Məhkəmə qərarları › İş №2(102)-2276/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2276/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2276/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2437/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabd eh kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli 99/1600/RES nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 60 ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6.455 manat kredit vermişdir. 2. 30.05.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 99/1600/RES nömrəli kredit müqaviləsinə əsasən 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ləğv prosesində olan " xxxx" ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “borcalan”) 6.455 manat əsas, 296,28 manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat borcun və ödənilmiş 87,52 (manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, “Bоrcalan” tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüquq u vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “Borcalan” öz öhdəliklərini müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazmınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır.

5. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, bank onun avtomobilini əlindən alıb və ondan xəbərsiz 3300 ABŞ dollarına satıb. Halbuki həmin a vtomobil 2-3 ilin avtomobili olmaqla qiyməti o qədər ola bilməzdi. Bank bor barədə bir neçə il hər hansı məlumat verməyib, buna görə də borcun bağlandığını düşünüb.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-816/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş cavabdehdən 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat pulu və ödənilmiş 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Fariz Əlizadə)

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Borcalan” kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və MM-in 421, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, Bank pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur.

8. Birinci instansiya məhkəməsi ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı olmayaraq göstərmişdir ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Mə hz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385-ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat borcu yaranmışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı xü susatları müəyyən edilmir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 421.2, 421.3, 739, 741-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank (ləğv prosesindədir) cavabdehin üzərinə 6751,28 manat borc qoyaraq məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdeh müstəqil şəkildə ekspertiza təyin etdirmiş və rəsmi ekspert rəyindən aydın olmuşdur ki, nəinki bankın cavabdehə qarşı iddiası əsassızdır, əksinə, cavabdehin banka 6625,20 manat artıq ödənişi var. Bank bilərəkdən cavabdehdən əsassız olaraq pul tələb edir və məhkəmə də heç bir araşdırma aparmadan bu haqsızlığa göz yumur. Bank açıqaşkar hüquqdan sui-istifadə edir, cavabdeh isə haqqını qorumaq üçün mübarizə aparmalıdır. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, əgər borclu borcun artıq ödənildiyini və ya ümumiyyətlə borclu olmadığını sübut edərsə, kreditorun tələbi rədd edilməlidir. Cavabdeh kreditorun tələblərini tam şəkildə yerinə yetirib, lakin bank bununla razılaşmaq istəmir və heç bir hüquqi əsası olmayan 2019-cu il tarixli yeni bir müqavilə tərtib edərək süni borc yaratmağa cəh d edir. Bu, açıq-aşkar əsassız varlanma cəhdidir və Azərbaycan Respublikası qanunvericiliyi ilə yolverilməzdir. Bank öz hüquqlarından suiistifadə edərək cavabdehin əmlakını dəyərindən xeyli ucuz satıb, süni borc yaradıb və ona qarşı əsassız tələb irəli sürür. Bu, hüquqdan sui-istifadə və ədalətsiz davranışdır, hansı ki, qanunla qadağandır. Bankla olan münasibətləri çərçivəsində cavabdeh mülkiyyətində olan “Nissan Sunny” markalı, 2012-ci il istehsalı olan (amma o, bu maşını salondan 2013-cü il tarixdə yenisini almışdı) avtomobilini bankın nümayəndəsinə verib. Lakin bankın nümayəndəsi bu avtomobili 12000 ABŞ dolları dəyəri olduğu halda cəmi 3790,75 ABŞ dollarına satmış və həmin məbləği banka ödəmişdir. Burada açıq-aşkar görünmüşdür ki, onun əmlakı bilərəkdən və qəsdən dəyərindən dəfələrlə aş ağı qiymətə satılmış, satış prosesi şəffaf olmamış və cavabdehin maraqları nəzərə alınmamışdır. Nəticədə Bank tərəfindən cavabdehə külli miqdarda ziyan vurulmuşdur. Bundan başqa, mütəxəssis rəyindən də görünür ki, cavabdehin Banka artıq ödənişi var, lakin Bank ondan yenə borc tələb edir. Bu hallar əsassız varlanma kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən, heç bir şəxs başqasının hesabına hüquqi əsas olmadan varlana bilməz. Bank cavabdehin əmlakından, ödədiyi pullardan, artıq ödənişdən sui-istifadə edərək özü üçün əsassız mənfəət əldə etmişdir və yenə də əsassız mənfəət əldə etmək istəyir. Ədalət tərəzisi dəqiqlik tələb edir. Hər bir sübutun çəkisi var və bu çəkini düzgün ölçmək məhkəmənin borcudur. Lakin hazırkı iş üzrə, məhkəmə mühüm faktiki halları tam aydınlaşdırmadan, cavabde hə qarşı iddianı təmin etməklə, hadisələrin həqiqi axarını gözardı etmişdir. İddiaçının ona qarşı irəli sürdüyü tələb yalnız kağız üzərində bir iddiadır. Halbuki cavabdehin təqdim etdiyi mütəxəssis rəyi aydın şəkildə göstərir ki, onun banka heç bir borcu yoxdur, əksinə bankın cavabdehə borcu var. Borc yoxdur, demək, tələb də ola bilməz. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, borcun olmadığı sübut edilərsə, kreditorun tələbi rədd olunmalıdır. Hüquqdan yalnız başqasına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2437/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik ed ən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iş üzrə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Çünki birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxma yıb, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olub, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini istisna edir.Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılması da zəruridir.

14. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqavil əsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

15. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasa idi, iddiaçı da məhkəməyə müraciət etməzdi. Buna görə də cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər formal mülahizələrdir.

16. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırıb ki, tərəflər arasında əv vəllər kredit münasibətlərinin olması hazırkı iddianın əsassızlığına dəlalət etmir. Çünki hazırkı iddianın əsası kimi çıxış edən xx.xx.2029-cu il tarixli müqavilənin 1.1, 1.2, 1.3 və 1.4-cü bəndində tərəflər bu müqaviləni hansı məqsədlə bağladıqlarını dəqiq razılaşdırıblar. Belə ki, hazırkı müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bank ilə cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli 99/1600/RES nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya məqsədi ilə bağlanıb. Borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana güzəştli şərtlərlə kredit vəsaiti ayırıb, borcalan isə kredit müqaviləsi üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürüb. Güzəştli şərtlərlə verilən kredit dedikdə, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktrizasiya məqsədilə borcalana borcverən tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla, 5 il müddətinə verilən kredit başa düşülür. Kreditin valyutası Azərbaycan manatı ilə rəsmiləşdirilib və kreditin ümumi məbləği 6455 AZN təşkil edib. Kredit müqaviləsi üzrə borcalana krediti 16 oktyabr 2024-cü il tarixinədək (60 a ay müddətinə) verilib. Kreditin verildiyi müddətli öhdəçiliyə dair qəbzlə təsdiq olunub və ödəniş cədvəli tərtib edilib. Hər üç sənədi cavabdeh imzalamışdır (i.v.4-11).

17. Apellyasiya baxışında cavabdeh imzanın ona məxsus olduğunu təsdiq etsə də, rus dilli olduğu üçün bankda nəyə imza etdiyinin ona izah olunmadığını, yalnız heç bir borcunun qalmadığı barədə sənədlərə imza etməsinin ona dedikləri üçün başa düşmədən həmin sənədlərə imza etdiyini göstərdi. Ancaq məhkəmə tərkibi onun bu dəlilini inandırıcı və ağlabatan hesab etmədi. Çünki apellyasiya baxışı zamanı tərcüməçi tələb etdiyi kimi, bankda həmin sənədlərə imza edərkən də bunu edə bilərdi, ancaq etməyib və ya etmək istəməyib yaxud buna zərurət görməyib. Ona görə də cavabdehin müstəqil şəkildə ekspertiza təyin etdirib aldığı rəydə nəinki bankın ona qarşı iddiasının əsassız olduğu, üstəlik onun bu banka 6625,20 manat artıq ödəniş olması barədə dəlillər şikayətin əsaslı olmasına dəlalət etmir. Ona görə də bu cür dəlillərlə bankın deyil, cavabdehin hüquqdan sui-istifadə etməsi təsdiq olunur. Çünki əvvəlki kredit münasibətləri üzrə cavabdehin borcu qalmasa idi, yəqin ki, o, yuxarıda qeyd edilən şərtlərlə müqaviləni də imzalamazdı. Kredit müqaviləsini imzalayıbsa, demək ki, öhdəliyinin qaldığını anlayıb və başa düşərək bunu edib. Əvvəlki kredit münasibətləri üzrə avtomobilini bankın nümayəndəsinə verməsi və sonuncunun da həmin avtomobili ucuz qiymətə satması nəticəsində ona zərər vurulmuşdursa, bununla əlaqədar da aidiyyəti üzrə mülki, yaxud cinayət mühakimə icraatı qaydasında məhkəməyə yaxud hüquq mühafizə orqanlarına müraciət etmək hüququ mövcuddur. Buna görə də şikayətdə göstərilən digər dəlillər ümumi sözlər olmaqla şəxsi mülahizəyə əsaslandığından onlar qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas sayılmır.

18. Apellyasiya instansiyası məhkəm əsi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, şikayətdə həmin dəlilərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739. (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci m addəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Kassasiya şikayətini cavabdeh qətnaməni tam mübahisələndirib. Bu baxımdan apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

27. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.

28. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

30. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 13-18-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.

31. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

32. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir ki, bu dəlillər də yuxarıda qeyd edildiyi kimi apellya siya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi də onlara tam qiymət verib. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün həmin dəlillərlə bağlı əlavə şərhə zərurət görmür.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2437/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar