Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2311/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-279/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı Cavabdeh ASC-də (əvvəlki adı Azərbaycan Boru Prokat zavodu) işlədiyi müddətdə müvafiq dövr ərzində əmək haqqına görə ödənilməli olan vəsait Fondun hesabına köçürülməmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı SSN: **********52 nömrəli şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829 (dörd min səkkiz yüz iyirmi doqquz) manat 19 (on doqquz) qəpik məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə q anuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 31 yanvar 1974-cü ildən xx.xx.2016-cı il tarixinə qədər Cavabdeh ASC-də (əvvəlki adı Azərbaycan Boru Prokat zavodu) işləmişdir. Ümumi iş stajı 42 ildən artıqdır. 2006-cı ildən zərərli istehsal sahəsində işlədiyinə görə əmək pensiyası alır və eyni zamanda Cavabdeh ASC-də işləməyi davam etmişdir. 01 aprel 2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edildiyinə görə pensiyanın yenidən hesablanması xahişi ilə AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, işlədiyi Cavabdeh ASC onun şəxsi hesabı olan SSN**********252 saylı hesaba əmək haqqından tutulmuş 4829.19 manat pulu (məcburi dövlət sosial sığorta haqqını) İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürməmişdir. Bu səbəbdən də pensiyanın yenidən hesablanması aparılmamışdır. 2006cı ilin yanvar ayından 2016-cı ilin aprel ayına qədər onun əmək haqqından sosial sığorta haqqı tutulsa da tutulmuş vəsait aidiyyatı üzrə köçürülməmişdir. Qeyd edilən səbəbdən də ona hər ay 40-45 manat az pensiya ödənilmişdir. Məsələ ilə əlaqədar ol araq Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İddiası təmin edilmişdir. Cavabdeh "Azərboru” ASC tərəfindən onun şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829,19 manat məcburi dövlət sosial sığorta haqqının AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Beləliklə hesab edir ki, cavabdehin günahı üzündən o, 2006-cı ilin yanvar ayından hal-hazıra qədər hər ay 40-45 manat az pensiya alır. Nəticədə 14 il ərzində az cavabdehin günahı üzündən ona 6720 manat az pensiya ödənilmişdir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, qanunun tələbinə görə bu mübahisələrdə fiziki şəxs prosessual baxımından işdə maraqlı şəxs ola bilər, lakin iddiaçı ola bilməz. Belə ki, tələbetmə hüququ ona aid deyil. Bu bo rclar hər bir şəxs üçün fərdi deyil, ümumiləşmiş borclardır və Dövlət Sosial Müdafiə Fondu ilə müəssisə arasında olan münasibətlərlə, qanunda nəzərdə tutulmuş qaydada tənzimlənir. Müəssisənin maliyyə durumu ilə əlaqədar olaraq 2006-2016-cı illərdə Cavabdeh ASC-nin Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır və İri Sığortaedənlərlə İş İdarəsi müxtəlif vaxtlarda məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun onun xeyrinə tutulması barədə Cavabdeh ASC-yə qarşı iddia qaldırmış və iddiaları təmin edilmişdir. Bu barədə müxtəlif illərdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarları vardır ki, həmin işlər üzrə artıq icra icraatına başlanılmışdır.
7. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, sığortedən "xxxx" ASC tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlara (Forma B3) əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabında öz əksini tapmışdır. İddiaçı 3 dekabr 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”na uyğun olaraq yaşa g örə 53,35 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixindən pensiya məbləği 255,76 manatdan 298,47 manata çatdırılmışdır, işdən azad olma ilə bağlı vətəndaşın müraciətinə əsasən pensiyası “Əmək pensiyaiarı haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 298,47 manatdan 345,60 manata çatdırılmışdır. İddiaçı tələb etdiyi illərə görə əmək pensiyasının hesablanmasını tələb edərsə hesablamalar əsasında onun hazırda aldığı pensiya azaldılacaqdır.
8. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə xx.xx.2016-cı il tarixdən xx. xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 6270 manat pul vəsaitinin xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyərinin 8169,81 manat məbləğində olması müəyyən edilmişdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə isə İddiaçı pensiya məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci il tarixə məbləğin 328,15 manat təşkil edəcəyi müəyyən edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 07 iyul 2022-ci il tarixli, 2(060)-25/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi iş materiallarına, Azərbaycan Respublikası Mülki Məcəllə sinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 124.1, 124.2-ci maddələri və “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 6.1.1, 6.1.2, 6.2-ci maddələrinə istinad etməklə iddia tələbini rədd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə ona edilmiş əmək pensiyası məbləğinin 2016-cı ildən artmalı olduğu halda, cavabdehin 2006- cı ildən 2016-cı ilin aprel ayınadək işlədiyi müddət ərzində əmək haqqından tutulmu ş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulunu yalnız 2020-ci ilin aprel ayında fərdi hesabına köçürməsi nəticəsində, həm 2016-2020-ci lin aprel ayınadək müvafiq artımdan məhrum edilməyinə, eyni zamanda bu qanunsuzluq nəticəsində 2016-cı ildən başlayaraq pensiya kapitalının ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsinin ona şamil edilməməsi səbəbindən maddi ziyana uğradılmağına göz yummuş, hüququnun pozulmasına qiymət verməmiş, müəyyən olunmuş hallara münasibətdə sadalanan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, cavabdeh tərəfindən hələ 2016-cı ilədək ödənməli olan əmək haqqından tutulmuş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulun 2020-ci ilin aprel ayında fərdi hesabına köçürüldükdən sonra onun pensiyası 50 manat 27 qəpik artmışdır. Halbuki cavabdeh qeyd edilən məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında fərdi hesabına köçürsəydi, pensiya məbləğinin 2017-ci ilin yanvar ayından bu məbləğdə artması təmin ediləcəkdi. Nəticədə o, 2017-2022-ci illər ərzində ümumilikdə 3098,31 manat pensiya pulundan məhrum edilməklə cavabdeh tərəfindən ziyana uğradılmışdır. Məhkəmə cavabdehin məcburi sosial sığorta haqqı üzrə borcunu vaxtında fərdi hesabına köçürməməsi nəticəsində onun pensiya hüququnun pozulduğunu, bu səbəbdən yuxarıda sadaladığı müvafiq illərə görə pensiya artımının ona şamil edilməyərək pensiya pulunun ona ödənilmədiyini və nəticədə cavabdehin təqsiri ucbatından ziyana uğradıldığına lazımi hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və sözügedən maddi hüquq normasının pozuntusuna yol vermişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-279/2023 nömrəli iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ekspetizanın rəyi ilə razı olmadığını bildirsə də ekspert rəyini təkzib edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Şikayətdə göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilm işdir.
16. Məhkəmə kollegiyası iş materiallarına, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1ci maddələri, MPM-in 124.1, 124.2-ci maddələri və “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 6.1.1, 6.1.2, 6.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qe yri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli, 9/1772 saylı məhkəmə-mühasibat ekspertizasının rəyinə nəzər yetirdikdə görünür ki, iddiaçının iddia tələbindəki məsələyə ekspert qeyri-ciddi yanaşmışdır. Belə ki, rəyin təsviri hissəsində qeyd olunur ki, “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6365.99 manat (50% nəzərə alınmaqla) (xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən ötən dövrlər üzrə ödəniş edildiyi nəzərə alınmaqla) ödənilən sığorta kapitalı nəzərə lınmaqla vətəndaşın pensiyasının məbləği aşağıdakı kimi hesablanır”. Lakin ekspert rəyində həmin hissədə 8391,31 manat (50% nəzərə alınmaqla) qeyd olunmalı idi. Halbuki vətəndaşa aid 2015-ci ilə olan fə rdi məlumatlar üzrə arayışda indeksləşdirilmiş pensiya kapitalının məbləği 10305.29 manat qeyd olunmuşdur. 2016-cı ilə olan fərdi məlumatlar üzrə arayışda isə indeksləşdirilmiş pensiya kapitalının məbləği 10394,21 manat qeyd olunmuşdur. Bundan əlavə EGOV.az-dan sığortaolunanlara məlumatların verilməsinə dair çıxarışda pensiya kapitalı 50% nəzərə alınmadan 5394.21 manat təşkil edir. Bu məhkəmənin diqqətinə çatdırılsa da qanunsuz olaraq nəzərə alınmamışdır. Həmçinin rəydə iddiaçıya ödənilmiş pensiya məbləğinin 3930.29 manat olması qeyd olunmuşdur, lakin həmin məbləğ də həqiqətə uyğun deyildir. Belə ki qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona 4829.19 manat ödənilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X4 X3:
20. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakın a və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə:
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-ol unmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
36. Hazırkı işdə iddiaçı 2006-cı ilin yanvar ayından 2016-cı ilin aprel ayına qədər onun əmək haqqından sosial sığorta haqqı tutulsa da, tutulmuş vəsai ti cavabdehin aidiyyəti üzrə köçürməməsi nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir (§ 4-5).
37. Cavabdeh isə tələbetmə hüququnun iddiaçıya aid olmadığını, bu məsələyə ayrı bir işdə baxılaraq artıq məhkəmə aktı çıxarıldığını bildirərək iddiaya etiraz etmişdir (§ 6).
38. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmi n olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr isə qətnamələrində tərəflərin və üçüncü şəxsin izahatlarını, iş materiallarını, o cümlədən ekspertiza rəylərini, bəzi qanunvericilik normalarını sadalayaraq tələbi rədd etsələr də, iddianın qanuni əsası olan maddi hüquq normasının şərtləri ilə iddiaçının bildirdiyi hallar arasındakı uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamış, tətbiq edilən maddələr baxımından iddianın rədd olunması səbəblərini lazımi şəkildə əsaslandırmamışlar.
40. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tə rəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 30-31).
41. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
42. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, s adəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
43. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 20-21).
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutları n düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
45. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdır ılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası tə min olunmalıdır.
47. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
48. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunver iciliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-279/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.