması ilə bağlı məsələyə birinci instansiya məhkəməsində deyil, apellyasiya baxışında istinad etməsi və müqavilənin əslinin təqdim edilməməsinə də istinad etmişdir. Bu zaman nəzərə alınmamışdır ki, bu məsələlərlə bağlı istintaq hərəkətləri aparılmış, bütün bu hallar apellyasiya instansiyası məhkəməsinə e-kabinet vasitəsilə sübut qismində təqdim edilmiş ittiham aktında və şahidin dindirilmə protokollarında öz əksini tapmışdır ki, bu faktlar birinci instansiya məhkəməsində icraat zamanı mövcud olmamışdır. Sözügedən sənədlərin mövcudluğu müqavilənin əslinin təqdim edilməsi zərurətini aradan qaldırmışdır.

87. Apellyasiya instansiyası məhkəməsi MM-in 452-ci maddəsində nəzərdə tutulan ikinci dispozisiya şərtini tətbiq etdiyindən üçüncü dispozisiya şərti, yəni, mübahisəli mənzilə dair müqavilələrin hansının daha əvvəl bağlanması ilə bağlı araşdırma aparmamış, öhdəlik xeyrinə daha əvvəl əmələ gələn kreditor müəyyən edilməmiş, bu konteksdə hər iki müqavilənin geri tarixə rəmiləşdirilmiş olması ilə bağlı mübahisəli məqamlara aydınlıq gətirilməmişdir. Bu səbəbdən də müqavilələri bağlayan və MTK-nın vəzifəli şəxsləri olan X6 və Nümayəndə2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həm iddiaçı, həm də üçüncü şəxsin oğlunun zərər çəkmiş şəxs qismində tanınmaları, həmin cinayət işi üzrə müqavilələrin geri tarixlə bağlanılması, faktiki alqı-satqı münasibətlərinin yarandığı müddətlə bağlı mühüm məqamları özündə əks etdirən istintaq hərəkətlərinin (şahidlərin dindirilməsi protokolu, telefon danışıqlarına dair məlumatların olduğu disklərə baxış və sair) aparılması və bunu özündə əks etdirən ittiham aktının mövcudluğu, ən əsası cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olması barədə məlumatlı olduğu halda, həmin cinayət işinin hazırkı işlə birbaşa əlaqəli olmasını, həmin iş həll edilməyincə mübahisəyə baxılmasının mümkün olmadığını nəzərə almamış, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan iş üzrə icraatı dayandırmaq vəzifəsini yerinə yetirməmiş, bununla da sözügedən prosessual normanın tələblərini pozmuş, habelə, ittiham aktının elektron qaydada təqdim edilməsinə baxmayaraq, ondan çıxarışları iş materiallarına əlavə etməmişdir.

88. Apellyasiya instansiyası məhkəməsi həmçinin, iddiaçı tərəfin məhz bu əsasla iş üzrə icraatın dayandırılmasına dair bir neçə dəfə verdiyi vəsatətə münasibət bildirməmiş, məhkəmə iclas protokolunda müşavirə ota ğında vəsatətin təmin edilməməsinə dair qərardadın elan edildiyi göstərilsə də, belə bir qərardad iş materiallarına əlavə edilməmiş, elektron məhkəmə sisteminə yerləşdirilməmişdir. Həmçinin yerində müşavirə qaydasında vəsatətin təmin edilməməsinin səbəbləri göstərilməklə qərardad qəbul edilməmiş, yekun nəticədə vəsatətin hansı səbəbdən təmin edilməməsi qeyri-müəyyən qalmışdır. Bununla da, MPM-in 263-cü maddələrin tələbləri pozulmuşdur.

89. Həmin maddənin məzmununa görə qərardad iki şəkildə qəbul edilir: müşavirə otağında ayrıca akt şəklində və yerində müşavirə qaydasında (ayrıca akt tərtib olunmadan). Həmçinin həmin maddənin tələblərinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müşavirə otağında ayrıca akt şəklində qəbul edilmiş qərardad barədə məlumat h əmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Bundan başqa, maddənin mənasına görə, şifahi elan olunan və məhkəmənin iclas protokoluna yazılan qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri göstərilir. (§ 69-73)

90. MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

91. Beləliklə, hazırkı mübahisəni həlli üçün hansı müqavilənin daha əvvəl bağlanmasının müəyyən edilməsi zəruridir, bu səbəbdən də yeni apellyasiya baxışı zamanı, həm iddiaçı, həm üçüncü şəxslə bağlanan müqavilələrlə bağlı mübahisəli məqamlar aydınlaşd ırılmalı, üçüncü şəxsin müqavilənin məhz xx.xx.2019-cu il tarixdə bağlanması ilə bağlı izahatında səmimi olub-olmaması, həmin müqavilənin əslində göstərilən tarixdə, yoxsa, 2021-ci il tarixdə bağlanması istiqamətində araşdırma aparılmalı, hər iki müqavilənin bağlandığı tarixin ardıcıllığının müəyyənləşdirilməsi üçün yuxarıda göstərilən cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə hökmünün (qərarının) qanuni qüvvəyə minməsi gözlənilməlidir.

92. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam araşdırmamış, işdə olan bütün sübutları əlaqəli şəkildə qiymətləndirməmiş, təqdim edilmiş sübutların mötəbərliyinə (o cümlədən sübut qismində təqdim edilən ittiham aktına) əhəmiyyət verməmiş, iş üzrə icraatı dayan dırmalı olduğu halda dayandırmamış, mübahisəli mənzilin üçüncü şəxsin sahiblik və istifadəsində olması ilə bağlı yanlış qənaətə gəlməklə, öhdəliyin icrası qaydalarını tənzimləyən maddi hüquq normalarının, o cümlədən məhkəmələrin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və məhkəmə qərarlarının qəbul edilməsi qaydalarını tənzimləyən prosessual normaların pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

93. Habuki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)

94. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.(§76)

95. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.

96. Göstərilə nlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 1 aprel tarixli, 2(103)1809/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar