Məhkəmə qərarları › İş №2(102)-2281/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2281/2024

28.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2281/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “sudan istifadəyə maneçilik hərəkətinin qadağan edilməsi, bulaqdan çəkdiyi boruların bərpa edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: su axımına maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli, 2(106)506/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh Lerik rayonunun Rvarud kəndində yaşamaqla, istifadələrində olan torpaq sahələri qonşuluqda yerləşdir.

2. Tərəflərin evlərinin yaxınlığında su toplanılması məqsədi ilə su hovuzu inşa edilmiş, həmin hovuzdan həm iddiaçının, həm də cavabdehin su çənlərinə su vurulmuşdur.

3. İddiaçı məxsus içməli su xətti Cavabdeh məxsus torpaq sahəsindən keçir və sonuncu həmin su xəttini kəsmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonunun Rvarud kənd ərazisindəki “Molla dərəsi” adlı bulaqdan iddiaçının həyə tinə çəkilən sudan istifadəyə cavabdeh tərəfindən maneçilik hərəkətlərinin etməsinin qadağan edilməsi və sudan istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Lerik rayonu Rvarud kəndində 1966-67-ci illərdə bütün kənd sakinləri ətrafdakı sahələrdəki təbii bulaqları torba və şlanq vasitəsi ilə evlərinə su çəkmişlər. Molla dərəsi adlanan yerdə çoxlu bulaqlar olduğu üçün həmin bulaqları 2-3 və hətta 5 nəfər birləşərək, evlərinə çəkmişlər. Bu zaman iddiaçı və qardaşı Şahbaz Həsənov bir yerdə həmin yerdən evlərinə şlanqla su çəkmişlər. Qardaşının evi həmin su olan yerə yaxın olmuşdur. Qardaşının imkanı olmadığı üçün iddiaçı 4 paçka şlanq alaraq həmin suyu çəkmişdir. İddiaçı qardaşının evinin yuxarısında kı qonşusu Əvəz Abbasovun çəpərinin yuxarısında suyu bölmək üçün 60 sm uzunluğunda hovuz inşa etmişdir ki, həmin suyu orda bölsünlər. İddiaçı özünə çatan su payını dəmir boru ilə evinə qədər gətirmişdir. Sonradan həmi bulağın mənbəyi yenidən qazılaraq bulağın suyu çoxalmışdır. Sonra iddiaçı və qardaşı arasında münasibətlər pisləşmiş, qardaşı çəkdikləri sudan iddiaçıya istifadə etməyə qoymamışdır. Qardaşının oğlu olan cavabdeh də bulağın suyundan iddiaçının istifadə etməsinə maneçilik törədir.

6. Lerik Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(048)-571/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.Kiçibəyov) iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən Lerik rayonu Rvarud kənd ərazisindəki “Molla dərəsi” adlı bulaqdan həyətinə çəkdiyi sudan istifadəyə Cavabdeh tərəfindən edilən maneələri n aradan qaldırılmaqla, iddiaçının su xəttinin bərpa edilməsi qət edilmişdir.

7. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəli əraziyə baxış keçirmək üçün Rvarud kəndinə getmiş və müəyyən etmişdir ki, iddiaçının “Molla dərəsi” adlanan bulaqdan qardaşı ilə birlikdə şərikli su xətti çəkmişdir. Bir müddət iddiaçı həmin bulağın suyundan qardaşı ilə birgə istifadə etmişdir. Daha sonra iddiaçının qardaşı ilə münasibətləri pisləşdiyindən həmin bulağın suyundan istifadə etməyə maneçilik törətmişdir. Daha sonra, iddiaçının qardaşı oğlu iddiaçıya çəkilən bulaq suyundan istifadəyə maneçilik törətməyə başlamışdır. İddiaçı cavabdehə dəfələrlə su xəttini bərpa etməsini bildirsə də cavabdeh buna məhəl qoymamışdır.

8. Məhkəmə bütün bunları nəzərə alaraq hesab e tmişdir ki, iddiaçı su xəttinə cavabdeh tərəfindən edilən maneələr aradan qalxmalı, iddiaçının su xətti asudələşdirilməlidir.

9. Məhkəmə iddiaçının iddia tələbinin cavabdeh tərəfindən korlanmış su borularının bərpa edilməsi tələbinə gəldikdə isə belə hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə bu barədə kifayət qədər mötəbər sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə iddianın həmin hissədə təmin olunmaması qənaətinə gəlmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 6.1, 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh, apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamə sinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın 07 mart 2024-cü il tarixli, 2(106)-506/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və S.İ.Mayılovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş və Lerik Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(048)-571/2023 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi formal mülahizələrdir, apellyasiya şikayəti əsaslandırılmamışdır. Belə ki, Lerik rayon Blaband Bələdiyyəsi tərəf indən məhkəməyə təqdim edilmiş 24 oktyabr 2022-ci il tarixli 51 saylı arayışdan görünür ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh məxsus torpaq sahəsindən keçdiyi üçün su xətti kəsilmişdir. Həmçinin işdə olan Çayrud kənd ərazi İcra nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli arayışdan da müəyyən edilir ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh məxsus torpaq sahəsindən keçdiyi üçün su xətti kəsilmişdir. Həmçinin məhkəmə baxışı zamanı məhkəmə yerli baxış etmiş və müəyyən etmişdir ki, İddiaçı məxsus içməli su xətti vətəndaş Cavabdeh tərəfindən kəsilmişdir.

14. Bundan başqa, məhkəmənin 20 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, cavabdeh qeyd edir ki, iddiaçı onun əmisidir. Sözügedən bulağı atası əmisi Şəkərlə birlikdə qazmış və birlikdə çəkm işlər. Sonradan atası ilə əmisi Şəkər arasında münasibətlər pisləşmiş və atası həmin suyu əmisinə verməmişdir. Hazırda həmin bulaqdan onlar istifadə edir. Bulaqdan əmisinə su verməyəcəkdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Torpaq Məcəlləsinin 84-cü, Mülki Məcəllənin 152.1, 157.4, 170.2, 170.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli, 2(106)-506/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılm ası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.4, 165.1, 170.2, 239.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.

18. Belə ki, cavabdehin atası Şahbaz Həsənov tərəfindən 1978-ci ildə “Molla dərəsi” adlanan yerdən yaşadığı evə dəmir borularla bulaq suyu çəkilmişdir. Əmisi İddiaçı bu bulağa heç bir aidiyyəti və şərikliyi olmamışdır. Həmin dövrdə əmisi də öz evinə “Sarıtorpaq” deyilən ərazidən bulaq suyu çəkmiş və hazırda həmin bulağın suyundan istifadə edir. Atasının qardaşına etdiyi yaxşılıqlara baxmayaraq əmisi İddiaçı öz böyük qardaşına həmişə pislik etmiş v ə nifrət bəsləmişdir. Cavabdehin atası sağ olanda əmisinin bulaq suyuna heç vaxt iddiası olmamışdır. Əgər əmisinin bu suya haqqı olsaydı, atası sağ olanda bunu tələb edərdi. Lerik rayonu Blaband kənd bələdiyyəsinin verdiyi akt tamamilə yanlış və qərəzlidir. Əmisinin bu su mənbəyinə heç bir ehtiyacı yoxdur. Onun qaldırdığı bütün iddialar qərəzli və tam əsassızdır.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. İddiaçı məhkəməyə ərizə ilə (kassasiya şikayətinə etiraz məzmunlu) müraciət edərək, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

21. Həmin etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və ya prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

22. Azərb aycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziy anına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 -ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

28. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə cavabdehin torpaq sahəsindən keçməklə suyun axması və cavabdehin hərəkətləri nəticəsində bu axımını qarşısının alınması işin məhkəmələr tərəfindən müəyyən olunan hallarıdır. Belə olan halda, məhkəmələr əsaslı olaraq mülki qanunvericiliyin qeyd olunan normalarına istinad edərək, iddianı təmin etmişlər.

29. İşin hallarının düzgün müəyyən edilməməsi, sübutların nəzərə alınmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hes ab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli, 2(106)-506/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar