Məhkəmə qərarları › İş №2(102)-2311/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2311/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2311/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2689/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tə rəfindən verilmiş kassasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 00-xx-xx027772 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana 48 ay müddətinə illik 23 faizlə 11.424 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür.

2. Bank tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixə dair arayışa əsasən, borclu Cavabdeh banka 22 iyun 2019-cu il tarixı 10.484,15 ABŞ dolları əsas və 9.446,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19.930,69 ABŞ dolları borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci insta nsiya məhkəməsində icraat:

3. İddiaçı MuğanBank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı 17 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.484,15 ABŞ dolları əsas və 9.446,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19.930,69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən cavabdehə şəxsi məqsədləri üçün illik 23 faizlə 48 ay müddətinə 11.424 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. xx.xx.201 5-ci il tarixli 00-xx-xx-0277772 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməmişdir.

5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, məhkəmə iclasında isə iddiaya etiraz edərək cavabdehin iddiaçıya borcunun olmadığını bildirmişdir.

6. Ağdam Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(013)-2212/2020 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Bankla cavabde h arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 00-15-11027772 saylı kredit müqaviləsinin və həmin kredit müqaviləsinin 1 saylı əlavəsini sürətləri və digər sənədlərin sürətləri lazımi qaydada təsdiq olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan sürətlərin üzərinə əl yazma ilə “əsli ilə düzdür” yazılmış və soyadı, adı və atasının adı, həmçinin vəzifəsi göstərilməyən şəxs tərəfindən imza edilmiş, həmin sürətlərin üzərinə “Muğanbank ASC arayışlar üçün” yazılmış ştamp vurulmuşdur. Məhkəmə tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə məktub göndərilsə də, iddiaçı tərəfindən məhkəmənin məktubuna cavab verilməmiş və məktubda göstərilən sənədlər məhkəməyə göndərilməmişdir.

8. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə q eyd etmişdir ki, ərizədə ifadə edilən mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandır arkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 89.1 və 89.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə iclasında onların iştirakı təmin edilmədiyindən çəkişmə prinsipi pozulmuşdur. Həmçinin, məhkəmə əsassız olaraq iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin 08 iyun 2019-cu il tarixə olan borcunun miqdarının müəyyən edilməsi məqsədilə mə hkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyinə əsasən cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) Banka olan borcu 17.165,61 ABŞ dolları, o cümlədən 10.484,15 ABŞ dolları əsas, 6.681,46 ABŞ dolları faiz borcu təşkil etmişdir.

13. İddiaçı apellyasiya instansiyası məhkəməsinə 02 mart 2023-cü il tarixli maliyyə arayışı təqdim etmişdir. Arayışda cavabdehin Banka 22 iyun 2019-cu il tarixinə 10.484,15 ABŞ dolları əsas, 4.724,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15.208,39 ABŞ dolları borcunun olmasını göstərmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-608/2023 nö mrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehdən 10.484,15 ABŞ dolları əsas, 6.681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17.165,61 ABŞ dolları məbləğində borc məbləğinin ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, i ddianı rədd edən birinci instansiya məhkəməsi kredit müqaviləsinin və onun 1 saylı Əlavəsinin əslinin məhkəməyə təqdim edilməməsini əsas gətirərək iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, cavabdeh tərəf həmin müqavilənin mövcudluğunu birinci instansiya məhkəməsində mübahisələndirməyərək, yalnız iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianı təsdiq edən sənədlərin əsli o zaman mühüm əhəmiyyət kəsb edə bilər ki, cavabdeh tərəf həmin sənədlərin mötəbərliyini şübhə altına almış olsun. Hazırkı işin hallarına görə isə cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmişdir. D igər tərəfdən mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanması qanunvericiliyin tələbidir. Bu formaya riayət edilməməsi isə həmin əqdin etibarsızlığına əsas versə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından əqdin etibarsızlığı halında tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu hesab olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi kredit müqaviləsinin əsli təqdim edilmədiyi və təqdim edilmiş kredit müqaviləsinin surətini sübut kimi qəbul etmədiyi halda belə, etibarsız əqdin nəticəsi qis mində cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranıb-yaranmamasını müəyyən etməli idi. Yuxarıda qeyd olunduğu kimi cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmiş, iddiaçı isə müqavilənin əslini apellyasiya instansiyasına təqdim etmişdir ki, bununla da tərəflər arasında etibarsız borc müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Buna görə də qeyd olunan əsasla iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

17. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində bor c pul verilmiş, cavabdehin müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməyərək, müqavilə üzrə öhdəliyin icrasının son müddətinə 10.484,15 ABŞ dolları əsas, 6.681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17.165,61 ABŞ dolları məbləğində iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonrakı dövrə görə də, yəni 08 iyun 2021-ci il tarixinədək olan dövrə görə faiz məbləği hesablanmaqla tələb edilmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonra faiz hesablaması düzgün olmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ödənilmiş pulların əsasən faiz məbləğinə silinməsi ilə bağlı etirazına münasibətdə gös tərmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ödənişlərə dair cədvəl və ekspert rəyinə əsasən cavabdeh tərəfindən ümumilikdə 6.418,74 ABŞ dolları ödəniş edilmişdir ki, həmin məbləğin 939,85 ABŞ dolları əsas borc məbləğinə, 5.478,89 ABŞ dolları isə faiz məbləğinə silinmişdir. İş materiallarında əlavə edilmiş ödəniş cədvəlinə əsasən isə cavabdeh hər ay 407,71 ABŞ dolları ödəməli olduğu halda, yalnız müqavilə bağlandıqdan 4 ay ərzində gecikdirmə ilə hər ay üçün 407 ABŞ dolları ödəmiş, sonrakı aylarda isə əsas borc məbləğindən ödəniş etməməklə yanaşı, aylıq faiz məbləğlərini də tam ödəməmiş, 2017-ci ilin sentyabr ayından isə, ümumiyyətlə, ödəniş etməmişdir. İddiaçı bankın edilmiş ödənişləri ilk öncə hesablanmış faizlərdən silməsi isə Mülki Məcəllənin 432.4-cü maddəsin in tələbinə uyğun olmuşdur.

19. Məhkəmə kollegiyası ekspert rəyinə əsasən belə nəticəyə gəlmişdir ki, faiz borcu hissəsində iddia tələbi qismən əsaslıdır və faiz borcu 6.681,46 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini əsaslandırarkən Mülki Məcəllənin 329.1, 337.5, 432.4, 739.1, 740.1, 740.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

21. Qətnamədən cavabdeh (Vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, cavabdeh 6.418,74 ABŞ dolları pul vəsaitini iddiaçıya ödəsə də, əsassız olaraq həmin məbləği faiz borcundan silinmişdir. Faiz məbləği ekspertiza mərkəzi tərəfindən düzgün hesablanmadığından məhkəmə öz təşəbbüsü ilə yenidən ekspertizanın keçirilməsini təşkil etməli idi. Yəni faizin 90 gün müddətində hesablanması qanuni şəkildə olmalı olduğu halda, onların müddəti kifayət qədər çox hesablanmışdır. İddiaçı qərəzli olaraq iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmiş, iddiaçının faizlərin hesablanmasının davam etdirilməsi üçün 2017-ci ildən (sonuncu ödəniş tarixindən) deyil, 2021-ci il tarixində məhkəməyə müraciət etməsinə məhkəmə hüquqi qiymət verməmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3789/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qə tnaməsi ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Vidadi Məmmədov və Zaur Əliyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan faiz borcu hissəsində ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Kassasiya məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə iddianın əsas borc məbləği hissəsində düzgün nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində borc veril miş, cavabdeh müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyin icrasının son müddətinə əsas borcunun 10.484,15 ABŞ dolları miqdarında olması mühasibatlıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə əsas borcla bağlı hissəsində gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin həmin hissədə müəyyən edilmiş halına uyğun olmuşdur. Buna görə də həmin hissədə qətnamənin ləğvinə əsas olmamışdır.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi həmin kredit müqaviləsi üzrə faiz borcunun məbləğini ekspert rəyinə əsasən müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə Ekspertiz ası Mərkəzinin 27 aprel 2023cü il tarixli, 9/2212 saylı rəyində cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) 6.681,46 ABŞ dolları faiz borcu olmuşdur. Eyni zamanda iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 02 mart 2023-cü il tarixli maliyyə arayışında cavabdehin Banka 22 iyun 2019-cu il tarixinə 4.724,24 ABŞ dolları faiz borcu olması göstərilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının təqdim etdiyi maliyyə arayışındakı faiz borcu məbləğində təxminən 2.000 ABŞ dollarına qədər fərq olmuşdur. Başqa sözlə, iddiaçının maliyyə arayışında faiz borcu aşağı miqdarda göstərilmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən maliyyə arayışına qiymət vermədən, həmin arayışla bağlı iddiaçının nümayəndəsinin mövq eyini öyrənmədən faiz borcunun məbləği ilə bağlı ekspert rəyini əsas götürmüş, cavabdehin apellyasiya baxışında təxminən 10.000 manat ödəniş etməsinə baxmayaraq, həmin məbləğin əksər hissəsinin faizə silinməsi barədə dəlillərinə əhəmiyyət verməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətində də 6.418,74 ABŞ dolları pul ödəməsinə baxmayaraq, həmin məbləğin əsassız olaraq faiz borcundan silinməsini bildirmişdir, belə olan halda, həmin xüsusat işin faktiki halları ilə bağlı olduğu və işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün cavabdehin həmin dəlillərinin əsaslı olub-olmamasına və faiz borcu hissəsində gəlinən nəticənin əsaslılığına məhkəmə kollegiyası qiymət verə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kredit m üqaviləsi üzrə faiz borcu hissəsində apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2689/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) Rəşad Mamedov və Əlizamin Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin faiz borcunun təmin olunmadığı hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə qismən təmin edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə 4.724,24 ABŞ dolları faiz borcu məbləğinin ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində tutularaq, iddiaçının xeyrinə ödə nilməsi, iddianın faiz borcunun qalan hissəsində təmin edilməməsi qət olunmuşdur.

29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq, sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində borc verilmiş, cavabdeh müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyindən də görünmüşdür ki, cavabdehin 08 iyun 2019-cu il tarixinə 6.681,46 ABŞ dolları faiz borcu olmuşdur. Eyni zamanda iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 02 mart 2023-cü il tarixli maliyyə arayışında cavabdehin Ba nka 22 iyun 2019-cu il tarixinə 4.724,24 ABŞ dolları faiz borcunun olması göstərilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının təqdim etdiyi maliyyə arayışındakı faiz borcu məbləğində təxminən 2.000 ABŞ dollarına qədər fərq olmuşdur. Başqa sözlə, iddiaçının maliyyə arayışı ilə Cavabdeh Banka 22 iyun 2019-cu il tarixinə 4.724,24 ABŞ dolları faiz borcunun olması müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Bankın maliyyə arayışında qeyd edilən məbləğlərin mötəbərliyi heç bir şübhə doğurmamışdır. Cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlayaraq, krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227 772 saylı kredit müqaviləsi üzrə 4.724,24 ABŞ dolları faiz borcu yaranmışdır.

31. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 386.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 87.2, 88, 103.1, 217.1, 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

32. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin iddia müddəti ilə bağlı qəbul etdiyi qərarda göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə əriz ə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

35. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredi torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütü n borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

42. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

43. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

44. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

45. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkli ndə borc verənə qaytarmağı öhdəsinə götürür

48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

49. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti o lan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, m übahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

67. B eləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

68. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2689/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar