Məhkəmə qərarları › İş №2(102)-2287/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2287/2022

10.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2287/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Kontoruna və Bakı şəhəri 5 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2287/22 Açar sözlər: əqdin etibarsızlığı, iddia müddətinin tətbiq olunması imkanları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri 5 saylı notariat kontoruna qarşı (X15 (həmçinin X7 və X8 qanuni nümayəndəsi kimi), X16 və Maraqlı şəxs mübah isə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2565/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 və X11 30.05.1961-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan İlham, İlhamə və İradə adlı uşaqları doğulmuşdur. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 34,1 kv.m. qeyri-yaşayış sahəsini (bundan sonra – mübahisə predmeti olan qeyri-yaşayış sahəsi) X9 15.12.2004-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında X2 almışdır. 07.11.2005-ci il tarixdə Firəngiz Əliyevanın adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

2. X11 24.12.2011-ci il tarixdə ölmüş, İddiaçı 10.01.2012-ci il tarixdə atasından qalmış miras əmlakı qəbul etmək barədə ərizə ilə Quba rayon notariat kontoruna müraciət etmiş və 22.05.2014-cü il tarixdə onun adına Quba rayonunda yerləşən başqa əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

3. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində ilk dəfə 18.01.2012-ci il tarixdə X3 adına qeydiyyatdan keçmiş, 21.02.2012-ci il tarixdə onun əvəzində (nümayəndəsi kimi) X12 həmin əmlakı daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında mülkiyyətçi nin oğlu, özünün isə əri olan iddiaçıya bağışlamış və 30.03.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyatdan keçmişdir.

4. Bundan sonra, X9 qeyd olunan bağışlama müqaviləsinin onun xəbəri olmadan bağlandığına istinad edərək, etibarsız hesab edilməsi barədə iddia qaldırmış və həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5287/2014 saylı, 17 dekabr 2014cü il tarixli qətnaməsi ilə onun iddiası təmin, İddiaçı və arvadının pul tələbinə dair qarşılıqlı iddiası isə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2020/2015 saylı, 22 aprel 2015-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia yeni əsaslarla təm in, qarşılıqlı iddia isə rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4423/2015 saylı, 06 oktyabr 2015-ci il tarixli qərarı ilə qarşılıqlı iddiaçıların verdiyi kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamənin icrası qaydasında sözügedən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydiyyat ləğv edilərək, əmlak 29.10.2016-cı il tarixdə yenidən X3 adına qeydiyyata alınmış və 23.11.2016-cı il tarixdə onun tərəfindən Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən qızı X6 bağışlanmışdır.

6. X13 13.08.2018-ci il tarixdə ölmüş və mübahisəli əmlak ölümündən sonra 21.08.2018-ci il tarixd ə onun adına qeydiyyatdan keçmişdir. 30.03.2019-cu il tarixdə İlhamə Əliyevanın əri və 3 qızı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) miras əmlakı qəbul etmək barədə ərizə ilə Bakı şəhəri 5 saylı notariat kontoruna müraciət etmiş, 08.04.2019-cu il tarixdə əmlaka dair hər birinə ¼ pay olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və 11.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyat aparılmışdır.

7. X9 23.02.2019-cu il tarixdə ölmüş və iddiaçı 29.03.2019-cu il tarixdə anasından qalmış miras əmlakı qəbul etmək barədə ərizə ilə Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, miras qoyanın vərəsələri kimi oğlu İlham, ölmüş qızı İlhamə (təmsilçiləri va sitəsilə) və digər qızı İradə (vəsiyyətnamə üzrə) tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri 5 saylı notariat kontoruna qarşı (X15, X16, Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair X10 ilə X14 arasında Cavabdeh1ndə 23.11.2016-cı il tarixdə bağlanmış, reyestrdə 4Ə-948 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin reyestr qeydinin ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi, 13.08.2018-ci il tarixdə ölmüş X5 vərəsələrinə (əri və 3 qızı) Ca vabdeh2 tərəfindən 08.04.2019-cu il tarixdə reyestrdə 2v-42 nömrə ilə qeyd edilərək, hər birinə ¼ pay bölgüsü ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin reyestr qeydinin ləğv edilməsi, şəhadətnamənin etibarsız hesab edilməsi, qeyd olunanlar əsasında onlara verilmiş çıxarışların reyestr qeydinin ləğv edilməsi, çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi atası Məcnun ilə anası Firəngizin birgə nikah dövründə əldə edilməklə, onların ümumi birgə mülkiyyəti olmuş və o, atasının ölümündən sonra ondan qalmış miras əmlakı notariat ofisinə rəsmi ərizə ilə müraciət etməklə qəbul etmiş, lakin an ası həmin əmlakı onun razılığı və xəbəri olmadan tam payla (atasından vərəsəlik qaydasında keçmiş ½ hissə də daxil olmaqla) bacısı İlhaməyə bağışlamışdır.

10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs (eyni zamanda, digər üçüncü şəxslərin qanuni nümayəndəsi) X15 isə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2854/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi əqd ilə bağlı hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə mə hkəmədə mübahisələndirməmişdir. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsinin tələblərinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

13. Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibətdə isə bildirmişdir ki, işdə olan Yasamal Rayon Məhkəməsinin 29.08.2019-cu il tarixli, 2(005)-5654/2019 saylı qərardadından görünür ki, iddiaçı mübahisəli bağışlama müqaviləsindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.09.2019-cu il tarixli məktubundan s onra məlumatlı olması barədə iddia ərizəsindəki izahatı qeyri-səmimidir. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş 26.03.2019-cu il tarixli iddiaçının notariat kontoruna ərizə ilə müraciət etdiyi, həmçinin Elektron Notariat X1 çıxarışlara əsasən X4 qanun üzrə, vəsiyyətnamə üzrə vərəsələri, X5 qanun üzrə vərəsələri barədə məlumatları əldə etmişdir. İş üzrə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı bağışlama müqaviləsindən elə həmin vaxtdan məlumatlı olmuş, lakin bağışlama müqaviləsinin etibarsızlığına əsas olan halları bildiyi yaxud bilməli olduğu vaxtdan 1 il ərzində mübahisələndirməli olduğu halda bunu etməmişdir.

14. Beləliklə, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin bağışlandığını bilsə də, qanunvericiliklə lazımi qaydada müəyyən edilmiş iddia ərizəsi ilə yalnız 05.08.2 020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Belə ki, 26.03.2019-cu ildən hazırki iddia ərizəsi ilə mübahisələndirdiyi qeyri-yaşayış sahəsi ilə bağlı müqavilədən xəbəri olsa da, müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (bilməli olduğu gündən) qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə, “bağışlama müqaviləsinin reyestr qeydinin ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin reyestr qeydini ləğv edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların reyestr qeydini ləğv edərək, çıxarışların etibarsız hesab edilməsi” tələbləri barədə əlavə araşdırmaya lüzum görməyərək, bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən atası Məcnuna çatası payın ayrılması üçün Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 23.11.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdə edilmiş qeydin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə mirasın qəbul edilməsi barədə notariat ofisinə təqdim etdiyi 26.03.2019-cu il tarixli ərizəyə istinad edərək, tərəfindən bir illik iddia müddətinin ötürüldüyünü qeyd etsə də, həmin ərizənin əhəmiyyətsiz əqdin etibarsızlığı və hazırkı iddiası ilə heç bir əlaqəsi yoxdur. İddia müddətinin axımı 18.09.2019-cu il tarixdən başlanmalıdır. Çünki, iddiaçı yalnız DƏD RX-nin 1 saylı Bakı Ərazi İdarəsinin həmin tarixli məktubunu oxuduqda əmlakın bağışlanmasından xəbər tutmuşdur. Eyni zamanda, nəzərə alınmalıdır ki, səhhəti ilə əlaqədar bir müddət xəstəxana və ev şəraitində müalicədə olmuş və əvvəllər bir neçə dəfə sözügedən əqdin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin bəzi prosessual səbəblərdən ərizələri qaytarılmışdır. Hesab edir ki, iddia müddəti hesablanarkən həmin müddətlər də nəzərə alınmalıdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2565/2021 nömrəli 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kolle giyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı onun tərəfindən iddia müddətinin ötürülmədiyini bildirsə də, işin faktiki hallarından, eləcə də iddiaçının bildirdiyi kimi, onun mübahisələndirilən müqavilədən 15.07.2019-cu il tarixdə məlumatı olmuş, hazırki iddia ilə 05.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

20. Digər tərəfdən, iddiaçı mübahisəli əmalkın həqiqətən də valideynləri tərəfindən qanunla müəyyən edilmiş qaydada birgə nikahda əldə edilmiş əmlak olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Vəkil2 Qüdət oğlu) kassasiya şikayəti verərək, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, icraatın dayandırılmasına heç bir prosessual əsas olmadığı halda işə baxılması müddəti əsassız yerə uzadılmşdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Prosessual məsələlər

24. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağır ılmadan baxılmışdır.

25. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir.

26. Məhkəmə icraatı yazılı icraat qaydasında aparıldığına görə, iddiaçının məhkəmə iclasında təmsil olunmaq üçün vəkillə təmin olunması barədə vəsatəti təmin olunmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

28. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilə r və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun d əyərini pulla ödəməlidir.

37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

39. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifa də edilə bilər.

40. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

41. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

43. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mir as vərəsə tərəfindən qəbul edilmiş sayılır.

45. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48. 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya baxışının hədləri

51. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

52. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. İddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir.

56. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının mübahisələndirilən müqavilədən 15 iyul 2019-cu il tarixdə məlumatı olmuş, hazırki iddia ilə 05 avqust 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

57. Məhkəmə işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

58. Çünki "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamət ində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranma sından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz».

59. Baxılan işdə də məhkəmələr iddia tələbini bu baxımdan araşdırmış və müəyyən etmişdir ki, iddiaçı sözügedən müqavilələri mübahisələndirmək hüququnu itirmişdir.

60. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

61. Kassatorun işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlilləri kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2565/2021 nömrəli, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar