Məhkəmə qərarları › İş №2(102)-2310/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2310/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2310/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil, cavabdeh “xxxx” MMC-nin vəkili X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X1 və “xxxx” MMC-yə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)6815/2019 nömrəli qətnaməsindən İdd iaçı ASC-nin və cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X1 və “xxxx” MMC-yə qarşı iddia və dəqiqləşmə barədə ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə 233761 manat əsas, 160554 manat faiz borcu, ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 394376 manat borcun tutulması, tutmanın X2 məxsus 1 saylı evə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(009)-229/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 233761 manat əsas, 160554 manat faiz borcu, 61 manat məbləğində ödənilmiş dövlət rüsumları olmaqla, cəmi 394376 manat pulun tutulması, ipoteka predmeti olan, X2 məxsus, 1 saylı evin ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə, tutmanın həmin evə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, İddiaçı ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X2 qaytarılnması, 1 saylı evinsatıldıqdan sonra 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manatın “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin he sabına, 50 manatın isə dövlət nəfinə ödənilməsi qət edilmişdir. (hakim Zaur Əliyev) “xxxx” MMC qətnamənin 160554 manat faiz borcunun tutulması və ipoteka predmetinin ilkin qiyməti hissəsindən, İddiaçı ASC isə yalnız ipoteka predmetinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi hissəsindən apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı” ASC-ninvə cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(005)-2367/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmiş, faiz borcunun məbləğinin 118300.82 manat müəyyən edilməsi, “xxxx” MMC-dən İddiaçı ASCnin xeyrinə əsas borc kimi 233761 ma nat, faiz borcu kimi 118300.82 manat, ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 61 manat olmaqla, cəmi 352122.82 (üç yüz əlli iki min manat səksən iki qəpik) manatın tutulması, həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, ipoteka predmeti olan 1 nömrəli fərdi yaşayış evinin 0.06 ha torpasq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissələrinin dəyişdirilməməsi, qiymətləndirmə xərci olan 500 manatın 250 manatının “xxxx” MMC-dən, 250 manatının İddiaçı ASC-dən “xxxx” MMC-nin nəfinə tutulması, mühasibat ekspertizasının xərci olan 150 manatın 75 manatının “xxxx” MMC-dən, 75 manatının İddiaçı ASC-dən Məhkəmə Ekseprtizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir.(h akimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) Vüsalə Baxışova, Vüqar Həsənov) İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin faiz məbləği hissəsindən, “xxxx” MMC isə həm faiz məbləği, həm də ipoteka predmetinin ilkin satış qiyməti hissəsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-738/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı” ASC-nin kassasiya şikayəti təmin edilməmiş,cavabdeh “xxxx” MMC-nin kassasiyaşikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1234/2018 saylı, xx xxxx 2018-ci iltarixli qətnaməsi qismən – ipoteka predmetinin qiymətlləndirilməsi hissəsində ləğv edilərək, mülki iş həmin hissədə yeni apellyasiya b axışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6815/2019 saylı, xx xxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı ASC-ninapellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-229/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilməsi, cavabdeh“xxxx” MMCnin həmin hissədə apelyasiyaşikayətinintəmin edilməməsi qət edilmişdir. (hakimlər Abiddin Hüseynov (sədrlik edən və məruzəçi) Azad İmanov, Vahid Sadıqov) İddiaçı ASC və cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla ilə qəbul edib. İşə yenidən apelyasiya qaydasında baxılarkən, ipoteka predmetinin bazar dəyərinin 500000 manat olması barədə rəy olsa da, apelyasiya instansiyası məhkəməsi daha əvvəlki rəyi əsas götürüb ipoteka predmetini 720000 manat qiymətləndirib. Rəylər arşında ziddiyyət olduğu üçün sonuncu rəy əsas götürülməklə, ipoteka predmeti 500000 manat qiymətləndirilməli idi. Cava bdeh “xxxx” MMC kassasiya şikayətini onunla əsaslandırıb ki, ipoteka predmeti olan əmlakın 720000 manat qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh edilən göstərişləri apelyasiya instansiyası məhkəməsi nəzərə almayıb. Apelyasiya instansiyası yenidən qiymətləndirmə rəyi alıb, yeni rəydə qiymət 500000 manat göstərilib, bu məbləğ ziddiyyətli olsa da, apelyasiya instansiyası məhkəməsi bu ziddiyyəti aradan qaldırmamış və əmlakı yenə də 720000 manat dəyərində qiymətləndirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin vəkili Vəkil cavabdehin kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, tərəflərindən verilmiş şikayətin isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X7 iddiaçının kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləği hissəsində Bakı Apell yasiya Məhkəməsinin 2(103)-1234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-738/2019 saylı, xx xxxxxx 2019cu iltarixli qətnaməsi ilə artıq dəyişdirilmədən saxlanıb. Yeni apelyasiya baxışının predmeti yalnız ipoteka predmetinin satış qiyməti olub və hazırda da kassasiya şikayətləri ilə apelyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirilir. Buna görə də məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qətnaməsini kassatorların şikayəti üzrə həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləritəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarına uyğun olaraq yalnız ipoteka predmetinin qiyməti hissəsində yoxlamış və qeyd edilən qərarda şərh edilən göstərişlərə əsasən ipoteka predmetinin qiymətinin müəyyən edilməsi üçün təyin etdiyi ekspert rəyinə istinad edədrək birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdimiş, ipoteka predmetinin ilkin satış qiymətinin 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilməsini qət etmiş, gəldiyi nəticəni də “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən e tdiyi hallarına uyğun olaraq, ipoteka predmetinin ilkin satış qiymətini 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinin açıq hərracda satılmasından əldə edilən vəsait hesabına ödənilməsi barədədir. Kredit müqaviləsi üzrə borc məbləği, tələbin ipoteka predmetinə yönəldilməsi artıq mübahisə predmeti deyil. Hazırki iş üzrə mübahisələndirilən yeganə hal ipoteka predmetinin hərracda ilkin satış qiyməti olmuşdur. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş qiymətləndirmə üzrə “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli rəyi ilə ipoteka predmetinin həmin tarixə ba zar dəyəri ******* manat, ilk apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə üzrə “xxxx” MMCnin xx.xx.2018-ci il tarixli rəyi ilə həmin tarixə bazar dəyəri 720000 manat olmuşdur. Hər iki rəydə göstərilən qiymətlər kəskin fərqləndiyindən və bu səbəbdən ziddiyyətli olduğu üçün işə yenidən baxılarkən apelyasiya instansiyası ipoteka predmetini yenidən qiymətləndirmiş və x xx.xx.2019-cu il tarixli rəyi ilə ipoteka predmetinin həmin tarixə bazar dəyərinin 500000 manat olmasını müəyyən etmişdir. Bununla belə, apelyasiya instansiyası ipoteka predmetinin ilkin satış qiymətini sonuncu rəyə uyğun olaraq 500000 manat deyil, əvvəlki apelyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə rəyinə uyğun olaraq 720000 manat müəyyən etmiş və gəldiyi nəticəni də onunla əsaslandırmışdır ki, əvvəlki apellya siya baxışının nəticəsi üzrə qəbul edilmiş məhkəmə qətnaməsində verilmiş rəyə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiyməti 720000 müəyyən edilmiş, iddiaçı bank qətnamənin həmin hissəsindən kassasiya şikayəti verməməklə bu qiymətlə razı olmuşdur. Cavabdeh “xxxx” MMC isə kassasiya şikayətində ipoteka predmetinin qiymətini mübahisələndirirək, həmin əmlakın bazar dəyərinin daha artıq olmasını bildirmişdir. Apelyasiya baxışının predmetini əmlakın ilkin satış qiymətinin 720000 manatdan çox olub-olmadığının müəyyənləşdirilməsi təşkil etdiyindən, sonuncu rəydə də əmlakın dəyərinin 720000 manatdan çox olması təsdiq edilmədiyindən, apelyasiya instansiyası ipoteka predmetinin ilkin satış qiymətinin 720000 manat olması qənaətinə gəlmişdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə mə hkəməipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına, yəni iddiaçı ilə cavabdeh apasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılıq olmaması halına uyğun olaraq, qiymətləndiricinin rəyini almaqla mübahisəyə “İpoteka haqqında” Qanunun qeyd edilən maddəsiini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi qiymətləndiricinin rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətlə ndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə kassasiya şikayətlərnin dəlilləri əsassızdır. İpoteka predmetinin dəyərinin daha artıq olması barədə cavabdehin kassasiya şikayətinin dəlilləri onun apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına rəylərə əsasən qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanması na zərurət yoxdur. İpoteka predmetinin ilkin satış qiymətinin sonuncu rəyə uyğun olaraq 500000 manat müəyyən edilməli olması barədə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti 720000 manat müəyyən edilmiş, iddiaçı həmin qiymətlə razı olmuşdur. İkinci apelyasiya baxışının predmeti isə cavabdehin apelyasiya şikayəti üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 720000 manatdan çox olması təşkil etmişdir. Bu baxımdan, iddiaçının kassasiya şikayəti əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ASC-nin və cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarix li 2(103)-6815/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar