Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2262/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: pul) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 2(105)-264/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 iyun 2019-cu il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh) əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı (bunan sonra – iddiaçı) isə, borc tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan aldığı 5000 ABŞ dolları və ya kursa uyğun 8500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, 12 iyun 2019-cu il tarixdə o, Quba rayon X3 kənd sakini yaxın münasibətləri və qarşılıqlı hörməti olan Cavabdeh2 ondan aldığı pulu qaytaracağını desə də qaytarmadığı və cavabdehin saxta imzalarla onu aldadaraq ümumilikdə 5000 ABŞ dollarının hələ də qaytarmadığı barədə ərizə ilə müraciət etmişdir. İşi aparan təhqiqatçı uzun get-gəldən sonra, onları heç vaxt üzləşdirməmiş pulu qaytaracağı barədə arxayın etmişdir. Nəhayət Cavabdeh2 özünün aldığı pulu tədricən az-az qaytarır. Lakin Cavabdeh1 iddia edir ki, ondan aldığı ümumilikdə 5000 ABŞ dolları Cavabdeh2 verib. Cavabdeh2 isə Cavabdeh1 5000 ABŞ dolları ona vermədiyini iddia edir.
4. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı məktəb direktoru işləyib, Əhmədin yanında iddiaçıdan 5000 ABŞ dolları almış, sonra da 5000 ABŞ dolları iddiaçıdan alıb Əhmədlə Xalidə vermişdir. Əhməd ona iddiaçıya xüsusi hörməti olduğunu, ikinci dəfə iddiaçıdan pul isətməyə üzü gəlmədiyini demiş və onun yerinə pul almasını təklif etmişdir. O, da 5000 ABŞ dolları bütöv şəkildə iddiaçıdan alıb Əhmədə vermişdir. Aldıqları pulun faizini hər ay ödəmişlər. Hal-hazırda onun iddiaçıya borcu yoxdur.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, 2006-cı ildə ehtiyacı olduğu üçün iddiaçıdan özü üçün 6000 manat almışdır. Hazırki iş üzrə mübahisə predmeti olan 5000 ABŞ dollarını cavabdeh iddiaçıdan alsa da, həmin 5000 ABŞ dollarını ona (Cavabdeh2) verməmişdir. 6. 09 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, Əhmədlə cavabdeh və iddiaçı arasındakı pul mübahisələrindən xəbəri yoxdur. O, heçnə yazmamış, heç nəyə imza etməmişdir. 7. 09 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, onların alışverişindən xəbəri yoxdur. O, iddiaçıdan heç vaxt pul alıb Əhmədə verməmiş, heç nə yazmamış, imza etməmişdir.
8. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)1756/2022 nömrəli iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya məxsus 5000 ABŞ dolları məbləğində pulu əldə etməklə, qaytarmaması və qaytarmaqdan i mtina etməsi, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanaraq, iddiaçıya 5000 ABŞ dolları məbləğində maddi zərər vurması sübuta yetirilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 425.2, 427.1, 427.2, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 739.2, 740, 742.1, 743, 1091.1, 1091.2, 1092.1 və 1093-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddia tələbinin təmin olunmasına d air yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən AR MPM-nin 14-cü maddələrinin tələblərini pozmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-264/2023 nömrəli iş üzrə 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari - sədrlik edən və məruzəçi, G.İ.Cabbarova və A.M.Süleymanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razıəlaşmış və gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı Cavabdeh1la Quba r ayon Barlı kənd məktəbində əvvəllər bir yerdə müəllim kimi işləməsi, iddiaçının Cavabdeh1 barəsində xx.xx.2019-cu ildə Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi və X7 TQ-nun xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi işin mübahisəsiz halıdır.
15. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
18. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
19. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız t ərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
20. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
21. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
22. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır.
23. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakim iyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
24. Cavabdeh1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasındakı izahatından görünür ki, o, müəllim həmkarı olan Cavabdeh2 yanında İddiaçı 5000 ABŞ dolları aldığını və sonra həmin məbləği Əhməd və Xalid adlı şəxslərə verdiyini göstərmişdir. Eyni zamanda məhkəmənin 19 sentyabr 2022-ci il tarixli iclasında da İddiaçı 5000 ABŞ dolları məbləğində pulu alıb Əhmədə verdiyini, elə həmin məhkəmə iclasında şahid qismində dindirilən Cavabdeh2 da ifadəsində Cavabdeh1 İddiaçı 5000 ABŞ dolları aldığını və ona vermədiyini təsdiq etmişdir (iş vərəqə 51-60).
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh adı çəkilən məhkəmə iclasında qeyd olunmuş bu məsələni apellyasiya şikayətində belə mübahisələndirməmiş və eləcə də məhkəmə iclas protokoluna belə qe yd verməmişdir.
26. Göründüyü kimi iddiaçının tələb olunan pul vəsaitini cavabdehə verməsi və həmin pulun iddiaçıya qaytarılmaması öz təsdiqini tapmışdır.
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).
28. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olm adığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri)
30. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
31. Məhkəmə kollegiy ası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbinin təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsaslnda tətbiq edir. Lakin iş materiallarında cavabdeh tərəfindən məhkəməyə belə bir ərizə təqdim etməsi görünmür. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır.
33. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə icl asında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin tam ləğv ed ilib, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası MPM-nin 9.3, 14.2 və 77.1 maddələrinə istinad edilərək göstərilmişdir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması sübutlara, müqavilələrə qiymət verilməli idi. Əgər varsa. Çünki bizim aramızda müqavilə yoxdur. İddiaçının Polis İdarəsində verdiyi izahatın heç bir əsası yoxdur. Bu iş üzrə həmin izahatlar sübut sayıla bilməzdir
36. Məhkəmə yalnız əsası olmayan mülahizələrə əsaslanmışdır. Bu da yolverilməzdir. Öhdəliyin olması barədə sübut təqdim etməyiblər. Onlara hansısa bir xidmətin göstərilməsi barədə söz verilməmişdir. Onlar bu iş üzrə kreditor ola bilməzlər. Hansısa bir borcum yoxdur. Borcu olmadığı halda öhdəliyi yarana bilməzdi. Polis İdarəsində alınmış izahatlar hazırki iddianın təmin olunması üçün əsas ola bilmzədi. Çünki orada cavabdehin verdiyi izahatlarda da öhdəliyin olmaması öz təsdiqini tapmışdır. Belə olan hadla öhdəliyi icra etməməyim barəd ə verilmiş məlunmatlar yalnışdır.
37. Ümumiyyətlə aralarında öhdəlik olmamışdır. Hansısa bir müddətdən söhbət gedə bilməz.
38. Məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə işdə olan sübutları sadalamamış və onlara ayrı-ayrılıqda qiymət verməmişdir.
39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1 - ci, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azə
41. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydas ında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
43. Maddə
740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (tərəflər arasındakı hüquq münasibətinin baş verdiyi vaxt qüvvədə olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnamə sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 53.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. 54.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosess ual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 55.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 fevral 2023-cü il tarixli 2(105)264/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.