Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2275/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı “ alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, yalan əqd ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh Cavabdeh və onun vəkili X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1177/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri 1 saylı notariat kontorunda bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1ində yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. X8 ərizə verərək, İddiaçı məxsus olan ünvan 1i ünvanında yerləşən 0.015 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ saylı ** ***** saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə 2014-cü il tarixdən ailəvi tanışlıqları yaranmış, 2017-ci ilin iyun ayında pula ehtiyac yarandığından Cavabdeh pul istəmişdir. O, etiraz etməmiş və pulun qarşılığında yeganə yaşayış sahəsi olan ünvan 1ində yerləşən evini alqı-satqı edəcəyini bildirmişdir. Bir neçə gün sonra, ailədə məsləhətləşmiş, evi 5000 manata görə alqı-satqı etmək fikrindən yayınmışlar. O, cavabdehə bildirmişdir ki, 5000 manata görə 40000 manatlıq evi təminat olaraq satmaq istəmir. Lakin cavabdeh hər-hansı problem olduğu halda, ev üçün əlavə olaraq 30.000 manat verməklə tam alacağını bildirmişdir. Bir neçə gün sonra, onlar bir daha görüşmüş və evi tam şəki ldə satmaq istədiyini cavabdehə bildirmişdir. Bu zaman cavabdeh əlində tam şəkildə pulu olmadığını demiş və ilkin olaraq ona 5000 manat, 2018-ci ilin yanvar ayına kimi yerdə qalan 30.000 manat verəcəyini bildirmişdir. Bundan sonra, 23 iyun 2017-ci il tarixdə 1 saylı notariat kontorunda evi cavabdehlə alqı-satqı etmişlər. O, cavabdehə pulu tam şəkildə ödədikdən sonra evi boşaldacağını bildirmiş və Cavabdeh isə etiraz etməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh dələduzdur və qalan pulu vermədən onu evdən çıxarmaq üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2014-cü ildə iddiaçı ondan borc istəmiş, o da 20000 manat vermişdir. Aralarında ünvan 1ində yerləşən torpaq sahəsini alqı-satqı etmişlər. Lakin aralarında müqavilə bağlanm asına baxmayaraq iddiaçı ona borc verdiyi məbləği qaytarmaqdan yayındıqdan polisə şikayət ərizəsi verilmişdir. İddiaçının oğlu borcun ödəniləcəyini bildirdiyindən şikayət geri götürülmüşdür. İddiaçı məhkəmədə iddia qaldırsada, iddia tələbi rədd edilmişdir. Lakin borc məbləğindən yenidən ödəniş etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2016-cı il tarixli 1(101)-1088/2016 saylı hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hazıra kimi iddiaçı tərəfindən borc verdiyi məbləğ qaytarılmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 24 aprel 2019-cu il tarixli, 2(012)1223/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab ed ilməsi” barədə iddiası rədd edilib. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı iddia tələbində torpaq sahəsini cavabdehə satılmasını onların cavabdeh tərəfindən aldadılaraq əldə edilməsini göstərsə də, lakin cavabdeh əksinə həmin torpaq sahəsinin borcun əvəzi olaraq qanuni əldə etdiyini bildirmiş, burada isə sübut etmək yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq məhkəməyə heç bir inandırıcı dəlil-sübutlar təqdim etməmişdir. Belə ki, iş materialında olan notariat işində İddiaçı ilə X oğlu arasında bağlanmış 23.06.2017-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən və X8 tərəfindən torpaq sahəsinin satılmasına etiraz edilməməsi barədə ərizəsindən görünür ki, iddiaçı və onun ailə üzvü alqı-satqı zamanı öz iradəsini sərbəst surətdə ifadə etmişlər. Hazırda mübahisəl i torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Bundan başqa iş materiallarında olan Sabunçu rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı 30.000 (otuz) min manat pul tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı hazırki iddia tələbində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin cavabdeh tərəfindən 30.000 manat pulun ona verilməsi ilə əlaqələndirmişdir ki, həmin məbləği sübut olunmadığından Sabunçu rayon məhkəməsi rədd etmiş və qətnamə qanuni qüvvəsini almışdır. Digər Abşeron rayon məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin və tikilinin boşaldılmasına dair iddia tələbi təmin edilmiş, İddiaçı X yerləşən 0.015 ha torpaq sahəsindən və orada olan yardımçı tikilidən çıxarılması qət edilmiş v ə qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23.06.2017-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, iddiaçının həmin alqı-satqı müqaviləsinin etibarsız hesab olunmaslna dair iddiası rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 329, 331, 334.1, 334.2,362, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Fuad Məmmədov) 2(105)-3029/2019 nömrəli iş üzrə 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012)-1223/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmış, və qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq ed ən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7988/2019 nömrəli iş üzrə 17 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlqar Dəmirov) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən m addi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Kassasiya məhkəməsi işdə olan sənədlərə istinad edərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələblərini pozaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş faktlara diqqət yetirmədən, Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə iddiaçının mülkiyyətində olan 0,015 ha torpaq sahəsini cavabdehin mülkiyyətinə verib-verməməsini, sonuncunun həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş 5.000 manat pul məbləğini (qiyməti) bilavasitə iddiaçıya ödəyib-ödəməməsini və ümumiyyətlə həmin alqı-satqı m üqaviləsinin tərəflərin iradə ifadələrinin həqiqi mənasını əks etdirib-etdirməməsini araşdırmadan, bu zaman bütün müvafiq halları, o cümlədən tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasınadək olan danışıqları, iddiaçının əri Alim Rzayev və qohumları tərəfindən aparılmış ödəmələri, cavabdehin özü tərəfindən istintaq və məhkəmə orqanına verilmiş yazılı ərizələri, o cümlədən tərəflərin sonrakı hərəkətlərini nəzərə almadan və bütövlükdə alqı-satqı müqaviləsinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından təfsir etmədən, yalnız alqı-satqı müqaviləsindəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 337.1-ci maddəsin in mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarlı sayıla bilməz. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 567-ci maddəsinin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdisə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan qanuni əsaslara əhəmiyyət vermədən, tərəflər arasında bağlanmış alqı-sat qı müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, həmin müqavilənin yalan əqd olmaqla, əslində iddiaçının əri X14 Xdan aldığı 20.000 manat pul vəsaitinin qaytarılmasının təminatı kimi bağlanıb-bağlanmamasını araşdırmadan, tərəflər arasında əmələ gəlmiş münasibətlərə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, qeyd olunan maddənin mənasına görə, başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir. Yalan əqd dedikdə- başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli 0,015 ha torpaq sahəsi ünvan 1ində yerləşir və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır və iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Alqı-satqı müqaviləsində fərdi yaşayış evi göstərilməsə də, torpaq sahəsinə bütövlükdə 5.000 manat qiymət goyulması da aç ıq-aşkar bazar qiymətlərinə də uyğun deyil. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilsə də və bu hal alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas hesab edilməsə də, tərəflər arasında yaranmış mülki mübahisəyə obyektiv hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət daşıyır. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, bundan əvvəlki mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırki işə baxılmasının predmeti ilə bağlı olmadığından, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələblərinə də hazırki mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya məhkəməsinin 28.08.