Məhkəmə qərarları › İş №2(102)-2288/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2288/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2288/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh İddia tələbi: borc sənədinin etibarsız hesab edilməsi Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı Qarşılıqlı iddia tələbi: borcun qaytarılması, mənəvi zərərin ödənilməsi Açar sözlər: müqavilə öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 06 noyabr 2016-cı il tarixli iltizamda İddiaçı Cavabdeh 100.000 ABŞ dolları və 60.000 manat məbləğində pul aldığı qeyd edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat 21 fevral 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehə verilmiş 06 noyabr 2016-cı il tarixli borc sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həmin sənəd məcburiyyət və hədə-qorxu təsiri altında yazılmışdır, onun cavabdehə borcu yoxdur. 2014-cü ildə cavabdeh ilk in olaraq 100.000 ABŞ dollarının konvertasiya edilərək 78.000 manat, sonradan isə əlavə olaraq 60.000 manat onunla ümumi ticarətə pul qoymuş, bir müddət sonra nəinki mənfəət əldə edilməmiş, hətta zərərə düşmüşlər. İddiaçı cavabdehə zərərin bölüşdürülməsini və ona ödənilməli olan pulun natura formasında qaytarılmasını təklif etmiş, cavabdeh isə həmin təkliflə razılaşmamış, qoyduğu pulun tam olaraq qaytarılmasını tələb etmişdir. Cavabdeh qarşılıqlı iddia qaldıraraq, Cavabdeh əsas borc üzrə 180.000 ABŞ dolları, faiz borcu üzrə 100.000 ABŞ dolları, vurulmuş mənəvi zərərin əvəzi kimi 120.000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3360/2018 saylı iş üzrə 20 iyul 2018-ci il tarixli qətnaməs i ilə (hakim K.B.Əsədov) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 180.000 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə olan məzənnəsi ilə tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdi r. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı isə verdiyi apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehin vurduğu maddi və mənəvi zərər ümumiyyətlə nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3485/2019 nömrəli iş üzrə 24 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev, E.Y.Şamayev) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında borc münasibətlərinin olması, iddiaçının cavabdeh qarşısında 180.000 məbləğində pul öhdəliyi daşıdığı, həmin öhdəliyin icra edilmədiyi iş materialları ilə təsdiq edilir. Bununla belə, qeyd edilən iltizamın Cavabdeh tərəfindən İddiaçı qarşı zorakılıq və ya hədə təsiri altında yazılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ilk iddianın əsassızlığı ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Bununla bərabər, İddiaçı tərəfindən Cavabdeh hər hansı mənəvi zərərin vurulması sübuta yetirilmədiyindən, eyni zamanda iltizamda borcun faizlə qaytarılması ilə bağlı hər hansı şərt nəzərdə tutulmadığından qarşılıqlı iddia təmin edilməyən həmin hissələrdə əsassızdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102) -771/2020 saylı iş üzrə 17 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) İddiaçı verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbinin dəlillərinə əsasən tərəflər arasındakı münasibətin həqiqi xarakterinin nədən ibarət olmasını və bunun nəticəsi olaraq tələbin maddi hüquqi əsasının müəyyən edilməsi üçün düzgün araşdırma aparmamış və bunun nəticəsi olaraq maddi hüquq normaları pozulmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikin ci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5715/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov, F.Ş.Talışinski, R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 138.000 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq h üquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlər indən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını nəzərdə tutur. Apellyasiya məhkəməsi vurğulamışdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. İşin müəyyən edilmiş faktiki hallarına görə, Cavabdeh, İddiaçı mebel ticarətinə 2014cü ildə 100.000 ABŞ dolları və 60.000 manat məbləğində pul qoymuş və tərəflər aralarındakı razıl aşmaya əsasən belə şərtləşdirmişlər ki, ticarət fəaliyyətindən əldə edilmiş mənfəətdən Cavabdeh müvafiq pay verilməli, şirkət ziyana düşdükdə isə o, maddi məsuliyyət daşımamalıdır. Cavabdeh qoşulduğu İddiaçı tərəfindən həyata keçirilən mebel ticarətinin ziyanla işləməsi isə işin mübahisəsiz halıdır. Belə olan halda, qarşılıqlı iddiaçı şirkətin fəaliyyəti ilə bağlı zərər üçün hər hansı məsuliyyət daşımadığından şirkətə qoyduğu pulun (yəni 100.000 ABŞ dolları və 60.000 manat) geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh isə hazırda 06.11.2016-cı il tarixli iltizama istinad edərək, İddiaçı 180.000 ABŞ dollarının qaytarılmasını tələb edir. Belə ki, İddiaçı tərəfindən yazılmış 06.11.2016-cı il tarixli iltizamdan görünür ki, İddiaçı iki il əvvəl Cavabdeh 100.000 ABŞ dolları və 60.000 m anat pul almışdır. İndiki kursla o, 180.000 ABŞ dolları qaytarmalıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının internet saytından əldə edilmiş çıxarışa əsasən isə, 2014-cü il ərzində 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 0,78 manat olmuşdur. Bu baxımdan, Cavabdeh tərəfindən 2014-cü ildə mebel ticarətinə qoyulmuş 78.000 manat (ABŞ dollarının həmin vaxt Azarbaycan manatına olan məzənnəsinə uyğun olaraq) və 60.000 manat olmaqla, ümumilikdə 138.000 manat ona qaytarılmalıdır. İddiaçı, apelyasiya baxışında verdiyi izahatında Cavabdeh 10.000 manat verdiyini bildirərək, qarşılıqlı iddianı qismən, yəni 128.000 manatın natura şəklində qaytarılması hissəsində etiraf etmiş və bu hissədə təmin olunmasına etiraz etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı, Cavabdeh 10.000 m anat qaytardığını bildirsə də, bu fakt onu izahatından başqa, hər hansı sübutla dəstəklənmədiyindən, mötəbər hesab edilə bilməz. Eyni zamanda, İddiaçı qalan 128.000 manatı qaytarmalı olmasını etiraf edərək, şirkət zərərə düşdüyü üçün onu naturada qaytaracağını bildirsə də, işin hallarından tərəflər arasında bununla bağlı hər hansı razılaşma olması müəyyən olunmur. Əksinə, aralarındakı razılaşmaya əsasən, şirkətin fəaliyyəti ilə bağlı zərərə görə Cavabdeh hər hansı formada məsuliyyət daşımayacağı şərtləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh faizlərin ödənilməsi tələbinə münasibətdə hesab etmişdir ki, 06.11.2016-cı il tarixli iltizamda İddiaçı tərəfindən Cavabdeh qaytarılmalı olan məbləğlər qeyd olunarkən faizlərin ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Ona görə də, qarşılıqlı iddia bu hissədə əsassız hesab edilmişdir. Bununla bərabər işə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, nə ilkin iddiaçı, nə də qarşılıqlı iddiaçı mənəvi zərər tələblərini, yəni onlara vurulduğunu iddia etdikləri mənəvi zərərin nədə ifadə olunmasını kifayət qədər əsaslandıra bilməmişlər. Bu tələblərinin əsası kimi istinad etdiyi hallar isə, onların mənəvi zərərə məruz qalmaları qənaətinə gəlməyə imkan vermir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə yeganə maddi sübut iddiaçı tərəfindən imzalanmış iltizam təsdiq edir ki, kassator iddiaçıya 100000 ABŞ dolları və 60000 manat pul vəsaitini vermişdir. İş materiallarında kassatorun mebel ticarətinə pul qoyması barədə iddiaçının sözlərinin əks olunduğu məhkəmə iclas protokollarından başqa heç bir sənəd yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi AR MPM-nin 14.2, 77.1,78.2-ci maddələrini tətbiq edərək İddiaçı sözlərini təsdiq edən sübut mövcud olmadığı təqdirdə həmin sözləri ümumiyyətlə nəzərə almalı olmadığı halda qarşılıqlı iddianın qismən rədd edilməsi üçün əsas götürmüşdür. İltizamda bu pulun hər hansı bir sahibkarlıq məqsədləri üçün alması göstərilməmişdir. Eyni zamanda sahibkarlıq məqsədilə alınan pul məbləğinin mədaxi l edilməsi qaydası kassa mədaxil qəbzi vasitəsilə və ya bank hesabına köçürülməklə müəyyən edilir. Lakin iddiaçı tərəfindən belə bir kassa mədaxil qəbzi məhkəməyə təqdim edilməmişdir. Bütün bu hallar konkret şəkildə iddiaçı və cavabdeh arasında yalnız borc münasibətlərinin olmasını təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti əsasında mübahiələndirilən hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vard ır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri tərəflər arasında yalnız borc münasibəti olmaqla qeyd olunan pul məbləğlərinin sahibkarlıq məqsədi ilə alınmasının təsdiq olunmaması təşkil etməklə həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə koll egiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar