Məhkəmə qərarları › İş №2(102)-2289/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2289/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2289/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9208/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 Heydər qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış Baş kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 15 faiz olmaqla 12 ay müddətinə 245.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin qarşılıqlı razılaşması əsasında həmin müqavilənin müddəti 24 ay uzadılmış və öhdəliyin icra müddəti xx xxxxxxxx 2017-ci il tarixdə bitmişdir. Baş kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 Heydər qızına mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı bağ evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli “baş kredit müqaviləsinə” əsasən sonuncuya 36 ay müddətinə, illik 15 faiz ödənilməsi şərti ilə 290.000 manat kredit verilmiş, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1, İkram Gözəlov, Əzim Gözəlov və Gülşən Əliyevanın mülkiyyətində olan mənzillər bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin sentyabr ayında İddiaçı ASC borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 Heydər qızına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 326.447.24 manat məbləğində borcunun yaranması əsas göstərməklə həmin məbləğin borcludan tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. B akı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-138/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim: F.Ə.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 bankın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 194.188,57 manat, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 106.006,68 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə borclu Cavabdeh1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8786/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruz əçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə borclu Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1898/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə ol an xx xxxxxx 2018-ci il tarixli, 2(103)-8786/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə digər cavabdeh-ipoteka qoyan Həsənova X1 Rayon Məhkəməsinin 2(011)138/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə apellyasiya şikayəti vermiş və şikayətini işin hallarının tam və obyektiv araşdırılmaması ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9208/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh2 Heydər qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkə mə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh-ipoteka qoyan Cavabdeh2 Heydər qızı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixl i və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2018-ci il tarixli qətnamələrindən apellyasiya və kassasiya şikayətləri yalnız Cavabdeh1 tərəfindən verilmiş və həmin şikayətlərə baxan məhkəmə instansiyaları Cavabdeh1 kredit borcunun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini qanuni və əsaslı hesab etmişlər. Cavabdeh2 kassasiya şikayətində qətnamənin işin hallarının tam və hərtərəfli yoxlanılmadan qəbul edilməsini iddia etsə də, bunun nədə ifadə olunmasını aydınlaşdırmamış və qətnamənin ləğvi üçün əsas ola bilən heç bir konkret dəlil irəli sürməmişdir. Bununla belə yuxarı məhkəmə instansiyaları tərəfindən Cavabdeh2 ipoteka predmetinə münasibətdə qətnamənin qanuniliyi yoxlanılmış və müəyyən olunmuşdur ki, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qanunun tələblərinə uyğun olmuşdur. Göstərilən vəziyyətdə Cavabdeh2 apellyasiya şikayəti əsasında qətnamənin həmin hissələrinin qanuniliyinin yenidən yoxlanılması üçün qanuni əsaslar olmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni sayır, hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 Heydər qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9208/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar