Məhkəmə qərarları › İş №2(102)-2312/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2312/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2312/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” İKB-nin (indiki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2312/21 (Açar sözlər: kredit borcu) Bakı şəhəri, 06 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4267/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətn aməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kreditor “xxxx” İKB borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 12.09.2014-cü il tarixli, 23-M-1-0-596-14 nömrəli kredit müqaviləsindən irəli gələn 15.04.2016-cı il tarixədək ödənilməmiş 7120 ABŞ dolları əsas borc və 1522 ABŞ dolları faiz borcu, cəmi 8642 ABŞ dollarının, ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada tutulub “xxxx” İKB-nə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Daha son ra iddiaçı “xxxx” İKB iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “xxxx” İKB-nin xeyrinə 12.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 7119,51 ABŞ dolları məbləğində əsas, 2244,79 ABŞ dolları məbləğində faiz və 897,7 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 10262 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 25 aprel 2016-cı il tarixli, 2(001)-6119/2016 saylı məhkəmə əmrinə əsasən (hakim Fərrux Qasımov) ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(0 01)-12223/2017 saylı qərardadı (hakim Fərrux Qasımov) məhkəmə əmri ləğv edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı “xxxx” İKB iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli, 23-M-1-0-596-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə illik 28 faiz hesablanmaqla 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 kredit borcunu ödəniş cədvəlində göstərilənlərə uyğun məbləğdə və vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Cavabdeh1 bank qarşısında öhdəliklərinin təminatı olaraq bankla Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında 12 sentyabr 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müq aviləsinin şərtlərinə əsasən, sonuncular Cavabdeh1 bank qarşısında öhdəliklərinin tam icra olunması üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin, Cavabdeh1 banka olan borcunu vaxtında və lazımi qaydada ödəməmişdir. Birinci instansiya məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 2(001)-1261/2018 saylı qərardadı ilə (hakim Fərrux Qasımov) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmühasibatlıq ekspertizasına dair 30 oktyabr 2018-ci il tarixli, 3975 saylı rəyinə əsasən, Cavabdeh1 qərardadda göstərilən tarixə banka 6967,92 ABŞ dolları əsas, 1323,52 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 8291,44 ABŞ dolları məbləğində borcu vard ır. Birinci instansiya məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(001)-1261/2018 saylı qərardadı ilə (hakim Fərrux Qasımov) əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2019-cu il tarixli, 34017 saylı rəyinə əsasən, Cavabdeh1 maliyyə arayışında göstərilən 06 dekabr 2017-ci il tarixə banka 6967,92 ABŞ dolları məbləğində əsas, 4617,41 ABŞ dolları məbləğində faiz borcu vardır. Birinci instansiya məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(001)-224/2019 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia tələbi qismən təmin edilərək, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli kredit müqavilə si və 20 avqust 2015-ci il tarixli “kredit müqaviləsinə əlavə” üzrə yaranmış 6967,92 ABŞ dolları məbləğində əsas, 2244,79 ABŞ dolları məbləğində faiz, 30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 9242,71 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq “xxxx” İKB ASC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 18 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” İKB ASC- yə ödənilməsi, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 265 manat məbləğində pul vəsaitinin 240 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, 25 manat məbləğ ində hissəsinin “xxxx” İKB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olsa da, həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan faiz borcu 2244,79 ABŞ dolları, göstərilsə də, ekspert rəyində faiz borcu 4617,41 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Ekspert rəyinə əsasən müəyyən olunmuş faiz borcunun məbləği iddia ərizəsində tələb olunan faiz borcunun məbləğindən çox olduğuna görə məhkəmə hesab edir ki, iddianın əsas borc üzrə ekspert rəyinə, faiz borcu üzrə iddia tələbinə uyğun olaraq təmin olunmasında tələbdən kənara çıxma halı mövcud deyildir. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 6967,92 ABŞ dolları məbləğində əsas borca tənasübsüz olaraq 897,7 ABŞ dolları məbləğində cərimə borcunun hesablanmasını əsaslı hesab etmir. Buna görə də, məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 30 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 439.1, 439.2, 442.1, 462.1, 463.1, 467, 470.1, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddələri ilə əsaslandırmışdır. Q ətnamədən narazı qalan iddiaçı “xxxx” İKB (indiki “xxxx” ASC) apelyasiya şikayəti verərək, qətnamənin cavabdehlərdən əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeydə Məhərrəmova, Rəşad Həsənov) 29.07.2020-ci il tarixli, 2(103)4267/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsinin iddiaçı Bank münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank apel lyasiya şikayətində bildirir ki, ekspert rəyi həqiqəti əks etdirmir, lakin Rayon Məhkəməsi rəyə üstünlük vermişdir. Belə ki, Cavabdeh1 əsas kredit borcundan 1.880,49 ABŞ dolları, faiz borcundan isə 1.834,52 ABŞ dolları ödəniş etmişdir. Belə olan halda, əsas borcun məbləği 6.967,92 ABŞ dolları təşkil edə bilməz. Ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 6.967,92 ABŞ dolları müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmaması nəticəsində rəy əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, ekspert rəyini səhv hesab edən Bank, rəyi şübhə altına ala biləcək digər ekspertin və ya mütəxəssisin alternativ hesablamalarını məhkəmələrə təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əs assızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cərimə borcu əsassız olaraq azaldılmışdır. Məhkəmə qeyd edir ki, Bankın tələb etdiyi cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan, Rayon Məhkəməsi bu borcu azaldaraq 30 ABŞ dolları məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçı Banka münasibətdə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bankın apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Banka münasibətdə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” ASC (vək il V) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bank tərəfindən təqdim olunmuş maliyyə arayışlarını nəzərə almadan, həmin arayışların sübut qismində dəyərləndirilməsini aparmadan, yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehin kredit borcunu müəyyən etmişdir. Halbuki təyin edilmiş ekspert rəyi təqdim etdiyimiz digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Bundan başqa, apelyasiya məhkəməsi iddiada qeyd edilən cərimə borcunu azaltmaqla bankın əmlak mənafelərini nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraat ı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməl i, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və bo rclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin əsas və faiz borcu barədə dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində məhkəmənin ekspert rəyinə istinad edərək əsas və faiz borcunu düzgün hesablamadığını, bankın təqdim etdiyi sübutlarla yanaşı, ekspert rəyinin yoxlanılmadığını qeyd etsə də, kasasiya yoxlaması zamanı ekspert rəyinin əsassızlığına dəlalət edəcək hər hansı sübut müəyyən edilməmişdir. Bununla yanaşı həmçinin qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əsas və faiz borcuna dair məhkəməyə təqdim etdiyi sübutlar ilə əldə edilmiş ekspert rəyləri üzrə müəyyən edilmiş əsas və faiz borcu məbləği arasında nəzərə çarpacaq dər əcədə fərqin olması da müəyyən edilməməkdədir. Bu halın özü də ekspert rəyini şübhə altına almağa əsas yaratmadığını göstərməkdədir. Kasasiya şikayətinin cərimə borcu ilə bağlı dəlili üzrə də qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən cərimə borcunun tənasübsüz dərəcədə azaldılmasına dəlil kimi istinad edib, cərimə borcunun da məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyini göstərmiş, lakin bununla bağlı da hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu barədə mövqeyini yalnız sözlərlə əsaslandırmağa çalışmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4267/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar