Məhkəmə qərarları › İş №2(102)-2268/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2268/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2268/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ghasemian Mahdinın Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10458/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Ghasemian Mahdi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi: İşin halları: 2021-ci ilin aprel ayında Ghasemian Mahdi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2269/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (K.F.Əmirxanova) iddia tələbinin təmin edilməsi, cavabdehdən 9500 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10458/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimano v rayon Məhkəməsinin 2(005)-2269/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin olunaraq Cavabdeh 4.678,4 manat pul alınaraq iddiaçı Ghasemian Mahdiyə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İş üzrə iddiaçı Ghasemian Mahdi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə kassasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakı səbəblərdən iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işl ər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən aşağı olduğundan, kollegiya hesab edir ki, həmin işə kassasiya qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.7 maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402 və 417-ci maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Ghasemian Mahdinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10458/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 01 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Ghasemian Mahdinin Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar