Məhkəmə qərarları › İş №2(102)-2272/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2272/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2272/2020 22.06.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Samux rayon Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi İddia tələbi: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi (Açar sözlər: müqavilənin etibarsızlığı, kəsici müddət, mübahisələndirilən əqdlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh2 vəkili Hikmət Xəlilovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(104)-4087/2019 nömrəli iş üzrə 11 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Samux rayon Aqrar islahat komissiyasının 25 fevral 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə x2, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və İddiaçı4 2,75 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və həmin qərara əsasən torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmişdir. 20.08.2007-ci il tarixdə Cavabdeh1 Dövlət aktında göstərilən 2,75 ha torpaq sahəsindən ona düşən 0,50 ha hissəsinə (bundan sonra - mübahisəli torpaq sahəsi) dair satmaq, bağışlamaq, dəyişmək və digər səlahiyyətlərin verilməsi b arədə Cavabdeh3 etibarnamə vermişdir. Satıcı Cavabdeh1 adından etibarnamə əsasında Cavabdeh3 tərəfindən imzlanmış, Cavabdeh4 24.08.2007-ci il tarixdə təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə mübahisəli torpaq sahəsi 700 AYM-ə sonuncunun arvadı Cavabdeh2 satılmışdır. Alqı-satqı müqaviləsi əsasında 06.02.2008-ci il tarixdə 0,20 ha və 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Samux rayon Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanılmış 24 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında qeydiyyata alınmış 06 fevral 2008-ci il tarixli, MH seriyalı, ******* saylı və MH seriyalı, ******* saylı çıxarışların, AA 002352 və AA 002353 saylı torpaq sahəsinin plan-ölçüsünün ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 qardaşları Naqil Həsəovu aldadaraq ondan etibarnamə almış və torpaq sahəsini tanımadıqları Cavabdeh2 adına keçirmişdir. Bu zaman iddiaçıların razılığı alınmamış, hal-hazırda da sonuncunun adına olan çıxarışda göstərilən yer üzrə bölgünün hansı əsaslarla aparıldığı məlum deyildir. Torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 m ülkiyyətinə verilmişdir. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)583/2019 nömrəli iş üzrə 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Zeynalova) iddia təmin edilmiş, 24.08.2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmış çıxarış və torpaq sahəsinin planı və ölçüləri ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-4087/2019 nömrəli iş üzrə 11 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), R.Mamedov və A.Bayramov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətn amə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi Cavabdeh1 razılaşdırılmış iradə ifadəsi əsasında bağlanmışdır. Belə ki, o, öz iradəsi əsasında notariat kontoruna müraciət etməklə, özünə məxsus əmlakın satılması ilə bağlı Cavabdeh3 etibarnamə vermiş, sonuncu isə notariat kontorunda təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə mübahisəli torpaq sahəsini Cavabdeh2 satmışdır. Müqavilə bağlandıqdan sonra torpaq sahəsinin 0,20 ha və 0,30 ha hissələri tərəflərin iştirakı ilə naturada bölünmüş və hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qalan hissə isə iddiaçıların istifadəsində və mülkiyyətində qalmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsin in 218.2, 324, 334, 354, 375.2, 389 və 647.1-ci, Torpaq Məcəlləsinin 51 və 66-cı maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, 24.08.2007-ci il tarixli alqı- satqı müqaviləsinin bağlanmasından 12 il keçdikdən sonra - 2019-cu ilin iyun ayında həmin müqavilə iddiaçılar tərəfindən hazırkı iddia ilə mübahisələndirilmişdir. Halbuki iddiaçılar Mülki Məcəllənin 354-cü maddəsinə əsasən həmin əqdi mübahisələndirmək hüququnu itirmişlər. Qeyd edilən müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətlərinə deyil, kəsici müddətə aiddir. Kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu hüququn aradan qalxması nəticəsini əmələ gətirir. Yəni qanunvericilikdə nəzərdə tutulan müddət ərzində tərəf əqdi mübahisələndirməyibsə və ya üstün satınalma hüququndan istifadə etməyibsə, artıq onun əqd i mübahisələndirmək hüququ və ya üstün satınalma hüququ da aradan qalxmış olur. Məhkəmə kollegiyası Cavabdeh1 əslində torpaq sahəsinin Cavabdeh3 icarəsinə vermək məqsədilə ona etibarnamə verdiyi, cavabdeh tərəfindən ona verilən 700 manat pulun icarə haqqı olduğu, torpağın icarədə olduğunu bildikləri üçün iddia qaldırmadıqları barədə iddiaçıların dəlillərini inandırıcı hesab etməmiş və həmin dəlillərin iş üzrə öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Belə ki, iddiaçılar torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması və torpaq sahəsinin icarədə olmasına dair birinci və apellyasiya intansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 tərəfindən ona aid torpaq sahəsi icarəyə verilmiş olsaydı, etibarnamə ilə bütün səlahiyyətlər Cava bdeh3 verilməz, tərəflər arasında icarə müddəti və şərtləri müəyyən edilməklə, ən azı sadə icarə müqaviləsi bağlanardı. Beləliklə, iddiaçılar ən azı 2008-ci ildə hüquqlarının pozulmasını bilmiş, qanunla müəyyən edilmiş müddətdə mübahisə edilən əqdin etibarsızlığına dair iddia ilə məhkəməyə müraciət etməmiş və bununla da müddəti ötürmüşlər. Bu hal da iddianın rədd edilməsinə hüquqi əsas verir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçılarkassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsini və ya yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Cavabdeh3 ona verilmiş etibarnamə əsasında mübahisəli torpaq sahəsini öz arvadı Cavabdeh2 satmaqla faktiki özü barədə əqd bağlamışdır. Bu baxımdan həmin əqd mülki qanunvericilikdə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmışdır və etibarsızdır. Eyni zamanda iddianın predmeti olan torpaq sahəsi mülkiyyət olduğundan hazırkı tələbə iddia müddəti şamil oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların izahatlarını təhrif etmiş, onlara izahat vermək üçün şərait yaratmamışdır. Qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun deyil, məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh2 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 vəkili məhkəmə iclasında kasssiya şikayətinə e tiraz edərək, təmin olunmamasını xahiş etdi. İddiaçı3 və Samux rayon Notariat ofisi müvafiq olaraq teleqram və məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola b ilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olma lı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə

354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə b ilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini iddiaçılar tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 illik kəsici müddətin ötürülməsi əsası ilə rədd etmişdir. Bu baxımdan əqdin bağlanması zamanı maddi hüquq normalar ının tələblərinin pozulması barədə dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda iddiaçılar tərəfindən irəli sürülən əsaslar baxımından mübahisəli müqavilə mübahisələndirilən əqdlər kateqoriyasına aid olduğu üçün apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsini mübahisəyə düzgün tətbiq etmişdir. Həmçinin qeyd olunan müddət kəsici müddət olduğundan iş üzrə Mülki Məcəllənin iddia müddətinin şamil edilmədiyi tələbləri tənzimləyən 384-cü maddəsinin tətbiqinə əsas yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İddiaçıların məhkəmə iclas protokoluna verdikləri qeyd lər apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4087/2019 nömrəli iş üzrə 11 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar