Məhkəmə qərarları › İş №2(102)-2296/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2296/2023

25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2296/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və qeyrilərinin (üçüncü şəxslər X20 və qeyriləri) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X41 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 (üçüncü şəxslər X20, X53, X54, X55, X36, X42, X25, X43, X26, X30, X31, X44, X45, X72, X78, X37, X73, X14, X27, X64, X46, X21, X28, İddiaçı10, X56, X47, X57, X58, X38, X48, X59, X65, X6, X11, X12, X15 və X22) cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli, 1 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyəy etdi: İşin halları

1. Aqrar islahatı aparılan zaman iddiaçılara və a ilə üzvlərinə X35 istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri ayrılmış, torpağa mülkiyyət hüququna dair dövlət aktı və müvafiq çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsinə dair müraciət edərək Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997- ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə X35 iste hsalı məqsədilə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi, cavabdehlərdən 3990 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı1, 4799 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı2, 7694 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı3, 4733 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı4, 5542 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı5, 5936 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı6, 2989 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı7, 2802 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı8, 2762 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı9, 6807 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı10, 4065 manat zərər və 25200 manat kompensasiyanın İddiaçı11, 4730 manat zərər və 25200 manat kompens asiyanın İddiaçı12 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddiaçılar tələbini onunla əsaslandırılmışlar ki, onlara və ailə üzvlərinə X35 istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, İddiaçı1 2,61 hektar, İddiaçı2 3,26 hektar, İddiaçı3 4,96 hektar, İddiaçı4 3,35 hektar, İddiaçı5 3,86 hektar, İddiaçı6 4,03 hektar, İddiaçı7 2,03 hektar, İddiaçı8 1,99 hektar, İddiaçı9 1,90 hektar, İddiaçı10 4,59 hektar, İddiaçı11 2,72 hektar, İddiaçı12 4,56 hektar torpaq sahəsi X35 istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin onlara verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətindən onlara torpaq mülkiyyət hüququna dair ******* nömrəli çıxarış İddiaçı1, ******* nömrəli çıxarış İddiaçı2 adına, 91003018 nömrəli AKT-lar ilə isə qalan 10 nəfər iddiaçı şəxslərin adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Onlar torpaq sahələrini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər X35 istehsalı məqsədi ilə istifadə edirlər, özlərinin və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdikləri maddi gəlir ilə müəyyən qədər ödəyirlər. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətlərində olan torpaq sahələrinin üzərindən SOCAR-ın "xxxx" İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın "xxxx" İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçir. Onlar bu nunla bağlı olaraq, SOCAR-ın "xxxx" İdarəsinə ərizə ilə müraciət etmişlər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də onlar, 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Hacıqabul rayo n İcra Hakimiyyətindən isə onlara yazılı sürətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da onlar mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə bilmirlər, buna görə də torpaq sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Onlara məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı1 mülkiyyətinə verilmiş 2,61 hektar torpaq sahəsinin 6334 kv metr hissəsi, İddiaçı9 mülkiyyətinə verilmiş 1,90 hektar torp aq sahəsinin 4385 kv metr hissəsi, İddiaçı8 mülkiyyətinə verilmiş 1,99 hektar torpaq sahəsinin 4449 kv metr sahəsi, İddiaçı7 mülkiyyətinə verilmiş 2,03 hektar torpaq sahəsinin 4746 kv metr sahəsi, İddiaçı6 mülkiyyətinə verilmiş 4,03 hektar torpaq sahəsinin 9423 kv metr sahəsi, İddiaçı5 mülkiyyətinə verilmiş 3,86 hektar torpaq sahəsinin 8798 kv metr sahəsi, İddiaçı4 mülkiyyətinə verilmiş 3,35 hektar torpaq sahəsinin 7514 kv metr sahəsi, İddiaçı3 mülkiyyətinə verilmiş 4,96 hektar torpaq sahəsinin 12213 kv metr hissəsi, İddiaçı12 mülkiyyətinə verilmiş 4,56 hektar torpaq sahəsinin 7508 kv metr hissəsi, İddiaçı10 mülkiyyətinə verilmiş 4,59 hektar torpaq sahəsinin 10805 kv metr hissəsi, İddiaçı11 mülkiyyətinə verilmiş 2,72 hektar torpaq sahəsinin 6453 kv metr hissəsi, İddiaçı2 mülkiyyətinə veril miş 3,26 hektar torpaq sahəsinin 7618 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də, onlar torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. Ekspert rəyində göstərilir ki, nəzəri hesablama yolu ilə 1 hektar sahədən əkilib becərilməsindən 1 il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan Aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilir. Buna görə də, İddiaçı1 zəbt olunmuş torpaq sahəsi 6334 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 3990 manat edir, İddiaçı11 6453 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4065 manat, İddiaçı2 7618 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4799 manat, İddiaçı9 4385 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2762 manat, İddiaçı8 4449 kv-n i 630 manata vurmaqla maddi ziyanın cəmi 2802 manat, İddiaçı7 4746 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 2989 manat, İddiaçı6 9423 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 5936 manat, İddiaçı5 8798 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 5542 manat, İddiaçı4 7514 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4733 manat, İddiaçı3 12213 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 7694 manat, İddiaçı12 7508 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 4730 manat, İddiaçı10 10805 kv-ni 630 manata vurmaqla maddi ziyanın cəmi 6807 manat həcmindədirlər. Digər bir halda isə magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüş torpaq sahələrinin zəbt olunmuş hissəsinə görə kompensasiya kimi, qaz kəmərlərinin istismar müddəti 40 il olduğu üçün, qarşıdakı 40 il üçün, hər il 63 0 manat olmaqla, 25200 manat pul ödənilməsini istəyirlər.

4. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 və digərlərinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətləri üzrə İcra Hakimiyyətində araşdırma aparılmış və sözügedən magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Torpaq sahələri vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Hüquqlarının bərpası üçün məhkəmə orqanlarına müraciət edilməsi məsləhət görülmüşdür.

5. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı4 və digərlərinə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətlər üzrə İcra Hakimiyyətində araşdırma aparılmış və sözügedən magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara veril miş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Torpaq sahələri vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanıtorpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Hüquqlarının bərpası üçün cavabdeh Aqrar islahatı komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edilməsi məsl əhət görülmüşdür.

6. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X77 İnkişaf Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il tarixli 2(011)-4284/19 saylı müraciəti əsasında verilən aqronom (mütəxəssis) rəyinin sürətindən görünür ki, şərti hesablama ilə 1 ha taxıl əkilib becərilmədən il ərzində ehtimal olunan gəlirin məbləği təxminən 850 manat digər xərclər çıxarılmaqla təxminən 630 manat kimi müəyyən edilir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Sənaye və ərzaq məhsullarının əmtəəşünaslıq tədqiqi” ekspertizasının xx.xx.2019-cu il tarixli 314991 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan 03 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən istifadə etməklə, 1 ha taxıl əkilib becərilməsindən il ərzində əldə olunması ehtimal edilən g əlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən X7, X32 və digərlərinə ünvanlanmış müraciətin baxılmasının nəticəsi haqqında 12 fevral 2018-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıların kollektiv ərizəsinə baxılmış, müvafiq araşdırma aparılmışdır. Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində yerləşən, X35 istehsalı üçün müvafiq dövlət aktları və çıxarışla mülkiyyətlərinə verilmiş ərazilərdə qeyd etdikləri torpaq sahələrinə aid həmin sənədlərdə göstərilən kordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması aparılmışdır. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: X2 daxilində yerləşən 12213 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin müha fizə sonası daxilində, İddiaçı11 koordinatlar daxilində yerləşən 6453 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı2 koordinatlar daxilində yerləşən 7618 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı9 koordinatlar daxilində yerləşən 4385 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı8 koordinatlar daxilində yerləşən 4449 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X3 daxilində yerləşən 7514 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X4 daxilində yerləşən 8798 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı6 koordinatlar daxilində yerləşən 942 3 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı7 koordinatlar daxilində yerləşən 4746 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, X1 daxilində yerləşən 7508 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində, İddiaçı1 koordinatlar daxilində yerləşən 6334 kv metr hissəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə sonası daxilində yerləşir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat İddiaçı1, 4799 manat İddiaçı2, 7694 manat İddiaçı3, 4733 manat İddiaçı4, 5542 manat İddiaçı5, 5936 manat İ ddiaçı6, 2989 manat İddiaçı7, 2802 manat İddiaçı8, 2762 manat İddiaçı9, 6807 manat İddiaçı10, 4065 manat İddiaçı11, 4730 manat İddiaçı12 xeyrinə tutulması, İddia tələbləri “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aqrar islahatı aparılan zaman iddiaçılara və ailə üzvlərinə X35 istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin torpaqlar iddiaçılara verilərkən qanunvericilik normalarının tələblərinə əməl edilməmiş, magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanılmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 140, 152.1, 157.9, 1096.1, 1097.1 və 1100-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 53, 70 və 84-cü maddələri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2 və 54.1-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hi ssəsi, 6 və 20-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə istinad etsə də, yekunda kompensasiya ödəmək öhdəliyini Maliyyə Nazirliyinin üzərinə qoymuşdur. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddənin tələbindən də göründüyü kimi dövlət orqanının qanunsuz hərəkətlərinə görə məsuliyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, Azərbaycan Respublikası daşıyır. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq fəal iyyət göstərən Azərbaycan Respublikası Maliyyə Nazirliyi təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq büdcə təşkilatlarını onların sifarişləri əsasında mütəmadi olaraq maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığıdan, kompensasiyanın ödənilməsi vəzifəsinin birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə Nazirliyə həvalə edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası X95 Komissiyası haqqında Əsasnamə”nin 1,5-ci bəndinə əsasən Dövlət Komis siyası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxsdir. Dövlət Komissiyası bank idarələrində hesablaşma hesabına və digər hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinə və özünün adını əks etdirən möhürə malikdir. X9 dövlət orqanı olması təsbit edilməmişdir. Aqrar İslahat Komissiyasının Əsasnaməsindən göründüyü kimi vaxtilə mövcud olan Aqrar İslahat Komissiyası dövlət orqanı kimi deyil, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərib. Belə olan halda dövlət orqanının, xüsusən də Maliyyə Nazirliyinin həmin Komissiyanın əvəzinə hər hansı bir vəsait ödəmək öhdəliyi ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Mülki Məcəllənin 59cu maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmçinin, iddiaçılara hər hansı dövlət orqanı tərəfindən zərər vurulması sübut edilsə belə, zərərin əvəzi birbaşa Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasından (dövlət büdcəsindən) tutulmalı idi. İddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adı çəkilmədiyi, onun tərəfindən iddiaçılara qarşı hər hansı hərəkət (və ya hərəkətsizliyə) yol verilmədiyi, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçılar arasında heç bir hüquq münasibətləri olmadığı və Maliyyə Nazirliyi tərəfindən iddiaçılara hər hansı ziyan vurulmadığı halda iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəl dilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Məhkəmə qətnaməsində də qeyd olunur ki, İddiaçı1 və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin torpaq sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169-cu maddəsinə əsasən mülkiyyət hüququ bu Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqə dar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən iddiaçılara dəyən ziyan qabaqcadan ödənilmədən torpaq üzərindən yeni kəmər xətlərinin çəkilişi həyata keçirilmişdir. Göründüyü kimi burada hüquq münasibətləri tərəflər arasında, yəni İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, X.Xankişiyevə, İddiaçı2, N. Zaidova, İddiaçı2, İddiaçı10, İddiaçı3, İddiaçı7, İddiaçı6 və Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi arasında baş verib, lakin buna baxmayaraq məhkəmə iddiaçılara dəymiş ziyanın tutulmasını Maliyyə Nazirliyi tərəfindən ödənilməsini qət etmişdir. Həmçinin məhkəmə Mülki Məcəllənin 140-cı maddəs inə istinad etsə də, sözügedən Məcəllənin həmin maddəsi və yuxarıda qeyd edilən 169-cu maddənin tələblərini nəzərə almamışdır. 140-cı maddədə yazılıb: “Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” Qeyd edilən maddələrin məzmunundan və işin hallarından göründüyü kimi torpaq sahəsinin sonradan, yəni 1997-ci ildə ərazidə faktiki olaraq köhnə qaz kəmərinin olduğu vaxtdan (1975 və 1982-ci il) sonra iddiaçıların mülkiyyətinə keçməsinə və reyestrdə qeydiyyata alınmasına baxmayaraq, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən reyestrə etiraz daxil edilməməklə yanaşı, şəxslərin torpaq sahəsinə, yəni onların xüsusi mülkiyyətinə müdaxilə olunaraq, dəyən ziyan qabaqcadan ödəmənildən demontaj işləri aparılaraq, yeni qaz kəmər xətti çəkilmişdir. Qaz İxrac İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq olunmuş 2 nömrəli Əlavəyə uyğun olaraq Dövlət Neft Şirkətinin strukturuna daxildir. Həmin Fərmanla təsdiq olunmuş “Dövlət Neft Şirkətinin Nizamnaməsi” nə əsasən şirkət strukturuna daxil olan qurumlar vasitəsilə neft və qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın, eləcə də neft, neft-kimya və qaz məhsullarının nəql edilməsi, emalı, paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Dövlət Neft Şirkəti kommersiya fəaliyyətini həyata keçirir və bu fəaliyyətdən əldə olunan gəlir mənbəyinə malikdir. İddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin adı çəkilmədiyi, onun tərəfindən iddiaçılara qarşı hər hansı hərəkət (və ya hərəkətsizliyə) yol verilmədiyi, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçılar arasında heç bir hüquq münasibətləri olmadığı və Maliyyə Nazirliyi tərəfindən iddiaçılara hər hansı ziyan vurulmadığı halda iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanva r 2021-ci il tarixli, 2(103)-867/2021 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respu blikası Maliyyə Nazirliyinə qarşı təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat İddiaçı1, 4799 manat İddiaçı2, 7694 manat İddiaçı3, 4733 manat İddiaçı4, 5542 manat İddiaçı5, 5936 manat İddiaçı6, 2989 manat İddiaçı7, 2802 manat İddiaçı8, 2762 manat İddiaçı9, 6807 manat İddiaçı10, 4065 manat İddiaçı11, 4730 manat İddiaçı12 xeyrinə tutulmalıdır.

16. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 139.1, 140, 152.1, 157.9, 1096.1, 1097.1 və 1100-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 53, 70 və84-cü maddələri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2 və 54.1-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsi, 6, 20-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3209/2021 saylı 03 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi), V.T.Həsənov, Ə.A.Əhmədov) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-867/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv e dilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılara torpaq sahəsi inzibati orqanın qərarı əsasında verilmişdir. Məhkəmələrin yuxarıda qeyd olunan qənaəti, torpaq sahələrinin mülkiyyətə verilməsi barədə AİK-nin qərarının qanunsuz olmasını ehtiva edir. Lakin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin göstərişinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsi belə bir qayda müəyyən edir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş in zibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İddiaçılara torpaq sahəsinin verilməsi barədə qərarın qüvvədən düşməsini (ləğv edilməsi, etibarsız sayılması və s.) təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bu halda torpaq sahəsinin iddiaçılara qanunsuz verilməsi barədə gəlinən nəticə ziddiyyətlidir. Məhkəmənin bu əsaslandırması özlüyündə iddiaçıların torpağa hüquqlarının legitimliyini, ümumiyyətlə hazırki iddia üzrə subyektiv hüququnu şübhə altına alır. Bundan başqa, əgər məhkəmə iddiaçılara inzibati orqanın qanunsuz qərar qəbul etməsi nəticəsində ziyan vurulmasını müəyyən edərsə, bu halda iddianın İPM-nin 2.2.7-ci maddəsinə əsasən (inzibati orqanın qanunsuz qərar çıxarması səbəbindən vurulmu ş zərərin tutulması) inzibati məhkəmə icraatına aidiyyəti məsələsinə qiymət verməli idi. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməlidir. Bundan əlavə, məhkəmələr qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımadığından, iddia tələbləri “vurulmuş zərərin tutulması” hissəsində əsaslı olduğu üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təmin edilməlidir. Məhkəmələr bu qənaətə gələrkən Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə istinad etmişlər. Həmin bənddə göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyə si sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu normada Nazirliyin bütün fəaliyyəti ümumi şəkildə ifadə olunmuşdur və məhkəmələr məhz hansı vəzifəsinə və fəaliyyət istiqamətinə əsasən Nazirliyi cavabdeh qismində tanımasını əsaslandırmamışdır. İddia tələbinin hüquqi əsası kimi istinad olunmuş Mülki Məcəllənin 1100-cü maddəsində dövlət orqanının vurduğu zərərin Azərbaycan Respublikası tərəfindən ödənilməsi müəyyən olunur. Bu halda məhkəmə, hazırki işdə Azərbaycan Respublikası adından məhz Maliyyə Nazirliyinin çıxış etməsini (dövləti təmsil etməsini) əsaslandırmalı idi. Qeyd olunan Əsasnamənin yalnız 8.7, 8.51 və 9.15-ci bəndlərində Maliyyə Nazirliyinin dövlətin adından çıxış etmək səlahiyyətləri müəyyən olunmuşdur. Hazırki vəziyyət, bu normalarda nəzərdə tutulan hallara aid deyildir. MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPMin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, iddiaçıların torpaq sahəsi ilə boru kəmərinin mühafizə zolağının üstüstə düşməsi barədə sənədin təsdiqlənməmiş surəti işə əlavə edilmişdir. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. Bundan başqa qeyd olunmalıdır ki, sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsinin göstərişinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmələr boru kəmərinin və mühafizə zolağının iddiaçıların torpaq sahəsinə düşməsi barədə nəticəyə gələrkən yerquruluşu mütəxəssisinin və ya ekspertin rəyinə deyil işə əlavə olunmuş Dövlət Neft şirkətinin X8 və qeyrilərinə ünvanlanmış 12 fevral 2018-ci il tarixli məktubuna istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iddiaçıların adına olan torpağa mülkiyyət hüququna dair dövlət aktlarından görünür ki, torpaq sahələri təkcə onların mülkiyyəti olmayıb, ailə üzvlərinin ümumi mülkiyyətindədir. Bu halda ziyanın ödənilməsi hüququ təkcə bir mülkiyyətçiyə deyil, bütün mülkiyyətçilərə məxsusdur. Lakin məhkəmələr bu hala diqqət yetirməmiş, hər bir iddiaçının digər mülkiyyətçilərin adından çıxış etmək səlahiyyətinin olub-olmadığını araşdırmamış, digər şəxslərin işə cəlb olunması məsələsini müzakirə etməmişdir.

20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157-ci maddələrinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6892-9/7640 nömrəli rəydə qeyd olunmuşur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı9, İddiaçı4, İddiaçı11, İddiaçı12, İddiaçı8, İddiaçı5, İddiaçı2, İddiaçı10, X18, İddiaçı7 və İddiaçı6 mülkiyyətində olan torpaq sahələr inin (İddiaçı1 0.4222 ha, İddiaçı9 0.3115 ha, X17 0,5551 ha, İddiaçı11 Şah oğlunun 0.4413 ha, X5 0,561 ha, İddiaçı8 oğlunun 0.3263 ha, İddiaçı5 0.6556 ha, İddiaçı2 0,5334 ha, İddiaçı10 0,8032 ha, X19 0,7842 ha, İddiaçı7 0,3733 ha və İddiaçı6 0,7269 ha hissəsi) Magistral qaz kəmərlərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərardadda və eləcədə Hacıqabul rayon kənd təsərrüfatı idarəsinin rəyinə əsasən qeyd edilən ayrı-ayrılıqda hər iddiaçı üzrə 1ha ərazinin gəlirin orta bazar qiyməti ilə ümumi dəyəri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizalarının rəyinə əsasən müəyyən edilmiş torpaq sahələrində 1 il ərzində əldə olunması ehtimal edilən (tələb olunan aqrotexniki və digər zəruri xərclər çılmaqla) gəlirin hər iddiaçı üzrə müəyyən olunması üçün mütəxəssis rəyi zəruridir.

22. Apellyasiya instansiyası məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 2(103)113/2023 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), E.C.Kazımov və G.T.Axundova) cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan) manat İddiaçı1, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manat İddiaçı2, 7694 (yeddi min altı yüz doxsan dörd) manat İddiaçı3, 4733 (dörd min yeddi yüz otuz üç) manat İddiaçı4, 5542 (beş min beş yüz qırx iki) manat İddiaçı5, 5936 (beş min doqquz yüz otuz altı) m anat İddiaçı6, 2989 (iki min doqquz yüz səksən doqquz) manat İddiaçı7, 2802 (iki min səkkiz yüz iki) manat İddiaçı8, 2762 (iki min yüddi yüz altmış iki) manat İddiaçı9, 6807 (altı min səkkiz yüz yeddi) manat İddiaçı10, 4065 (dörd min altmış beş) manat İddiaçı11, 4730 (dörd min yeddi yüz otuz) manat İddiaçı12 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq Aqrar Íslahat Komissiyasının qərarı əsasında torpağa mülkiyyət hüququna dair dövlət aktlarında torpaq sahələrinin ümumi mülkiyyətində olduğu şəxslərin işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, bu hal düzgün ol mayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməl i və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsi, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll olunmasını, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. (Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunmuş və iddiaçılar qətnamədən şikayət verməmişlər). Mülki işdə olan sübutlarla təsdiq edilir ki, aqrar islahatlarının aparılması çərçivəsində iddiaçılara və ailə üzvlərinə X35 istehsalı məqsədi ilə Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Həmçinin, müəyyən edilir ki, həmin torpaqlar iddiaçılara verilərkən magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sa hələrinin tərkibinə daxil edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı sorğusuna cavab olaraq 12 yanvar 2021-ci il tarixli, 05/10-08-23-32 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmiş və ləğv edilən komissiyanın müvafiq sənədlərinin Kənd Təsərrüfatı Nazirliyinə təhvil v erilməsinin təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Fərmanın icrası məqsədilə Azərbaycan Respublikası X95 Komissiyasının müvafiq sənədləri təhvil verilərkən müraciətdə qeyd olunan Hacıqabul rayon X95 Komissiyası tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktları Nazirliyə təhvil verilməmişdir. Kollegiya qeyd edir ki, mülki iş üzrə iddiaçılar vaxtı ilə müvəqqəti yaradılmış və sonradan ləğv edilmiş Aqrar İslahat Komissiyası qərarını mübahisələndirmirlər. Onlar yalnız onlara vaxtı ilə ayrılmış və bütün yuxarıda qeyd olunan proseslərin nəticəsi etibarı ilə dövlət orqanlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara ayrılmış torpaq sahələrindən istifadə və ümumilikdə torpaq sahələri ilə bağlı hüquqlarının həyata keçir ə bilməmələri ilə bağlı dəymiş ziyan və kompensasiyanın (qarşıdakı 40 il üçün) ödənilməsini xahiş edirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olmaları ilə əlaqədar iddiaçılara vurulmuş maddi ziyan və kompensasiyaya görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılara məxsus torpaq sahələri barədə Aqrar islahat keçirilməmişdən (1995-ci il), daha əvvəl (1975-ci il) magistral boru kəmərləri həmin torpadan keçmiş və istismara verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi də qanunvericiliklə uyğun o laraq müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparmış və belə olan təqdirdə sonuncu tərəfindən mülki hüquq pozuntusu (delikt) halı müəyyən olunmur. Həmçinin, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıların iddiasını təmin edərək onlara vurulmuş ziyanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsindən tutmamış, iddiaçılarda bununla razılaşaraq apellyasiya şikayəti verməmişlər. İddia tələbi üzrə vurulmuş ziyanın və kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasına dair apellyasiya şikayətiunin dəlilləri ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şə xslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Ziyan və kompensasiya məbləği ilə bağlı isə kollegiya qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1552 nömrəli rəydə qeyd olunmuşur ki, iş materiallarında olan 03 iyul 2019-cu il tarixli mütəxəssis rəyindən istifadə etməklə, 1 ha taxıl əkilib becərilməsindən il ərzində əldə olunması ehtimal edilən gəlirin məbləği tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla təxminən 630 manat müəyyən edilmişdir. İddiaçıların birinci instansiya məhkəməsi tərəfindən onların xeyrinə tutulmuş məbləğnən razı olduqlarını, apellyasiya şikayəti vermədiklərini nəzərə alaraq kollegiya hesab edir ki, maddi ziyan və kompensasiya tələblərinə görə iddia tələbləri də məhz həmin həcmdə təmin olunmalıdır.

24. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllə sinin 21.1, 21.2, 21.3, 139.1, 140, 152.1, 152.3, 1096.1, 1097.1 və 1100-cü maddələrinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 6 və 20-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ləğv olunmuş Aqrar İslahat Komissiyasının Əsasnaməsindən də görünür ki, vaxtilə mövcud olan Aqrar İslahat Komissiyası dövlət orqanı kimi deyil, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərib. Belə olan halda dövlət orqanının, xüsusən də Maliyyə Nazirliyinin hə min Komissiyanın əvəzinə hər hansı bir vəsait ödəmək öhdəliyi ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası X95 Komissiyası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən X95 Komissiyası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxsdir. Dövlət Komissiyası bank idarələrində hesablaşma hesabına və digər hesablara, Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinə və özünün adını əks etdirən möhürə malikdir. X9 dövlət orqanı olması təsbit edilməmişdir. Mülki Məcəllənin 59-cu maddəsində hüquqi şəxsin ləğv olunmasından bəhs edilərək, qeyd olunur ki, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bu isə o deməkdir ki, Maliyyə Nazirliyi dövlət büdcəsini icra edən orqan kimi ləğv olunmuş Aqrar İslahat Komissiyasının fəaliyyətinə görə hər hansı bir öhdəlik daşımamalıdır. Həmin Əlavədə "xxxx" İdarəsinin Dövlət Neft Şirkətinin strukturuna daxil olması göstərilir. Həmçinin Fərmanla təsdiq olunmuş “Dövlət Neft Şirkətinin Nizamnaməsi”nə əsasən şirkət strukturuna daxil olan qurumlar vasitəsilə neft və qaz yataqlarının kəşfiyyatı, tikintisi, işlənməsi, neftin, qazın, kondensatın, eləcə də neft, neft-kimya və qaz məhsullarının nəql edilməsi, emalı, paylanması, satışı, servis xidmətlərinin yerinə yetirilməsi və şirkətin digər vəzifələrinin və fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Eyni zamanda qeyd edilir ki, Dövlət Neft Şirkəti kommersiya fəaliyyətin i həyata keçirir və bu fəaliyyətdən əldə olunan gəlir mənbəyinə malikdir. Digər tərəfdən məsələyə qanunun analogiyası aspektindən yanaşdıqda da qeyd edilir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda da torpaq sahəsi hər hansı dövlət əhəmiyyətli məqsədlər üçün alındıqda bu zaman alan orqan (bu halda - Dövlət Neft Şirkəti və ya Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi) qabaqcadan şəxslərə (mülkiyyətçilərə) kompensasiya ödəmək öhdəliyi daşıyır. Belə olan halda hazırkı mübahisə üzrə də ərazidə müvafiq tədbirləri həyata keçirən Dövlət Neft Şirkətinin "xxxx" İdarəsi qabaqcadan hazırkı iddiaçılara münasibətdə kompensasiya öhdəliyi daşımalı idi. Həmin bənddə Maliyyə Nazirliyinin səlahiyyəti ilə bağlı məsələlərdə məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etməli olduğu qeyd edilir. Lakin Maliyyə Nazirliyinin səlahiyyətlərini müəyyən edən Əsasnaməsində onun hər hansı hüquqi şəxsin əvəzinə öhdəlik daşımaq vəzifəsinin olması və ya cavabdeh olması qeyd edilməmişdir. İddiaçılara münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçılara Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, məhkəmə tərəfindən cavabdeh qismində Maliyyə Nazirliyi tanınmışdır. Lakin bunun heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onların torpaq sahəsində demontaj işləri apararaq torpaq üzərində yeni kəmər xətlərini çəkən, yəni delikt törətmiş SOCAR-ın “Qaz-İxrac” İdarəsinə münasibətdə baxılmalıdır. Lakin məhkəmə Maliyyə Nazirliyini heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirmişdir. İşə baxan məhkəmə bu məsə lənin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun (bu halda SOCAR-ın “Qaz-İxrac” İdarəsi) məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları(qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsi l edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan RespublikasıQanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindənQanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq b ütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (SOCAR-ın “Qaz-İxrac” İdarəsi) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. İddia ərizəsind ə iddiaçının SOCAR-ın “Qaz-İxrac” İdarəsinin onların torpaq sahəsi üzərində demontaj işlərinin aparılması və vurulmuş ziyanın ödənilməməsi ilə bağlı hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin məhkəm tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qo yulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac İdarəsi” (nümayəndə və vəkil Nümayəndə) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), ha belə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə

140. Reyestrin məzmununun q eyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

37. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər iddia ərizəsinə etirazda və apellyasiya şikayətində də irəli sürülmüş, tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarındakı göstəriş ləri də nəzərə almaqla tam, hərtərəfli, obyekti v və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşidir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. 48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gəl ən qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar