Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2301/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: həyat və sağlamlığa dəymiş zərərə görə maddi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-560/2025 nömrəli 21 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmünə əsasən Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2631.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmış, Cavabdeh3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsind ə baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
2. İddiaçının anası mərhum X3r. İddiaçı mərhumun hüquqi varisidir. 3. 10-TG- 611 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2014-cü il tarixində sığorta şəhadətnaməsi aşkarlanmamışdır. 4. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 "xxxx" KB ASC-də aktiv kredit öhdəliyi mövcud deyildir. Həmin şəxsin xitam olunmuş kredit öhdəlikləri barədə məlumat aşağıdakı kimidir: 9199tkBKX/13 saylı xx.xx.2013-cü il tarixli müqavilə üzrə 300 manat kredit xx.xx.2016-cı il tarixdə, 21619nkBKX/13 saylı xx.xx.2013cü il tarixli 1500 manat kredit xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Kredit öhdəlikləri üzrə xx.xx.2014-cü il tarixindən sonrakı ödənişlər ödəmə terminalı (“paypoint”) vasitəsilə həyata keçirildiyi üçün həmin ödənişlərin kim tərəfindən edildiyini müəyyənləşdirmək mümkün deyildir.
5. X1 xx.xx.2008- ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009cu i! tarixindən yaşa görə əmək pensiyasının növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. X.Vəliyevanın vəfat etməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2014-cü il tarixindən dayandırılmışdır. 6. "X18 AVTOBUS" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh1 adında qeydiy yatdadır. Sözügedən nəqliyyat vasitəsinə xx.xx.2011-ci il tarixdə mülkiyyətçisi dəyişdirilmədən AB 495207 nömrəli yeni şəhadətnaməsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, törədilmiş cinayət hadisəsi nəticəsində vurulmuş 29500 manat maddi ziyanın və ödənilmiş 179 manat dövlət rüsumunun əvəzinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən törədilən cinayət nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, Cavabdeh3 xx.xx.20 14-cü il tarixdə, saat 18:19 radələrində idarəyə etdiyi Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla X5 vurmuş, X6 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Cavabdeh3 törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmü ilə təqsirli bilinərək AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi mülki iddia verərək Cavabdeh3, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə mülki iddia tələbini qismən təmin edərək, yalnız mən əvi zərərin əvəzi kimi 5000 manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsini qərara almış, maddi tələbin mülki qaydada verilməsi hüququ izah olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya və kassasiya şikayətləri verilmişdir, lakin hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan ittiham aktından və məhkəmə hökmündən görünür ki, Cavabdeh3 cinayət törətdikdən sonra, nə o, nə də onun qohumları dəfn işlərində və məsələlərdə mərhumun ailəsinə maddi köməklik göstərməmişlər. Qeyd olunan maddi ziyan aşağıdakı qaydada hesablanmışdır: anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) 3000 manat, qəbir yeri-800 manat, məsciddə yuyulması-300 manat, ölən gündən 3 gün məclisi - 5000 manat, qırx mərasimi - 1500 manat, il mərasimi-1000 manat, qadın və kişi mol laların məclislərdə iştirakı-500 manat, çadır quraşdırılması-600 manat, "xxxx" ASC-yə olan borcun ödənilməsi-1800 manat, sığorta pulun ödənilməməsi-5000 manat, pensiya ödənişlərindən məhrum edilməsi-10000 manat olmaqla, ümumilikdə maddi ziyan 29500 manat təşkil edir. Bu hadisə 2014-cü il tarixdə baş verdiyinə görə və uzun müddətdir ki, hüquq mühafizə orqanı cinayət törədən şəxsi məsuliyyətə cəlb edilməkdə çətinlik çəkdiklərinə görə, təbii olaraq çəkilmiş xərclərlə bağlı qəbzlər bu günə qədər qalmamışdır, lakin yuxarıda qeyd olunan xərclər dinimizin adətlərinə uyğun olaraq hamı üçün bəlli olan xərclərdir. Hamı üçün bəlli olan halları sübut etməyə isə ehtiyac yoxdur. İşin materiallarından və istintaq zamanı verilmiş ifadələrdən görünür ki, Cavabdeh3 faktiki olaraq Cavabdeh1 MMC-də 2014-cü il in yanvar ayında sürücü olaraq işləməyə başlamışdır. Bu faktı cinayət işi üzrə şahid qismində dindirilmiş X8 və Cavabdeh2 təsdiq etmişdilər. Mülki iddia həm təqsirləndirilən şəxsə, həm Cavabdeh1 MMC-yə, həm də Cavabdeh2 yönəldilə bilər. Belə ki, Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-nin öz növbəsində Cavabdeh3 sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etməyə hüququ olmayan şəxsi faktiki olaraq işə qəbul etməsi hüquq pozuntusudur, bundan əlavə, rəsmi olaraq Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlər ilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** avtomobili Cavabdeh3 idarə etsin. İcbari Sığorta Bürosuna verilmiş vəkil sorğusu nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus hadisə törədilən xx.xx.2014-cü il tarixdə sığortalı olmamışdır. Beləliklə sığorta hadisəsi ilə bağlı sığorta ödənişi də faktiki olaraq qanunsuz hərəkəti törətmiş şəxslər tərəfindən ödənilməlidir, yəni cavabdehlər tərəfindən sığorta hadisəsində ölüm faktı olduğu halda, standart icbari sığorta müqaviləsi əsasında 5000 manat ödəniş olunmalıdır. Həmin məbləğ də cavabdehlər tərəfindən ona ödənilməlidir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh3 məhkəməyə ərizə yazaraq göstərmişdir ki, onun tərəfindən heç kəsə maddi z ərər vurulmamışdır və etmədiyi əmələ görə maddi zərərin əvəzini ödəmək istəmir.
10. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X10 bildirmişdir ki, iddiaçının bacısıdır. Anasının avtoqəza nəticəsində ölümündən sonra bütün dəfn və yas xərclərini İddiaçı çəkmişdir. O təsdiq edir ki, bütün bu hadisələrdən sonra bacısına ümumilikdə 29500 manat zərər dəymişdir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 maddi zərərin əvəzi kimi 12700 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,1 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırılan hallardan müəyyən olundu ki, Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində yol-nəqliyyat hadisəsi törədilmiş və iddiaçının anası X6 ölmüşdür. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2631.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləs inin 263.11-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh3 təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının ümumilikdə 29500 manat təşkil etdiyini göstərmişdir.
13. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edib ki, iddia qismən əsaslıd ır. Belə ki, iddiaçı ərizəsində anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) üçün 3000 manat, qəbir yeri üçün 800 manat, məsciddə yuyulması üçün 300 manat, ölən gündən 3 gün məclisinədək 5000 manat, qırx mərasimi üçün 1500 manat, il mərasimi üçün 1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı üçün 500 manat, çadır qurlaşdırılması üçün 600 manat xərc çəkdiyini bildirmişdir. İş materiallarında bu barədə mötəbər sübutlar (ödəmə qəbzi, hesab faktura və s.) olmasa da, məhkəmə hesab edib ki, tələb edilən vəsait ağlabatan olmaqla, hamıya bəlli olan hallardandır və məqbuldur. Bu səbəbdən məhkəmə 12700 manat məbləğdə maddi ziyanın əvəzinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.
14. İddia tələbinin kredit borcunun ödənilməsi ilə bağlı hissəsində məhkəmə qeyd edib ki, həmin məbləğdən mərhum X.İ.Vəliyeva bəhrələndiyi üçün qalan kredit borcu onun vərəsəsi tərəfindən ödənilməlidir. Avtomobilin sığortalanmamasına görə 5000 manat sığorta ödənişinin verilməsi barədə tələb isə əsassızdır, çünki icbari sığorta ödənişi etməmiş nəqliyyat vasitələrinin sahiblərinə bu barədə qanunvericiliyin tələblərinə uyğun maddi sanksiyalar və ya digər tədbirlər tətbiq edilir. Sığorta müqaviləsi mövcud deyilsə, hər hansı sığorta ödənişinin icrasından söhbət gedə bilməz.
15. Pensiya ödənişlərindən məhrum edilməsi üçün iddiaçıya 10000 manat zərərin dəyməsi barədə tələbə gəldikdə isə məhkəmə qeyd edib ki, bu hissədə də iddia əsasızdır, çünki mövcud qanunvericiliyə görə şəxsin ölümü ilə onun pensiya təminatına xitam verilir. Anasının ölümü nəticəsində pensiya ödənişinin kəsilməsinə görə iddiaçıya hansı qaydada və məbləğdə maddi ziyanın vurulmasını İddiaçı əsaslandıra bilməmişdir.
16. Bundan başqa, məhkəmə qeyd edib ki, maddi zərərin əvəzi yalnız cinayət hadisəsini törətməkdə təqsirli bilinən Cavabdeh3 tutulmalıdır, çünki onunla Cavabdeh1 MMC və ya Cavabdeh2 arasında hər hansı əmək münasibətləri yaranmamışdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 106.1, 106.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. 18. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda tərtib edilmiş, həmçinin qeyd edilmişdir ki, məhkəmə işi tam və ətraflı araşdırmamış, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, istintaq materiallarında olan sübutlarla, izahatlarla sübut olunur ki, cinayət törədən Cavabdeh3 uzun müddət Cavabdeh1 MMC-də qeyri-rəsmi işləmişdir, digər tərəfdən rəsmi şəkildə Cavabdeh1 MMCdə işləyən Cavabdeh2 qeyd olunan avtobusu idarə edilməsi üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh3 verərək öz əmək öhdəliklərini kobud sürətdə pozaraq cinayətin törədilməsinə yol açmışdır. Yəni Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Ca vabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətləri ilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** qeydiyyat nişanlı avtomobili idarə etsin. Bu fakt istintaqda verilmiş ifadələrlə təsdiq olunub və məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Beləliklə rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyaları düzgün icra edilmədiyindən məhz yuxarıda qeyd olunan bədbəxt hadisəyə şərait yaradılmışdır. Beləliklə hesab edir ki, mülki iddia tələbi tam şəkildə təmin olunaraq vurulmuş ziyanın ödənilməsi öhdəliyi məhkəmə tərəfindən həm təqsirləndirilən şəxsin üzərinə, həm də deli kt törətmiş Cavabdeh1 MMC-nin və avtobusu idarə etməyə imkan verən Cavabdeh2 üzərinə qoyulmalıdır. Qeyd olunan faktı məhkəmə tam və ətraflı araşdırmamış və vurulmuş ziyanın ödənilməsi öhdəliyini qanunsuz olaraq yalnız Cavabdeh3 üzərinə qoymuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-560/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X15 (sədrlik edən və məruzəçi), X12 və X9) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə dair qeyd etmişdir ki, hazırkı iş üzrə qətnam ə yalnız iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən araşdırma yalnız həmin hissədə aparılır. Tələbdən görünür ki, iddiaçı ümumilikdə 29500 manat tələb etmiş, bundan 12700 manat hissəsi təmin edilmiş, qalan 16800 manat hissəsi isə təmin edilməmişdir.
23. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmünə əsasən Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təy in edilmişdir.
24. Hökmə əsasən zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən d əyişdirilmədən saxlanılmışdır.
25. Birinci instansiya məhkəməsinin “iddianın təmin olunmayan” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan iddia tələbi bu hissədə iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etmişdir ki, pensiya təminatı yalnız şəxsin özü üçün təyin olunmaqla mövcud qanunvericiliyə görə şəxsin ölümü ilə onun pensiya təminatına xitam verilir. Hazırkı halda sonuncunun ölümü nəticəsində pensiya ödənişinin kəsilməsinə görə iddiaçıya hansı qaydada və məbləğdə maddi ziyanın vurulması iddiaçı tərəfindən əsaslandırılmam ışdır. Həmin pensiya ödənişlərinin şəxsin vəfat etdiyi vaxtdan mexaniki şəkildə hesablanmaqla cavabdehdən tələb edilməsi isə absurd iddiadır.
27. Avtomobilin sığortalanmamasına görə 5000 manat sığorta ödənişinin verilməsi barədə tələb isə əsassız hesab edən kollegiya bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, icbari sığorta ödənişi etməmiş nəqliyyat vasitələrinin sahiblərinə qanunvericiliyin tələblərinə uyğun maddi sanksiyalar və ya digər tədbirlər tətbiq edilir. Sığorta müqaviləsi mövcud olmadığından, hər hansı sığorta ödənişinin icrasından söhbət gedə bilməz.
28. Nəhayət, "xxxx" ASC-yə olan borcun ödənilməsi - 1800 manat hissəsinə münasibətdə isə yenə məhkəmə kollegiyası bildirmişdir ki, həmin krediti mərhum X.İ.Vəliyeva sağlığında əldə etmiş, vərəsəsi qismində isə iddiaçı qaytarmışdır. Yəni həmin vəsaitin iddiaçı tərəfindən ödənilməsi vərəsəliklə bağlı mülki qanunvericiliyin tələblərindən irəli gəlir, konkret halda vərəsə mirasın aktivinə yiyələndiyi kimi, passivi qarşısında da cavabdehlik daşıyır.
29. Apellyasiya şikayətinin digər dəlili isə iddia tələbinin yalnız cavabdehlərdən Cavabdeh3 aid hissədə təmin edilməsidir ki, məhkəmə kollegiyası bu hissədə də iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 münasibətdə əsassız və qanunsuzdur. Çünki əvvəla baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh3 təqsirləndirilən şəxs qismində tanınmışdır. Digər cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı baş verən hadisə ilə əlaqədar hər hansı maddə ilə ittiham irəli sürü lməmiş habelə sonuncuların təqsirli bilinməsinə dair qüvvədə olan məhkəmə hökmü yoxdur.
30. Aparılan araşdırmanın nəticəsi olaraq kollegiya bir daha vurğulamışdır ki, yalnız iddiaçının əsaslandırılmamış və sübut olunmamış mülahizələrinə əsasən iddianın tam təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər. Apellyasiya icraatı zamanı da kollegiya tərəfindən iddiaçı tərəfə iddia tələbini təsdiq edəcək sübutların təqdim olunmasını yenidən təklif edilmiş, lakin iddiaçı tərəf tələbini dəstəkləyəcək hər hansı sübutu təqdim etməməklə, dəlillərini yalnız qeyri-müəyyən və dəqiqləşdirilməmiş şifahi izahatı ilə əsaslandırmağa çalışmışdır
31. Məsələnin həllinə yuxarıda göstərilən kontekstdən yanaşan kollegiya, iddia tələbinin rədd olunmuş hissəsinə müna sibətdə işə baxan məhkəmənin mövqeyini işin faktiki hallarına uyğun hesab edərək qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
32. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.2, 1096.1, 1096.2, 1097.1, 1118.1, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək (Vəkil ) Sumqayıt Apellyasiya Məhkə məsinin xx.xx.2025-ci il tarixli,2(105)-560/2025 nömrəli Qətnaməni ləğv edərək, iddia tələbini tam təminedilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin materiallarından və istintaq zamanı verilmiş ifadələrdən gürünür ki, Cavabdeh3 faktiki olaraq Cavabdeh1 MMC-də 2014-cü ilin yanvar ayında sürücü olaraq işləməyə başlamışdır. Bu faktı cinayət işi üzrə şahid qismində dindirilmiş X8 və Cavabdeh2 təsdiq etmişdilər. Mülki iddia həm təqsirləndirilən şəxsə həmdə Cavabdeh1 MMC-yə və Cavabdeh2 yönəldilə bilər. Belə ki, Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC öz növbəsində Cavabdeh3 sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etməyə hüququ olmayan şəxsi faktiki olaraq işə qəbul etməsi artıq özü özündə bir hüququ pozuntusudur, bundan əlavə olaraq rəsmi olaraq Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayə t işi üzrə şahid olan X7 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlərilə imkan vermişdilər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** avtomobili Cavabdeh3 tərəfindən idarə olunsun. Bu fakt istintaqda verilmiş ifadələrlə təsdiq olunur və artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə öz təsdiqini tapmışdır. Əgər işçi birbaşa öz funksiyalarını yerinə yetirərkən delikt törətmişdirsə və ya onun qanunsuz hərəkətləri nəticəsində şəxsə ziyan vurulmuşdursa, vurulmuş maddi ziyanın tələbini həm işçiyə həm də işəgötürənə irəli sürülə bilər. Rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyalarım düzgün icra etmədiklərinə görə avtobusu idarə etmək hüququ olmayan şəxsə və rəsmi Cavabdeh1 MMC-də işləməyən şəxsə havalə edilmişdir və nəticədə Cavabdeh3 tərəfindən maddi və mənəvi ziyan vurulmuşdur. Beləliklə, mülki iddia tələbi tam şəkildə təmin olunaraq vurulmuş ziyanın ödənilməsi öhdəliyi məhkəmə tərəfindən həm təqsirləndirilən şəxsin üzərinə, həm də delikt törətmiş Cavabdeh1 MMC-nin və avtobusu idarə etməyə imkan verən Cavabdeh2 üzərinə qoyulmalıdır.
35. İcbari Sığorta Bürosuna verilmiş vəkil sorğusu nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-yə məxsus olan ‘X18” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus hadisə törədilən zaman xx.xx.2014-cü il tarixində sığortalı olmamışdlr. Beləliklə sığorta hadisəsi ilə bağlı sığprta ödənişi də faktiki olaraq qanunsuz hərəkəti törətmiş şəxslər tərəfindən ödənilməlidir.
36. Qanuna əsasən nəqliyyat vasitəsi mütləq şəkildə ic bari sığorta olunmalıdır və sığorta olunmaması inzibati xəta olaraq cərimə ilə cəzalandırılır. Hadisə zamanı avtobus sığortalı olsaydı taktiki olaraq ölüm hadisəsi ilə bağlı sığorta tərəfindən 5000 min manat sığorta ödənişini həyata keçirdəcəkdir, lakin sığortalı olmadığına görə taktiki olaraq taktiki olaraq avtobusun sahibi yəni Cavabdeh1 MMC tərəfindən vurulmuş ziyan ödənilməlidir.
37. Cavabdeh3 törətdiyi cinayətdən sonra, İddiaçı ailəsinə vurulmuş maddi ziyan bu qaydada hesablanmışdır: anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmər) 3000 (üç min) manat, qəbir yeri-800 (səkkiz yüz) manat, məsciddə yuyulması300 (üç yüz) manat, ölən gündən 3 gün məclisi - 5000 (beş min) manat, qırx mərasimi 1500 (min beş yüz) manat, il mərasimi-1000 (min) manat, qadın və kişi mollaların iştirakı 500 (beş yüz) manat, cadır qudaşdırılması-600 (altı yüz) manat, "xxxx"a olan borcun ödənilməsi- 1800 (min səkkiz yüz) manat, sığorta pulunun ödənilməməsi - 5000 (beş min) manat, pensiya ödənişlərindən məhrum edilməsi-10000 manat, ümümilikdə maddi ziyan 29500 (yirmi doqquz min beş yüz) manat təşkil edir. Hadisə 2014-cü il tarixində baş verdiyinə görə və uzun müddətdir ki hüquq mühalizə orqanı cinayət törədən şəxsi məsuliyyətə cəlb edilməkdə çətinlik çəkdiklərinə görə, təbii olaraq çəkilmiş xərclərlə bağlı qəbzlər bu günə qədər qalmamışdır, lakin yuxarıda qeyd olunan xərclər dinin adətlərinə uyğun olaraq hammı üçün bəlli olan xərclərdir və hamı üçün bəlli olan xərcləri qəbzlərlə sübut etməyə ehtiyac yoxdur.
38. Məhkəmə işi tam və ətraflı araşdırmamışdır, təqdim edilən sübutlara düzgün qiym ət verilməmişdir. Belə ki, istintaq materiallarında olan sübutlarla, izahatlarla sübut olunur ki, cinayət törədən Cavabdeh3 uzun müddətdir Cavabdeh1 MMC-də qeyri rəsmi işləyir, digər tərəfdən rəsmi şəkildə Cavabdeh1 MMC-də işləyən Cavabdeh2 qeyd olunan avtobusu idarə edilməsi üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh3 verərək öz əmək öhdəliklərini kobud sürətdə pozaraq cinayətin törədilməsinə yol açmışdır. Hesab edir ki, qeyd etdiyi bu faktı məhkəmə tam və ətraflı araşdırmamışdır və vurulmuş ziyanın ödənilməsi öhdəliyini qanunsuz olaraq yalnız Cavabdeh3 üzərinə qoymuşdur.
39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1097.1, 1099.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3, 82.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respu blikası Qanununun 14-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Başqa şəxsə zərər vurulması.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zi yan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
44. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
46. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi x ərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək gö stərir.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzr ə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Kassasiya məhkəməsi iddianın təmin olunan pul məbləğinə dair hissəsi ilə razılaşır və hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Lakin kassasiya kollegiyası iddianın 12700 manat pul məbləğinə dair hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulmasının rədd edilməsi hissələri ilə razılaşmır.
62. Belə ki,İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mülki iddia həm təqsirləndirilən şəxsə, həm Cavabdeh1 MMC-yə, həm də Cavabdeh2 yönəldilə bilər. Belə ki, Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMCdə işləmişdir. Cavabdeh1 MMC-nin öz növbəsində Cavabdeh3 sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etməyə hüququ olmayan şəxsi faktiki olaraq işə qəbul etməsi hüquq pozuntusudur, bundan əlavə, rəsmi olaraq Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid o lan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlər ilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** avtomobili Cavabdeh3 idarə etsin.
63. İddiaçı apelyasiya şikayətində də həmçinin qeyd etmişdir ki, istintaq materiallarında olan sübutlarla, izahatlarla sübut olunur ki, cinayət törədən Cavabdeh3 uzun müddət Cavabdeh1 MMC-də qeyri-rəsmi işləmişdir, digər tərəfdən rəsmi şəkildə Cavabdeh1 MMC-də işləyən Cavabdeh2 qeyd olunan avtobusu idarə edilməsi üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh3 verərək öz əmək öhdəliklərini kobud sürətdə pozaraq cinayətin törədilməsinə yol açmışdır. Yəni Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 M MC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətləri ilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X18” markalı **-TG-*** qeydiyyat nişanlı avtomobili idarə etsin. Bu fakt istintaqda verilmiş ifadələrlə təsdiq olunub və məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Beləliklə rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyaları düzgün icra edilmədiyindən məhz yuxarıda qeyd olunan bədbəxt hadisəyə şərait yaradılmışdır.
64. Lakin məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi işin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətli olduğu halda Cavabdeh3 idarə etdiyi yüksək təhlükə mənbəyi olan avtonəqliyyat vasitəsinin mülkiyyətçi və ya q anuni sahibin sahibliyindən iradələri daxilində çıxıb-çıxmadığı (onların iradələri daxilində Cavabdeh3 sahibliyinə verilibverilmədiyi), yüksək təhlükə mənbəyi onların sahibliyindən hüquqa zidd götürülübsə bunda onların təqsirli olub-olmadığı, Cavabdeh1 MMC-nin əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında Cavabdeh3 göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olub-olmadığını araşdırmamış və beləliklə də Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş “işin hərtərəfli, tam və obyektiv tədqiqi” prinsipinin tələbini pozmuşdur. Halbuki həmin halları kifayət qədər araşdırıb prosessual hüquq normalarının tələbinə uyğun hüquqi dəyərləndirmə aparılmadan hazırkı iş üzrə cavabdehlərin dairəsinin tam müəyyənləşdirilməsin ə münasibətdə qanuni və əsaslı nəticəyə gəlmək mümkün deyil.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasənistər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuli yyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və t əlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur... İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
66. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlük ə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur(1108.1) Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi hə min mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər(1108.2).
67. Apellyasiya məhkəməsi iddia tələbinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 münasibətdə əsassız və qanunsuz olduğu, çünki əvvəla baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh3 təqsirləndirilən şəxs qismində tanındığı, digər cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı baş verən hadisə ilə əlaqədar hər hansı maddə ilə ittiham irəli sürülmədiyi,habelə sonuncuların təqsirli bilinməsinə dair qüvvədə olan məhkəmə hökmü olmadığı qənaətinə gəlsə də kassasiya kollegiyası həmin əsaslandırma ilə razılaşmır.Çünki konkret hadisə ilə əlaqədar cinayət və mülki məsuliyyətin əsasları fərqlidir. Ko nkret hüquqi mübahisə ilə əlaqədar bu qərarın 63-65-ci bəndlərində şərh edilənlər nəzərə alınmaqla araşdırma və hüquq dəyərləndirmə aparılmadan cavabdehlərin dairəsini tam müəyyənləşdirmək baxımından qanuni və əsaslı nəticəyə gəlmək mümkün deyildir ki, apellyasiya məhkəməsinin araşdırması və hüuqi dəyərləndirməsi göstərilən tələblərə cavab vermir.
68. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələ rindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
70. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
71. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
72. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)560/2025 nömrəli qətnaməsi iddianın 12700 manat pu l məbləğinə dair hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulmasının rədd edilməsi hissələrində ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.Həmin hissələrdə apelyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-560/2025 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-560/2025 nömrəli qətnaməsi iddianın 12700 manat pul məbləğinə dair hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən tutulmasının rədd edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-560/2025 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.