Məhkəmə qərarları › İş №2(102)-227/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-227/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-227/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3625/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı xeyrinə 29.216,93 manat məbləğində əsas, 15.272,09 manat məbləğində faiz, 3.347,77 manat məbləğində dəbbə, cəmi 47.836,79 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı xeyrinə 29.216,93 manat məbləğində əsas, müqavilə müddəti üçün hesablanmış 2.877,81 manat məbləğində faiz, 16.236,28 manat məbləğində dəbbə, müqavilə bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5.407,92 manat, cəmi 53.738,94 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, satışdan əldə olumuş vəsait qətnaməni n icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh və həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC Cavabdeh 24 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixinədək illik 18% ödəmək şərti ilə 70.000 manat məbləğində kredit xətti açmağı, Cavabdeh isə müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kredit xətti ndən istifadə etməyi və alınmış krediti ödəməyi, habelə kreditə görə hesablanacaq faizləri, gecikməyə yol verdiyi təqdirdə isə hesablanacaq cərimə borcunu ödəməyi barədə öhdəlik götürmüşdür.

4. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, “xxxx” ASC ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan mənzili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin bazar dəyəri 135.000 manat, likvid dəyəri 115.000 manat məbləğində qiymətləndirilmişdir.

5. Eyni zamanda o da mübahisə edilmir ki, tərəflər arasında əldə edilmiş xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən həmin kredit müqaviləsinə dəişiklik edilərək, ödənişin müddəti 12 ay müddətinə uzadılmış və kredit vəsaitdən istifadə müddəti xx.xx.2016-cı il tarixinədək müəyyən edilmişdir. Lakin Cavabdeh həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etməmiş, nəticədə banka borcu yaranmışdır. 6. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən mənzilin bazar dəyəri 171.600 manat məbləğində qiymətləndirilmişdir

7. Mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizası əsasında aparılmış ekspert tədqiqatı üzrə tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən həmin müqavilə üzrə Cavabdeh xx xxxx 2016-cı il tarixə 30.223,34 manat məbləğində əsas və 6.543,35 manat məbləğində faiz borcunun yarandığı, xx.xx.2016-cı il tarixdən sonra aparılmış 2.400 manat məbləğində ödənişin nəzərə alınmadığı göstərilmişdir. B elə ki, həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017ci il tarixdə 800 manat, xx.xx.2017-ci il tarixdə 1500 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 1.000 manat hissəsi mövcud olan əsas, 1.400 manat hissəsi isə mövcud olan faiz borcundan silinmişdir.

8. İddiaçı bildirir ki, xx.xx.2013-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz ödəmək şərtilə 70.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 36 faizi məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka borcu yaranmışdır.

9. Cavabdeh heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Bakı şəhəri Binəqədi rayon Mə hkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-642/2019 saylı qətnaməsi ilə (hakim F.Abdıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 29.216,93 (iyirmi doqquz min iki yüz on altı manat, doxsan üç qəpik) manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2016-cı il tarixinə hesablanmış 2.877,81 (iki min səkkiz yüz yetmiş yeddi manat, səksən bir qəpik) manat manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanmış 73,04 (yetmiş üç manat, dörd qəpik) manat məbləğində faiz, 500 (beş yüz) manat məbləğində cərimə, cəmi 32.667,78 (otuz iki min altı yüz altmış yeddi manat, yetmiş səkkiz qəpik) manat məbləğ ində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ümumilikdə ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun və dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti olan mənzilinin ilkin satış qiymətinin 171.600 (bir yüz yetmiş bir min altı yüz) manat məbləğində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh qaytarılması, ipo teka predmetinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması, ipoteka predmeti olan mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin əmlakdan çıxmazsa, onun məcburi qaydada çıxarılması qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhd əliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

12. Bundan başqa cavabdehin əsas borcu müəyyən edilərkən, məhz iddiaçının xx.xx.2019-cu il tarixli maliyyə arayışı əsas götürülməlidir. Belə ki, məhkəmə eksperti cavabdehin həmin müqavilə üzrə xx.xx.2016-cı il tarixinə 30.223,34 manat məbləğində əsas borcunun yarandığını müəyyən etmişdir. Halbuki, məhkəmə ekspertinə əsas və faiz borcunun kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixinə hesablanması tapşırığı verilmişdir. Hər bir halda, məhkəmə əsas borc məbləğinin yalnız aparılmış ödəniş nəticəsində azaldığını və faiz borcu kimi vaxtaşırı artmadığını nəzərə alıb, məhkəm ə ekspert tərəfindən əsas borcla bağlı aparılmış hesablamanı qəbul edir. Lakin məhkəmə o halı da nəzərə alır ki, hesabdan çıxarışda əks olunmuş və ekspert tərəfindən də aşkar edilmiş 2.400 manat məbləğində ödəniş kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra aparılmışdır və həmin məbləğin cəmi 1.000 manat hissəsi mövcud olan əsas borcun silinməsinə yönəlmişdir. Buna baxmayaraq, ekspert səhv olaraq bu məbləği tam olaraq müəyyən etdiyi əsas borcdan silmişdir. Sadə riyazi hesablamaya əsaslanmaqla aparılmış hesablama nəticəsində cavabdehin Banka (30.223,34 – 1.000 = 29.223,34) 29.223,34 manat əsas borc məbləğinin yarandığı müəyyən edilir. İddiaçı isə öz növbəsində ondan 29.216,93 manat əsas borc məbləğinin tutulmasını tələb edir. Bu səbəbdən məhkəmə iddia tələbini nəzərə alıb, habelə q anunvericiliyin verilmiş tələblər üzrə qətnamə çıxarılması barədə tələblərini rəhbər tutub, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 29.216,93 manat məbləğində əsas borc iddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

13. Məhkəmə eyni yanaşmanı iddia tələbinin “faiz borcunun tutulması” hissəsinə də tətbiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır və tam təmin edilməli, 2.877,81 manat məbləğində faiz borcu Cavabdeh iddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, ekspert faiz borcunu xx.xx.2016-cı il tarixinə hesablamaqla müddət etibarı ilə 5 ay üçün faiz borcunu artıq hesablamışdır. Belə olan halda, əsas borc məbləğinin 29.216,93 manat (iddiaçının tələb etdiyi məbləğ), illik faiz dərə cəsinin isə 18% olduğu nəzərə alındığı təqdirdə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək, yəni 5 ay üçün yaranmış faiz borcu (29.216,93 x 18 % /100 = 5.259,05 manat 1 il üçün, 5.259,05 /12 = 438,25 manat 1 ay üçün, 438,25 x 5 = 2.191,25 manat 5 ay üçün) 2.191,25 manat təşkil etmiş olur. xx.xx.2016-cı il tarixə hesablanmış 6.543,35 manat puldan artıq olaraq 5 ay üçün hesablanmış 2.191,25 manat pulun və müqavilə müddəti bitdiyi tarixdən faiz borcundan silinmiş 1.400 manat pulun çıxıldığı təqdirdə qalıq faiz borcu məbləği (6.543,35 – 2.191,25 – 1.400 = 2.952,10) 2.952,10 manat təşkil etmiş olur. İddiaçı isə 2.877,81 manat tələb edir.

14. Bununla yanaşı cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı t ərəfindən tələb edilən cərimə məbləği endirilməli və 500 manat məbləğində müəyyən edilməli, bu məbləğdə cərimə borcu Cavabdeh iddiaçı ASC-nin xeyrinə tutulmalıdır

15. Eyni zamanda iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İpoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 171.600 manat məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyaların çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir.

17. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, ləğv prosesində olan İddiaçı ASC cavabdehə mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərətlər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər.

18. Məhkəmə iddia tələbinin “ipoteka predmetində qeydiyyatda olan və yaşayan digər şəxslərə” yönəlmiş hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qeyrimüəyyəndir. Belə ki, iddiaçı hazırki iddia üzrə cəmi biri nəfəri, yəni Cavabdeh qismində müəyyyən etmişdir. Bu şəxs həm kredit götürən, həm də kredit öhdəliklərinin təminatı olaraq öz mülkiyyətində olan mənzili Bank qarşısında ipoteka ilə yüklü edəndir. Bu cavabdeh istisna olmaqla, ipoteka predmetində hər hansı şəxsin yaşadığı və ya p asport qeydiyyatında olması barədə sübut təqdim edilməmişdir. Bununla belə, iddiaçı bu tələbləri hüquqi nəticə etibarı ilə qeyri-müəyyən dairədə şəxslərə qarşı irəli sürmüşdür. Bu səbəbdən iddia tələbi bu hissədə rədd edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1, 319.6, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 449.1, 449.4, 462.1, 463.1, 465.1, 467, 739, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellya siya şikayəti vermişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3625/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova) ”iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-642/2019 saylı qətnaməsi cərimə borcu, cəmi məbləğ hissələrində dəyişdirilmiş, cərimə borcunun məbləği 2000 (iki min) manat, cəmi məbləğ 34167,78 (otuz dörd min yüz altmış yeddi manat 78 yetmiş səkkiz qəpik) manat müəyyən edilmişdir, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi üz rə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilə şərtlərini pozulduğundan, iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır.

23. Bundan başqa ”kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və ”Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə a lınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.”””””

24. Bununla yanaşı Rayon Məhkəməsinin əsas, faiz və cərimə borcu ilə bağlı gəldiyi nəticə Mülki Məcəllənin ”Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, ”Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və ”Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına uyğun olsa da, cərimə borcunun” tutulmalı olan məbləği düzgün azaldılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablansa da, məhkəmə tərəfindən həddən artıq çox məbləğdə azaldılmışdır. Belə ki, Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız təna sübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməli, cərimə 2000 manat müəyyən edilməlidir. ” Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinə əs asən ipoteka predmetinin bazar dəyəri 135.000 manat, likvid dəyəri 115.000 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə ipoteka predmetinin bazar dəyəri 171600 manat qiymətləndirilmişdir. Göründüyü kimi iki rəy arasında kəskin fərq mövcuddur. Ona görə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar ekspertiza keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının qismən ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı yalnız mübhisələndirilən hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi

33. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

34. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

35. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

36. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (maddə 445.1)

37. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun ic ranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

38. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. (maddə 467) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

39. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. (maddə 1.0.1)

40. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. ( maddə 1.0.9)

41. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. (maddə 10.1)

42. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.(maddə 33)

43. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.(maddə 39.3.3)

44. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildik də və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. (maddə 59.3.1)

45. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən”və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində”məcburi qaydada çıxarılırlar. (maddə 59.4) Mülki Prosessual Məcəllə

46. Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

48. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

49. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)

50. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üz rə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

51. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

53. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (m addə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 171.600 (bir yüz yetmiş bir min altı yüz) manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildır.

55. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür.

56. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. (40) 57. “İpoteka ha qqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

58. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud”investisiya”proseslərində”aktivlərin”bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adek vat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

59. Məlumdur ki, ”Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

60. Beləliklə işin yuxarıda qeyd edilən halla rından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 171.600 (bir yüz yetmiş bir min altı yüz) manat məbləğində müəyyən edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

61. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə ”maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

62. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3625/2020 nömrəli iş üzrə xx xxx x 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar