Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2304/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” QSC-nin vəkili Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1035/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC və vəkili Əhmədova Ays el Zöhrab qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-844/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hаkim T.S.Kərimov) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6254.98 ABŞ dolları əsas borc, 1813.59 ABŞ dolları faiz borcu, 03 ABŞ dolları cərimə olmaqla ümumilikdə 8071.57 (səkkiz min yetmiş bir dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumunun 21 manat hissəsinin tutularaq İddiaçı Q SC-yə ödənilməsi, iddianın dəbbə pulunun qalan hissəsində tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1035/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov, Z.Ə.Əliyev) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-844/2018 saylı işi üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi,qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması və ekspertiza xərcləri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tərəfində n Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27R000003195 saylı kredit razılaşması üzrə cavabdehlərdən xeyrinə 6254.98 ABŞ dolları əsas borc, 1813.59 ABŞ dolları faiz borcu, 3437.94 ABŞ dolları cərimə olmaqla ümumilikdə 11506.51 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2012-ci il tarixli 04L000003456 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə 6 0.000ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 iddiaçı ilə xx xxxxx 2014cü il tarixdə bağladığı 27R000003195 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli, 27R000003195S saylı, xx xxxxxxx 2015-ci il tarixli 27R000003 195SB saylı, xx xxxxxxx 2015-ci il tarixli 27R000003195SC saylı, xx xxx 2016-cı il tarixli 27R000003195SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit alan kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə xx xxxx 2016-cı il tarixindən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Götürülən kreditdən 11745.02 ABŞ dolları qaytarılmış, kreditora 6254.98 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit alan müqavilə şərtlərinə əməl etməyərək, öhdəliklərini pozmuşdur. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən kreditor qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı QSC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı QSC və vəkili Əhmədova Aysel Zöhrab qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası əsassız olaraq mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etmiş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarını düzgün tətbiq etməmiş, iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halların a düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” QSC-nin vəkili Əhmədova Aysel Zöhrab qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddi açı QSC-nin vəkili Əhmədova Aysel Zöhrab qızının izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı QSC-nin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instans iyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan iddiaçı "İddiaçı" QSC ilə Cavabdeh1 arasında xx xxx 2012ci il tarixində bağlanmış 04L000003456 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə (borcalana)120 ay müddətinə 60.000 ABŞ dolları məbləğində kredit xəttinin açılması, kreditlərin tərəflər arasında ‘‘Kredit Razılaşması” əsasında veriləcəyi müqavilənin predmetini təşkil etmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəs i, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 3.1.2-ci bəndinin "a" yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə, bank müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İşdə olan iddiaçı "İddiaçı" QSC ilə Cavabdeh1 arasında 04L000003456 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdə bağlanmış 27R000003195 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən borcalana aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 18 ay müddətinə 18.000 ABŞ dolları məbləğində kreditin verilməsi, borc alan tərəfindən isə h əmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Həmin razılaşmanın 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində borcalan cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, borc verən kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək həmin tarixdə borc alana 18.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 ilə xx xxxxx 2014-cü il tarixdə bağlanmış 27R000003195 savlı kredit razılaşmasına 01 savlı əlavə olan ödəniş planından görün ür ki. borcalan almış olduğu krediti xx xxx 2014-cü il tarixindən başlayaraq planda qeyd edilən məbləğlərdə ödəniş etməklə xx xxxxxxx 2015-ci il tarixənədək qaytarmalı idi. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında 04L000003456 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixdə bağlanmış 27R000003İ95 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sonuncu xx xxx 2016cı il tarixli sazişdən görünür ki, borcalan almış olduğu krediti xx xxx 2016-cı il tarixindən başlayaraq planda qeyd edilən məbləğlərdə ödəniş etməklə xx xxxxxx 2020-ci il tarixənədək qaytarmalı idi. İşdə olan xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27R000003195 saylı kredit razılaşması üzrə həmin tarixə bank qarşısında yerinə yetirilməmiş öhd əliyi 6254.98 ABŞ dolları əsas borc, 1813.59 ABŞ dolları faiz borcu, 3437.94 ABŞ dolları cərimə olmaqla ümumilikdə 11506.51 ABŞ dolları təşkil etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" QSC ilə Cavabdeh2 arasında xx xxx 2013-cü il tarixdə, Cavabdeh3 ilə xx xxx 2012-cü il tarixdə bağlanmış zaminlik müqavilələrindən görünür ki, sonuncular Cavabdeh1 ilə bank arasında bağlanmış 04L000003456 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları olan öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mü hüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müqavilə öhdəlikləri üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da düzgün olmayan nəticə hasil olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, düzgün olmayan qənaət isə zaminlərə aid olan hissəyə aiddir ki, onların razılığı olmadan borclu ilə kredit razılaşmaları bağlanılmış və kredit xəttində faiz dərəcəsi əks edilmədiyindən zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 aid hissədə qətnamə qismən ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Re spublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxx 2018-ci il tarixli qərarına əsasən: Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası k redit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər hallan nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğu n bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü ma ddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il, 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2019-cu il 25 iyul tarixli qərarlarına dair 11 oktyabr 2019-cu il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respu blikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiy ası məhkəməsi tərəfindən əsassız olaraq mübahisəyə Mülki Məcəllənin 477.0.1ci maddəsinin tətbiq edildiyini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarının düzgün tətbiq edilmədiyini, iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq m ünasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının 2(103)-1035/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2304/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2304/2020
03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver