Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2277/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mehmet X1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11655/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı Mehmet X2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Birinci instansiyası məhkəməsindəki icraat
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3040/2021saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən narazı qalan iddiaçı Ali Koç 06.07.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9193/2021 saylı, 30.08.2021-ci il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) ap ellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)3040/2021 saylı mülki iş üzrə 18 iyun 2021-ci il tarixdə qətnamə qəbul edilmişdir. İddiaçı isə apellyasiya şikayətində mövcud olmayan 17 iyun 2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Buna görə də apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır.
6. İddiaçı apellyasiya şikayətində yol verdiyi nöqsanı aradan qaldırmış və yenidən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti Xətai Rayon Məhkəməsinə 28.09.2021ci il tarixdə daxil olmuşdur. İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi ərizədə həmçinin apellyasiya şik ayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir.
7. Xətai Rayon Məhkəməsi 07 oktyabr 2021-ci il tarixli, 2(011)-3040/2021 saylı qərardadı ilə iddiaçının 06.07.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Bundan sonra Xətai Rayon Məhkəməsi 01 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizəsini təmin etmiş və apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11655/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şi kayətinin İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.08.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək qaytarıldıqdan sonra iddiaçı təkrar 28.09.2021-ci il tarixdə apellyasiya ş ikayəti vermişdir. Göründüyü kimi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi barədə 9 iyul 2021-ci il tarixli Qanun qüvvəyə minənədək verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazlar
12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Prosessual məsələlər
13. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
14. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri
15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
16. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
17. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədləri n elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti biri nci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə səhvdir.
20. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyal arında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
21. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 363.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydadır. Həmin normaya əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti geri qaytarı lır.
22. Bu dəyişiklik MPM-də Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363VİQD nömrəli Qanunu ilə edilmişdir və həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.
23. Baxılan işin prosessual əhəmiyyətli hallarından görünür ki, iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9193/2021 saylı, 30.08.2021-ci il tarixli qərardadı ilə formal xətaya – Xətai Rayon Məhkəməsinin 2(011)3040/2021 saylı, 18.06.2021-ci il tarixli qətnamənin apellyasiya şikayətində «Xətai Rayon Mə hkəməsinin 2(011)-3040/2021 saylı, 17.06.2021-ci il tarixli qətnaməsi» kimi göstərilməsinə görə qeyri-mümkün sayılmış, işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
24. Həmin mülki iş Xətai Rayon Məhkəməsinə 06.10.2021-ci il tarixdə daxil olmuşdur.
25. Artıq həmin vaxt iddiaçı apellyasiya şikayətinin geri qaytarılmasına səbəb olmuş çatışmazlığı aradan qaldırmış və onun yeni apellyasiya şikayəti Xətai Rayon Məhkəməsinə 28.09.2021-ci il tarixdə daxil olmuşdu.
26. Göründüyü kimi, iddiaçının sonuncu apellyasiya şikayəti 28.09.2021-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Həmin vaxtı apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə qaydanı nəzərdə tutan 2021 -ci il 9 iyul tarixli 363VİQD nömrəli Qanun qüvvəyə minməmişdi.
27. MPM-də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunun keçid müddəalarının 2.1-ci bəndində, bu Qanunun qüvvəyə minməsindən (2021-ci il oktyabrın 1-dən) sonra verilən şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilməsini tələb edir.
28. Bu halda apellyasiya instansiyası məhkəməsi, iddiaçının 28.09.2021-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına daxil olmuş apellyasiya şikayətini, “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun verilməməsi əsası ilə qeyri-mümkün saymaqda haqlı olmamışdır.
29. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinin a raşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü digər əsaslar üzrə də yoxlamalı və araşdırmanın nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri etməlidir.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11655/2021 saylı, 22 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya şikayətinin mümkünlüyünün araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.