Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2309/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi üzrə mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-440/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1953-cü il tarixdə Ermənistan Quqark rayonunda anadan olmuş Əliyev X5 şəhəri, A.S.Puşkin küçəsi ev 10/3, mənzil 13 ünvanında qeydiyyatdadır.
2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(051)576/2015 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, X3 Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 23 saylı evin 46 saylı mənzilindən xx.xx.2008ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 ilə birlikdə ümumi əsaslarla istifadə hüququ tanınmışdır. 3. 23.07.2008-ci il tarixli etibarnamə ilə (etibarlılıq müddəti 10 il) İddiaçı X1 Gəncə şəhəri, N.Nərimanov prospekti 7-ci döngə, ev 10-da yerləşən iki otaqlı mənzilə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığı yerinə yetirməsilə əlaqədar adından ərizə ver məyi və digər hərəkətlər etməyi etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat pulun və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1953-cü il təvəllüdlü, Mingəçevir şəhəri, Puşkin küçəsində qeydiyyatda olan qardaşı iş üzrə Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə etmiş, 15000 manat məbləğində pulunu ələ keçirmişdir. Cavabdeh ondan pulu o məqsədlə almışdır ki, guya, həmin pulla ona ev alacaqdır. Ondan sonra da nəvəsi X7 ilə cavabdehin oğlu evlənib həmin evdə yaşayacaqdırlar. Cavab deh pulu aldıqdan 1 il müddətinə ona ev alacağını demişdir. O isə qardaşı olduğuna görə inanmışdır. Bu günə kimi nə evi almış, nə də pulu qaytarmışdır. Faktı təsdiq edən səs yazılarını da təqdim etmişdir. Hesab etmişdir ki, cavabdeh onun pulunu qanunsuz ələ keçirmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, lakin iddia ərizəsində istinad etdiyi əsaslardan fərqli olaraq göstərmişdir ki, 2008-ci ildə nəvəsi Esmira ilə Elizbar ailə həyatı qurublar. Bundan sonra qardaşı Cavabdeh ona deyib ki, Elizbargilə ev almaq istəyir. O da Gəncə şəhərində yaşadığı evi 20000 ABŞ dollarına satmış, həmin puldan 15000 manatını cavabdehin evində qızı Moruqun yanında ona şəxsən vermişdir. Sonra qalan puldan cehiz əşyaları almış, seyf qapının pulunu da özü ödəmişdir. C avabdeh öz oğluna ev almış, lakin ona ev almamamışdır. Hazırda onun yaşayış evi yoxdur. Ona görə də qohumlarının yanına sığınmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh pulu aldıqdan sonra bir il müddətində ona ev alacağına söz versə də, bu vaxta qədər nə ev almış, nə də ondan ələ keçirdiyi pulu qaytarmamışdır. Hər dəfə cavabdehdən evi tələb edəndə onu aldadır və müxtəlif bəhanələr göstərir.
7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh göstərmişdir ki, iddiaçının qeyd etdikləri yalandır. Özləri işləyib, öz vəsaitləri hesabına ev alıblar. İddiaçı evini satan zaman o, artıq oğlu Elizbara ev almışdır, İddiaçının satdığı evinin pulunu hansı məqsədlərə xərclədiyindən məlumatı yoxdur. Satılmış evin pulundan ona heç bir məbləğ ödənilməyib. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(051)-2183/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Nemət Paşayev) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2008-ci ildə şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya ev almağı öhdəsinə götürmüş, iddiaçı isə cavabdehə 15.000 manat pul ödəmiş, lakin cavabdeh tapşırığı yerinə yetirilməmişdir. Müqavilə bağlandığı vaxtdan 15 il keçdikdən sonra iddiaçı cavabdehə qarşı tələb irəli sürmüşdür.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti 2009-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gü ndən iddia müddətinin axımı başlamışdır.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Hazırkı mübahisəyə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2 və 377.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələ rinin şərh edilməsi”nə dair 3 iyun 2013-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etmiş, qanunu səhv təfsir etmiş, tərəflər arasındakı mövcud münasibətlərə obyektiv qiymət verməmiş və sonda qanunsuz, əsassız və ədalətsiz qətnamə çıx armışdır. Cavabdeh onu aldadaraq və cavabdehə olan etibarından sui-istifadə edərək demişdir ki, “Gəncə şəhərində tək yaşayırsan, evini sat, Mingəçevir şəhərindən sənə 2 otaqlı ev alım və oğlum Elizbarla nəvən Esmira evlənib toydan sonra həmin evdə səninlə birgə yaşayarlar”. O da cavabdehə inanmış və Gəncə şəhərindəki N.Nərimanov pr. 7-ci döngə 2 otaqlı 10№-li evini 2008-ci ildə X4 adlı şəxsə 20000 (iyirmi min) ABŞ dollarına satmış və niyyəti pulunu əvəzsiz olaraq ələ keçirmək olan cavabdehə qızı Moruxun yanında 15000 manat pul vermişdir. Cavabdeh isə ona bildirmişdir ki, “narahat olma 1 il müddətində sənin adına ev alacam”. Lakin cavabdeh onun adına deyil, öz oğlu Elizbarın adına Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsindəki 23 saylı evin 2 otaqlı 46 saylı mənzilini almış və oğlu ilə nəvəsi Esmi ra köçüb həmin mənzildə bir ailə üzvü kimi yaşamışlar. Bundan sonra o, ona (iddiaçıya) demişdir ki, “narahat olma qoy uşaqlar (oğlu və nəvəsi) yerbəyer olsun, sənin evini alacam”. Həmin vaxtdan bu günədək cavabdeh aldadıb ondan aldığı 15000 manata nə ona ev almış, nə də onun pulunu qaytarmışdır. Cavabdeh isə dələduzluq edərək onu aldadıb 15000 manat pulunu ev almaq adı ilə əvəzsiz ələ keçirmişdir. Qeyd etmişdir ki, məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlsə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə düzgün hüquqi qiymət verməyərək, səhvə yol verərərk iddia müddətinin keçməsini tətbiq edib iddiasını