Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2281/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili V1 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-N/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) xx.xx.2018-ci il tarixli 2(009)**/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilərək,iddiaçı “xxxx” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, P saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı “xxxx” BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.613,18 ABŞ dolları əsas, 8.235,31 ABŞ dolları faiz borcunun, 1061 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri 145 manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilmə siqət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli 2(103)-N/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-**/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” BOKT ASC Cavabdeh qarşı “borcun və xərclərin əvəzi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxx” BOKT ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, P saylı k redit müqaviləsinə xitam verilməsi, Cavabdeh “xxxx” BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 10.613,65 ABŞ dolları əsas, 18.767,29 ABŞ dolları faiz borcu, 30.344,65 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 59.725,59 ABŞ dollarının, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 1000 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V1 qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh kredit təşkilatına borcunu ödəməkdən yayınmamış, əksinə əmək qabiliyyətini itirdiyi zaman həmin təşkilata gedib evi satıb borcunu bağlayacağı barədə razılığa gəlmiş, kred it təşkilat ipoteka yüklü olan cavabdehə məxsus evin satılması üçün cavabdehə etibarnamə vermişdir. Cavabdeh də həmin mənzili 55500 manata satmış və alqı-satqı müqaviləsində də göstərilmişdir ki, həmin pulun 55000 manatı təşkilatın nümayəndəsinə, 500 manatı isə cavabdehə verilməsi göstərilmişdir. Cavabdeh iddiaçı təşkilata olan borcunu tam olaraq ödədiyi üçün qalan 500 manat pulun ona qaytarılması göstərilmişdir. Lakin borcun tam ödənilməsi barədə cavabdehə iddiaçı təşkilat tərəfindən hər hansı sənəd verilməmiş, həmçinin cavabdehin rus dilli olmasından istifadə edilərək qalan 500 manat pul da ona verilməmiş, mənimsənilmişdir. Alqı-satqı müqaviləsindən sonra iddiaçı təşkil tərəfindən cavabdehə borcla bağlı hər hansı xəbərdarlıq da edilməmişdir. Cavabdeh İİ qrup əlildir və hazırda əri ilə bi rgə kirayədə yaşayır. Onlar adi sosial-məişət xərclərini belə ödəyə bilmirlər. İddiaçı təşkilatın rəhbərliyi də bilir ki, hazırda tələb edilən məbləğ uydurma borclardan ibarətdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(103)-N/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” BOKT ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkü n hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V1 qızı kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün məhkəmə ondan ekspert rəyi əsasında kredit müqaviləsi üzrə 10613,18 ABŞ dolları əsas borc, 8235,31 ABŞ dolları faiz borcu t utulması ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək məbləğdə olan cəriməni azaldıb, cavabdehdən 1061 ABŞ dolları həcmində cərimə məbləğinin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Apelyasiya kollegiyası apelyatorun borcu olmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim olunmamışdır. Kasasiya kollegiyası apelyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, cavabdeh tərəf indən işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim olunmamışdır. Çünki həqiqətən də iş materialları ilə cavabdehin dəlillərini təsdiq edə biləcək hər hansı sübut müəyyən edilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkin məlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəlləni n 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)N/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2281/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2281/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver