Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2306/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-37/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "X9 1 814LS” yük markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil (şassi WDB9340621L224757, tip - yəhərli dartıcı, 2008-ci il buraxılışlı, ağ rəngli) (bundan sonra – avtomobil yazılacaq) xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydə alınıb (AC № 984807 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi). 2. "SCHMİTZ SKO24” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu (şassi WSM**********9495, tip - furqon soyuducu, 2008-ci il buraxılışlı, ağ rəngli) (bundan sonra – yarımqoşqu yazılacaq) xx.xx.2017-ci il tarixdə iddiaçının qardaşı X4 adına qeydə alınıb (AC № 974399 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi).
3. İddiaçı 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən avtomobil və yarımqoşqunu Cavabdeh icarəyə verib. Müqavilə bir il müddətinə bağlanıb.
4. Eyni tar ixdə tərəflər arasında avtomobilə və yarımqoşquya dair “Mülki məsuliyyət haqqında” müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən icarəçi avtomobili və yarımqoşqunu qoruyub saxlamaq, istifadə etmək, texniki qaydalara uyğun istismarını təmin etmək üçün tam məsuliyyəti, o cümlədən ona etibar edilmiş avtonəqliyyat vasitəsinin tam qeydinə qalmağı, sahibkarın avtonəqliyyat vasitəsinə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübariz olmağı öhdəsinə götürmüşdür (bənd 1, 1.1). İcarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir (bənd 3).
5. Cavabdeh 09 may 2018-ci il tarixdə saat 13:00 radələrində avtomobili Rusiya Federasiyasının Svetloqrad-Blaqodarnıy-Budyonovsk yolunda ida rə edərkən, naməlum sürücü müəyyən edilməmiş avtomobillə yolun hərəkət hissəsində nəqliyyat vasitəsinin yerləşmə qaydasını pozaraq yolun qarşıdan gələnin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinə çıxaraq Cavabdeh yarımqoşqulu nəqliyyat vasitəsinə maneə yaratmış, nəticədə Cavabdeh nəqliyyat vasitəsini idarəetməni itirmiş, xəndəyə girmiş, orada da yolkənarı ağacla qarşılaşaraq yarımqoşqunu aşırmışdır.
6. Hadisə ilə bağlı xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən inzibati xətaya dair icraat başlanıb, lakin yol-nəqliyyat hadisəsini törədən sürücü müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iç üzrə icraata xitam verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan so nra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus avtomobilə və yarımqoşquya dəymiş 70.000 ABŞ dolları məbləğdə ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, cavabdehin Rusiya Federasiyasında törətdiyi qəza nəticəsində avtomobil qoşqusu ilə birlikdə tam yararsız hala düşmüş, ümumilikdə ona 70.000 ABŞ dolları həcmində ziyan dəymişdir. Avtomobilin kəllə hissəsini Gürcüstan Respublikasından 25.000 ABŞ dollarına, qoşqusunu isə 26.000 ABŞ dollarına almış, gömrükdən keçirmə rüsumu 12.000 ABŞ dolları təşkil etmiş, əlavə olaraq 12 təkərə 6.000 ABŞ dolları, habelə dövlət nömrə nişanlarına və əlavə olaraq digər xərclərə 1.000 ABŞ do lları sərf olunmuşdur. Cavabdeh zərərin ödənilməsindən imtina edir, telefon zənglərinə cavab vermir.
9. Yevlax Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2018-ci i tarixli ekspert arayışında qeyd olunmuşdur ki, avtomobilin qüsur aktı təqdim olunmadığına görə dəymiş zərəri müəyyən etmək mümkün olmadı. İstismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. Avtomobilin normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı halda nəzəri orta bazar qiyməti təxminən 65.000 manat müəyyən olunur.
