Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2273/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2273/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2783/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 manat əsas pulun tutulması və tərəfindən vaxtında ödənilməyən həmin pul vəsaitinin qərarın çıxarıldığı gün üçün bank dərəcəsi əsas götürülməklə üç il üçün ən azı illik əlavə beş faiz ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 3 il bundan əvvəl o, Xaçmaz rayonun da işləyən ərəfədə cavabdehdən «Leksus» markalı ** FK *** nömrəli avtomaşın almışdır. Həmin avtomaşını 23000 manata qiymətləndirmişlər. Həmin puldan 13000 manat on qun tərəfindən cavabdehə ödənilmişdir. Sonradan cavabde hin övladı maşının satılmasına etiraz etdiyi üçün maşını qaytarıb Azada təhvil vermişdir. Azad isə yaxın vaxtlarda pulu qaytaracağına söz vermişdir. Danışıqlarından 3 il keçməsinə baxmayaraq bu günə kimi həmin pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Bununla bağlı polis şöbəsinə müraciət etmiş, lakin mülki məsələ olduğu üçün ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(067)-1777/2019 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11500 manat məbləğində pul və pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun, cəmi 12937 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş 30 manat döv lət rüsumunun 10 manat hissəsinin iddiaçıya adi edilməsi, 20 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh iddiaçıdan avtomobilin əvəzinə müxtəlif vaxtlarda cəmi 11500 manat pul aldığını və bir il sonra avtomobilin iddiaçı tərəfindən ona qaytarıldığını təsdiq etmişdir. Bununla yanaşı o, iddiaçı ona maşını qaytararkən maşının manitorunun olmamasını və avtomaşının qüsurlu vəziyyətdə olmasını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Cavabdeh tərəf isə iddiaçıya 13000 manat pul verdiyini bildirsə də, iddiaçının etiraf etdiyi 11500 manatdan əlavə iddiaçıya pul verdiyini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında mübahisə predmeti olan avtomobil xx.xx.2016-cıil tarixdə cavabdehə qaytarılmış, lakin həmin avtomobilə görə ödənilmiş pul vəsaiti, yəni 11500 manat pul iddia ərizəsi verilən günədək keçən 2 il 6 ay ərzində iddiaçıya qaytarılmamışdır. Belə ki, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından müəyyən oluinur ki, iddiaçı və oğlu avtomaşını bir il sürdükdən sonra 2016-cı ilin noyabr ayında cavabdehə qaytarsalar da, cavabdeh iddiaçının ona ödədiyi pulun əvəzinə iddiaçıya torpaq sahəsi təklif etmiş, lakin iddiaçı verdiyi pulu tələb etmişdir. Cavabdeh isə hesab etmişdir ki, iddiaçı özü peşman olub maşını qaytardığına və maşın qüsurlu olduğundan maşına dörə ödənilmiş pulu geri qaytarmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi ilə bağlı 11500 manat pulun cavabdehə verilməsi və həmin pulun 2 il 6 ay ərzində cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 442, 445.7, 739.1, 1091.1, 1092.1, 1093.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiy a Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədovsədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Aqil Abbasov) 2(105)-4055/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun Cavabdeh tutulmasına aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin Cavabdeh iddiaçının xeyrinə 11.500 manatın tutulması hissəsində gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh iddiaçıya heç bir borcu olmamasına dair irəli sürdüyü dəlili məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh avtomobilə görə iddiaçının ona 13.000 manat deyil, 11.500 manat ödədiyini göstərmişdir. Cavabdeh məhkəmə iclas protokoluna dair qeydlər də verməmişdir. Həmçinin Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılarkən verdiyi izahatında Cavabdeh İddiaçı ona bir il müddətinə 11.500 manat verdiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh pulu ona qaytarmamasına əsaslanaraq cavabdehdən vaxtında ödənilməyən həmin pul vəsaitinə qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə üç il üçün ən azı illik əlavə beş faiz ödənilməsini tələb etsə də, məhkəməyə cavabdehin həmin məbləği qaytarmayaraq ondan istifadə etməklə müəyyən fayda, gəlir, artım, bəhər və s. əldə etdiyini, yəni həmin məbləğdən faydalandığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün illik 5% olmaqla 1437 manat pulun Cavabdeh tutulmasına dair olan hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Əhməd Nurməmmədov, İlqar Xələfov) xx x xxxxx 2020-ci il tarixli, 2(102)-3560/2020 saylı qərarı ilə kasasiya şikayəti təmin olunaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4055/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə - birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış (cavabehdən iddiaçının 11500 manat pulun tutulması) hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmələr iddianın həmin hissədə təmin olunmasını Mülki Məcəllənin əsassız varlanma hüquq münasibətlərini tənzimləyən 1091.1, 1092.1 və 1093.1-ci maddələrinə istinadla əsaslandırmış və cavabdehin iddiaçının 11500 manat əmlakı h esabına əsassız varlandığı qənaətinə gəlmişlər. Lakin apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin həmin hissədə gəldiyi qənaəti qanuni və əsaslı hesab edərkən Mülki Məcəllənin tətbiq edilməli olan 1095-ci maddəsini tətbiq etməmişdir. Həmin maddəyə müvafiq olaraq əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istinad olunan normada əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə verib-verməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti tə min olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsində, yəni cavabdehdən iddiaçının xeyrinə 11500 manat pulun tutulması hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 2(105)-2783/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1777/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən – iddia tələbinin 11500 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsi ndə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında mübahisə predmeti olan avtomobil xx.xx.2016-cı il tarixdə cavabdehə qaytarılmış, həmin avtomobilə görə ödənilmiş pul vəsaiti, yəni 11500 manat pul iddiaçıya qaytarılmamışdır. İddiaçı qeyd edilən pulun qaytarılması üçün xx.xx.2019-cu il tarixdə, avtomobilin qaytarıldığı gündən 2 il 6 ay müddət sonra məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini 11500 manat hissədə təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən maddələrə istinad etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istinad olunan normada əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə veribverməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. Göründüyü kimi, qanunvericiliyə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ 2 illik üçün müddət müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı avtomobilə görə ödənilmiş 13000 manat pulu 2 il 6 ay sonra cavabdehdən tələb etmişdir. Hazırki işdən görünür kimi, iddiaçı öz hüququnun müdafiəsi üçün 2 illik müddət ərzində məhkəməyə mürciət etməli olduğu halda, 2 il 6 ay sonra müraciət etmiş, bununla da iddia müddətini keçirmişdir. Ona görə də iddia tələbi 11500 manat pulun tutularaq iddiaçıya verilməsi hissəsində də təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyasının qətnaməsi əsassız olmaqla Mülki qanunvericiliyin 3475.2-ci maddəsinin tələbləri pozulmuş, həmin pulun qaytarılmasının müddətin ötürülməsi ilə əlaqələndirilməsi tamamilə əsassızdır. Ona görə də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlili üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası hazırki mübahisə üzrə müddət tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququnun tələb edilməsinin keçəsi müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsində aydın şəkildə ifadə edilmişdir. Belə olan halda, kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərdən əlavə həmçinin qeyd edil məlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən əvvəlki kasasiya instansiyası məhkəməsinin göstərişlərinə aşağı instansiya məhkəməsi tərəfindən əməl edilməsi də müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2783/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.