Məhkəmə qərarları › İş №2(102)-2262/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2262/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2262/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X6 Cavabdeh, X7, X14, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X31 oğlunun katibliyi, İddiaçının vəkili X22 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-177/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Abşeron Rayon Məhkəməsinin 05.05.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsindən müəyyən edilir ki, X13 X15 və X5 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbi barədə iddiası tələbi qismən təmin edilmiş, ünvan 1, 4 saylı evin 1/3 hissəsinə X13, 1/3 hissəsinə X2 və 1/3 hissəsinə X6 payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətn aməsinin verilməsi qət edilmişdir. Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 25 avqust 2003-cü tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 05.05.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsinə əsasən ünvan 1, 4 saylı ev birinci dərəcəli vərəsələr X7, X15 və X21 arasında bərabər qaydada bölünmüş, hər birinə 1/3 hissəsi pay müəyyən edilmişdir. Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 07 yanvar 2004-cü tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrindən müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin (hakim R.Ağayev) 05.05.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsinə əsasən ünvan 1, 4 saylı evin 1/3 hissəsi X5 verilmişdir. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma K adastrı İdarəsinin 21.07.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, ünvan 1, 4 saylı evin yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan hissəsi mülkiyyət hüququ əsasında X2 adına Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 07 yanvar 2004-cü tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən qeydə alınmışdır. 26.07.2004-cü il tarixli 229662 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, X7 yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı evi Cavabdeh satmışdır. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X12, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 06.08.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, ünvan 1, 4 saylı evin yaşayış sahəsi 26,1 kv.m, köməkçi sahəsi 27,4 kv.m olan hissəsi mülk iyyət hüququ əsasında Cavabdeh adına Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 26.07.2004cü il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. 10.09.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, X25 X evin özünə məxsus ümumi sahəsi 53,5 kv.m, yaşayış sahəsi 26,1 kv.m, köməkçi sahəsi 27,4 kv.m olan hissəsini X1. Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 269,3 kv.m, yaşayış sahəsi 92,8 kv.m, yardımçı sahəsi 176,5 kv.m, 5 otaqdan ibarət olan 4 saylı evin FYE-nin 1/3 hissəsi (yaşayış sahəsi 26,1 kv.m) X16, FYE-nin 1/3 hissəsi X13, FYE-nin 1/3 hissəsi X10 adına daşınmaz əmlakin dövlət reyestrində 108 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində **********29-10301 reyestr nömrə si ilə 17.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X15 Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına X evə dair 23908 nömrəli reyestr kitabında 06.08.2004-cü il tarixdə qeydə alınmış qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, sənədlərin əsli olmadığından çıxarışın və digər sənədlərin cavabdehdən tələb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 14.11.1958-ci il tarixdə X8 ilə X3 nikahından doğulmuşdur. X9 10.05.1995-ci il tarixdə, X8 09.07.1995-ci il tarixdə ölmüşdür. X4 ölümündən sonra ünvan 1, yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı ev miras qalmışdı r. Abşeron Rayon Məhkəməsinin 05.05.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsi X13 X11 və X5 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, ünvan 1, 4 saylı evin 1/3 hissəsinə X13, 1/3 hissəsinə X2 və 1/3 hissəsinə X6 payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. X21 07.01.2004-cü il tarixdə 2v/01 saylı vərəsəlik şəhadətnaməsi əldə edərək yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı evi Cavabdeh satmış, mirasın X11 və X5 aid olan hissəsi barədə heç bir əməliyyat aparmamış, şəhadətnamə almamışdır. Lakin, Cavabdeh yaşayış sahəsini satdığı X23 m əhkəməyə sübutlar təqdim edərək aldığı sahənin 26.1 kv.m və 27.4 kv.m olduğunu göstərməklə payın artırılmasını tələb etmiş, sənədlərlə tanış olduqda məlum olmuşdur ki, məhkəməyə təqdim edilmiş qeydiyyat saxtadır. İddiaçı X15 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 25 avqust 2003-cü tarixli, 2v/-68 sıra nömrəsi və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun 07.01.2004-cü il tarixli 2v/01 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin (vərəsəlik işi nömrəsi 1/100) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunun, DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinin, X2 və X13 cavabdeh qismində işə cəlb edilməsini, iddia tələbinin təmin e dilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 01 fevral 2019-cu il tarixli, 2(012)129/2019 saylı qətnaməsilə iddiaçı X6 Cavabdeh və qeyrilərinə qarşı vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası X4 ölümündən sonra ünvan 1, yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan 4 saylı ev miras qalmışdır. Abşeron Rayon Məhkəməsinin 05.05.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsi ilə X13 X11 və X5 qarşı vərəsə kimi tanınma, miras əmlakda olan payın müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, ünvan 1, 4 saylı evin 1/3 hissəsinə X13, 1 /3 hissəsinə X2 və 1/3 hissəsinə X payı müəyyən edilmiş, hər birinə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Qətnamənin icrası qaydasında X5 vərəsəlik şəhadətnaməsi verilmiş, bundan sonra o, öz 1/3 hissə payına DƏDRX-dən Çıxarış almış, bundan sonra faktiki olaraq naturada yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan iki otaqlı evi öz payı olaraq 26 iyul 2004-cü il tarixdə Cavabdeh satmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli evin vərəsələri miras evdə yaşamaqla, öz paylarını faktiki olaraq bölmüşlər, faktiki istifadə qaydasını müəyyən etmişlər, evin yerləşdiyi torpaq sahəsi isə vərəsələrin mülkiyyətində olmamışdır. Cavabdeh mülkiyyətində olan evin Çıxarışında olan yaşayış və köməkçi sahənin olduğundan cüzi fərqlə artıq göstərilməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, göründüyü kimi vərəsə X7 paylı mülkiyyətçi olaraq digərləri ilə şifahi razılaşmaya əsasən öz paylarını faktiki olaraq müəyyənləşdirmişlər. Satılan və qeydə alınan sahədə olan fərq isə iş materiallarından göründüyü kimi texniki pasportun tərtibi zamanı yol verilən cüzi hesab xətaları ilə əlaqədardır. Məhkəmə hesab etmişdir ki, mülkiyyətə müdaxilə olmadığından iddia tələbi bu hissədə əsassızdır və təmin edilə bilməz. İddia tələbinin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, bunun üçün hər hansı qanuni əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından göründüyü kimi vərəsə X7 öz payına uyğun 1/3 hissədə vərəsəlik şəhadətnaməsini almışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı X15 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X21 07.01.2004-cü il tarixdə 2v/01 saylı vərəsəlik şəhadətnaməsi əldə edərək həmin mülkin 1/3 hissəsinə hüquq əldə etsə də, çıxarışda yaşayış sahəsi 25,5 kv.m, köməkçi sahəsi 19,4 kv.m olan sahəni satıb, halbuki paylı mülkiyyətçilər arasında əmlak naturada bölünməmişdir. DƏDRX çıxarışda is ə özgəninkiləşdirilən daşınmaz əmlakın sahəsinin əvvəlcə 26,5 kv.m, daha sonra 72 kv.m artırmışdır. Məhkəmə sadaladığı sübutlara heç bir hüquqi qiymət verməmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Quliyev) 03 noyabr 2020-ci il tarixli 2(105)177/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə müəyyən etmişdir ki, şəhadətnamələr qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən verilmiş, vərəsələrdən Cəfərov Nasir öz payına qeydiyyat vəsiqəsi alaraq payını Cavabdeh satmışdır. Həmin qeydiyyat vəsiqəsinin ləğvi və ya etibarsızlığı üçün əs aslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız hesab olunaraq təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-177/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kas sasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsəlik şəhadətnamələri atasının ölümündən 8 il sonra verilmiş, vərəsəlik işi açılmamışdır, qətnamədə 1/3 pay göstərilsə də, şəhadətnamədə 3/1 pay göstərilmişdir. Bu fərqi isə məhkəmə görməmişdir. Alqı-satqı müqaviləsində qardaşı evin 25,5 kv.m otağını və 19 kv.m köməkçi sahəni satdığını göstərsə də, həmin müqavilə əsasında Cavabdeh adına verilmiş çıxarışda sahələr 26,1 kv.m yaşayış, 27,4 kv.m köməkçi sahə kimi göstərilmişdir. Eyni zamanda, digər paylı mülkiyyətçilər əmlakın özgəninkiləşdirilməsinə razı olmdaıqlarından öz adlarına şəhadətnamə və çıxarış almamışdırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı, 215.4-cü, 215.5-ci, 218.2-ci maddələrinə istinad edərək, iddiaçı evlə bağlı aparılan əməliyyatl arın qanunsuz olduğunu göstərmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X27 şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mü lki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, vərəsələr arasında miras əmlakda payın bölünməsi barədə Abşeron Rayon Məhkəməsinin qanuni qüvvədə olan 05.05.2003-cü il tarixli 2-87/2003 saylı qətnaməsi mövcuddur. Buna görə də, iddiaçının mirasın qəbulu, payın miqdarı və həmin qətnamənin icra edilərək vərəsə x qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosse sual Məcəlləsi-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Mülki Prossesual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə gəldikdə, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin özü mübahisələndirlmədiyindən kassasiya şikay ətində Mülki Məcəllənin 215.4, 215.5 və 218.2-ci maddələrinə istinad edilməsi əsassızdır və hazırki mübahisənin predmetinə aid deyildir. Alqı-satqı müqaviləsində satılan hissənin sahəsi ilə müqavilə əsasında verilmiş Çıxarışda göstərilən sahədən cüzi fərqlənməsinə isə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-177/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar