Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4303/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Təhməzova Afiyət Əhməd qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: sübutlar, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Təhməzova Afiyət Əhməd qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üç üncü şəxs qismində cəlb edilməklə) müqavilə üzrə öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3520/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən Təhməzova Afiyət Əhməd qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra – cavabdeh və ya MTK) ilə Təhməzova Afiyət Əhməd qızı (bundan sonra - üçüncü şəxs) arasında bağlanmış, tarixi “xx.xx.2019-cu il”, nömrəsi “53” qeyd edilmiş müqaviləyə əsasən, üçüncü şəxs ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nö mrəli mənzili 160.000 manata almışdır. Üçüncü şəxsə qeyd olunan məbləğin tam ödənildiuyi barədə xx.xx.2019-cu il tarixli maliyyə arayışı və kassa mədaxil orderi təqdim edilmişdir.
2. MTK ilə İddiaçı (bundan sonra - iddiaçı) arasında bağlanmış, tarixi “xx.xx.2019cu il”, nömrəsi “20” qeyd edilmiş müqaviləyə əsasən, iddiaçı ünvan 2 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzili 187.500 manata almışdır. İddiaçıya qeyd olunan məbləğin tam ödənildiuyi barədə tarixi göstərilməyən maliyyə arayışı verilmişdir. 3. xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən, MTK-nın adından X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Nümayəndə2 etibar etmişdir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-891/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş MTK-nın təsisçisi və rəhbəri Nümayəndə2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MTK-ya qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvad rat metr olan 4 otaqlı mənzilin (bundan sonra – mübahisəli mənzil) ona təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili 20 iyun 2019-cu il tarixdə 20 saylı müqavilə əsasında dəyərini tam ödəməklə almışdır. Mənzilə görə tərəfindən cavabdehə hər kvadrat metr üçün 1250 manat olmaqla, cəmi 150 kvadrat metr sahə üçün 187.500 manat pul ödənilmişdir. Bir müddət əvvəl cavabdehdən mənzil alan şəxslər arasında narazılıqların olduğu, eyni mənzillərin bir neçə nəfərə satıldığı halları baş verməyə başlamış, onun da aldığı mənzilin qapısının dəyişdirildiyini görmüşdür. Cavabdehə müraciət etdikdə, maliyyə problemləri olduğunu, bütün problemləri tezlikl ə həll ediləcəklərini bildirmişlər. Lakin cavabdeh bu günə kimi verdiyi sözü və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.
7. Üçüncü şəxs işə baxılarkən öz ərizəsi ilə işdə iştirak etməyə cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı təmsil etdiyi şəxsə məxsus olan mənzili mübahisələndirir. İddiaçının iddia etdiyi mənzilə üçüncü şəxsin xx.xx.2019-cu il tarixli 53 saylı müqaviləsi, maliyyə arayışı, kassa mədaxil orderinin qəbzi və MTK üzvlərinin ümumi iclasının 53 saylı protokolundan çıxarışı vardır. Sonuncu, mübahisəli mənzili dəyərini tam şəkildə ödəməklə almış, mənzildə ilkin təmir işləri apararaq mənzilə dəmir-seyf giriş qapısı qoymuşdur. İddiaçının müqaviləsi xx.xx.2019-cu il tarix də səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış (bu müqaviləni bağlayan Nofəl adında şəxsin MTK-nın adından, MTK-nın sədri Talış Məmmədovun adından hər hansı bir müqavilə bağlamaq hüququ olmamış, ona belə bir hüquq yalnız Bakı Şəhəri 53 saylı Notariat Ofisində xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş etibarnamə əsasında verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 20 nömrəli müqavilədə isə müqavilənin tarixi xx.xx.2019-cu ildir. Göründüyü kimi, hal-hazırda məhkəməyə şahid qismində gətirilməsi istənilən şəxs dələduzluq əməli ilə bağlı təqsirləndirilir və onun heç bir səlahiyyəti olmadan fiziki şəxs qismində başqasının adından belə bir müqavilə bağladığı iddia edilirsə, şəxsən özü iddiaçının qarşısında məsuliyyət daşıyır, ona görə də cavabdeh şəxs kimi onun özü iddiaçının qarşısında cav ab verməlidir. Bundan başqa, mənzilin nömrəsi göstərilməmiş, ilk səhifəsinə imza edilməmiş, qeydiyyatdan keçməmiş, faktiki 3 otaq olduğu halda 4 otaq kimi qeyd edilmiş, iddiaçı kassa mədaxil orderinin qəbzi olmayan ödənişə istinad etməklə mötəbər olmayan sübutlara əsaslanır. Həmçinin, Nümayəndə2 barəsində davam edən cinayət işi üzrə üçüncü şəxs deyil, iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu bir daha onu göstərir ki, üçüncü şəxs ilə bağlanmış müqavilə üzrə sonuncuya satılmış mənzil mübahisələndirilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İşə baxılarkən Bakı İstintaq Təcridxanasında saxlanılan MTK-nın nümayəndəsi Nümayəndə2 izahat vermək üçün məhkəməyə gətirilmişdir. Sonuncu iddia tələbini qismən qəbul edərək, belə mə nzillərin satılması ilə bağlı çoxsaylı halların olduğunu, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, onun müqavilə imzalamaq səlahiyyəti olmuşdur, belə ki, MTK-nın sədri tərəfindən onun adına etibarnamə verilmişdir. Bundan başqa, blokdan girəndə sol tərəfdə yerləşən mənzillərin sahəsi daha böyük olur, yəni 160 kv.metr, sağda yerləşən isə 150 kv.metr təşkil edir. Üç otaqlı mənzillər yalnız dəhlizin lap başında yerləşənlərdir.
7. Birinci instansiya məhkəməsinin ünvan 3 ünvanında inşa edilmiş 6 bloklu çoxmənzilli binanın 1-ci blok 10-cu mərtəbəsində, girişdən sol tərəfdə yerləşən sahəsi 150 kvadrat metr olan 4 otaqlı mənzilin özgəninkiləşdirilməsi və mənzildə təmir işlərinin qadağan edilməsi barədə xx.xx.2022-ci il tarixli müvəqqəti təminat tədbiri üzrə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurları və tələbkarın nümayəndəsi C.Süleymanlının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında inşa olunan 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə baxış keçirilmiş, özünü komendant kimi təqdim edən R.Hacıyev tərəfindən qapının açılması təmin olunmuş, mənzildə giriş qapısının quraşdırıldığı və mənzilin təmirsiz olduğu müəyyən edilmiş, icra sənədi üzrə mənzildə təmir işlərinin qadağan edilməsi R.Hacıyevə elan olunmuşdur.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi (bundan sonra – birinci instansiya məhkəməsi) tərəfindən mübahisəli mənzilə yerli baxı ş keçirilən zaman müəyyən olunmuşdur ki, həmin mənzilin girişində dəmir qapı qoyulub. Mənzil dəhlizin lap başında yerləşir. Özünü üçüncü şəxsin oğlu kimi təqdim edən şəxs qapının açarlarını unutduğundan, həmin qapını dəmir vasitəsilə açdıqdan sonra içəri daxil olmaq mümkün olmuşdur. Mənzilə daxil olduqdan sonra müəyyən olunmuşdur ki, mənzilin içərisində kərpicdən arakəsmə divarlar hörülmüşdür və mənzil təmirsizdir. Həmin mənzildə ümumilikdə 4 pəncərə vardır, arakəsmələrdən görünür ki, mənzil 3 otaqlıdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 qeyd etmişdir ki, mənzildə aparılan kiçik təmir işləri onun təmsil etdiyi şəxsə aiddir. Mənzilə dəmir qapı da onun tərəfindən qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsinin 2(005)-136/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (haki m S.Ədilova) iddia rədd edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə təcrübəsində analoji mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 452-ci maddəsinin müddəaları əsasında həll olunur. Belə olan halda, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə" anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tə ləblərinə görə mənzil üçüncü şəxsin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzilə tələb hüququ aradan qalxmış olur. Mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxs ilə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmişdir. Üçüncü şəxs tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Bu hal yerli baxış zamanı da təsdiq olunmuşdur. İddiaçı üçüncü şəxsin mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia Mülki Məcəllənin 452-ci maddəsinə uyğun həll edilməli, iddia təmin edilməməli, eyni zamanda, iddiaçıya vurulmuş ziyanın ödənilməsi tələbinə dair cavabdehə qarşı iddia tələbi ilə mə hkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni, həmçinin Mülki Məcəllənin 404, 452-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən mübahisəli mənzilin açarları icra məmuruna komendant tərəfindən təqdim edilmişdir. Əgər aktın tərtib edildiyi zaman mübahisəli mənzilin sahibi həqiqətən də üçüncü şəxs idisə və mənzil in giriş qapısı üçüncü şəxs tərəfindən qoyulmuşdursa, açarlar niyə komendantda olub? Əgər üçüncü şəxs desə ki, açarı özü komendanta təqdim etmişdir, onda akt tərtib edilərkən komendant niyə icra məmuruna mənzilin iddiaçıya yox, üçüncü şəxsə məxsus olduğunu bildirməmiş və açarın məhz üçüncü şəxs tərəfindən ona saxlanca verilməsini qeyd etməmişdir. Görünən odur ki, həmin vaxt komendant ümumiyyətlə üçüncü şəxsi tanımamış və mənzilin giriş qapısının açarlarını ona üçüncü şəxs və ya onun yaxını təqdim etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da üçüncü şəxs mübahisəli mənzilin giriş qapısının açarlarını guya unutduğu üçün təqdim edə bilməmişdir. Bu isə əsaslı şübhə yaradır ki, ümumən həmin açarlar onda yoxdur. Məhkəmə iclasları zamanı iddiaçı tərəfindən məhkəməy ə təqdim edilmiş videogörüntülərdən və üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ona göndərilmiş müqavilənin şəklindən görünür ki, ilkin olaraq üçüncü şəxs tərəfindən ona göndərilmiş müqavilənin tarix hissəsində düzəliş olmuşdur. Belə ki, müqavilənin ilində qələm ilə düzəliş edilmiş və 2019 yazılmışdır. Bununla bağlı üçüncü şəxsə irad bildirildikdən sonra o, məhkəməyə artıq digər müqaviləni təqdim etmişdir. Lakin ikinci müqaviləni ilk müqaviləyə tam identik formada hazırlaya bilməmişlər. Belə ki, üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş müqavilədə ALİCİ kimi “Təhməzova Afiyət Əhməd q” yazılmış, lakin onlar tərəfindən məhkəməyə təqdim edilmiş digər müqavilədə isə ALİCİ kimi “Təhməzova Afiyət Əhməd qızı” qeyd edilmişdir. Bu isə mübahisəli mənzilə dair üçüncü şə xs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin etibarsızlığına əsaslı şübhələr yaradır. Həmçinin, MTK-nın sahibi Nümayəndə2 də iştirakı ilə aparılmış videogörüntülərdən görünür ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş müqavilənin tarix hissəsində düzəlişlər edilmişdir və müqavilənin arxa hissəsində “95000-50000=45000 xx.xx.2021” qeydi vardır, yəni mənzilin dəyəri həmin tarixdə ödənilmişdir. Məhkəmənin istinad etdiyi maddəyə görə əmlak üçüncü şəxsə təhvil verilmədiyi halda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. İş materiallarından görünür ki, əmlak heç kəsə təhvil verilməmişdir. Belə ki, mənzilin giriş qapısının açarı binanın komendantında olmuşdur. Üçüncü şəxsdə açar olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş videoçəkilişdən v ə sənədlərdən görünür ki, cavabdeh MTK-nın faktiki sahibi olan Nümayəndə2 mənzilin ilkin alıcısının iddiaçının olmasını təkzib etmir, hətta üçüncü şəxsin əlində olan müqavilədəki düzəlişlərə dair iradları da qəbul edir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, mübahisəli mənzili iddiaçı 2020-ci ilin fevral – mart ayında X1 almış, sonuncu isə mənzili xx.xx.2019-cu il tarixdə MTK-dan almışdır. Onunla müqavilə bağlanarkən X2 ilə müqavilə ləğv olunmuş və onunla eyni tarixli yeni müqavilə bağlanmışdır. Həmin vaxt binanın aşağı mərtəbələrinin tikintisi aparılırdı.
16. Məhkəmə tərkibi tərəfindən iddiaçının nümayəndəsi və üçüncü şəxsin oğlunun iştirakı ilə mübahisəli mənzilə ye rli baxış keçirilmişdir. Mənzilin açarları üçüncü şəxsin oğlu tərəfindən təqdim edilmişdir. Mənzil təmirsiz olmaqla, yalnız arakəsmə divarlar hörülmüşdür. İddiaçı tərəf həmin işlərin üçüncü şəxs tərəfindən aparıldığını təsdiq etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3520/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 20 saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi və mənzildən istifadəyə maneələrin törədilməsinin ca vabdehə qadağan edilməsi qət olunmuşdur
18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh eyni mənzilə dair həm iddiaçı, həm də üçüncü şəxslə müqavilə bağlamışdır. Mülki Məcəllənin 178.8-ci maddəsinin mənasına görə, hər iki müqavilə podrat müqaviləsi hesab olunur, yəni satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş iddiaçının təqdim etdiyi Nümayəndə2 iddiaçının özünə və kürəkəninə verdiyi açıqlamalardan, habelə üçüncü şəxsə aid müqavilənin ilkin variantından müəyyən olunur ki, müba hisəli mənzilə dair üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə bağlanmışdır. Nümayəndə2 açıq şəkildə bildirir ki, üçüncü şəxsin müqaviləsinin tarixi 11 may 2021-ci ildir. Müqavilənin nömrəsinin də “53” olması da onu göstərir ki, iddiaçı ilə 20 iyun 2019-cu il tarixdə bağlanmış müqavilənin nömrəsi “20” olduğu halda, ondan daha əvvəl bağlanmış müqavilənin nömrəsi daha aşağı sıra nömrəsi ilə ifadə olunmalı idi.
19. Üçüncü şəxs tərəfindən Whatsapp tətbiqi vasitəsi ilə iddiaçı tərəfə göndərilmiş müqavilədə ALİCİ kimi “Təhməzova Afiyət Əhməd q” yazıldığı halda, sonradan məhkəməyə təqdim edilmiş digər müqavilədə ALİCİ kimi “Təhməzova Afiyət Əhməd qızı” qeyd edilmişdir. Həmçinin, üçüncü şəxsə aid müqavilələrin sonunda tərəflərin “rekvizitləri” hissəsində göstərilən məlumatlar da fərqlidir. E ləcə də əvvəl təqdim olunmuş müqavilənin arxa hissəsində “95000-50000=45000 xx.xx.2021” qeydi vardır.
20. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Nümayəndə2 birinci instansiya məhkəməsində qeyd olunan səsin və görüntünün ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə, aşkar şəkildə müəyyən olunur ki, üçüncü şəxslə müqavilə 11 may 2021-ci il tarixdə, yəni iddiaçının müqaviləsindən təxminən 2 il sonra bağlanmışdır. Yəni, mübahisəli mənzili iddiaçı daha əvvəl əldə etmişdir.
21. Birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 452-ci maddəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin normanın birinci dispozisiya şərtinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Buradan belə aydın olur ki, mübahisəli mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi icra edilmədikdə iddiaçı həmin əmlakın MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. İkinci şərt ondan ibarətdir ki, bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Buradan da belə aydın olur ki, əgər əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilibsə, kreditorun (iddiaçının) bu hüququ aradan qalxmış olur. Yəni, belə vəziyyətdə kreditor artıq həmin əmlakı tələb edə bilməz. Nəhayət, üçüncü şərtə görə, əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Buradan isə belə aydın olur ki, əmlak hələ üçüncü şəxsə verilməyibsə, onda öhdəlik daha əvvəl müqavilə bağlamış şəxsin xeyrinə icra olunmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin üçüncü şəxsin sahibliyi və istifadəsində olması müəyyən edilmişdir, belə ki, mübahisəli mənzilə dair müqavilə iddiaçıdan əvvəl üçüncü şəxslə bağlanmış və mənzil ilkin olaraq sonuncunun istifadəsinə verilmiş, onun tərəfindən mənzildə təmir işlərinə başlanmışdır. Halbuki apellyasiya baxışında mübahisəli mənzilə dair podrat (alqı-satqı) müqaviləsinin daha əvvəl iddiaçı ilə bağlandığı müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, səhv nəticəyə gəlmişdir.
22. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi müəyyən olunmur. Belə ki, təkcə giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsi bu nəticəyə gəlmək üçün kifayət etmir. Müəyyən edilmişdir ki, binanın tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Digər sakinlər kimi üçüncü şəxsin də qeyd olunan işləri görməkdə məqsədi mülkiyyətçi hüquqlarını həyata keçirmək yox, mübahisəli mənzili mümkün iddialardan yayındırmaq məqsədini güdür. Binada heç kəs yaşamır və buna şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, mənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz. Belə olan vəziyyətdə mübahisənin həlli Mülki Məcəllənin 452-ci maddə sinin üçüncü dispozisiya şərti daxilində həll olunmalıdır, yəni öhdəlik iddiaçının xeyrinə daha əvvəl əmələ gəldiyinə görə, üstünlük də ona verilməlidir.
23. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 442, 448.1, 452.1, 452.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Üçüncü şəxs (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin məzmunu üçüncü şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahata uyğundur. Şikayətdə həmçinin, qeyd edilmişdir ki, üçüncü şəxsin mənzili blokun girişinin nə solunda, nə də ki sağ ında yerləşmir, 3 otaqlı mənzil olmaqla dəhlizin lap başında yerləşir və 4 pəncərəsi (yəni həmin mənzil 4 otaqlı olmasının istisna edən hal kimi 4 pəncərəsi var və həmin 4 pəncərənin 1-i mətbəxə və 3-ü isə otaqlara aiddir). İddiaçı, Nümayəndə2 sözügedən müqavilə bağlamaq hüququnun olmadığını birinci instansiya məhkəməsinin sonunda bildiyindən, birinci instansiya məhkəməsində verdiyi izahatını apellyasiya məhkəməsində dəyişərək, müqavilənin etibarlılığına hüquqi don geyindirmək üçün guya mübahisəli mənzilin xx.xx.2019-cu il tarixli, 20 saylı müqavilə ilə ona yox, X2 adlı şəxsə satıldığını, 2020-ci ilin fevral-mart ayında ona satdığını, lakin onun adına rəsmiləşdirilərkən müqavilənin tarixinin xx.xx.2019cu il tarixə rəsmiləşdirilməsi barədə Nümayəndə2lə razılığa gəldiyini göstərmişdir. Nümay əndə2 şahid qismində məhkəməyə gətirilməsi də əslində iş üzrə həqiqətin daha qabarıq ortaya çıxmasına xidmət etmiş, Nümayəndə2 etibarnamə olmadan başqa şəxslərə də mənzillər satması müəyyən edilmiş, bununla bağlı dələduzluq əməllərinə görə barəsində cinayət işi başlanaraq, təqsirləndirilən şəxs qismində cəlb edildiyi müəyyən edilmişdir. Bu halda iddiaçıya qarşı dələduzluq əməlləri ilə bağlı olaraq, iddiaçı da cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edildiyindən, sonuncunun qarşısında şəxsi məsuliyyət daşıması müəyyən edilməlidir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Nümayəndə2 iddiaçının müqaviləsinin onun tərəfindən imzalandığını, eyni zamanda buna səlahiyyətinin olduğunu, onun adına 2018-ci ildən etibarnamə verildiyini bildirilmişdir. İddiaçı məhkəmədən vaxt al araq xx.xx.2018-ci il tarixli həmin etibarnaməni məhkəməyə təqdim etmiş, etibarnamədən müəyyən olunmuşdur ki, X4 tərəfindən verilsə də, etibarnamə cavabdeh MTK-nın adından deyil, sonuncunun adından yalnız fiziki şəxs kimi verilmiş, şəxsi səlahiyyətlər (hüquq-vəzifələri) ilə bağlıdır, həmin etibarnaməni barəsində aparılan cinayət işinin materiallarına təqdim etdiyini bildirmişdir. Üçüncü şəxsin müqaviləsi isə həmin dövrdə qanunla müəyyən edilmiş səlahiyyətli şəxs – cavabdeh MTKnın sədri Talış Məmmədov tərəfindən şəxsən icra edilmişdir.
26. İddiaçının iddia etdiyi mənzilə üçüncü şəxsin xx.xx.2019-cu il tarixli, 53 saylı müqaviləsi, maliyyə arayışı, kassa mədaxil orderinin qəbzi var. Üçüncü şəxs mübahisəli mənzilin dəyərini tam şəkildə ödəməklə almış, mənzildə ilkin təmir işləri apararaq, mən zilə dəmir seyf giriş qapısı qoymaqla, ona yiyələnmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli müqavilədə mənzilin nömrəsi belə qeyd edilməmiş və pulun mədaxil edilməsinə dair kassa mədaxil qəbzi yoxdur.
27. Üçüncü şəxsin xx.xx.2019-cu il tarixli müqaviləsində mənzilin nömrəsi və pulun ödənilməsinin təsdiq edən kassa mədaxil orderinin qəbzi də vardır. Müqavilələr cavabdehin nümayəndəsi kimi məhkəmədə izahat verən Nümayəndə2 təqdim edilmişdir. Nümayəndə2 müqavilələrə baxaraq, mənzillərin üst-üstə düşmədiyini, ayrı-ayrı mənzillər olduğunu bildirsə də, məhkəmə bu məsələyə münasibət bildirməmişdir. Mənzillərin sahəsi və otaqların sayı fərqlidir. İddiaçının mənzili 4 otaqlı (5 pəncərəli) 150 kvadrat metr, üçüncü şəxsin mənzili 3 otaqlı (4 pəncərəli) 160 kvadrat metrdir. İ ddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin tarixi xx.xx.2019-cu il göstərilsə də, iddiaçının deməsinə görə həqiqətdə müqavilənin bağlanması 2020-ci ilin fevral-mart ayına aiddir. Apellyasiya instansiyası məhkəməsi bu məsələyə də heç bir qiymət verməmişdir.
28. Məhkəmə iddiaçının nə üçün birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı bir-birinə tamamilə zidd olan izahat verməsini, bunlardan hansının həqiqətə uyğun olduğunu araşdırmamış, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış (tərəfləri qeyri-müəyyən olan), bağlanma vaxtı həqiqətə uyğun gəlməyən bir müqavilə əsasında qanunsuz qətnamə qəbul etmişdir.
29. Üçüncü şəxs iddiaçı tərəfindən cavabdeh qismində göstərilməmişdir. Bunun isə səbəbi ondan ibarətdir ki, iddiaçı əslində ona məxsus olduğunu iddia etdiyi müqavilədə M TK tərəfindən ona başqa mənzil satıldığını, üçüncü şəxsə məxsus olan mənzilin ona aidiyyəti olmadığını dərk etmiş, MTK-nı cavabdeh qismində göstərərək müqavilədə nömrəsi göstərilməyən, bununla belə orada əks etdirilmiş göstəricilərə uyğun gələn mənzilin ona təhvil verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin göstəriciləri özündə əks etdirən mənzilə üçüncü şəxs sahiblənmədiyi üçün, cavabdeh ola bilməz və sonuncuya məxsus olan mənzil ümumiyyətlə, mübahisəli mənzil kimi təqdim edilə bilməz. Apellyasiya məhkəməsi cavabdeh olaraq MTK-ya qarşı, Nümayəndə2lə iddiaçı arasında bağlandığı iddia edilən müqavilədə göstərilən mənzilin iddiaçıya təhvil verilməsini qət etsə də, üçüncü şəxsə məxsus mənzili mübahisəli mənzil adlandırmaqla, icrası məchul və üçüncü şəxsin mənzil hüquqlarını təh lükə altında qoyan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Etiraz apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
32. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
36. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə
37. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
38. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
39. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların ve rdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
45. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
46. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir
47. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
51. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəm ənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
52. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 53. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstəril məlidir:...392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.
54. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı üçüncü şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmuşdur.
62. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
63. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin mə hkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).
64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu işdə olan mümkün, aidiyyəti və mötəbər sübutlarla əsaslandırılmalıdır.
65. Lakin hazırkı iş üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.
66. Baxılan iş üzrə iddiaçı birinci instansiya məhkəməsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələb etdiyi mənzili dəyərini ödəməklə almışdır. İddiaçı istinad etdiyi müqavilənin surətini məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya baxışında iddiaçının nümayəndəsi mübahisəli mənzili 2020-ci ilin fevralmart ayında X1 aldığını, sonuncunun isə mənzili xx.xx.2019-cu ildə MTK-dan aldığını bildirmiş, X2 ilə bağlanmış müqavilənin birinci səhifəsinin kserosurətini məhkəməyə təqdim etmişdir.
67. MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
68. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı səbəbdən bu hala yalnız apellyasiya baxışı zamanı istinad etdiyini, həmin halı və ona dair sübutu hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim etmədiyini aydınlaşdırmamış və qəbul etdiyi qətnamədə bu məsələ ilə bağlı mövqeyini əsaslandırmamışdır.
69. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin müqaviləsinin daha sonra bağlandığı barədə mövqeyini iddiaçının qohumunun MTK-nın sədri ilə danışıqlarının səs yazısı və həmin şəxsin telefonuna göndərilmiş müqavilənin şəkli ilə əsaslandırmışdır.
70. Məhkəmə həmin məlumatları mötəbər sübut kimi qiymətləndirərkən nəzərə almamışdır ki, Nümayəndə2 birinci instansiyası məhkəməsinin iclasında MTK-nın nümayəndəsi qismində iştirak etmiş və izahatında binada mənzillərin satılması ilə bağlı çoxsaylı halların olduğunu, hazırda bütün zərərçəkmişlərin siyahısının hazırlandığını və onlara dəymiş ziyanın ödəniləcəyini bildirmişdir.
71. Bununla bağlı qeyd olunmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
72. Hazırkı işin halları baxımından mübahisənin yaranmasına səbəb olmuş, barəs ində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmiş MTK rəhbərinin məhkəmədən kənar qaydada iddiaçının qohumuna bildirdiyi məlumatın (izahatın) mötəbər sübut kimi qəbul olunması və həmin sübut əsasında işin halının müəyyən olunması MPMin 106.1-ci maddəsinin tələblərinin pozulmasını əks etdirir.
73. Bununla yanaşı, MPM-ə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Elektron rabitə vasitəsi ilə əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edi lməlidir (maddə 89.1-89.3).
74. Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin sadalanan tələblərini nəzərə almadan, iddiaçını qohumunun telefonuna Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş müqavilə şəklini mötəbər yazılı sübut kimi qəbul etmiş və həmin sübut əsasında üçüncü şəxslə MTK arasında bağlanmış müqavilənin tarixinin təhrif olunduğu barədə qənaətə gəlmişdir.
75. Apellyasiya instansiyası məhkəməsi giriş qapısının quraşdırılması və arakəsmə divarlarının hörülməsini mübahisəli mənzilin mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi kimi qiymətləndirməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “binanın tikintisi başa çatmamışdır və hazırki vəziyyətdə orada yaşamaq qeyri-mümkündür. Binada heç kəs yaşamır və buna şərait də yoxdur. Bina MTK-nın nəzarəti altındadır. Yəni, m ənzilin üçüncü şəxsin sahibliyində və istifadəsində olması müəyyən olunmur, çünki o, hazırkı vəziyyətdə həmin hüquqlarını həyata keçirə bilməz”. Buna baxmayaraq məhkəmə özünün gəldiyi qənaətə zidd olaraq, mənzilin mövcud vəziyyətdə iddiaçıya təhvil verilməsi və mənzildən istifadəyə maneələr törədilməsinin cavabdehə qadağan edilməsi barədə iddianı təmin etmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi MTK ilə üçüncü şəxs arasında müqavilənin ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 10-cu mərtəbəsində ümumi sahəsi 160 kvadrat metr olan 3 otaqdan ibarət 58 nömrəli mənzilə, iddiaçı ilə isə eyni mərtəbədə ümumi sahəsi 150 kvadrat metr olan 4 otaqdan ibarət mənzilə dair bağlandığını, yerində müayinə zamanı mübahisə predmeti olan mənzilin 3 otaqlı olduğunu müəyyən et sə də, qəbul etdiyi qətnamədə qeyd olunan ziddiyyətli hallara aydınlıq gətirməmişdir.
77. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
78. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllin i şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
79. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Təhməzova Afiyət Əhməd qızının kassasiya şikayəti qismən təmin edilin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3520/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.