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin rəyinə əsasən iddiaçıya məxsus ünvan 1ində yerləşən 0, 015 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 23.06.2017ci il tarixə olan bazar dəyərinin 21.000-23.000 manat, 20.09.2020-ci il tarixə 29.000 manat olması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Telman Məmmədov) 2(105)-1177/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012 )-1223/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 23.06.2017-ci il tarixli, AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 09 sentyabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, 25 oktyabr 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1ində yerləşən 0, 015 ha torpaq sahəsi üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği almağı və digər şərtləri müəyyən etməklə qanunla icazə verilən bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və sair hərəkətləri etməyə dair 6 ay müddətinədək, yəni 09 mart 2017-ci il tarixədək qüvvədə olmaqla Cavabdeh adına etibarnamə vermişdir. Eləcə də, Cavabdeh 07 iyul 2016-cı il və 09 sentyabr 2016-cı il tarixlərdə Abşeron rayon Polis İdarəsinin İstintaq Bölməsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə notarial qaydada təsdiq edilmiş yazılı ərizələr verərək, Alim Rzayevin ona olan 20.000 manat borcunun və dəymiş maddi ziyanın qohumları tərəfindən tam məbləğdə ödənildiyini və onun barəsində heç bir şikayətinin, tələbinin olmayacağını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 sentyabr 2016-cı il tarixli hökmü ilə müəyyən olunur ki, İddiaçı əri Alim Rzayev 2014-cü ilin aprel ayının sonlarında Cavabdeh özünü Azərbaycan Respublikası MTN İstintaq İdarəsinin rəisinin yaxını kimi təqdim edib barəsində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmiş sonuncunun dostu Tofiq Ələkbərovu cinayət məsuliyyətindən azad edəcəyini öhdəsinə götürməklə, Cavabdeh aldadıb küllü miqdarda pul vəsaitini əldə etmək məqsədilə onun etibarından sui-istifadə edərək 12 may 2014-cü il tarixdə 20.000 manat pul vəsaitini alaraq ona küllü miqdarda ziyan vurmaqla dələduzluq etmiş və sözügedən hökmlə Alim Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsd ə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 3 ay 12 gün ona təyin edilmiş qəti cəzadan çıxılmış və onun üzərində 06 il, 08 ay, 18 gün müddətinə azadlıqdan məzhrumetmə cəzası saxlanılmış və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, o həmin cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 01 il sınaq müddəti müəyyən edilmişdir. Daha sonra, işdən görünür ki, ünvan 1ində yerləşən ehtiyat fondu torpaqlarına aid 0,015 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmuş, sonuncu həmin torpaq sahəsini əri Alim Rzayevin yazılı razılıq ərizəsinə əsasən 23 iyun 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 5.000 manata Cavabdeh satmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında müqavilə üzrə nəzərdə tutulmuş pul vəsaiti müqavil ədən xeyli əvvəl, başqa niyyətlə verilmişdir. Torpaq sahəsi isə alqı-satqının predmeti kimi satıcı tərəfindən alıcıya, yəni cavabdehə təqdim edilməmiş, Cavabdeh sonradan ona qarşı məhkəmədə iddia qaldıraraq mübahisəli torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmuşdur. Daha öncə qeyd edildiyi kimi, tərəflər arasında niyyət əslində, torpaq sahəsinin alqı-satqısı deyil, iddiaçının ərinin cavabdehin şikayəti əsasında həbs olunmamasına görə edilmiş tədbirdir. Bu halı məhkəmə kollegiyasının iclasında Cavabdeh etiraf etdi. Cavabdeh qeyd etdi ki, müqavilə ona görə bağlanmışdı ki, iddiaçının əri tərəfindən on a qarşı edilmiş dələduzluq nəticəsində mənimsənilmiş pulların əvəzində mübahisəli daşınmaz əmlak əldə edilsin, çünki qarşı tərəfin ziyanı ödəməyə nağd pulları yox idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilməlidir və etibarsızdır. Həmin alqı-satqı müqaviləsinin əsas məqsədi cavabdeh tərəfindən iddiaçının ərinə müəyyən işlər görülməsi müqabilində verdiyi pulların geri qaytarılması, bununla da Cavabdeh iddiaçını ərindən şikayətçi (zərərçəkmiş şəxs) olmaması olmuşdur. İddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşə baxan birinci instansiya məhkəmə bu hallara, yəni tərəflər arasındakı münasibətlərin mülki deyil, cinayət tərkibli olmasına, bu münasibətlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilməsinə, iş üzrə iddiaçının ərinin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsinə notarial qaydada alqı-satqı müqaviləs i bağlamaqla qanuni don geyindirmək cəhdlərinə, bu tipli müqavilələri qanuni saymaqla yolverilməz məhkəmə presedentinin yarana bilməsinə, alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olmasına düzgün qiymət verməmiş, iddianın rədd olunması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müqavilənin etibarsızlığı nəticəsinə gəldikdə, alqı-satqı predmetinin real dəyərindən olduqca aşağı (təqribən 4-5 dəfə) qiymətə satılmasını da nəzərə alır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpağın alqı-satqısına dair həmin müqavilənin et ibarsız hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin gəldiyi nəticə, ilk növbədə işin faktiki hallarına uyğun gəlmir, əksinə onda olan sübutlarla təkzib edilir. İddiaçı həmin torpaqdan çıxmadığına və onu könüllü olaraq cavabdehə vermədiyinə görə, cavabdeh tərəfindən iddiaçıya qarşı “həmin alqı-satqı müqaviləsi üzrə ona verdiyi Masazır qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsində çıxarılması tələbinə dair” Abşeron rayon məhkəməsinə müvafiq iddia verilmişdir. Abşeron rayon məhkəməsinin 12 mart-2018-ci il tarixli, (012)-671/2018 saylı qətnaməsi ilə cavabdehin iddiası təmin olunmuş və iddiaçının həmin torpaq sahəsindən çıxarılması (boşaldılması) qərara alınmışdır. Həmin məhkəmənin qətnaməsi də hazırda qüvvəsindədir. İddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri əsassız o lduğundan təmin olunmamışdır. Bundan sonra da, iddiaçı həmin torpağın cavabdehdən geri qaytarılması üzrə çirkin niyyətindən əlçəkməmişdir. Yəni, dələduzluq əməli ilə 20.000 manat ələ keçirtdiyi pulun əvəzində verdiyi torpağı da, bu yolla ondan geri almaq istəmişdir. Bu məqsədlə həmin torpağa dair bağladığı 23 iyun 2017-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı-müqaviləsinin etibarsız hesab edilməsi barədə Abşeron rayon məhkəməsinə iddia ilə müraciət etmişdir. İddiasının təmin edilməsi üçün, guya cavabdehdən 5 min manat borc pul aldım və sonra cavabdeh ondan borcu qaytarmağı tələb etdiyinə görə, 30-40 min manat dəyəri olan həmin torpağı cavabdehə verməyə məcbur olmuşdurkimi, həqiqətə uyğun olmayan arqumentləri irəli sürmüşdür. Abşeron rayon məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(012 )-1223/2019 saylı qətnaməsi ilə, iddiaçının iddiası əsassız hesab edilərək, rədd edilmişdir. Abşeron rayon məhkəməsinin bu qərarı, Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2019-cu il tarixli, 2(105)- 3029/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Ali Məhkəmənin 17.12.2019-cu il tarixli, 2(102)-7988/2019 saylı Qərarı ilə Sumqayıt Apellyasiya məhkəməsinin həmin qətnaməsi ləğv edilsə də, Ali Məhkəmə öz Qərarında həmin torpağa dair 23 iyun 2017-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı-müqaviləsinin iddiaçının ərinin cinayət yolu ilə əldə etdiyi 20.000 manat pulun əvəzinə verilib-verilməməsi (yəni zərərin ödənilməsi məqsədi ilə bağlanıldığı niyyətinin) tam, hərtərəfli və obyektiv araşdırılması məsələsini Sumqayıt Apellyasiya Məhkəməsinə tapşırmışdır. İşin faktiki ha llarından göründüyü kimi, iddiaçı ərinin cinayət yolu ilə cavabdehə vurduğu zərərin ödənilməsi məqsədi ilə öz təklifi üzrə həmin torpağı cavabdehə könüllü olaraq vermiş və bu barədə cavabdehlə həmin alqı-satqı müqaviləsini bağlamışdır. Həmin müqavilə də, hər iki tərəfin razılığı və iradəsi əsasında bağlanmışdır 20.000 manat pulun əvəzinə 21.000 manat dəyərində torpaq sahəsi verilmişdir. Yəni, müqavilənin etibarsız hesab edilməsindən ötrü hər-hansı əsaslar olmamışdır. Alqı-satqı- müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki tərəfin öz razılığı və iradələrinə uyğun bağlanmışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə bağlanan zaman, məhkəmənin qərarında göstərdiyi hallara, yol verilməmişdir. Bu səbəbdən də, iş üzrə bu qətnaməni qəbul edərkən, özünə əsas götürmək üçün, həmin a lqı-satqı müqaviləsini etibarsız göstərmək və onu sübut etmək məqsədi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin müqavilənin təfsiri haqqında Mülki Məcəlləsinin 404.1-ci və 404,-2-ci maddələrinə, eləcə də, əqdlərin etibarsız hesab edilməsinə dair Mülki Məcəlləsinin 329.1, 337-ci maddələrinə, habelə, uydurma və yalan əqdlərin etibarsızlığı barədə MM-nin 340-ci maddəsinin tələblərinə istinad etməsi, tam əsassızdır. İş üzrə əhəmiyyətli məlumatları olan şahidlər X9 və X3 Notariat qaydasında təsdiq edilmiş ərizə-izahatlarından görünür ki, onlar İddiaçı və Cavabdeh arasında həmin torpağın pul əvəzinə cavabdehə verilməsinə dair danışıqlarda, aparılmış razılaşmalarda və bağlanmış həmin alqı-satqı müqaviləsinin Notariusda bağlanmasında iştirak etmişlər. Onlar, iddiaçının həmin torpaq sahəsini, ərinin c avabdehdən dələduzluqla ələ keçirtdiyi 20.000 manat pulun əvəzinə, könüllü olaraq cavabdehə verdiyini bildirmişlər. İddiaçının həmin müqavilənin öz razılığı və iradəsi ilə bağladığını təsdiq etmişlər. Eləcə də, həmin şahidlər ərizələrində göstərmişlər ki, cavabdehə pul əvəzinə torpağın almasını, iddiaçının özü təklif etmişdir. Daha sonra şahidlər göstərmişlər ki, cavabdeh tərəfindən İddiaçıya qarşı, heç bir təzyiq, təsir və qanunvericilikdə nəzərdə tutulan, onun iradəsinə zidd hesab edilən, hallardan istifadə edilməmişdir. İş üzrə əhəmiyyətli olan bu şahidlərin ərizə-izahatlarının işə əlavə edilməsi və onların məhkəmədə izahatlarının alınması barədə cavabdehin 28.08.2020-ci il tarixdə məhkəmə iclasında məhkəməyə təqdim etdiyi vəsatətini və ona əlavə edilmiş həmin ərizələri, Sumqayıt Apelly asiya Məhkəməsi ciddi prosessual qanun pozuntularına yol verməklə, işə əlavə etməmiş və onları gizlətmişdir. Bu səbəbdən də, həmin yazılı sübutlar barədə Qətnamədə heç bir fikir bildirməmişdir. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi həmin Qətnaməni əsalandırmaq üçün məhkəmə-iclas protokollarını da, saxtalaşdırmışdır. Məhkəmənin qətnaməsinin 2-ci vərəqəsinin 1-ci hissəsindən görünür ki, guya cavabdehin iddiaçıdan torpaq tələbi olmamışdır, ondan pul tələb etmişdir və həmin tələbində də, hazırda israrlıdır. Məhkəmə bunu özünə əsas götürmək üçün, məhkəmə-iclas protokolunda cavabdehin izahatında bu barədə həqiqətə uyğun olmayan qeydlər yazmışdır. Yəni yazmışdır ki, guya cavabdeh iddiaçından torpaq istəmir, 25 min manat pul istəyir. Əslində, cavabdehin iddiaçıdan pul tələbi olmamışdır ona görə ki, artıq o, həmin 20.000 manat pulun əvəzinə iddiaçıdan torpaq almışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən məhkəmə iclasında məhkəmənin göstərdiyi mətnində prosessual anlarını səsləndirilməmişdir. Eləcə də, cavabdehin iddiaçıdan “pul tələbi etməməsi”, hazırda qüvvədə olan rəsmi məhkəmə qərarı ilə də, təsdiq edilir: Belə ki, İşə əlavə edilmiş Abşeron rayon məhkəməsinin 2(012)-671/2018 saylı mülki işə üzrə 12 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı Məmmədhüseyin qızına qarşı “alqı-satqı üzrə torpaqdan çıxmasına dair” iddia tələbi təmin olunmuşdur və iddiaçının cavabdehə satdığı Masazır qəsəbəsində yerləşən 0,015 ha torpaq sahəsindən çıxması qət edilmişdir. Göründüyü kimi, əgər cavabdehin iddiaçıdan pul tələb etmək məqsədi o lsaydi, onun tərəfindən cavabdehin torpaq sahəsindən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edilməzdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsassız olması, işə əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması haqqında qərardan, eləcə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 1(101)1088/2016 saylı hökmünün təsviri hissələrindən və məhkəmə iclas protokollarından, öz təsdiqini tapır: Belə ki, iddiaçı cavabdehə qarşı verdiyi iddiasının tələbini əsaslandırmaq üçün, cavabdehdən guya 5 min manat borc pul aldığını və həmin borcu qaytara bilmədiyinə görə, onun əvəzində, cavabdehin tələbi ilə, Masazır qəsəbəsində yerlə şən 0,015 ha torpaq sahəsini cavabdehə verməyə məcbur olduğu barədə, arqumentləri irəli sürmüşdür (İddia ərizəsinə baxın). İddiaçının bu arqumentlərini təkzib edən, Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət işi başlanması haqqında qərardan, eləcə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 1 (101 )-1088/2016 saylı hökmün təsviri hissələrindən görünür ki, İddiaçı əri X8 tərəfindən Cavabdeh qarşı dələduzluq cinayət hərəkətləri törədilmiş və Cavabdeh 20.000 manat məbləğində külli miqdarda pulunu ələ keçirtmişdir. Bu fakta görə də, cavabdehin ərizəsinə əsasən iddiaçının əri barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır və işin i stintaqı tamamlanaraq baxılmasından ötrü Bakı Ağır Cinayətlər üzrə məhkəməyə göndərilmişdir. Həmin məhkəmədə işə baxılan zaman İddiaçı tərəfindən vurulmuş zərər ödənilmişdir. (Məhkəmə iclas protokolları və Cavabdeh ərizəsi). Eləcə də, həmin iş üzrə istintaqda və məhkəmə iclasında şahid qismində iştirak edən X9 və X6, Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdikləri ərizələrində göstərmişlər ki, iddiaçının əri Alim Rzayevin barəsində məhkəmədə işə baxılan zaman, İddiaçı, ərinin Cavabdeh vurduğu ziyanın ödənilməsi məqsədi ilə cavabdehə müraciət etmişdir. İddiaçı cavabdehdən xahiş etmişdir ki, hərhansı bir şərt olmadan, 20 min manat pulun əvəzinə, özünə məxsus olan Masazır qəsəbəsində yerləşən həmin 0,015 ha torpaq sahəsini götürsün. Göründüyü kimi, həmin torpağın iddiaçı tərəfindən cavabdehə h ər-hansı bir şərtsiz verilməsi, bu barədə alqı-satqı müqaviləsinin bağlandığı zamanı iddiaçının tam razılığının və iradəsinin olması, eləcə də, bu alqı-satqı müqaviləsinin başqa niyyətlə deyil, məhz torpağın iddiaçı tərəfindən cavabdehə könüllü verilməsi məqsədinin olduğu, tam təsdiq edilir. Bunlardan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin əsassız olması torpağın qiymətinin müəyyən edilməsi barədə təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizasının rəyi ilə də, təsdiq edilir. İşə əlavə edilmiş “xxxx” MMC-nin 21 sentyabr 2020-ci il tarixli rəydən görünür ki, 20.000 manat pul əvəzinə iddiaçının cavabdehə verdiyi 0,015 ha torpaq sahəsinin və onun içərisində olan tikilinin ümumi qiyməti 2017-ci il tarixə (yəni alqı-satqı müqaviləsinin bağlandığı vaxta) 21.000 manat dəyərində tə şkil etmişdir. Göründüyü kimi, bu rəy ilə, iddiaçının guya torpağın 30.000- 40.000 məbləğində təşkil edilməsi barədə irəli sürdüyü arqumentlərinin əsassız olması, eləcə də, onun özünə sübut kimi götürən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin də, tam əsassız olması, təsdiq edilir. Bundan əlavə, həmin alqı-satqı müqaviləsi üzrə torpağın iddiaçı və onun əri tərəfindən öz razılıqları ilə cavabdehə vermələri, İşə əlavə edilmiş 23.06.2017-ci il tarixli, AN-1 630074 saylı daşınmaz əmlakın alqı-satqı ilə bağlı notariat işində olan iddiaçının ərinin razılıq ərizəsi ilə də, təsdiq edilir. Həmin sənəddən görünür ki, iddiaçının əri- X8 ərizə verərək, İddiaçı məxsus olan X ünvanında yerləşən 0,015 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Bunlardan başqa, Sumqayıt Apellyasiya Məhkəmə sinin qəbul etdiyi qətnaməsinin əsassız olması digər yazılı sübut ilə də, təsdiq edilir. Belə ki, işə əlavə edilmiş iddiaçının cavabdehə həmin torpaq üzrə 09.03.2017-ci il tarixdə notariat qaydada verdiyi baş etibarnamədən görünür ki, həmin alqı-satqı müqaviləsindən əvvəl, iddiaçı özünə məxsus olan Masazır qəsəbəsində yerləşən həmin 0,015 ha torpaq sahəsinə dair bütün səlahiyyətlər verməklə (o cümlədən torpağın özgəniləşdirilməsi nəzərdə tutulmaqla) cavabdehə baş etibarnamə vermişdir. İş materiallarından görünür ki, iddiaçının cavabdehə qarşı “pul və torpaq tələbinə dair” verdiyi iddiaları üzrə, hazırki işdə mübahisə predmeti olan, həmin 23 iyun 2017-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin bağlanması və torpaq sahəsinin cavabdehə verilməsinə dair bütün əhəmiyyətli şərtlə ri və halları Abşeron rayon və Bakı şəhəri Sabunçu rayon məhkəmələrində, eləcə də, yuxarı instansiya məhkəmələri olan Bakı Apellyasiya və Sumqayıt Apellyasiya Məhkəmələrində araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Həmin məhkəmələrin qərarlarında hazırki iş üzrə mübahisə predmeti olan bu alqı- satqı müqaviləsinin əsaslığı da yoxlanılmış və ona hüquqi qiymət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, əsassız olaraq həmin müqavilənin etibarsız hesab etmiş və onu sübut etməyə çalışaraq, əsassız olaraq müqavilənin təfsiri haqqında Mülki Məcəllənin 404.1-ci və 404,-2-ci maddələrinə, eləcə də, əqdlərin etibarsız hesab edilməsinə dair Mülki Məcəllənin 329.1, 337-ci, habelə, uydurma və yalan əqdlərin etibarsızlığı barədə MM-nin 340-ci maddələrinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili X7 iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasına MPM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəru ridir. Maddə 337.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiy yətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətin ə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya insta nsiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ni bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Apellyasiya məhkəməsi alqı-satqı müqaviləsinin əmlakın satılması məqsədilə deyil, cavabdeh tərəfindən iddiaçının ərinə müəyyən işlər görülməsi müqabilində verdiyi pulların geri qaytarılması, bununla da Cavabdeh iddiaçının ərindən şikayətçi (zərərçəkmiş şəxs) olmaması məqsədilə bağlandığına istinad edərək, bu əqdi əhəmiyyətsiz hesab etmişdir. Lakin bu zaman apellyasiya məhkəməsi Mülki Məcəllənin 340.2-ci maddəsinin ikinci cümləsini, yəni yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi barədə müddəanı nəzərə almamış və bu baxımdan işin faktiki hallarını dəyərləndirməmişdir. Çünki iddiaçının ərinin cavabdehin 20.000 manat pulunu dələduzluqla ələ keçirməsi və qaytarmaması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Həmçinin işdən müəyyən edilir ki, iddiaçının öz ərinin (təqsirli şəxsin) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması məqsədilə cinayət nəticəsində vurulmuş 20.000 manat ziyanın ödənilmiş hesab edilməsi üçün öz adına olan torpaq sahəsi və üzərində olan qeydiyyata alınmamış evini cavabdehə vermişdir. Cavabdeh bu razılaşmaya əsasən ona vurulmuş ziyanın tam ödənilməsi barədə cinayət işinə baxan məhkəməyə müvafiq ərizə vermiş və iddiaçının əri törətdiyi cinayətə görə daha yüngül cəza almışdır. Belə olan halda, apellyasiya məhkəməsi tərəflər arasında əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməli və ya bu qaydanın tətbiq edilməməsinin səbəblərini qətnamədə əsaslandırmalı idi. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmçinin Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmay an şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər və 390.2-ci maddəyə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, bu mövqe iş üzrə əvvəlki kassasiya məhkəməsi qərarının göstərişləri ilə də ziddiyyət təşkil etmir. Digər tərəfdən, məhkəmə əqdi etibarsız hesab edərkən əqdin etibarsız hesab edilməsi nəticələrini tətbiqinin mümkün olub-olmamasını, bunun üçün Mülki Məcəllənin 354.1-ci maddəsind ə müəyyən edilmiş müddətin keçib-keçmədiyini müzakirə etməmişdir. Halbuki, Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlan ıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. İşdən isə görünür ki, mübahisələndirilən alqı-satqı üzrə əqdin icrasına başlanılmış, daşınmaz əmlak cavabdehin mülki yyətinə keçmiş və Abşeron rayon məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin və tikilinin boşaldılmasına dair iddia tələbi təmin edilərək, İddiaçı X yerləşən 0.015 ha torpaq sahəsindən və orada olan yardımçı tikilidən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda, məhkəmə əqdin icrasına başğandığı günü müəyyən etməklə müddətin keçib-keçməməsinə də qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya məhkəməsinin əvvəlki göstərişləri əsasında əlavə araşdırma aparan apellyasiya məhkəməsi isə müəyyən etdiyi faktiki hallar üzrə maddi hüquq normalarını düzgün tətbiq etməyərək, səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yeni baxışa göndərilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1177/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edild