10. Yevlax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(039)2028/2018 nömrəli, 14 noyabr 2018-ci i l tarixli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 65.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, cəmi 65.030,04 manat pulun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuşdur. Təqdim edilmiş mülki məsuliyyət haqqında müqavilələrin şərtlərinə görə, habelə mülki qanunvericiliyin normalarına əsasən vurulmuş zərərə görə məhz cavabdeh məsuliyyət daşıyır. Təqdim edilmiş fotoşəkillərlə də həmin avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulması və avtomobilin yararsız hala düşməsi təsdiq edilir. İddiaçı tərəf vu rulmuş ziyanın məbləğinin ümumilikdə 70.000 ABŞ dolları məbləğində müəyyən edildiyini bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunun tələblərini pozmaqla çıxarılıb, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün halları tam, hərtərəfli və obyektiv araşdırmayıb, mübahisə mahiyyəti üzrə düzgün həll edilməyib, maddi və prosessual hüquq normalarının tələbləri pozulub. Baş verən hadisə onun günahından baş verməyib. O, iddiaçının işçisi deyildir. Onunla hər hansı bir şəkildə əmək müqaviləsi bağlanmayıb, avtomobilin məsuliyyətçisi deyil. Onunla məsuliyyəti müəyyən edə biləcək nə müqavilə, nə də heç bir dəlil mövcud deyil. Baş verən hadisə onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş vermişdir. Həmin qüsur avtomobildə mövcud olmuşdur. Qəza onun təqsiri ucbatından baş versəydi, Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinə uyğun qərar qəbul edilərdi. Belə bir qərar mövcud deyil.
15. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1705/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi ilə (hakimlər - Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsasının olmasına dair istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya i nstansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6935/19 saylı, 14 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər - Q.Əsgərov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və S.Hacıyev) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş q ətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir.
21. Belə ki, apellyasiya instansiyası məhkəməsi 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqaviləyə istinad etsə də, cavabdehin apellyasiya şikayətinin dəlili kimi aralarında belə bir müqavilə olmamasına dair dəlili üzrə araşdırma aparmayaraq, həmin sənədlərin əslinin iş materiallarında olmasına baxmayaraq bu müqavilələrdəki imzanın cavabdehə məxsusluğu, müqavilələrin bağlanmasının, eləcə də iddiaçının tələbinin əsası kimi niyə həmin müqavilələrə istinad etməməsinin səbəbləri, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdehin icarə haqqını ödəyib-ödəməməsi istiqamətində heç bir araşdırma aparmamışdır.
22. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi işdə olan cavabdeh barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmasına dair inzibati xəta haqqında 09 may 2018-ci il tarixli qərardadın surətinə istinad etsə də, cavabdeh tərəfindən bununla bağlı inzibati təhqiqat müddətinin uzadılması haqqında xx.xx.2018-ci il tarixli qərardadın, inzibati hüquq pozuntusu haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2018-ci il tarixli qərarın məzmununda göstərilənlərə, həmçinin sözügedən qəzanın cavabdehin təqsiri ucbatından baş verdiyi halda, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qəbul edilmiş inzibati qərarın iş materiallarında olmamasına hüquqi qiymət verməm işdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlillər üzrə tam araşdırma aparmamasından əlavə, tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən hazırki işə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini əsaslandırmamışdır.
24. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun.
25. Mülki Məcəllənin 6.2, 14.2, 385 və 386.1-ci maddələrinin mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, bel ə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmin normaların müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı sübuta yetirildiyi halda, iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli idi.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə qiymət verərkən nəzərə almamışdır ki, ekspertizanın nəticəsi olaraq təqdim edilmiş arayışda qeyd edilmişdir ki, qüsur aktı təqdim edilmədiyindən dəymiş zərəri müə yyən etmək mümkün olmamışdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza təyin edilərkən və hazırki ekspertiza aparılarkən ilk növbədə diqqət yetirilməli olan məqama, yəni, tədqiqat predmetinin harada olmasının müəyyən edilməsi istiqamətində araşdırılma aparılmamasına, mübahisənin obyektiv aparılması baxımından ekspertiza tədqiqatının nəzəri hesablama yolu ilə deyil, nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə ararılmasının daha məqsədəuyğun olmasına hüquqi qiymət verməmişdir. İş materiallarına əsasən cavabdehin bildirdiyinə görə həmin nəqliyyat vasitəsi təmir edilib və başqasının icarəsinə verilib.
28. Mübahisənin obyektiv həlli baxımından baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi yarımqoşqunun iddiaçıya deyil, X5 məxsus olmasını mü əyyən edərək bu səbəbdən də həmin hissədə iddianın təmin edilməli olmaması nəticəsinə gəlsə də, 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqavilələrdə iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməsinin və buna onun səlahiyyəti (hüququ) olubolmamasını da araşdırmamış, təqdim edilmiş fotoşəkillərdən həmin avtomobilə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurulması, avtomobilin yararsız hala düşməsi müşahidə olunsa da, yarımqoşquya vurulan ziyanla bağlı onun mülkiyyətçinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərini müəyyən etməmiş, göstərilənlər məsələlərin aydınlaşdırılması ilə bağlı icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqavilələrdə qeyd edilmiş yarımqoşqunun mülkiyyətçisinin iş üzrə cəlb edilib dindirilməsini n məqsədəmüvafiqliyi müzakirə edilməmişdir.
29. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 14, 385, 386, MPM-in 88, 101, 206-cı maddələrinə istinadla əsaslandırmışdır. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsinin 2(107)-193/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər - R.Əliyev (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) apelyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir.
31. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, cavabdehin mülki məsuliyyətinin müəyyən edilmədiyi halda iş üzrə ekspertiza keçirilməsinə zərurət olmamışdır, çünki iş üzrə o zaman ekspertiza keçirilə bilərdi ki, mübahisəli avtomobilə ziyan yetirilməsində cavabdehin təqsiri və ya günahı müəyyən edilmiş olsun. Əgər birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət versə idi, işin həqiqi hallarını müəyyən edə və nəticədə ekspertizanın keçirilməməsi qənaətinə gəlmiş olardı ki, bunu da etməmişdir.
32. Birinci instansiya məhkəməsi işdə olan 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqaviləyə istinad etsə də, cavabdehin apelyasiya şikayətinin əsas dəlili kimi aralarında belə bir müqavilənin olmamasına dair dəlili üzrə araşdırma aparmamış, həmin sə nədlərin əslinin iş materiallarında olmasına baxmayaraq, bu sübutlara lazımi hüquqi qiymət verməmişdir.
33. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 14, 385, 386, 442-ci, MPM-in 14, 88-ci maddələrinə istinad etmişdir. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
34. İddiaçının kassasiya şikayəti əsasında yenidən işə baxmış kassasiya instansiyası məhkəməsinin 2(102)-4795/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər - M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və İ.Xələfov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
35. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə əvvəlki kasasiya tərkibinin göstərişlərini yerinə yetirmə mişdir.
36. Bundan əlavə 24 aprel 2018-ci il tarixli icarə müqaviləsi və mülki məsuliyyət haqqında müqavilə əsasında iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməyə səlahiyyətli (hüququ) olub-olmaması araşdırılmamış, təqdim edilmiş fotoşəkillərdən həmin avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulması, avtomobilin yararsız hala düşməsi müşahidə olunsa da, yarımqoşquya vurulan ziyanla bağlı onun mülkiyyətçisinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərini müəyyən etməmiş, göstərilən məsələlərin aydınlaşdırılması ilə bağlı müqavilələrdə qeyd edilmiş yarımqoşqunun mülkiyyətçisinin iş üzrə cəlb edilib, dindirilməsinin məqsədəmüvafiqliyi müzakirə edilməmişdir.
37. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1096, 1097-ci, MPM-in 88-ci maddələrinə istin adla əsaslandırmışdır. e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
38. Yeni apellyasiya baxışı zamanı 3-cü şəxs qismində cəlb olunmuş X7 izahatında bildirmişdir ki, yarımqoşqu mülkiyyət hüququ ilə ona məxsus olsa da, etibarnamə əsasında iddiaçıya, iddiaçı da icarə müqavilə əsasında cavabdehə vermişdir. Lakin cavabdehin təqsirli hərəkəti nəticəsində onların əmlakına ziyan vurmasına baxmayaraq, sonuncu barışığa gəlməkdən və ziyanı ödəməkdən yayınır.
39. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə icarə müqaviləsi və mülki məsuliyyət haqqında müqavilədəki imzaların cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi müxtəlif orqanlara verdiyi sorğuların cavabları əsasında müəyyən etmişdir ki, X7 yarımqoşquya dair xx.xx.2017-ci il tarixdə X1 ( xx.xx.2018-ci il tarixədək istifadə hüququ), xx.xx.2018-ci il tarixdə X2 (xx.xx.2018- ci il tarixədək istifadə hüququ) və xx.xx.2018-ci il tarixdə İddiaçı (xx.xx.2019-cu il tarixədək sərəncam hüququ) etibarnamələr vermişdir.
41. Cavabdehin yarimqoşqu ilə birlikdə idarə etdiyi avtomobil xx.xx.2018-ci il tarixdə X8 Rusiya Federasiyasına keçmişdir.
42. Avtomobil və yarımqoşqudan ibarət nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiya Federasiyasına və əks istiqamətdə keçidləri olmuşdur.
43. İş üzrə alınmış xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyi ilə mübahisəli avtomobilin orta bazar qiyməti 40000-45000 manat arasında, yarımqoşqunun orta bazar qiyməti 16000-19000 manat arasında dəyişdiyindən, apellyasiya instansiyası məhkəməsi onların dəyərini ümumilikdə 62.000 manat məbləğində müəyyən etmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi həmçinin tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, avtomobilə ziyan dəyərkən qüsur aktı tərtib olunmayıb, iddiaçı ziyan dəymiş hissələri mütəxəssis (usta) göstərişləri əsasında alıb və tam yararlı hala gətirib, avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün ona baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil. 45. Аpellyаsiyа instansiyası məhkəməsinin 2(107)-223/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə maddi ziyanın təmin olunan hissəsinin məbləğinə aid hissədə d əyişdirilmiş və 62.000 manat müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası bildirmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla, iddia tələbinin rədd olunması üçün əsas ola bilməz.
47. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 6, 14, 21, 386, 442, 1096, 1097-ci maddələrə istinadla əsaslandırmışdır. ə) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
48. Cavabdehin kassasiya şikayəti əsasında yenidən işə baxmış kassasiya instansiyası məhkəməsinin 2(102)-1910/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər A.H üseynov (sədrlik edən və məruzəçi - hakim), Ə.Nurməmmədov,Z.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
49. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmunundan göründüyü kimi qanun real zərər dedikdə məhz zərər çəkmiş şəxsin məruz qaldığı əmlak itkisini və ya bu itkini bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri nəzərdə tutur.
50. Zərərçəkmiş şəxsin zərər qismində təqsirli şəxsdən dəymiş real zərərin və əldən çıxmış faydanın həcmini aşan maddi nemət əldə etməsi artıq dəymiş zərərin əvəzinin ödənilməsi deyil, əsassız varlanma ilə nəticələnə bilər.
51. Baxılan iş üzrə iddiaçı on a məxsus olduğunu iddia etdiyi əşyaların tam məhv olması nəticəsində dəymiş zərərin ödənilməsini, əşyaların tam dəyərini tələb edir. İş üzrə verilmiş və məhkəmə tərəfindən əsas sübut kimi qəbul edilmiş ekspert (qiymətləndirmə) rəylərində də dəymiş zərər əşyaların mövcud bazar dəyəri əsasında müəyyən edilmişdir.
52. Halbuki sonuncu apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, avtomobil və yarımqoşqudan ibarət nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsinin baş verməsindən sonra da bir neçə dəfə Rusiya Federasiyasına və əks istiqamətdə keçidlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları əsasında, həmçinin müəyyən etmişdir ki, avtomobilə ziyan dəyərkən qüsur aktı tərtib olunmayıb, iddiaçı ziyan dəymiş hissələri mütəxəssis (usta) göstərişləri əsasınd a alıb və tam yararlı hala gətirib, avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün ona baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil.
53. Məhkəmə yarımqoşquya dair iddiaçı ilə cavabdeh arasında müqavilələrin xx.xx.2018-ci ildə bağlandığını, qəzanın xx.xx.2018-ci ildə baş verdiyini, X7 tərəfindən həmin əşyaya dair cavabdehə etibarnamənin isə xx.xx.2018-ci il tarixdə verildiyini müəyyən etsə də, iddiaçının öz mülkiyyətində olmayan əşyaya dəymiş zərəri cavabdehdən tələb etmək üçün subyektiv hüquqa malik olduğu barədə nəticəyə gəlmişdir. Halbuki Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçinin öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
54. Baxılan iş üzrə işin müəyyən edilmiş hallarına əsasən iddiaçı yarımqoşquya dair öz qardaşından etibarnaməni icarə müqaviləsinin bağlanmasından və qəzanın baş verməsindən xeyli sonra əldə etdiyi üçün, o, yarımqoşquya dəymiş zərərin əvəzini özü üçün deyil, mülkiyyətçinin təmsilçisi qismində onun xeyrinə tələb edə bilərdi. Yarımqoşqunun mülkiyyətçisinin məhkəmə baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilməsi və iddianın təmin olunmasına etiraz etməməsi də X5 dəymiş zərərin iddiaçının xeyrinə tutulması üçün əsas ola bilməzdi.
55. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 152, 385, 386, 443, 1096, 1097-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apelyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
56. Apellyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə nəqliyyat-trasoloji ekspertizası üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 3/1375 nömrəli rəyinə əsasən ekspert tərəfindən avtomobilə xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən müvəqqəti saxlama dayanacağında açıq havada baxış keçirilmişdir. Ekspert tərəfindən sair hallarla yanaşı həmçinin müəyyən edilmişdir ki, avtomobilin hal-hazırki vəziyyətdə qəzadan sonra onun detallarının götürülməsini müəyyən etmək mümkün deyildir. Avtomobilin hadisə zamanı zədələnmiş detalların müəyyən bir hissəsi avtomobilin üzərində aşkar edilməmişdir. 57. Аpellyаsiyа instansiyası məhkəməsinin 2(107)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - G.Cavadova (sədrlik edən və məruzəçi), E.Hüseynov və E.Mehdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə hər iki tərəfin məhkəmələrə verdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil və yarımqoşquya vurulmuş zərərlə bağlı qüsur aktı tərtib olunmamış, iddiaçı, ziyan dəymiş hissələri mütəxəssisin (usta) göstərişləri əsasında alaraq, avtomobil və yarımqoşqunu istifadəyə tam yararl ı vəziyyətə gətirmişdir. Avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün onlara baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil.
59. İddiaçı ona məxsus olduğunu iddia etdiyi əşyaların tam yararsız hala düşməsi nəticəsində dəymiş zərərin ödənilməsini, əşyaların tam dəyərini tələb edir.
60. Məhkəmə bildirmişdir ki, qəbul edilmiş ümumi təcrübəyə görə, nəqliyyat vasitəsinin məhv edilməsi dedikdə avtomobilin əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi hesab olunur.
61. İş üzrə verilmiş ekspert (qiymətləndirmə) rəylərində də dəymiş zərər avtomobil və yarımqoşuqunun mövcud bazar dəyəri əsasında müəyyən edilmişdir.
62. İşdə olan avtomobil və yarım qoşqunun sərhəd keçidi barədə məlumatdan görünür ki, avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, yarımqoşqu isə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiya Federasiyasına və əks istiqamətdə keçidlər etmişdir.
63. Göründüyü kimi, baş vermiş hadisədən sonra avtomobil Rusiya Federasiyası ərazisindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına keçmiş və bundan sonra respublikanın ərazisini tərk etməmişdir.
64. İşin hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə nəqliyyat-trasoloji ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizaların aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
65. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədilə avtomobilin hansı hissələrinin zədələndiyi, onlardan hansının təmirlə bərpa oluna biləcəyi, hansının isə dəyişilməli olduğu barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin arayışının (nöqsan aktı) təqdim olunması təklif olunmuşdur.
66. Məhkəmə tərəfindən vəsatətdə qeyd olunan mütəxəssisin arayışının (nöqsan aktı) məhkəməyə təqdim olunması iddiaçıya təklif olunmuş, lakin iddiaçı həmin arayışı məhkəməyə təqdim etməmişdir.
67. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, ekspert tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi, avtomobilə dəymiş ziyan barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin qüsur aktının təqdim olunmaması qeyd olunmuşdur.
68. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş avtomobilin hadisədən sonrakı vəziyyətini əks etdirən fotokillərdəki görüntülərlə halhazırda ekspert tərəfindən çəkilmiş fotoşəkildəki görüntülər eynilik təşkil etmir. Belə ki, həmin fotoşəkillərdəki görüntülərin müqayisəli analizi göstərir ki, hadisədən sonra avtomobilin üzərində olan bəzi detallar hal-hazırda onun üzərində yoxdur.
69. Bütün bu göstərilənlər, habelə iddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın avtomobilin istifadəyə yaralı vəziyyətə gətirilməsi üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsini təsdiq edən ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin arayışın təqdim edilməməsi məhkəmənin bu qənaətə gəlməsinə əsas verir ki, avtomobil və yarımqoş qunun tam məhv olması əsası ilə həmin əmlakların dəyərinin cavabdehdən tələb olunması əsassızdır.
70. Zərərçəkmiş şəxsin zərər qismində təqsirli şəxsdən dəymiş real zərərin və əldən çıxmış faydanın həcmini aşan maddi nemət əldə etməsi artıq dəymiş zərərin əvəzinin ödənilməsi deyil, əsassız varlanma ilə nəticələnə bilər.
71. Bunlardan başqa, işdə olan sənədlərdən məlum olur ki, avtomobil iddiaçının mülkiyyətində olsa da, yarımqoşqu iddiaçıya deyil, onun qardaşı, iş üzrə 3-cü şəxs Əziz Əzizova məxsusdur. Əziz Əzizov yarımqoşquya dair xx.xx.2018-ci il tarixdə iddiaçının adına geniş səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Etibarnamənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Yarımqoşquya dair iddiaçı ilə cavabdeh arasında müqavilələr xx.xx.2018-ci il tarixdə ba ğlanmışdır. Həmin yarımqoşqunun olduğu nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixdə baş vermişdir. Yarımqoşuqunun mülkiyyətçisi Əziz Əzizov tərəfindən həmin əmlaka dair cavabdehə etibarnamə isə xx.xx.2018-ci il tarixdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsindən 4 ay 24 gündən sonra verilmişdir.
72. Apellyasiya instansiyası hesab etmişdir ki, iddiaçı yarımqoşquya dair öz qardaşı Əziz Əzizovdan etibarnaməni icarə müqaviləsinin bağlanmasından və qəzanın baş verməsindən xeyli sonra əldə etdiyi üçün, o, yarımqoşquya dəymiş zərərin əvəzini özü üçün deyil, mülkiyyətçinin təmsilçisi qismində sonuncunun xeyrinə tələb edə bilər.
73. Məhkəmə onu da qeyd etmişdir ki, yarımqoşqunun mülkiyyətçisi olan Əziz Əzizovun iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi və iddianın təm in olunmasına etiraz etməməsi də ona dəymiş zərərin iddiaçının xeyrinə tutulması üçün əsas ola bilməz. Başqa sözlə, iddiaçının ümumiyyətlə yarımqoşquya dəymiş zərəri cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur. Lakin işə baxmış rayon məhkəməsi işin bu hallarını nəzərə almamış, iddiaçının öz mülkiyyətində olmayan əşyaya dəymiş zərəri cavabdehdən tələb etmək üçün subyektiv hüquqa malik olması barədə iş üzrə səhv nəticəyə gəlmişdir.
74. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 21, 152, 385, 386, 443, MPM-nin 77, 88-ci maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
75. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
76. Kassasiya şikayətində qeyd edilmişdir ki, qətnamədə maddi hüqüq normaları sadalasada, cavabdeh tərəfindən bu normaların pozulmasına hec bir hüquqi qiymət verilməmişdir.
77. Belə ki, 12-ci vərəq, 6-cı abzasda yazır ki, “İş üzrə hər iki tərəfin məhkəmələrə verdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil və yarımqoşquya vurulmuş zərərlə bağlı qüsur aktı tərtib olunmamış, iddiaçı, ziyan dəymiş hissələri mütəxəssisin (usta) göstərişləri əsasında alaraq, avtomobil və yarımqoşqunu istifadəyə tam yararlı vəziyyətə gətirmişdir. Avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün onlara baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil. Avtomobil və yarımqoşqu istifadəyə tam yararlı vəziyyətə gətirilmişdir və Rusiyadadır. Bundan sonra, elə həmin hissədə (13 vərəq 6-cı abzas) göstərilib ki, “İşdə olan avtomobil və yarımqoşqunun sərhəd keçidi barədə məlumatdan görünür ki, avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, yarımqoşqu isə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiya Federasiyasına və əks istiqamətdə keçidlər etmişdir. Göründüyü kimi, baş vermiş hadisədən sonra avtomobil Rusiya Federasiyası ərazisindən evakuatorla xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına keçirilmiş və bundan sonra respublikanın ərazisini tərk etməmişdir və Xaçmazda “Qafqaz Oil” yanacaqdoldurma məntəqəsinin həyətində acıq havada yiyəsiz qalmışdır”.
78. Məhkəmə nəzərə almamışdır ki, dartıcı və qoşqu evakuatorla sərhəddən keçirilərək Xaçmaza gətirilib və həmin gündən də oradadır, qoşqu təmir edilsə də, dartıcı tam yararsız vəziyyətdə olduğundan, qüsur aktı belə tərtib etmək mümkün olmamışdır, bunu Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1375 nömrəli rəyi də təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
79. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
80. Maddə
21. Hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun.
81. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilmə si mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
82. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
83. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
84. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
85. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
86. Maddə 443.2. Zərər bu Məcəllənin 21 -ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
87. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
88. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
90. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
91. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
92. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
93. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
94. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
95. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
96. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxı şının hədləri
97. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
98. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
100. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi "SCHMİTZ SKO24” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu (şassi WSM**********9495, tip furqon soyuducu, 2008-ci il buraxılışlı, ağ rəngli) (bundan sonra – yarımqoşqu yazılacaq) xx.xx.2017-ci il tarixdə iddiaçının qardaşı X4 adına qeydə alınıb.
101. Apelyasiya instansiyası məhkəməsi yarımqoşquya dəymiş ziyanın ödənil məsi tələbinə aid hissədə iddianı rədd edərkən ona əsaslanmışdır ki, yarımqoşquya dəymiş zərəri cavabdehdən tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur.
102. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.
103. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həy ata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
104. Bu baxımdan iddiaçının yarımqoşquya görə ziyanın ödənilməsi barədə tələbi o halda təmin edilə bilərdi ki, bununla bağlı ziyanın özünə yox, yarımqoşqunun mülkiyyətçisinə ödənilməsini tələb etsin. Habelə mülkyyətçinin adından bu cür iddianı irəli sürmək üçün qanuni səlahiyyətə malik olsun. Baxılan işdə bu hallar müəyyən edilməmişdir və bu əsasla iddia tələbi yarımqoşquya aid hissədə rədd edilmişdir.
105. Məhkəmə kollegiyası avtomobilə vurulmuş ziyanın ödənilməsi hissəsində də iddianı haqlı olaraq rədd etmişdir.
106. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçı tərəfin birbaşa vəzifəsidir. Ümumiyyətlə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplan ması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
108. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəs b edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
109. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, avtomobilə dəymiş ziyanın avtomobilin istifadəyə yaralı vəziyyətə gətirilməsi üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsini təsdiq edən ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin arayışını təqdim etməməsi bu qənaətə gəlməyə əsas verir ki, avtomobil və yarımqoşqunun tam məhv olması əsası ilə həmin əmlakların dəyərinin cavabdehdən tələb olunması əsassızdır. 110.İddiaçının qeyd etdiyi kimi avtomobilin qəzaya düşməsi və zərərə məruz qalması özlüyündə iddianın təmin olunması üçün kifayət etmir. Buna görə də ekspert zərə rin hesablanması üçün qüsur aktının təqdim olunmasını tələb etmişdir. Lakin mütəxəssis arayışının (nöqsan aktının) məhkəməyə təqdim olunması iddiaçıya təklif olunsa da iddiaçı həmin arayışı məhkəməyə təqdim etməmişdir. Başqa sözlə iddiaçı sübutetmə vəzifəsinin öhdəsindən gəlməmişdir.
111. Məhkəmə kollegiyası xatırladır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 113.İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 114.Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmiş və müəyyən etmişdir ki, avtomobilə dəyən ziyanın ödənilməsi üçün əsas olan sübutlar iş materiallarında mövcud deyildir. 115.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 116.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 117.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-37/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.