Məhkəmə qərarları › İş №2(102)-2307/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2307/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2307/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi, uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)358/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs X16 tərəfindən verilmiş kassasiya şikay ətinə 7 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 16 sentyabr 2019-cu il tarixili kredit müqaviləsi ilə X2 Cavid Ağabəy oğluna xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 manat borc vermişdir. 2. 4 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə müqaviləyə əsasən, X6 16 sentyabr 2019-cu il tarixdə İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə verdiyi 40000 manat borcun 20000 manatının xx.xx.2019-cu il tarixədək, qalan 20000 manatının isə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə tərəflər razılığa gəlmişlər.

3. Cəlilabad rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-900 № ilə qeydə alınmış icra qeydinə əsa sən, 40000 manat pul və 25 manat dövlət rüsumu, cəmi 40025 manat pul İddiaçı X6 xeyrinə tutulması qeyd edilmişdir.

4. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı və həmin tarixli bildiriş ilə, Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-900 nömrəli icra qeydi icraata qəbul edilmiş və İddiaçı icranı 10 gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Cəlilabad rayon 1 saylı notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş borcun ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli, 8İ-900 reyes tr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bağlandıqdan sonra həmin pulu götürmüş və Elbəyi Bağırovun razılığı ilə yanında Elmidar Hətəmova vermişdir. Elmidar Hətəmov həmin vaxt onların yanında həmin pulu Elbəyi Bağırovdan borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan aylıq 2000 manat Elbəyi Bağırova verəcəyini bildirmişdir. X22 aldığı pulu qaytarmadığından Elbəyi Bağırov pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin qərardadı ilə X14 iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Həmin məhkəmənin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X4 38000 manat pulun alınıb iddiaçı X11 verilməsi qət edilmi şdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixdə isə Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən həmin pulun ondan (iddiaçıdan) tutulması ilə əlaqədar icra qeydi verilmişdir. Bu barədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ona məlumat verilmişdir. Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilən icra qeydində onun (iddiaçının) borclu olduğu göstərilsə də, bununla bağlı məhkəmə qətnaməsi qəbul edilmiş və həmin icra qeydi əsassız olaraq verilmişdir. Həmin borc onun (iddiaçı) tərəfindən deyil, X14 tərəfindən ödənilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-572/2023 nömrəli iş üzrə 8 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia təmin edilməmişdir.

8. Məhkəmə ilk öncə qeyd etmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, X16 ilə İddiaçı arasında 40 000 manat borc pula dair kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə görə İddiaçı 40000 manat pulu 16 sentyabr 2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan sonra İddiaçı həmin pulu götürmüş və iddiaçının razılığı və iştirakı ilə X7 vermişdir. Elmidar Hətəmov həmin vaxt həmin pulu iddiaçıdan borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan iddiaçıya da verəcəyini bildirmişdir. X22 aldığı pulu qaytarmadığına görə iddiaçı pulunu tələb etməyə başlamış, Elmidar Hətəmov həmin pula xalça al dığını, həmin xalçanı müxtəlif insanlara nisyə satdığını, lakin pulunu ala bilmədiyini, pulu qısa müddətdə toplayacağını və borcunu qaytaracağını bildirsə də, vədinə əməl etməmiş və borcunu qaytarmamışdır. Bundan sonra iddiaçı yenə də Elmidar Hətəmovdan pulunu qaytarmasını tələb etmiş və həmin puldan cəmi 2000 manat pul iddiaçıya ödənilmişdir. 13 yanvar 2020-ci il tarixdə isə Elmidar Hətəmov borcunu hər ay 1000 manatdan az olmamaq şərti ilə Elbəyi Bağırova qaytaracağına dair iltizam yazaraq ona (Elbəyi Bağırova) vermişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilərək, X4 38000 manat pulun alınıb X11 verilməsi qət edilmişdir.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 4 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə edilən dəyişiklik barədə müqavilədən müəyyən edilir ki, X6 16 sentyabr 2019-cu il tarixdə İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə verdiyi 40000 manat borcun 20000 manatının xx.xx.2019-cu il tarixədək, qalan 20000 manatının isə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə tərəflər razılığa gəlmişlər.

10. Məhkəmənin qənaətinə görə, məhkəmə iclasında həmin müqavilənin etibarsız hesab edildiyi və ya ləğv edilməsi müəyyən edilmədiyindən, həmin müqavilə əsasında Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-900 reyestr nömrəli icra qeydinin ləğv edilməsi də mümkün deyildir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 324.1, 329.2, 390.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. “Notariat haqqında” Azərbaycan Respulikası Qanunun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsind ə icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. xx.xx.2023-cü il tarixdə X16 pulu almış və yazılı surətdə ərizə verərək, borcun X4 alınaraq tam şəkildə ödənildiyini bildirmişdir.Həmin borc üzrə iddiaçı əsas borclu deyildir. Hazırki iş üzrə cavabdeh olan X14 məhkəmənin qətnaməsində göstərilən 38 min manat pulu ödəmədiyinə görə bir dəfə inzibati həbs cəzası almış, sonra onun barəsində CM-nin 306-cı maddəsi ilə cinayət işi başlanmışdır. Bütün bunlar icra şöbəsinin məmuru Elşən Əsədovun təqdimatı əsasında baş tutmuşdur. X17 məkəmənin hökmünə əsasən məhkum olunmuş və hal-hazırda məhkumluq həyatı yaşıyır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli X14 barəsində olan qətnaməsi ləğv edilməmiş və həmin qətnamədən nə apellyasiya şikayəti, nə də kasassiaya şikayəti olmamışdır. X3 xx.xx.2023-cü il tarixli ərizəsi ilə icra şöbəsinə müraciət edərək bildirmişdir ki, cavabdeh X14 38 min manat pul vəsaiti tam olaraq ona qaytarmışdır. Qanunun tələbinə görə borc mübahisəsiz olduqda icra qeydi verilə bilər. Hazırda borc ödənildiyindən eyni borc üzrə icra qeydinin verilməsi əsassızdır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-358/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər-Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Samir Mayılov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xüsusi notariusu X12 tərəfindən verilən borcun ödənilməsi haqqında 29 yanvar 2023-cü il tarixli, 8İ-900 nömrəli icra qeydi ləğv edilmişdir.

15. Apellyasiya baxışı zamanı Cəlilabad rayon 1 saylı Notariat Ofisindən məhkəməyə təqdim edilmiş, 29 dekabr 2022-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, kreditor X16 ərizə ilə Notariat Ofisinə müraciət edərək 16 sentyabr 2019-cu il tarixli müqaviləsinin müddətinin bitdiyini, borclunun borcu icra etmədiyini bildirmiş və buna görə də, borcluya xəbərdarlıq edilmişdir.Notarius borc icra edilmədiyi üçün icra qeydi etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-c ü il tarixli qərarına görə 2(073)-222/2021 nömrəli icra sənədi tələbkar X13 xx.xx.2023-cü il tarixli ərizəsi əsas götürülməklə Cəlilabad rayon məhkəməsinə qaytarılmışdır.

16. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır.

17. Belə ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X21 Hətəmov və İddiaçı dostu X8 vasitəsilə tanımışdır. Elçin, Elmidar, Cavid və Elbəyi xalça alveri etməyi qərara almışlar. Bundan sonra Notariusa getmişlər, lakin həmin vaxt Elmidar Hətəmovun üzərində şəxsiyyət vəsiqəsi olmadığından kredit müqaviləsi Cavid Nuralıyelə bağlanmışdır. Beləliklə də, X16 ilə İddiaçı arasında 40000 manat borc pula dair 16 sentyabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinə görə İddiaçı 40000 manat pulu 16 sentyabr 2019-cu il tarixədək X11 qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi bağlandıqdan sonra İddiaçı həmin pulu götürmüş və Elbəyi Bağırovun razılığı və iştirakı ilə Elçin Hətəmovun yanında xalça alveri etmək üçün X7 vermişdir. Elmidar Hətəmov həmin vaxt pulu X5 borc aldığını, borcunu qaytaracağını, əldə etdiyi qazancdan E.Bağırova da verəcəyini bildirmişdir. Lakin sonradan Elmidar Hətəmov borcu qaytarmadığından E.Bağırov ilk olaraq 40000 manat pul tələbi ilə Cəlilabad rayon məhkəməsində İddiaçıa qarşı iddia qaldırmış, lakin məhkəmə prosesinin gedişində İddiaçı əsl olan cavabdeh X14 ilə əvəz edərək iddia tələbini E.Hətəmova qarşı müdafiə etmişdir. Məhkəmə müvafiq araşdırama aparmış və Cəlilabad rayon m əhkəməsinin sözügedən qətnaməsi ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış 38000 manat pul X4 Elbəyi Bağırovun xeyrinə tutulması qət edilmişdir. X14 həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əvvəlcə inzibati məsuliyyətə, sonra isə CM-nin 306-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum edilmişdir.

18. Həmçinin qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi ilə bağlı İddiaçı Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 19 oktyabr 2023-cü il tarixli, 2(002)-2988 saylı qətnaməsində onun xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə hər hansı öhdəliyinin olmamasını bildirmiş, həmçinin göstərmişdir ki, həmin müqavilə üzrə borc məbləği digər şəxsdən X6 xeyrinə tutulduğundan Cavid X1 qarşısında ödənilməmiş hər hansı ö hdəliyi olmadığından iddianı təmin etməmişdir. Hal-hazırda qətnamə qanuni qüvvəsini almışdır.

19. Lakin bütün bunlardan sonra Elbəyi Bağırov yenidən notariusa müraciət edərək qeyd edilən mübahisəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 8İ900 reyestr nömrəli icra qeydinin verilməsinə nail olmuşdur.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə E.Bağırov arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisə başqa bir məhkəmə prosesində, yəni Cəlilabad rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)-222/2021 saylı qətnaməsi üzrə mübahisə predmeti olmuş, həmin məhkəmə prosesində E.Bağırov və İddiaçı arasında olan münasibət araşdırılmış və həmin münasibətlərə qətnamə ilə hüquqi qiymət verilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, X16 ilə İddiaçı arasında 40000 manat borc pula dair bağlanmış 16 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

22. Məhkəmənin qənaətinə görə, müəyyən edildiyi kimi E.Bağırovla İddiaçı arasında bağlanmış kredit müqaviləsi əslində E.X15 arasında bağlanacaq əqdi pərdələmişdir. Tərəflərin özlərinin də etiraf etdiyi kimi 40000 manat pul vəsaiti əslində Elmidara verilməli idi və nəticədə Elmidara verilmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340-cı maddələrin ə, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarlarəna istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Üçüncü şəxs X16 (vəkil Nümayəndə2 Həsən oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun ödənilməsi ilə bağlı tərəflər arasında müqavilə olmuş olsa da, lakin işə baxan məhkəmə Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinə istinad edərək 38000 manat borcun X4 alınaraq X11 verilməsi qət edildiyinə istinad etmişdir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, E.Bağırov arasında bağlanmış kredit müqaviləsi üzrə mübahisə başqa bir məhkəmə prosesində, mübahisə predmeti olmuşdur. Halbuki, Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş 16 sentyabr 2019-cu il tarixili kredit müqaviləsindən görünür ki, X2 Cavid Ağabəy oğluna xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 40000 manat borc pul vermişdir. Elmidara 38.000 manat pul verməsi tələbi hazırkı müba hisə predmetinə aid deyildir.

26. Bundan əlavə X24 rayon İcra şöbəsində ərizə yazaraq borclu Elmidar Hətəmovun qətnamə üzrə 38.000 manat pulu güya tələbkarın xeyrinə ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə yazaraq birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Elbəy Bağırov istər birinci inistansiya məhkəməsində, istərsədə apellyasiya inistansiya məhkəməsində bildirmişdir ki, ümumiyyətlə o bu barədə ərizə yazmamışdır. Yazılmış ərizədəki imza ona məxsus deyildir. Əgər o elə bir ərizə yazmış olsaydı, məhkəmə bunu dəqiqləşdirmək üçün icra şöbəsindən həqiqətəndə bu barədə ərizənin olub-olmamasını, əgər olmuşdursa icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın olub-olmamasını dəqiqləşdirməli idi.

27. Bunda n əlavə Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədini tələbkarın ərizəsinə əsasən Abşeron icra şöbəsi tərəfindən “İcra haqqında qanunun” 23.1.1-ci maddəsini rəhbər tutaraq icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Elbəy Bağırov qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə borcu tam ödədiyi üçün icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə yazdığı halda, təkrar xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra şöbəsinə təkrar ərizə yazaraq icra sənədini geri qaytarılmasını xahiş etmiş olması məntiqli deyildir. Gördüyü kimi bunları araşdırmaq vəzifəsi olan apellyasiya inistansiya məhkəməsi araşdırmamışdır.

28. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.2-ci maddələrə istinad edərək əsaslandırmışdır. b) K assasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 30.Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 31.Maddə 389.1. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq m ünasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 32.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 33.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 34.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 35.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olma qla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 36.Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 37.Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı

38. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidi r. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı

39. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfin ə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərin in təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 21 7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-358/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar