Məhkəmə qərarları › İş №2(102)-2299/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2299/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2299/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hüseynov Rəsul Soltan oğluna, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3290/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfind ən verilmiş kasasiya şikayəti üzrə işə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Hüseynov Rəsul Soltan oğluna, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 25R******804 saylı kredit razılaşması üzrə 12.598,83 ABŞ dolları kredit borcu, 10.426,59 ABŞ dolları faiz borcu və 22.152,92 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 45.178,34 ABŞ dolları, 25R******831 saylı kredit razılaşması üzrə 6.399,67 ABŞ dolları kredit borcu, 5.279,80 ABŞ dollar ı faiz borcu və 15.418,10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27.097,57 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmenti olan əmlaklara tutma yönədilməsi üçün ödənilmiş 20.40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 3ində 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 131,9 kv.m yaşayış, 235,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 Niyaz qızına məxsus Eünvanında yerləşən 0,0236 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evinə yönədilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 72.275,91 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmenti olan əmlaklara tutma yönədilməsi üçün ödənilmiş 20,40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Niyaz qızından və Cavabdeh5 müştərək qaydada ‘AccessBank” QSC-nın xeyrinə tutulması, ünvan 3ində 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 131,9 kv.m yaşayış. 235,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X2. Cavabdeh6 və X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Eünvanında yerləşən 0,0236 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonr a Cavabdeh3 Niyaz qızının və Cavabdeh4 Həsrət oğlunun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 15.10.2010-cu il tarixli, 25L********5 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 5**** (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 16.08.2013-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36**0 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış 27.08.2013-cü il tarixli 25R** ****831 saylı kredit razılaşması əsasında, Cavabdeh1 36 ay müddətinə aylıq 1,75% dərəcəsi ilə 24**0 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq 16.08.2013-cü il tarixdə iddiaçı QSC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh5 arasında ayrı-ayrılıqda zaminlik müqaviləsi bağlanmışdır. Borcun təminatı olaraq 07.08.2013-cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan Ağcəbədi rayonu, Aşağı Avşar kəndində yerləşən 0,03 ha torpaq sahəs və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 131,9 kv.m yaşayış, 235,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. 23.08.2013-cü il tarixli digər ipoteka müqaviləsi ilə borcun təminatı laraq Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0236 ha torpaq sahə si və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi (həyəyanı tikili və qurğularla birlikdə) QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 16.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Bundan başqa, Cavabdeh1 27.08.2013-cü il tarixli 25R******831 saylı kredit razılaşması üzrə də ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Xocavənd Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 oktyabr 2020-ci il tarixli 2(069)-148/2020 nömrəli qərardadı ilə (hakim İlqar Əliyev) məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın a parılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 04.02.2021-ci il tarixli, 01/21-051 saylı rəyinə əsasən, Cavabdeh2 məxsus olan Ağcəbədi rayonu Aşağı Avşar kəndi ünvanında yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 04.02.2021-ci il tarixə olan bazar dəyəri 48**0 manat, likvid dəyəri 37**0 manat təşkil edir. "xxxx" MMC-nin 04.02.2021-ci il tarixli, 01/21-051 saylı rəyinə əsasən, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin 04.02.2021-ci il tarixə olan bazar dəyəri 3**** manat, likvid dəyəri 22.**0 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(069)-8/2021 nömrəli qərardadı ilə (hakim İlqar Əliyev) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəz inə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 01.06.2021-ci il tarixli 9/1695 saylı ekspert rəyindən görünür ki, 16.03.2013-cü il tarixli, 25R******804 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilənin bitdiyi 16.03.2018-ci il tarixə "xxxx" QSC-yə borcu 18382,06 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 12598,83 ABŞ dolları, faiz borcu üzrə 5783,23 ABŞ dolları müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 16.03.2018-ci il tarixdən 07.01.2020-ci il tarixədək 5% dərəcəsi ilə hesablanan faiz borcu 1139,14 ABŞ dolları təşkil edir. Cavabdeh1 07.01.2020-ci il tarixə olan borcu 19521,2 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc 12598,83 ABŞ dolları, faiz borcu 6922,37 ABŞ dolları təşkil edir. 27.08.2013-cü il tarixli 25R******831 saylı kredit razıla şması üzrə Cavabdeh1 müqavilənin müddətinin bitdiyi 27.03.2018-ci il tarixə "xxxx" QSC-yə olan borcu 9315,9 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 5899,67 ABŞ dolları, faiz borcu üzrə 3416,23 ABŞ dolları müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 27.03.2018-ci il tarixdən 07.01.2020-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 524,42 ABŞ dolları təşkil edir. Cavabdeh1 07.01.2020-ci il tarixə olan borcu 9840,32 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən əsas borc 5899,67 ABŞ dlları, faiz borcu 3940,65 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(069)-8/2021 nömrəli qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 25R******804 saylı kredit razılaşması üzrə 12598,83 ABŞ dolları əsas, 5783,23 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcu, 25R******831 saylı kredit razılaşması üzrə 5899,67 ABŞ dolları əsas, 3416,23 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və kredit müqaviləsini təmin etmək məqsədilə ipoteka predmenti olan əmlaklara tutmanın yönədilməsi üçün ödənilmiş 20,40 manat xidmət haqqının iddiaçı "xxxx" QSCnin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 3ində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 131,9 m2 yaşayış, 235,3 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, həmin əmlakın ixtis aslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracdan satılması, ipoteka predmeti olan ünvan 3i ünvanında yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 48.**0 manat, likvid dəyərinin 37.**0 manat müəyyən edilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Niyaz qızına məxsus ünvan 4 ünvanında yerləşən 0,0236 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilərək, həmin əmlakın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracdan satılması, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 30.**0 manat, likvid dəyərinin 22.**0 manat müəyyən edilməsi, satışdan əldə edilmiş vəsaitdən 25R******804 saylı kredit razılaşması üzrə 12.598,83 ABŞ dolları əsas, 5.783,23 ABŞ dolları faiz v ə 50 ABŞ dolları cərimə borcunun, 25R******831 saylı kredit razılaşması üzrə 5.899,67 ABŞ dolları əsas, 3.416,23 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə borcunun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və kredit müqaviləsinin təmin etmək məqsədilə ipoteka predmenti olan əmlaklara tutmanın yönədilməsi üçün ödənilmiş 20,40 manat xidmət haqqının iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, ünvan 3ində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 131,9 m2 yaşayış, 235,3 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2, X3, Cavabdeh6 və X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, Eün vanında yerləşən 0,0236 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3 Niyaz qızı və Cavabdeh4 Həsrət oğlunun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticəsi üzrə alıcıya təhvil verilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin mülkiyyətçilər Cavabdeh2 və Cavabdeh3 Niyaz qızına qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh Hüseyn Xəlilov bank qarşısında öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün onun banka borcu yaranmışdır. Borc məbləği əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Odur ki, borc məbləği rəyə uyğun müəyyən edilməklə əsas borc və zaminlərdən müştərək qaydada tutulmalı, cərimə məbləği isə tənasübsüz müəyyən edildiyi üçün hər iki müqavilə üzrə ayrı-ayrılıqda 50 ABŞ dolları müəyyən edilməli, müəyyən edilmiş borc məbləği ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmetləri açıq hərracdan satılmalı, bundan sonra əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 296.1, 317, 319.1, 385.1, 442, 448.1, 449.1, 449.4, 462.1, 467, 472.1, 472.2, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1.1, 36.1, 36.2, 39.3.3, 59.3.1, 59.3.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106, 119.1, 217.4, 222.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəmə sinin qətnamənin ləğv edilərək iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi və ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, Kamil Bəşirov) 23 noyabr 2021-ci il tarixli, 2(106)-3290/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Xocavənd Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(069)-8/2021 nömrəli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, habelə tərəflər arasında bağlanmış müqavilələrin şərtləri nəzərə alınaraq cavabdehlərdən müştərək qaydada rəyə uyğun borcun tutulması müəyyən edilmişdir. Odur ki, kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərində qeyd etdiyi hesablama qaydasını iş üçün əhəmiyyət kəsb etməyən formal mülahizə hesab edir. Bundan başqa kollegiyası cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi ipoteka ilə yüklü edilmiş əmlakların qiymətinin hazırki dəyərindən şağı olması və bununla bağlı məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirici tərəfindən verdiyi rəyi mübahisələndirməmişdir. Cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçü n kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkandan istifadə etməmişdir. Cavabdehin apelyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi apelyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apelyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Odur ki, kollegiyası cavabehin bu dəlilini də formal mülahizə hesab etməklə iş üçün əhəmiyyət daşımayan sübut hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkii Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması ü çün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsindən imtina etmiş, əsassız olaraq vəsatəti iş üçün əhəmiyyət kəsb etməyən formal mülahizə hesab etmişdir. Halbuki məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Bundan başqa, iş üzrə ipoteka predmetləri bazar qiymətinə uyğun qiymətləndirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı vəsatətə qiymət verərkən ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirici tərəfindən verdiyi rəyin mübahisələndirilmədiyinə istinad etmişdir ki, bu dəlil vəsatətin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya məhkəməsi mübahisəyə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsini tətbiq etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı "xxxx" QSC məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, kasasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. Şikayətdə qeyd edilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün qanuni əsas deyildir. Cavabdeh borcun düzgün hesablanmaması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcu ekspert rəyinə uyğun tutulmuş, dəbbə pulunun məbləği azaldılarkən borcluların mənafeləri nəzərə alınmışdır. Kasasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətləri barədə dəlili üzrə isə q eyd edilməlidir ki, tərəflər arasında bu barədə mübahisə olduğu üçün ilkin satış qiyməti qiymətləndiricinin rəyinə uyğun olaraq Ali Məhkəməsinin 20.07.2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğun göstərilmişdir. Kasasiya şikayətinin tam əsassız olması cavabdehə də aydındır, şikayəti verməkdə məqsəd işin gedişatını qanunsuz uzatmaq, məhkəmə qətnaməsinin icrasına mane olmaqla kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrasından yayınmaq və əlavə vaxt qazanmaqdan ibarətdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədl əri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalar ının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində ilkin olaraq borc məbləği ilə razılaşmadığını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğunu göstərmiş olsa da, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş və qətnamədə öz əksini tapmış (İİ cild, səh 178) izahatından görünür ki, o, özü məhkəmədən e kspert rəyinə uyğun əsas və faiz borcunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki halda onun borc məbləği ilə razılaşmamasını bildirməsi isə formal dəlillə çıxış etməkdən başqa hal hesab edilə bilməz. Cavabdehin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına uyğun şəkildə müəyyən edilmiş, bununla da “İpoteka h aqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinin pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3290/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar