Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2308/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13538/2019 saylı qətnaməsindən cavabdeh Qasımov Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.T.Axundova, iş № 2(004)-4908/2019) İddiaçı cavabdeh Qasımov Cavabdeh qarşı alimentin mi qdarının artırılması tələbinə dair iddiasının qismən təmin edilərək hər uşaq üçün tutulan alimentin miqdarı 160 manat müəyyən olunaraq cavabdehdən hər ay sabit pul məbləğində 320 manat iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, A.N.İmanov və V.N.Sadıqov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin miqdarının artırılması hissəsində dəyişdirilib, cavabdehdən tutulan alimentin miqdarı hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat məbləğində müəyyən olunmuşdur. İşin halları: Tərəflər xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2009 və 2012-ci illərdə iki u şaqları olmuşdur. Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla hər uşaq üçün cavabdehdən iddiaçının xeyrinə 90 manat, cəmi 180 manat məbləğində aliment tutulmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı uşaqların artıq orta məktəbdə təhsil almaqla qət olunmuş alimentin onların artmaqda olan tələbatını ödəməməsini, özünün isə işləməməklə uşaqları saxlamaqda çətinlik çəkməsini əsas göstərməklə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün ayda 200 manat müəyyən olunması barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh Qasımov kasasiya şikayəti verərək uşaqların saxlanılmasının hər iki val ideynə aid olmaqla alimentin ödənilməsinin yalnız onun üzərinə qoyulmasının əsassız olmasını, alimentin məbləğinin müəyyən olunması və bunun sabit pul məbləğində edilməsi zamanı onun maddi vəziyyətinin nəzərə alınmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçı və vəkili kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş mater iallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Valideynlər uşağa münasibətdə eyni hüquq və vəzifələrə malik olsalar da, uşaq valideynlərdən birinin yanında saxlanıldıqda və digər valideyn uşağın maddi təminatının ödənilməsində iştirak etmədikdə həmin valideyn Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78-ci maddələrinin tələbinə əsasən aliment verməyə borclu olan şəxs sayılır və uşağın saxlanılması üçün aliment ondan tutulur. Göstərilən vəziyyətdə uşağı saxlayan valideyndən alimentin tutulması qanunun yuxarıda göstərilən normalarının tələbinə uyğun olmadığından kollegiya kasasiya şikayətinin bu barədə olan dəlilini əsassız sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarı qanunun həmin normasının tələbinə uyğun olduğundan kollegiya qətnaməni qanuni sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırki iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2308/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2308/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver