Məhkəmə qərarları › İş №2(102)-2265/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2265/2021

24.05.2021 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2265/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2265/21 (Açar sözlər: müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi, iddianın ölmüş şəxsə qarşı qaldırılması ) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq sahəsinin alqı-satqısın a dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1780/2020 nömrəli, 12 noyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1996-cı il torpaq islahatları zamanı Cavabdeh1 və onun 8 nəfər ailə üzvünə XXX 807 nömrəli təsərrüfat olmaqla 2,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. 2. 19 fevral 1998-ci il tarixində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 pay olaraq onlara verilmiş 2,62 ha torpaq sahəsini aktla İddiaçı satmışlar. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Qarayev X4 Rayo n Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia qaldıraraq sonuncuların mülkiyyətində olan 2,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı qeyd edilən torpaq sahəsini alarkən torpağın hüquq müəyyənedici sənədləri yox idi. Bu səbəbdən torpağın alıq-satqısını öz aralarında imzalanmış aktla rəsmişləşdiriblər

5. Əqdin təsdiqlənməməsi cavabdehlərin ucbatından baş vermiş və hazırda da sonuncular bundan qərəzli olaraq yayınırlar.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin qeyd edilən müqavilə bağlandığı zaman (2002-ci ilin oktyabr ayı) qüvvədə o lan 335.2-ci maddəsinə və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli qərarına istinad etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli 2(033)-962/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, XXX yerləşən 807 №-li təsərrüfat olmaqla, cavabdehlərə ayrılmış 2,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,62 ha hissəsinin satılması ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. (hakim Elbrus Məmmədov)

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qarşılıqlı razılaşmaya görə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Zaqatala Rayonu Əliabad qəsəbə sində yerləşən 2,72 ha torpaq sahəsindən 2,62 ha torpaq sahəsini İddiaçı oğluna satmış və bu barədə sadə yazılı formada əqd bağlamışdır. Bu əqd tərəflər və şahidlər tərəfindən imzalanmışdır. Lakin torpağın hüquqmüəyyənedici sənədləri olmadığından alqı-satqı müqaviləsi notariat kontorunda rəsmiləşdirilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsini öz adına sənədləşdirmək istəsə də cavabdehlər buna imkan verməmişlər.

9. Məhkəmə işdəki sübutlara, əsasən belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Zaqatala Rayonu Əliabad qəsəbəsində yerləşən 2,62 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər alqı-satqı müqaviləsinin ən mühüm şərtləri barəd ə razılıq əldə etmişlər. Bununla bağlı özlərinin azad iradə ifadələrini imzaladıqları izahatda əks etdirmişlər. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair sənəd imzalanmış qanuna zidd olmamışdır.

11. Birinci instansiya məhkəməsi hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi qənaətinə gələrək, öz mövqeyini Mülki Məcəllənin 335.2, 336.2, 647.1 və MPM-nin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar” 22 mart 2006-cı il tarixli qərarına ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətləri belə əsas landırılıb ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, 19 fevral 1998-ci il tarixli aktdakı imzalar onlara məxsus deyildir. İddia əsassızdır. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018ci il tаrixli, 2(033)-962/2018 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1780/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli, 2(033)-962/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabde h1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı sonuncuların mülkiyyətində olan 2,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 19 fevral 1998-ci il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraqaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir.

16. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Həmçinin cavabdehlərin bund an imtina etməsini təsdiq edən hər hansı bir mötəbər sübut da məhkəmə kollegiyasına təqdim etməmşdir.

17. Bundan əlavə, sözügedən ailənin üzvləri olan uşaqların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamışdır.

18. Apellyasiya instansiyası əlavə olaraq Mülki Məcəllənin 36.1, 36.2, 36.3, 567, 646.1, Ailə Məcəlləsinin 55.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, için yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya şikayətini cavabdehlərdən iki nəfər versə də, apellyaisya məhkəməsi digər cavabdehlərin paylarına münasibətdə də iddianı rədd etmişdir; - iddiaçı artıq 20 ildir əmlakın faktiki sahibidir; - uşağın qanuni təmsilçisi olduğu halda, məhkəmə qətnamədə qəyumluğun razılığının alınmamasına istinad edib və belə bir razılığın nə ilə əlaqədar olmasını əsaslnadırmayıb; - qeyd edilən torpaq sahəsini iddiaçı 10 iyun 2020-ci ildə başqa şəxsə, X1. Torpağın mülkiyyətçisi işə baxılan vaxt X3 olsa da, apellyasiya məhkəməsi onu işə cəlb etməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər Cavabdeh4 və Ca vabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçü n zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Maddə 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdi rilir. Maddə 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. (24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş redaksiyada) Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Aaşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

24. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

26. Belə ki, əvvəla, apellyasiya məhkəməsi sözügedən ailənin üzvləri olan uşaqların paylarına sərəncam verilməsi zamanı qəyyumluq və himayəçilik orqanının razılığı alınmamasın istinad etsə də, ailə üzvlərindən kimin qəyyumluqda olmasını müəyyən etməmişdir.

27. Apellyasiya şikayəti verən şəxslərdən Cavabdeh2 xx xxxx 1957-ci il təvəllüdlüdür ki, iddiaçının istinad etdiyi müqavilə bağlananda onun yetkinlik yaşına çatmış şəxs olması açıq-aşkar olan faktdır.

28. Apellyasiya şikayəti verən Cavabdeh4 gəldikdə, o, xx xxx 1982-ci il təvvəllüdlüdür, bu baxımdan həqiqətən də onun 1998-ci ildə yetkinlik yaşına çatmayan şəxs olması mübahisəsizdir. Lakin məhkəmə nəzərə almayıb ki, Mülki Məcəllənin 33.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onlar ın üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmçinin Mülki Məcəllənin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

29. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.

30. Başqa sözlə, Cavabdeh4 1998-ci ildə yetkinlik yaşına çatmaması onun qəyyumluqda olması nəticəsinə gəlmək üçün əsas vermir. Buna görə də apellyasiya məhkəməsinin Cavabdeh4 Mülki Məcəllən in 28.8 və 33.3-cü maddələrinə əsasən qəyyum təyin edilib-edilməməsi halını müəyyən etmədən hazırki işə Mülki Məcəllənin 36.1-36.3-cü maddələrinin tətbiq etməsi maddi hüquq normasının pozulması deməkdir.

31. Bundan əlavə, işin apellyasiya baxışında cavabdehlər Cavabdeh5 15 may 2000-ci ildə, Cavabdeh3 10 avqust 2012-ci ildə və Cavabdeh1 28 avqust 2017-ci ildə ölməsi barədə sənədlər təqdim edilsə də, apellyasiya məhkəməsi işdəki bu sənədlərə qiymət verməyib. Halbuki hazırki iddianın 2018-ci ildə məhkəməyə verilməsi nəzərə alınarsa, iddianın faktiki olaraq ölmüş şəxslərə qarşı qaldırılması halına qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.

32. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir.

33. Belə olan halda, ölmüş şəxslərin Mülki Proses sual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir.

34. Apellyasiya məhkəməsi isə qeyd edilənlərə əsasən ölmüş şəxslərə qarşı hissədə iddianın yolverilən olub-olmamasını araşdırmadan həmin şəxslərə qarşı da iddiaya mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməklə, prosessual hüquq normalarını pozmuşdur.

35. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunu n tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

36. Apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi isə qeyd edilən tələblərə cavab vermir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasi bətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1780/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar