Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2305/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı ASC-nin vəkili X2, Cavabdeh3 və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli, 2(103)2713/2016 saylı qətnaməsindən Cavabdeh3 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli, 2(011)-9929/2015 saylı qətnaməsi ilə (sədrlik edən, hakim L.O.Talıbova) iddiaç ı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 16.556 ABŞ dolları, faiz borcuna görə 2.233,32 ABŞ dolları, dəbbə puluna görə 200 ABŞ dolları, cəmi 18.989,32 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunub. Cavabdeh3 qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli, 2(103)2713/2016 saylı qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev sədrlik edən, məruzəçi, X.B.Məhərrəmova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edi lmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh3 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 29 oktyabr 2015-ci il tarixədək hesablanmış əsas borca görə 16.556 ABŞ dolları, faiz borcuna görə 4.029 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 4.967 ABŞ dolları, cəmi 25.552 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyas iya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə ləğv edilib, ona aid hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh3 və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı ASC vəkili Natiq Məmmədov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə və sonuncunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclu Cavabdeh1la birlikd ə iddiaçı təşkilat qarşısında birgə məsuliyyət daşımasına və beləliklə də iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 471, 472.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün proses sual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh1 18 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 19.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 19 dekabr 2014cü il tarixli zaminlik müqaviləsinə əsasən Yusif Hüseynov və Cavabdeh3la zaminlik müqaviləsi bağlınıb və həmin müqaviləyə əsasən onlar borclu Cavabdeh1 iddiaçı təşkilat qarşısında götürdüyü öhdəliklərin icrasında birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışına görə sözügedən kredit müqaviləsi üzrə borclu Cavabdeh1 29 oktyabr 2015-ci il tarixə iddiaçı t əşkilata olan əsas borcu 16.556 ABŞ dolları, faiz borcu 4.029 ABŞ dolları, dəbbə pulu 4.967 ABŞ dolları təşkil edir. Hazırda iddiaçı təşkilat 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsaslanaraq cavabdehlərdən müştərək qaydada 29 oktyabr 2015-ci il tarixədək hesablanmış əsas borca görə 16.556 ABŞ dolları, faiz borcuna görə 4.029 ABŞ dolları, hesablanmış dəbbə puluna görə 4.967 ABŞ dolları tələb edir. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 470.1, 470.2, 472.1, 472.2, 472.3-cü maddələrin tələblərinə istinad edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı təşkilat yalnız 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsaslanaraq cavabdehlərdən müştərək qaydada 29 oktyabr 2015-ci il ta rixədək hesablanmış əsas və faiz borcunu tələb etdiyindən və zamin Cavabdeh3 məhz həmin kredit müqaviləsinin təminatı üsulu kimi bağlanmış 19 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə iddiaçı təşkilat qarşısında birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürdüyündən, iddia ərizəsini zamin Cavabdeh3 münasibətdə də təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsull arından biri kimi zaminlik çıxış edir.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (Mülki Məcəllənin 470-ci maddəsi). Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Eyni zamanda zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilib. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə- zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi qeyd olunan maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Eyni zamanda, zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: məsələn, kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı təşkilat sözügedən kredit və zaminlik müqavilələri çərçivəsində bağlanmış 17 aprel 2015-ci il tarixli əlavə saziş üzrə cavabdehlərdən hər hansı kredit borcunu tələb etmədiyindən və ümumiyyətlə həmin əlavə saziş üzrə yaranmış borc məbləği hazırki işə baxılmasının predmeti olmadığından kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, sözügedən əlavə saziş həqiqətən zamin Cavabdeh3 razılığı və iştirakı olmadan bağlanmışdırsa və bu sonuncunun məsuliyyətinin artmasına s əbəb olmuşdursa da, o ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla həmin əlavə sazişi məhkəmə qaydasında mübahisələndirə bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda götərilən məbləğdə ödənilməmiş kredit borcunun olması və zamin kimi Cavabdeh3 borclu Cavabdeh1la birgə mülki məsuliyyət daşıması, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, Cavabdeh3 kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh3 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 20 aprel 2016-cı il tarixli, 2(103)2713/2016 saylı qətnaməsi Cavabdeh3 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2305/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2305/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver