Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2277/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, http://supremecourt.gov.az/static/view/94X2 və X1ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əliağa qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şi kayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 26L000000036 saylı kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla xx xxxx 2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 17.366,67 ABŞ dolları məbləğində əsas kredit borcu, 7.810,12 ABŞ dolları məbləğin də faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 25.676,79 (iyirmi beş min altı yüz yetmiş altı dollar yetmiş doqquz sent) ABŞ dolları borcun və habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 60 (altmış) manat pulun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0,29 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, ünvan 1ində yerləşən 0,29 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin 13.000 (on üç min) manat müəyyən edilməsi, torpaq sahəsinin satılsı və ondan əldə ediləcək vəsaitin Cavabdeh1 banka olan borcunun ödənilmə sinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1i ünvanında yerləşən 0,29 ha torpaq sahəsini həmin daşınmaz əmlak açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etmələri, torpaq sahəsinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçiril məsi, ipoteka predmetinin qiymətləndirilməsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 200 manat xidmət haqqının tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC-nin, hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və İ.Quliyev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən-Cavabdeh6 aid iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əliağa qızına, Cavabdeh5 və Cavabd eh6 qarşı kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının Cavabdeh6 aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və A.Mahmudov) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 оğlu tərəfindən verilmiş kasasiya şikayəti geri qaytarılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbləri ni pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Hüquqi məsələlər: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2010-cu il tarixli 26L000000036 saylı kredit xətti müqaviləsinə, xx.xx.2015-c i il tarixli 026R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 17366.67 ABŞ dolları məbləğində əsas borc, 7810,12 ABŞ dolları faiz borcu və 13010,35 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38187,14 ABŞ dolları kredit borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predimetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, Qəbələ rayonu Şamlı kəndində yerləşən 0,29 ha torpaq torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 38187,14 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat mə bləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi qaydada tutulması, Qəbələ rayonu Şamlı kəndində yerləşən 0,29 ha torpaq torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 torpaq sahəsindən çıxarılması ilə torpağın boşaldılması və hərracın nəticələri üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Qəbələ Rayon Mə hkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 26L000000036 saylı kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla xx xxxx 2015-ci il tarixli 026R********** saylı kredit razılaşması üzrə 17.366,67 ABŞ dolları məbləğində əsas kredit borcu, 7.810,12 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 25.676,79 (iyirmi beş min altı yüz y etmiş altı dollar yetmiş doqquz sent) ABŞ dolları borcun və habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 60 (altmış) manat pulun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0,29 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, ünvan 1ində yerləşən 0,29 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin 13.000 (on üç min) manat müəyyən edilməsi, torpaq sahəsinin satılsı və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh1 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1i ünvanında yerləşən 0,29 ha torpaq sahəsini həmin daşınmaz əmlak açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etmələri, torpaq sahəsinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulması, iddia tələbinin qalanhissədə təmin edilməməsi, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ipoteka predmetinin qiymətləndirilməsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavab deh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 200 manat xidmət haqqının tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC-nin, hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, hesablanmış yüksək faizlərin silinməsinə və sözügedən əmlakların real bazar dəyərinə uyğun qiyməti müəyyən edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən-Cavabdeh6 aid iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının Cavabdeh6 aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 оğlu tərəfindən kasasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti poçt vasitəsi ilə xx xxxxxxx 2019-cu il tarixdə proses iştirakçılarına, o cümlədən Cavabdeh1 göndərilmişdir. Cavabdeh1 göndərilmiş məktub, ünvan 1i ünvanında poçt göndərişinin verilməsi haqqındakı xəbərnaməyə imza edilməklə xx xxxxxxx 2019-cu il tarixdə alınmış və xəbərnamə məhkəməyə geri qaytarılmışdır. Daxil olmuş kasasiya şikayətindən görünür ki, cavabdeh tərəfindən kasasiya şikayəti Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində müəyyən olunmuş kasasiya şikayəti vermə müddəti ötürülməklə-yəni xx xxxxxx 2019-cu ildə verilmiş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 405.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kasasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində veri lə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəm əsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2277/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2277/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver