Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2267/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli, 2(107)2596/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu rayon Məhkəməsinin (hakim T.İsmayılov) 18.07.2018-ci il tarixli, 2(016)896/2018 nömr əli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X1 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Ağsu rayon Məhkəməsinin (hakim T.İsmayılov) 02.08.2018-ci il tarixli, 2(016)896/2018 nömrəli qərardadı ilə Ağsu rayon Məhkəməsinin (hakim T.İsmayılov) 18.07.2018-ci il tarixli, 2(016)-896/2018 nömrəli qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində “X3” əvəzinə “Cavabdeh” və qətnamənin nəticə hissəsinin 2-ci abzasının “cavabdeh X2 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 verilsin” əvəzinə “Cavabdeh 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilsin” kimi oxunması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 05.11.2018-ci il tarixli, 2(107)-2596/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Ağsu rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 verilməsi, apelyasiya şikayətinin qalan hissəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) 26.11.2018-ci il tarixli, 2(107)-2596/2018 nömr əli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli qətnaməsinin qət etdi hissəsində iddiaçı “X5” əvəzinə “İddiaçı” kimi oxunması qərara alınmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə 08.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh borc alıb qaytarmadığı 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmiş dir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin borcunu tam ödəməsini, həmçinin iddia müddətinin ötürülməsini nəzərə almamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-ci il tarixli, 2(107)-2596/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclası na gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından iş materiallarında olan 12 avqust 2014-cü il tarixli, ******** reyestr nömrəli kredit müqaviləsi ilə müəyyən olunur ki, Cavabdeh borc götürdüyü və hal-hazırda19550 manat borcunun olduğunu etiraf edir və həmin məbləği 12.11.2014 -cü il tarixə kimi İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndində qarşılıqlı anlaşma yolu ilə həll edilməyən mübahisələrin qanunvericililikdə müəyyən edilmiş qaydada məhkəmə vasitəsilə həll edilə bilməsi qeydedilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 19550 manat borcun olmasının etiraf edilməsi və həmin məbləğin Cavabdeh tərəfindən 12.11.2014-cü il tarixə kimi İddiaçı qaytarmağı öhdəsinə götürməsi barədə 12 avqust 2014-cü il tarixli, 3-M-224 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tamamilə yerinə yetirməyərək borcundan yalnız 2017-ci ilin sentyabr ayında 1000 ABŞ dolları məbləğində pul qaytarmış, hazırda 17850 manat borcu qalması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağ ı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2.-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, cavabdeh borcunu tamamilə ödəmiş və bundan əlavə həm də iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, cavabdeh tərəf borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçının izahatından görünür ki, cavabdeh borclu olduğu 19550 manat puldan 2017-ci ilin sentyabr ayında 1000 ABŞ dolları qaytarmışdır. Ona görə də iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan, apelyasiya şikayətinin də dəlilləri olmuş hallara hüquqi qiymətini vermiş,tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquq normalarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odu r ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.11.2018-cı il tarixli, 2(107)-2596/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2267/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2267/2019
08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver