Məhkəmə qərarları › İş №2(102)-2281/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2281/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2281/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)565/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İH/B-A(b)/0036 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləyə görə, MMC ünvanndə özünə məxsus “XXX” yaşayış massivində inşa edilən XXX saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61 kv.m. olan 1 otaqdan ibarət 107 saylı mənzili X2 təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 42.700 manat məbləğdə pul vəsaitini müəyyən edilmiş müddət ərzində MMC-yə ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış krdit hesabına 10 gün ərzində ödəməlidir. 3. 03.04.2015-ci il tarixli maliyyə arayışına görə, X1 şəhəri ünvanndə özünəməxsu s “XXX” yaşayış massivində inşa edilən (inşa edilmiş) XXX saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61 kv.m. olan 1 otaqdan ibarət 107 saylı mənzilin pay dəyərindən 15.000 manat ödəmişdir. Borc qalığı 27.700 manat təşkil edir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-XXX/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinə görə, iddiaçı iddiaçının cavabdeh Ləğv prosesində olan “XXX" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borc məbləğinin müəyyən olunması tələbinə dair ilk iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, LPO "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/074 saylı kredit müqaviləsi üzrə 24.642,77 ABŞ dolları əsas borc, 6.414,13 ABŞ dolla rı faiz borcu, ümumilikdə 30.783,90 ABŞ dolları məbləğdə pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər iddiaçından və "xxxx" MMC-dən tutulması, tutmanın ünvan ünvanda salınmış “XXX" yaşayış massivi 240C nömrəli evin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 61 kv.m. olan 107 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına LPO “XXX" ASC-yə olan borcun ödənilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğdə pul vəsaitinin müştərək qaydada cavabdehlər iddiaçından və "xxxx" MMC-dən tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

5. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-XXX/2021 saylı iş üzr ə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh LPO “XXX" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın faiz borcu tutulması tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli XXX nömrəli rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59.3 maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəs inin və həcminin hesablanması qaydaları”nın 3.8. bəndinin tələbləri nəzərə alınmaqla, ünvan 240C ünvanda inşa edilmiş yaşayış binasının 107 saylı mənzilinin ümumi sahəsi 48,5 kv.m-dir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli XXX nömrəli rəyinə əsasən, işə əlavə edilmiş (səh. 105) plan sxemdə qeyd olunan mənzilin texniki parametrləri ilə mənzilin faktiki vəziyyətdə olan texniki parametrləri üst-üstə düşmür. Belə ki, mənzilin faktiki vəziyyətdə olan giriş qapısının yeri ilə plan sxemdə göstərilən giriş qapısının yerinin, eyni zamanda dəhlizin və sanitar qovşağının yerləşmə yerinin faktiki vəziyyətdən fərqli olduğu, habelə plan sxemdə 3 saylı hissə kimi qeyd olunan hissənin faktiki vəziyyətdə mövcud olmadığı müəyyən olunur. Təq dim olunmuş plan sxemdən qeyd olunan mənzilin eni 6,6 metr, uzunluğu 8,6 metr təşkil etməklə, mənzilin (balkon və lociyaya azalma əmsalı tətbiq olunmadıqda, divarının və arakəsmələrin, habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə) sahəsi 56,76 kv.m. təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən, ünvan 240c ünvanda inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin ümumi sahəsinin 48,45 kv.m. təşkil etdiyi müəyyən olunur. Yenə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 240c ü nvanda inşa edilən 9 mərtəbəli yaşayış binasında yerləşən 107 saylı mənzilin tikintialtı (balkon və lociyaya azalma əmsalı tətbiq olunmadıqda, divarlarının və arakəsmələrin habelə şaxtaların yerləşdiyi sahə ümumi sahəyə daxil edildikdə) sahəsinin 58,08 kv.m. təşkil etdiyi müəyyən olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.750 manat məbləğdə pulun və 8.750 manatın illik 5 faizini, yəni 1.750 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddianın əsaslarına görə, iddiaçı cavabdehdən 61 kv.m-dən ibarət bir otaqlı 107 nömrəli mənzil satın almışdır. Müqavilə üzrə mənzilin dəyəri 42.700 manat müəyyən edilmiş, dəyər tam ödənilmişdi r. Cavabdeh onu aldadaraq əlavə pul almışdır. Belə ki, hazırda mənzilində təmir işləri gedir. Təmir briqadasının verdiyi məlumata görə sözügedən mənzilin sahəsi 61 kv.m. deyil, 51 kv.m. təşkil edir. Bu isə o deməkdir ki, mənzilin hər kv.mnin dəyəri 700 manat dəyərindədirsə (42.700 m: 61 kv.m = 700 m) cavabdeh onun 7.000 manatını aldadaraq ələ keçirmişdir. Yəni, iddiaçıya 7.000 manat miqdarda maddi ziyan vurulmuşdur.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-122/2021 nömrəli iş üzrə 25 oktyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, cavabdehdən 8.750 manat və dövlət rüsumu üçün 15 manat məbləğdə pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat, iddiaçıdan 100 manat məhkəmə ekspertizası xərcinin tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hes abına köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-565/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, cavabdehdən 2.968 manat və dövlət rüsumu üçün ödənilmiş 15 manat məbləğdə pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n əsaslarına görə, “Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini də nəzərə almamış, habelə mövcud müqavilə münasibətlərinə onun şərtlərinə uyğun olan podrat deyil, alqı-satqı müqaviləsinin şərtlərini tətbiq etməklə səhvə yol vermişdir.... Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzalanmış 07 aprel 2015-ci il tarixli, XXX nömrəli müqavilənin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.2.4; 4.7-ci maddələri). Tərəflər arasında bağlanmış həmin müqavilərə əsasən isə podratçı kimi "xxxx" MMC iddiaçı qarşısında öhdəlik götürmüşdür ki, ünvan XXX ünvanında inşa etdiyi 9 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 107 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi İddiaçı isə MMC qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzilə görə 42700 (qırx iki min yeddi yüz) manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır. İşdə olan məlum ekspert rəyindən də görünür ki, mübahisəli mənzilin tikintialtı ümumi sahəsi 56,76 kv.metrdir. Başqa sözlə mübahisəli mənzilin müqavilədə nəzərdə tutulan ümumi sahəsi ilə ekspert rəyindəki qeyd olunan ümumi sahə arasındakı fərq 4.24 kv.metrdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən, yəni müqavilədə nəzərədə tutulmuş 61 kv.m ümumi sahədən çatışmayan 4,24 kv.m sahənin dəyəri hissəsində təmin edilməlidir.”

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 404.1, 404.2, 405.1, 425, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlillərinə görə, sadə məntiqi mühakimə yürütməklə də müəyyən etmək olardı ki, müqavilədə və müvafiq qanunvericilik aktlarınının hər ikisində eyni termindən (ümumi sahə) istifadə edilir. Lakin məhkəmə imperat iv qaydada nəzərdə tutulmuş normaların tələbinə zidd olan qətnamə qəbul etmişdir. Həmçinin, qeyd edilən normativ aktlar mənzilin sahəsinin hesablanması qaydalarını tənzimləyir. Apellyasiya instansiyası əslində qanunvericilikdə müəyyən edilən ümumi sahə anlayışına uyğun gəlməyən mənzilin cavabdeh tərəfindən iddiaçıya ümumi sahə adı altında təqdim edilməsinə hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir. Mənzil və tikinti qanunvericiliyinə məlum olmayan “tikintialtı sahə”, “tikintialtı ümumi sahə” anlayışlarından istifadə etmiş, ölçünün müqavilədə əks olunan ölçü 4,24 kv.m. fərqin olduğu qənaətinə gəlmişdir. Məhkəmə ekspert rəyində olan ölçünün müqavilədə olan ölçü ilə 4,24 kv.m. fərqin olduğunu bildirsə də, müqavilədə qeyd olunan ölçünün ümumi sahə anlayışın ın tələbinə cavab vermədiyinə diqqət etməmiş, iddiaçı tərəfindən təqdim edilən sənədlərə düzgün hüquqi qiymət verməmiş, bu isə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın ona aid rədd edilən hissəsinin əsasları ilə eyni olmuş, etirazla şikayətin təmin edilməməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılmas ı hüququna malikdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terraslar ın sahəsi də daxil olmaqla hesablanır; Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

22. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”: Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcbu ri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əmə l olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.”

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə q əbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddia rədd olunan hissəsindən apellyasiya şikayəti vermədiyi üçün, apellyasiya instansiyasının y ekun məhkəmə aktı 8.750 manat pulun cavabdehdən tutulması hissədə və şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur, bu da pozuntuya yol verilən hissədə iş üzrə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

30. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə görə, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmada n hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

31. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, mübahisəli mənzilin ümumi sahəsi 48,5 kv.m-dir.

32. Eyni nəticə həmin Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2021-ci il tarixli rəyində də təkrarlanmışdır.

33. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli XXX nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilədə mübahisəli mənzilin ümumi sahəsi 61 kv.m. olaraq qeyd olunmuşdur.

34. Bununla da, Şəhərsalma və Tikinti Məcə lləsinin 59.3-cü maddəsinin tələblərinə əsasən hesablama aparan məhkəmə eksperti tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin ümumi sahəsi, bayır və ara divarları, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, 48,5 kv.m. təşkil edir.

35. Sözügedən ekspert rəylərində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən, rəylərin mötəbər sayılmaması hər hansı əsas işdən müəyyən edilmir.

36. Göründüyü kimi, kassasiya şikayətinin dəlilləri əsaslıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X6rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

38. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə mə hkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

39. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

40. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 3337-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

41. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-565/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-dən 8.750 manat məbləğdə pulun tutularaq İddiaçı verilməsi tələbinə dair hissədə ləğv edilsin, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar