Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2295/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübut etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-123/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) Ağdaş rayon Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə vəfat edən atası X3 qalan mirasın nədən ibarət olmasından asılı olmayaraq (həmçinin mirasın passivini) qəbul etdiyi barədə ərizə vermişdir.
2. X1, X5, X8 və X6 notariata ayrı-ayrılıqda ərizə verərək, X3 qalan mirasdan bütövlükdə birinci cavabdehin xeyrinə imtina etdiklərini bildirmişlər.
3. Ağdaş Rayon Məhkəməsinin 2(014)-45/2022 nömrəli iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, hazırkı iş üzrə birinci cavabdehin Ağdaş rayonu, Heydər Əliyev prospekti 66 ünvanında yerləşən İddiaçı (bundan sonra – iddiaçı) məxsus 0.0375 ha torpaq sahəsinin zəbt etdiyi 46 kv.m hissəsindən çıxarılması, həmin torpaq üzərində h azırkı iş üzrə iddiaçının sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi və həmin torpaq sahəsinin onun sahibliyinə qaytarılması, həmin torpaq sahəsi üzərində hazırkı iş üzrə iddiaçının sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran qeyri-qanuni hərəkətlərə son qoyulmaqla gələcəkdə bu cür hərəkətlərə yol verilməsinin hazırkı iş üzrə birinci cavabdehə qadağan edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə və Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 11.000 manat pul və ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslan dırmışdır ki, 2020-ci ilin təxminən dekabr ayında həmyerlisi olan ikinci cavabdeh ondan 11.000 manat məbləğində pul alaraq yaxın qohumu olan X7 (birinci cavabdehin atası) torpaq sahəsini alaraq ona verəcəyini bildirmişdir. O, torpağa görə 15.000 manat pul istəmiş, ikinci cavabdeh ona pulun 4000 manatını özü verəcəyini, qalan 11.000 manatın onun verməli olduğunu bildirmişdir. Buna görə də razılaşıb 11.000 manatı ikinci cavabdehə təqdim etmişdir. Lakin dəfələrlə pulunu tələb etsə də, pulu ödəməkdən imtina etmişlər. İkinci cavabdehlə mübahisə barədə aralarında səsyazma mövcuddur. Səsyazma pulun alınmasını təsdiq edir. X11 vəfat etmişdir. Onun oğlu olan birinci cavabdeh qanuni vərəsə kimi tanınmışdır. Onun miras kimi qəbul etdiyi əmlak tələb etdiyi borcdan çoxdur.
6. Məhkəmə iclasında şahid qi smində ifadə verən X9 ifadəsində iddiaçı ilə dostluq münasibətləri olduğunu, bir neçə il bundan əvvəl restoranda onun və bacısı oğlu Elvirin yanında 11.000 manatın pulun ikinci cavabdehə verildiyini, həmin pulun 4000 manatını o, 3000 manatını isə iddiaçının bacısı oğlu Elvirin verdiyini, pulun torpaqla bağlı verildiyini bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində iddiaçının onun dayısı olduğunu, bir gün dayısının ona zəng etdiyini, gəlib dayısını götürüb Məhərrəmgilə getdiklərini, həmin evin yanında dayandıqda Rəşid adlı şəxsin də orada olduğunu, içəri daxil olduqlarını, dayısının, Məhərrəmin, səhv etmirsə Rəşidin də yaşlı bir kişi ilə söhbət etdiklərini, həmin yaşlı kişinin böyük məbləğ istədiyini, dayısının razılaşmadığını, restorana getdiklərini, sonrada n Məhərrəmin 11.000 manata razılaşdıracağını dediyini, onun 3000 manatını özü verdiyini, restoranda dayısının, Məhərrəmin, Rəşidin iştirak etdiyini bildirmişdir.
8. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(014)-1058/2022 nömrəli iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Əliyev) iddia tələbi qismən təmin edilmiş, ikinci cavabdehdən 11.000 manat pulun və ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
9. Məhkəmə şahid ifadələri və iddiaçı tərəfindən təqdim edilmiş telefon danışıqlarının stenoqramına əsasən müəyyən etmişdir ki, ikinci cavabdeh 11.000 manat pul aldığını etiraf etməklə, 10.000 manat hissəsini qaytarmağı öz öhdəsinə götürmüşdür. İkinci cavabdeh id diaçıdan 11.000 manat məbləğində pul alaraq yaxın qohumu olan X7 torpaq sahəsini ona verəcəyini bildirmişdir. İkinci cavabdehin iddiaçıya 11.000 manat məbləğində borcu vardır. İddiaçı ikinci cavabdehdən verdiyi pulu geri istəsə də, sonuncu iddiaçının borcunu ödəməkdən imtina etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1, 739.2, 740.1, 740.2, 777.1, 777.2, 779.1, 1091.1, 1091.2, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İkinci cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə ye ni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 07 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Ağdaş şəhəri, H.Əliyev prospekti 66 ünvanında yerləşən 51,8 kv.m yaşayış sahəsini və 0,0375 ha torpaq sahəsini 45.000 manata ikinci cavabdehdən almışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçıya məlum olmuşdur ki, aldığı torpaq sahəsinin bir hissəsini ikinci cavabdehlə bir həyətdə yaşayan dayısı X12 zəbt etmişdir və uzun illərdir ki, onların arasında həmin torpağa dair mübahisə mövcuddur. İddiaçı, ikinci cavabdehdən Adil Cəlilovla danışaraq zəbt edilmiş torpağın ona qaytarılmasını tələb etmişdir. İkinci cavabdeh isə dayısı ilə küsülü olduğundan bunu edə bilməyəcəyini demişdir (bu fakt məhkəmə iclasları zamanı Adil Cəli lovun oğlu birinci cavabdeh tərəfindən də etiraf edilmişdir). Bu zaman iddiaçı özü Adil Cəlilova müraciət edərək torpağın ona qaytarılmasını xahiş etmişdir. Adil Cəlilov isə, öz növbəsində, məsələnin məhkəmədən kənar həlli kimi torpağı iddiaçıya könüllü qaytarmaq üçün ondan 15.000 manat pul tələb etmişdir. Bundan sonra iddiaçı, ikinci cavabdehi torpağı ona satarkən onu aldatmaqda təqsirləndirərək, ondan 45.000 manat pulun 15.000 manatını qaytarmağı tələb etmişdir. Əvvəl ikinci cavabdeh bununla razılaşmamışdır. İddiaçı onu dələduzluqda ittiham edərək, dəfələrlə polisə verəcəyi ilə hədələmiş və bundan sonra tələb etdiyi pulun 5.000 manatını özü ödəyəcəyini, qalan 10.000 manatı isə ikinci cavabdehdən tələb etdiyini bildirmişdir. İkinci cavabdeh iddiaçının təzyiqlərinə dözməyərək onun tələbi i lə razılaşmışdır. Lakin sonradan hüquqşünasla danışaraq həmin məbləği ödəmək öhdəliyinin olmadığını öyrənmiş və 11.000 manatı iddiaçıya qaytarmaqdan imtina etmişdir. 07 iyul 2021-ci il tarixdə iddiaçı hazırkı iş üzrə cavabdehlərə qarşı mülkiyyətin bərpası və torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, ikinci cavabdehə münasibətdə iddianın təmin edilməsi perspektivi yoxdur. Bundan sonra iddiaçı hazırkı tələbini irəli sürmüşdür. Məhkəmə mübahisəyə borc münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-123/2023 nömrəli iş üzrə 24 yanvar 2 023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, iddiaçının ikinci cavabdehə qarşı pul tələbi təmin edilməmişdir.
14. Məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmiş və bununla bağlı qeyd etmişdir ki, şahidlər iddiaçı ilə yaxın münasibətdə (Elvir Ağayev iddiaçının bacısı oğlu, Rəşid Quliyev iddiaçının yaxın dostudur) olan şəxslərdir, ifadələr natamam və ziddiyyətlidir, şahidlər işin nəticəsinin iddiaçının xeyrinə həll olunmasında maraqlıdırlar.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi səs yazısı da iddianın əsaslı olmasını təsdiq etmir. Hazı rkı mübahisə üzrə iddianı sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İkinci cavabdehin dayısı Adil Cəlilova məxsus torpaq sahəsini sonuncudan alaraq iddiaçıya verəcəyi və bunun müqabilində iddiaçıdan 11.000 manat pul alması barədə iddiaçı tərəfin dəlilləri iş materialları ilə təsdiq edilmir.
16. Məhkəmə hesab etmişdir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçının ikinci cavabdehə qarşı irəli sürdüyü iddia əsasızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərə düzgün qiymət vermədən, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, mövcud mübahisənin həllində əsassız varlanma ilə yanaşı borc münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etmək lə iş üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ikinci cavabdehdən 11.000 manat pulun və ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ikinci cavabdeh birinci instansiya məhkəməsində iddianı təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi onun verdiyi yalan izahata inanaraq, məhk əmədə tərəflərin arasında olan balansı pozmuş, bərabər hüquqlu olmalarını diqqətdən qaçırmış, sübutlara düzgün qiymət verməmişdir. Təqdim edilmiş səsyazmanın stenoqramında ikinci cavabdeh öhdəliyə əsasən borclu olduğunu etiraf etmişdir. Öhdəliyini icra etmək üçün iddiaçıdan vaxt istəmiş və pulu tezliklə qaytaracağını vəd etmişdir. Apellyasiya instansiyası məhkəməsi səs yazısını qanunsuz sübut hesab etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qanunsuz olaraq apellyasiya baxışı zamanı yeni sübut (iddiaçının başqa iş üzrə verdiyi iddia ərizəsini) qəbul etmişdir. Hər bir halda, öhdəliyin olduğu sübut olunmuşdur. İkinci cavabdeh iddiaçının pulunu ələ keçirməklə əsassız varlanır. Hətta özünə əmlak belə almışdır. Lakin iddiaçı öz pulundan məhrum olmuşdur. Məhkəmə buna əhə miyyət verməmişdir.
20. Kassasiya şikayəti Mülki Məcəllənin 385.1, 442, 882.2, 1091.1 və 1092.1-ci, MPM-in 76, 77, 82.3, 88, 89 və 380.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il, xx.xx.2021-ci il tarixli qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həya ta keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1 (1092.1.1. 1092.1.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
38. İddiaçı şikayətində apellyasiya instansiyası məhkəməsinin səs yazısını qanunsuz sübut hesab etməklə prosessual hüquq normalarının tələblərini pozduğunu qeyd etsə də, iş materaillarından görünür ki, apellyasiya məhkəməsi qeyd olunan sübutu qanunsuz hesab etməmiş, işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək, həmin səs yazısını iddia tələbini təsdiq edən mötəbər sübut hesab etməmişdir.
39. MPM-in 418.3-cü maddəsinə əsasən (§33) məhkəmənin apellyasiya baxışı zamanı yeni sübut (iddiaçının başqa iş üzrə verdiyi iddia ərizəsini) qəbul etməsi də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Çünki həmin iddia ərizəsi əsasında qəbul edilmiş məhkəmə aktının (Ağdaş Rayon Məhkəməsinin 2106.2022-ci il tarixli qətnaməsi) surəti birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş (i.v.68-70), istinad olunan iddia ərizəsinin məzmunu həmin qətnamədə də əks olunmuşdur.
40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-123/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.