rədd etmişdir. Mülki Məcəllənin 777-ci maddəsinin tələbləri baxımından tərəfindən cavabdehə hər hansı bir tapşırıq verilmədiyinə və cavabdehlə aralarında müqavilə tələ bləri mövcud olmadığına görə onun mülkiyyəti olan 15000 manat pul tələbi iddia müddəti şamil edilməyən tələbdir. Cavabdeh mülkiyyətçi kimi onun 15000 manat pulunu aldatma yolu ilə ələ keçirməklə əmlak üzərində mülkiyyət hüququmu pozduğuna görə mən mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması tələbi ilə məhkəmədə iddia qaldırmışam. Cavabdehin iddiaçını aldadıb ələ keçirdiyi və əsassız varlandığı 15000 manat pul əşya olaraq onun xüsusi mülkiyyətimdir. İşin faktiki halları və mötəbər sübutlar olduğu halda məhkəmə cavabdehin ona ev almaq adı ilə onu aldadıb 15000 manat pulunu ələ keçirməsi faktını nədənsə şifahi tapşırıq müqaviləsi kimi qiymətləndirmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya in stansiya məhkəməsi) 2(107)-440/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Vəzirxan Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2183/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Cavabdeh iddiaçının vermiş olduğu 15000 manat məbləğində pul müqabilində sonuncuya bir il müddətinə ev alacağı barədə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırkı mübahisəyə müqavilə münasibətlərindən y aranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.
17. Apellyasiya şikayətinin başlıca dəlili tərəflər arasında müqavilə münasibətlərinin, o cümlədən tapşırıq münasibətlərinin olmaması barədədir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsassız sayaraq qeyd etmişdir ki, qanunun tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İddiaçı 15000 manatı cavabdehə verərək ona ev almasını tapşırmışdır. Tapşırığı qəbul edən cavabdeh tapşırığı ic ra etməyərək iddiaçının (vəkalət verənin) haqlı mənafelərini müdafiə etməmişdir. Cavabdehintapşırığıicraetməməsinəticəsindəiddiaçıyazərərdəymişdir.
18. Apellyasiya şikayətinin dəlillərindən biri də Mülki Məcəllənin 135, 384.0.4-cı maddələrinə əsasən iddiaçının tələb etdiyi pul əşya olaraq onun xüsusi mülkiyyəti olduğuna görə hazırkı tələb iddia müddətinin şamil edilməyən tələb olması barədədir. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsus iyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Hazırkı iş üzrə vəkalət verənlə (iddiaçı) vəkalət alan (cavabdeh) arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər.
19. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olduğundan cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi dələduzluq cinayətinin tərkibini yarada bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayən də) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq iddiaçı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, birinci və apellyasiya intansiyası məhkəmələri işə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etmiş, qanunu səhv təfsir etmiş, tərəflər arasındakı mövcud münasibətlərə obyektiv qiymət verməmiş və sonda qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxa rmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etirazda kassasiya şikayətinin əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
24. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
27. Maddə 372.1. Başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur.
28. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
29. Maddə 373.1. Ümumiddia müddəti on il təşkil edir.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarıla nadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır
33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu məcəllə ilə müəyyənləşdirilir.
34. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
35. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata k eçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
36. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalətalanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
37. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
38. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikay ətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2008-ci ildə yaranmışdır. Cavabdeh iddiaçının vermiş olduğu 15.000 manat pul müqabilində sonuncuya bir il müddətinə ev alacağı barədə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırkı mübahisəyə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə üç illik iddia müddəti tətbiq olunur. İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddianı qanunda göstərilmiş 3 (üç) illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məh kəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.
53. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin başlıca dəlili tərəflər arasında müqavilə münasibətlərinin, o cümlədən tapşırıq münasibətlərinin olmaması barədədir. Apellyasiya instansiyası məhkəməsi, şikayətin həmin dəlilini əsassız sayaraq qeyd etmişdir ki, qanunun tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İddiaçı 15.000 manatı cavabdehə verərək ona ev almasını tapşırmışdır. Tapşırığı qəbul edən cavabdeh tapşırığı icra etməyərək iddiaçının (vəkalət verənin) haqlı mənafelərini müdafiə etməmişdir. Cavabdehin tapşırığı icra etməməsi nəticəsində iddiaçıya zərər d əymişdir.
54. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Hazırkı iş üzrə vəkalət verənlə (iddiaçı) vəkalət alan (cavabdeh) arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər.
55. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassa siya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(107)-440/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.