Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2283/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC-nin ləğvedicisi x2 Bakı Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-402/2019) iddia təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manatın iddiaçı LPO "İddiaçı" ASC-dən tutulub dövlət nəfinə keçirilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov, iş № 2(103)14714/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-402/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: LPO İddiaçı ASC-nin ləğvedicisi x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya iddia tələbi nin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyə n etmişdir ki, tərəflər arasında 01.08.2013-cü il tarixli, 10/F24/13 saylı kredit kartı vasitəsilə ilə verilən kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən - iddiaçı "İddiaçı" ASC borc alana – Cavabdeh 12 ay müddətinə illik 24% ödəmək şərti ilə 1000 manat məbləğində kredit xətti vermişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, cavabdeh tərəfindən isə 1144,3 manat məbləğində vəsait istifadə edilsə də, ödəniş aparılmamış və nəticədə cavabdeh müqavilə öhdəliyini pozmuşdur. 12.07.2018-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh həmin günə banka 1144,30 manat əsas borc, 938,21 manat faiz borcu, 217,82 manat cərimə olmaqla cəmi 2300,33 manat borcu qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və iddiaçının iddia tələbi irəli sürülməsi üçün hüququ yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 442, 448.1, 373.2-ci maddələrini tətbiq etmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi x2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Hazırki iş üzrə kredit müqaviləsinin müddəti 01.08.2014-cü il tarixdə bitdiyi halda iddiaçı tərəfindən dörd il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamı ş, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız 10.08.2018-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmiş, cavabdehin iddia müddətinin ötürülməsinə dair ərizəsini tətbiq etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamən in ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2283/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2283/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver