Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2303/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Ramiz qızı və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh4 Ramiz qızının vəkili X3, Digər cavabdeh X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1593/2020 nömrə li iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 Ramiz qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Qax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2007-ci il tarixli 02 nömrəli qərarına əsasən X6 438,9 kv metr torpaq sahəsi verilmişdir. Qax RAİK-nın xx xxxxxx 2007-ci il tarixli 02 nömrəli qərarına əsasən Cavabdeh1 699,37 kv metr torpaq sahəsi verilmişdir. DƏDRX tərəfindən verilmiş MH seriyalı ******* nömrəli xx xxxx 2009-cu il tarixli Çıxarışa əsasən, Qax şəhəri, M.F.Axundov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,8 kv metr olan yaşayış, 35,19 kv metr köməkçi sahədən ibarət 18A nömrəli fərdi yaşayış evi tam mülk iyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi reyestr nömrəsi **********57-10301 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsində 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,8 kv metr olan yaşayış, 35,19 kv metr köməkçi sahədən ibarət 18A nömrəli fərdi yaşayış evinin hüququ subyekti İddiaçıdur. DƏDRX tərəfindən xx xxxxxx 2009-cu ildə verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən Qax şəhəri, 28 May küçəsində, 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 25,42 kv metr olan yaşayış, sahədən ibarət 10 b nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 mülkiyyətindədir. Qax Rayon İcra Hakimiyyəti başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nüm ayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1685 nömrəli arayışdan görünür ki, İddiaçı Qax şəhəri, M.F.Axundzadə küçəsi, ev 18 A-da yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Qax Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı iddia qaldıraraq, gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması və orada qoyulmuş darvazanın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində ünvan 1 ünvanda 0,03 ha həyətyanı torpaq sahəsi vardır. Həmin sahəni həyəti 2006-cı ildə satın almış, sahəyə gediş -gəliş yolu olmuşdur. Sonradan Rusiya Federasiyasında işləməyə getmiş, qayıtdığı vaxt qonşusu Məmmədəminin həyətyanı sahəsinə gedən yolu darvaza qoyaraq bağladığını görmüş, digər qonşusu Zaurun da ona gediş-gəliş yolu verməmişdir. Həmin vaxt onun sahədə evi olmadığı üçün yolun olmamasına bir o qədər də əhəmiyyət verməmişdir. 2009-cu ildə evin tikintisinə başlamış, Məmmədəmin ona həyətdən istifadə etməyə icazə vermişdir. Ev tikiləndən sonra Məmmədəmin yenə də yolu bağlamışdır. Halhazırda həyətyanı torpaq sahəsinə və evinə gediş-gəliş üçün yol yoxdur, cavabdeh qonşuları Məmmədəmin və Zaur yolu zəbt edərək mənimsəmiş, ona yoldan istifadəyə imkan vermirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx x 2018-ci il tarixli 17414 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin X10 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mübahisələndirilən torpaq sahəsi təsərrüfatın DWG faylına əsasən 4876B kimi qeyd olunmuş bələdiyyə mülkiyyəti olan ərazidir. Həmin fayldan çıxarış mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də göstərilmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) xx xxxxxx 2018-ci il tarixli 2(024)111/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,0 3 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsinə iddiaçıya gediş-gəliş üçün yaradılan maneələrin aradan qaldırılması və Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın sökülməsi, iş üzrə 50 manat ekspertiza xərcinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, “İnsan Hüquqlarının və X2” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 15 2.5, 157.4, 164.1 və 165.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə istinad etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası birinci məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) xx xxxxx 2019-cu il tarixli 2(107)-733/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. c) Kassasiya instansiyası məhk əməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Sənan Hacıyev) xx xxxxxxxx 2019-cu il tarixli 2(102)5563 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni Apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini digər sübutlarla birgə qiymətləndirməmiş, ekspertin rəyi qətnamədə öz əksini tapsa da, həmin rəyə zidd nəticəyə gəlinmiş, ekspert rəyi ilə razılaşmamasını məhkəmə qətnaməsində əsaslandırmamışdır. İşin materiallarında olan ekspert qarşısında qoyulmuş sualın hər birinin cavabından aydın olur ki, İddiaçı açılmasını i ddia etdiyi yol (M.F.Axundov küçəsinə çıxış) onun özünün plan-ölçü sənədində yol kimi göstərilməmişdir, həmin yolun son nöqtəsi iddiaçının sərhədi başlamamış bitir, yəni iddiaçının həmin yola çıxışı cavabdeh Məmmədəmin Cumayevin planölçü sənədinə əsasən onun qanuni istifadəsində olan torpaq sahəsindən keçməklə mümkündür. Apellyasiya instansiya məhkəməsinin mübahisə edilən torpaq sahəsinin Cavabdeh1 istifadəsində olsa da, həmin sahənin onun mülkiyyətində olmasını təsdiq edən sənədi olmaması, həmin sahənin (yolun) bələdiyyə mülkiyyətində olmaqla ümumi yol olması barədə gəldiyi qənaət də əsassızdır. Belə ki, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv metr torpaq sahəsi Cavabdeh1 məxsusdur, onun qanuni istifadəsindədir. Həmin sənəd isə torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Daha sonra ekspert rəyində konkret olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də (iş v. 57) «iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir və həmin yol xətti ştrixlənmişdir. Bu sxemdən mübahisəsiz qaydada açıq-aşkar aydın olur ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedişgəliş yolu Qax şəhəri, M.F.Axundov küçəsi istiqamətindən yox, bu küçəyə paralel vəziyyətdə olan-Qax şəhəri, 28 May küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədini tələb edərək araşdırmamış, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması və bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna (28 may küçəsinə) çıxışının məhdudlaşdığı barədə rəydə qeyd edilənləri (bax sxem 2 və 3-ün müqayisəsinə (iş v.56, 57) yoxlamamışdır. Cavabdeh apellyasiya şikayətində İddiaçı öz evinin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinin X6, yəni digər Cavabdeh2 anas ına məxsus hazırda ünvan 2 ünvanda yerləşən həyətin bir hissəsi kimi satın aldığını, həmin həyətin 28 May küçəsinə yolu olduğunu, həmin torpaq sahəsi bölünüb satıldığına görə iddiaçıya əvvəlki mülkiyyətçi tərəfindən yol verilməli olduğunu göstərsə də, bu dəlillər də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış qalmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı ev və həyətyanı torpaq sahəsini Ə.M.Muxtarovadan alarkən evin yolunun məhz hansı küçədən olmasını aydınlaşdırmamış, iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırmamışdır. Həmçinin, işin materiallarından görünür ki, DƏDRX-n in 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi də hazırki iş üzrə cavabdehdir və birinci instansiya məhkəməsi onun tərəfindən verilmiş MH ******* nömrəli Daşınmaz Əmlak Üzərində Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Çıxarışa və texniki pasporta istinad edərək İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə nəticəyə gəlmişdir. Bununla bağlı apellyasiya şikayətinin dəlillərindən biri İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolun 28 May küçəsindən ayrılan döngədən olduğu halda, həmin sənədlərdə yolun tamamilə əks istiqamətdən-M.F.Axundov küçəsi tərəfdən göstərilməsinin səbəblərinin araşdırılması olsa da, məhkəmə bu məsələ üzrə həmin idarənin münasibətini öyrənməmiş, iddiaçının torpağına dair plan və ölçü sən ədi ilə texniki pasportda olan konfiqurasiya arasında uyğunsuzluq olub-olmamasını araşdırmamışdır. Ali Məhkəmə öz qərarında həmçinin qeyd etməyi də zəruri saymışdır ki, mübahisəyə baxılarkən iddiaçının İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş yolunun yalnız Cavabdeh1 torpaq sahəsindən keçməklə mümkün olmasını müəyyən etdiyi təqdirdə isə, yol verilməsinin yalnız servitut təyin edilməklə mümkünlüyünə diqqət yetirməli idi”. d) Apellyasiya instansiyası ikinci məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin (hakimlər; Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. İşə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin gösrərişləri baxımından ilk növbədə ekspert rəyi və iş materiallarında olan digər sənədlər əlaqəli şəkildə təhlil etmişdir. Qeyd olunan göstərişlər baxımından kollegiya tərəfindən iddiaçıdan özünə məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədini tələb etmiş, lakin iddiaçı özündə əlavə sənədlərin olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırmışdır. Bu zaman iddiaçı bildirmişdir ki, torpağın bir hissəsi sonradan Əsmər Muxtarovaya qaytarılsa da, onun gediş-gəliş yolu mübahisəli ərazidən olmuşdur. Mübahisəli ərazinin cavabdehə heç bir aidiyyət i yoxdur. Cavabdeh isə bildirmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinə gediş-gəliş yolu mübahisəli ərazidən deyil, Qax şəhəri 28 may küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədən olmuşdur. Belə ki, iddiaçı həmin torpaq sahəsini əvvəlcə bütöv olaraq almış, lakin sonradan əvvəlki mülkiyyətçi ilə aralarında narazılıq yarandığından torpağın bir hissəsi əvvəlki vəziyyətə qaytarılmışdır. Ona görə də iddiaçı gediş-gəliş yolunu ondan yox, əvvəlki mülkiyyətçidən tələb edilməlidir. Çünki iddiaçının tələb etdiyi əraziyə onun sənədləri var. Həmin ərazi bələdiyyə mülkiyyətində deyil. Mübahisənin bu halı həmçinin iş materialları ilə əlaqəli şəkildə araşdırılmışdır. Bu zaman müəyyən edilmişdir ki, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş “T orpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv metr torpaq sahəsi E.Cumayevə məxsusdur, onun qanuni istifadəsindədir. Həmin sənəd isə Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Birinci instansiya məhkəməsinin mötəbər sübut kimi ekspert rəyinə istinad etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna ma lik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan rəylə uzlaşmır. Belə ki, verilmiş rəyin nəticə hissəsindən aydın olur ki, İddiaçı açılmasını iddia etdiyi yol (M.F.Axundov küçəsinə çıxış) onun özünün plan-ölçü sənədində yol kimi göstərilməmişdir, həmin yolun son nöqtəsi iddiaçının sərhədi başlamamış bitir, yəni iddiaçının həmin yola çıxışı Cavabdeh1 plan ölçü sənədinə əsasən onun qanuni istifadəsində olan torpaq sahəsindən keçməklə mümkündür. Bundan başqa məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisə edilən torpaq sahəsinin Cavabdeh1 istifadəsində olsa da, həmin sahənin onun mülkiyyətində olmasını təsdiq edən sənədi olmaması, həmin sahənin (yolun) bələdiyyə mülkiyyətində olmaqla ümumi yol olması barədə gəldiyi qənaət də əsassızdır. Belə ki, bundan əvvəl də qeyd edildiyi kimi Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv metr torpaq sahəsi Cavabdeh1 məxsusdur, onun qanuni istifadəsindədir. Bu isə Ali Məhkəmənin sözügedən qərarında qeyd edildiyi kimi torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil edir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi hər hansı bir hüquqla cavabdehə məxsus ola bilməzsə, yaxud torpaq sahəsinin cavabdehin adına qanunsuz qeydə alınması təsdiq olunursa, bununla da iddiaçının hüququ və qanunla qorunan mənafeyi pozulursa belə bir iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ olmuş olar. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmadan düzgün olmayan yekun nəticəyə gəlinmişdir Qətnamədən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhk əməsinin (hakimlər: Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, İsmayıl Xəlilov) xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət reyestrində qeydə alınmasa da, həmin torpaq sahəsinin Cavabdeh1 mülkiyyəti olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi digər Cavabdeh2 münasibətdə heç bir araşdırma aparmamış, sonuncuya münasibətdə də iddianı rədd etsə də qəbul etdiyi qərarda Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi ni əsaslandırmamaqla Mülki Prossesual Məcəllənin 220.4-cü maddəsinin tələblərini pozmuş, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarında əks olunan göstərişləri nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarında işin yeni apellyasiya baxışı üçün bir sira göstərişlər müəyyən etsə də işin qanuni və əsaslı həlli üçün əhəmiyyət kəsb etməyinə baxmayaraq işə yeni apellyasiya baxışında bu göstərişlərə tam əməl edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prossesual Məcəllənin 420-ci maddəsinə istinad edərək kassasiya instanisyası məhkəməsinin göstərişlərinin yeni apellyasiya baxışı zamanı məcburiliyini vurğulamış, lakin yalnız kasasiya instanisyası məhkəməsinin “i ddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərinin araşdırılması” ilə bağlı göstərişi üzrə araşdırma aparmışdır. Digər göstərişlərlə bağlı da heç bir araşdırma aparmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan işin hallarını aydınlaşdırmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilməməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rafail Əliyev - sədrlik edən və məruzəçi, Akif Eyvazov, İmanverdi Şükürov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh4 münasibətdə qismən təmin edilmiş, Cavabdeh4 üzərinə iddiaçıya aid torpaq sahəsinə gediş-gəliş yolununun açması və maneələrin aradan qaldırması vəzifələri qoyulmuş, iddia tələbinin Cavabdeh4 münasibətdə qalan hissədə, digər cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə münasibətdə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı özü üçün gediş-gəliş yolunu həmin torpaq sahəsini ona satan şəxsdən deyil, digər Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırarkən iddiaçı bildirmişdir ki, torpağın bir hisəsi sonradan Əsmər M uxtarovaya qaytarılsa da, onun gediş-gəliş yolu mübahisəli ərazidən olmuşdur. Mübahisəli ərazinin cavabdehə heç bir aidiyyəti yoxdur. İşdən isə görünür ki, iddiaçıya məxsus olan torpaq sahəsinə gediş-gəliş yolu mübahisəli ərazidən deyil, Qax şəhəri 28 may küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədən olmuşdur. Belə ki, iddiaçı həmin torpaq sahəsini əvvəlcə bütöv olaraq almış, lakin sonradan əvvəlki mülkiyyətçi ilə aralarında narazılıq yarandığından torpağın bir hissəsi əvvəlki vəziyyətə qaytarılmışdır. Ona görə də iddiaçı gediş-gəliş yolunu əvvəlki mülkiyyətçidən tələb etməlidir. Çünki Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tar ixli 02 saylı qərarına əsasən 699,37 kv metr torpaq sahəsi Cavabdeh1 məxsusdur, onun qanuni istifadəsindədir. Həmin sənəd isə Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. İş materiallarında olan ekspert rəyində konkret olaraq göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də (iş v. 57) «iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir və həmin yol xətti ştrixlənmişdir. Bu sxemdən mübahisəsiz qaydada açıq-aşkar aydın olur ki, İddiaçı həyətyanı torpaq sahəsinə gedişgəliş yolu Qax şəhəri, M.F.Axundov küçəsi istiqamətindən yox, bu küçəyə paralel vəziyyətdə olan-Qax şəhəri, 28 May küçəsindən perpendikulyar olaraq ayrılan 1-ci döngədəndir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan rəylə uzlaşmır. Belə ki, verilmiş rəyin nəticə hissəsindən aydın olur ki, İddiaçı açılmasını tələb etdiyi yol (M.F.Axundov küçəsinə çıxış) onun özünün plan-ölçü sənədində yol kimi göstərilməmişdir, həmin yolun son nöqtəsi iddiaçının sərhədi başlamamış bitir, yəni iddiaçının həmin yola çıxışı Cavabdeh1 plan-ölçü sənədinə əsasən onun qanuni istifadəsində olan torpaq sahəsindən keçməklə mümkündür. Qax RAİK-nın xx xxxxxx 2007-ci il tari xli 02 nömrəli qərarı ilə cavabdehə verilmiş plan-ölçü sənədində isə həmin ərazinin bir hissəsi cavabdeh X1 mülkiyyəti, digər hissəsi isə iddiaçı ilə cavabdehin qonşuluq sərhəddinə qədər gediş-yolu kimi göstərilmişdir. Yolun son nöqtəsi iddiaçının sərhəddi başlamamış bitir. İddiaçının qoyduğu giriş qapısının qabağında yol kimi iddia etdiyi ərazi plan-ölçü sənədinə əsasən cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin X10 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdeh həmin yolu öz giriş qapısına qədər olan hissəsini istifadəsinə qatmışdır ki, həmin hissə iddiaçının plan-ölçü sənədində yol kimi göstərilməmişdir. Həmin hissə mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də ştirixlənər ək göstərilmişdir. X10 tərtib etdiyi mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən qoyulmuş darvaza gediş-gəliş yolunun üzərində qoyulmuşdur. Lakin həmin yol ancaq cavabdehin həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş hissəsidir (plan-ölçü sənədinə əsasən). Eyni zamanda, həmin mütəxəssis rəyinə əsasən, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu plan-ölçü sənədinə əsasən, mütəxəssis rəyinə əlavə edilmiş sxem 3-də iddiaçının cizgisindəki A-dan B-yə qədər olan 3,5 metr məsafədə göstərilmişdir. Həmin yol xətti sxem 3-də ştrixlənmişdir. Hal-hazırda iddiaçının faktiki istifadə konfiqurasiyası sənəd üzrə olan konfiqurasiyadan fərqlidir. Bu səbəbdən də iddiaçının öz plan-ölçü sənədində göstərilən gediş-gəliş yoluna çıxışı məhdudlaşır. Faktiki istifadə vəziyyəti mütəx əssis rəyinə əlavə edilmiş sxem 2-də göstərilmişdir. Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 saylı qərarına əsasən 699,37 kv.m torpaq sahəsi E.Cumayevə məxsusdur, onun qanuni istifadəsindədir. Bu isə Ali Məhkəmənin sözügedən qərarında qeyd edildiyi kimi torpaq sahəsinin ayrılması barədə qərarla birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması həmin torpağın cavabdehə məxsus olmaması demək deyildir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməməkdə səhvə yol vermiş, ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirməmiş, ekspertin rəyinin məzmunun əks etdirməsinə baxmayaraq, bu rəylə razılaşmamasını qətnaməsində əsaslandırmamış, gəlinmiş nəticə iş materiallarında olan rəylə ziddiyyət təşkil etmişdir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsü sənədini tələb edərək araşdırmamış, iddiaçının faktiki istifadəsindəki torpaq sahəsinin konfiqurasiyasının sənəd üzrə olan konfiqurasiyadan fərqli olması və bu səbəbdən də iddiaçının öz plan ölçü sənədində göstərilən gediş-gəliş yoluna (28 may küçəsinə) çıxışının məhdudlaşdığı barədə rəydə qeyd edilənləri (bax sxem 2 və 3-ün müqayisəsinə (iş v. 56, 57) yoxlamamışdır. İşdə iddiaçının öz evinin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsinin X6, yəni digər Cavabdeh2 anasına məxsus hazırda ünvan 3 ünvanında yerləşən həyətin bir hissəsi kimi satın aldığını, həmin həyətin 28 May küçəsinə yolu olduğunu, həmin torpaq sahəsi bölünüb satıldığına görə iddiaçıya əvvəlki mülkiyyətçi tərəfindən yol verilməli olmasını nəzərə almamış, İddiaçı ev və həyətyanı torpaq sahəsini Əsmər Muxtarovadan alarkən evin yolununun məhz hansı küçədən olmasını aydınlaşdırmamış, iddiaçının özü üçün gediş-gəliş yolu məsələsini həmin torpaq sahəsini ona satan şəxsdən deyil, məhz Cavabdeh1 tələb etməsinin səbəblərini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsi iş üzrə cavabdehlərdən biri olmasın ı nəzərə almamışdır. Ancaq buna baxmayaraq, həmin cavabdeh tərəfindən verilmiş ******* nömrəli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışa və texniki pasporta istinad edərək İddiaçı məxsus Qax şəhəri, M.F.Axundov küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə nəticəyə gəlmişdir ki, bu da qanuni və əsaslı ola bilməz. İddia tələbi, iddiaçının izahatı və apellyasiya şikayətindən müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli torpaq sahəsini Cavabdeh2 (hazırda onun hüquqi varisi Cavabdeh4dir) anası X5 almışdır. İddiaçıya satılan 0,03 ha torpaq sahəsi isə Cavabdeh2 yaşadığı evin həyətyanı torpaq sahəsinin bir hissəsi olmuşdur və iddiaçıya mübahisəli torpaq sahəsi satılarkən həmin torpaq sahəsinə gediş-gəliş üçün yol müəyyən edilm əmiş, başqa sözlə alıcı olan iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad əşya verilməmişdir. Məhz bu səbəbdən də iddiaçının aldığı torpaq sahəsinə sərbəst gediş-gəliş üçün yol Qax şəhəri, 28 May küçəsindən ayrılan döngədən verilməli olduğu halda, M.F.Axundov küçəsindən göstərilmişdir ki, bu da iş üzrə Cavabdeh1 hüquqlarına toxunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 Ramiz qızı (vəkil X7) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkə məsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini nəzərə almamışdır. Məhkəmə eksperti işə cəlb etməməklə səhvə yol vermiş, işi düzgün araşdırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə digər Cavabdeh1 kassasiya şikayətinə yazılı etiraz göndərərək kassasiya şikayətinin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh4 Ramiz qızının vəkili X7 məhkəmə kollegiyasının iclasında k assasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər cavabdeh X8 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı və digər cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Ma ddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhə r, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc h ərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməs i müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddiaçı qətnamənin rədd edilən hissədə müahisələndirmir. Qətnamədən yalnız Cavabdeh4 kassasiya şikayəti vermiş və iddia tələbinin ona münasibətdə təmin edilməsini mübahisələndirir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin d əlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən iş materiallarına əlavə edilmiş ekspert rəylərini sübut kimi qiymətləndirmişdir. Cavabdeh4 iş üzrə əlavə və ya təkrar ekspertizanını keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 Ramiz qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1593/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.