Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2314/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə verilmiş malların pulunun tələbi və ya nisyə verilmiş malların geri qaytarılması, bununla əlaqədar hesablanmış cərimənin ödənilməsi” tələbi barədə ilkin, qarşılıqlı idd ia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə İddiaçı1 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(106)2551/2021 nömrəli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları
1. İddiaçı tikinti materiallarının satışı ilə məşğul olur. Cavabdehlər plastik qapı-pəncərə ustası işləmiş və iddiaçının mağazasından müəyyən məbləğdə plastik qapı-pəncərə materiallarını nisyə almışlar. Nisyə alınan malların dəyərinin ödənilməsi ilə bağlı tərəflərin arasında mübahisə yaranmışdır və hazırki iddia nisyə alınmış materialların pulunun ödənilməsi barədədir.
2. İddiaçıya məxsus, Astara rayonun Ərçivan kəndində yerləşən şirkətin anbarından 08.07.2018-ci il tarixdən 04.08.2018-ci il tarixədək plastik qapıların ehtiyat hissələri olan dəmir materiallarının oğurlanması barədə məlumat əsasında cinayət işi başlanmışdır. Astara rayon Polis Şöbəsinin müstəntiqinin 03 iyun 2019-cu il tarixli cinayət işinə xitam verilməsi barədə qərarına əsasən, törətdiyi oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs X2 zərərçəkmiş şəxs İddiaçı1 vurduğu ziyanı tamamilə ödədiyinə və zəzərçəkmiş şəxs İddiaçı1 ilə barışmasına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Həmin cinayət işi üzrə istintaq zamanı müstəntiq tərəfindən gündəlik satış kitabına baxış keçirilmiş, müəyyən edilmişdir ki, kitabda 2018-c i ilin iyul ayınadək ayrı-ayrı vaxtlarda Cavabdeh1 adına ümumilikdə 2850 manat, Cavabdeh2 adına ümumilikdə 3150 manat ödənilməmiş borcun olması qeyd olunmuşdur. Cavabdeh1 və Cavabdeh2 şahid qismində dindirilmiş, dindirmə zamanı ifadələrində iddiaçının obyektində satıcı işləyən Səmədulla Məmmədovdan 6000 manat dəyərində plastik qapı-pəncərə materialları nisyə aldığını, iddiaçının işlədiyi Qaz idarəsində quraşdırılan 40 ədəd və qardaşının evində quraşdırılan 10 ədəd qapıpəncərənin zəhmət haqqından bu borcdan çıxıldığını bildirmişdir.
3. Həmin qərarla zərərçəkmiş İddiaçı1 nisyə götürdükləri malların 6.000 manat pulunu ödəmədiklərinə görə Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsi ndə icraat
4. İddiaçı1 cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3489 manat nisyə götürdüyü malların pulunun, Cavabdeh2 isə 2786 manat nisyə götürdüyü malların pulunun, 2016-cı il tarixdən 2019-cu ilin avqust ayının 1-dək nisyə aldıqları malların bank uçot dərəcəsi üzrə faiz olaraq 6435 manat pulun ödənilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra pul ödənilməsə, ödəniləcək faizlərin ödəniş gününədək qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmçinin Cavabdeh1 və Cavabdeh2 birgə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı1 tərəfindən görülmüş işlərə - qapı-pəncərə düzəldilməsinə görə 30000 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçı1 cavabdehlərin ona olan borcunu Qaz ida rəsində quraşdırılan 40 ədəd və qardaşının evində quraşdırılan 10 ədəd qapı-pəncərənin zəhmət haqqından çıxmaqla ödədiyi barədə dəlillərini təkzib etmək üçün sübut kimi “Azəriqaz” X6 İstismar İdarəsinin 15.10.2019-cu il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubda 2013-cü ildə Astara QİS-nin inzibati binasının təmirinin “Azəriqaz” İB-nin podratçı təşkilatı olan "xxxx" TT MMC tərəfindən yerinə yetirildiyi, Cavabdeh1 və Cavabdeh2 ilə Astara QAS-nin heç bir əlaqəsinin olmadığı qeyd olunmuşdur.
7. İddiaçının təqdim etdiyi Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubunda deyilir ki, İddiaçı1 “Əhmədqaz” şirkətinin təsisçisi və ya rəhbəri olması barədə hər hansı məlumat yoxdur.
8. Astara Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(018)-018/2019 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nisyə satılmış mallara görə ödənilməmiş 6000 manat pulun İddiaçı1 verilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə baxışı iclasında araşdırılan iş materiallarına, tərəflərin izahatlarına və şahid ifadələrinə əlaqəli şəkildə qiymət verilməklə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 məxsus olan tikinti materialları şirkətindən 2014-cü il tarixdən 2018-ci ilin avqust ayına kimi ondan müxtəlif vaxtlarda 6275 manat dəyərində nisyə mal götürmüşlər. Onlar həmin malların dəyərindən 6.000 manatı ödəməmişlər. Ona görə də, həmin hissədə iddia təmin edilmə lidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia bank uçot dərəcəsi üzrə 2014-cü ilin mart ayından 2016-cı ilin avqust ayına qədər 6435 manat faiz tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehlərin 6.000 manat pulu özlərində saxlamaqla ondan faydalanmalarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizələrinə münasibətdə hesab etmişdir ki, tərəflər arasındakı münasibətlər 2018-ci ilin iyul ayına kimi davam etdiyindən iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbləri təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçılar həmin halları təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər.
12. Bi rinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası MM-in 329.2, 385.1, 442, 448.1.1, 567, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayət verərək, Astara Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(106)1260/2020 nömrəli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrilik edən və məruzəçi), Z.Babayev və N.F.Mirzəyev) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada nisyə satılmış mallara görə ödənilməmiş 6000 manat p ulun alınıb İddiaçı1 verilməsinə dair hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsinə əsas kimi, həmin tələbin iş materialları ilə sübut olunmamasını əsas götürsə də, ilk iddia tələbinin də təmin edilməsi üçün iş materiallarında heç bir sübutun olmamasını nəzərə almamış və əsassız olaraq ilk iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir.
16. İlk iddia tələbinin təmin edilmiş hissəsi, yəni Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, nisyə satılmış mallara görə ödənilməmiş 6.000 manat məbləğində pulun alınıb İddiaçı1 verilməsinə dair hissəsi iş materialları ilə heç b ir mötəbər sübutlara əsaslanmaması ilə yanaşı, ilk iddia üzrə cavabdehlər tərəfindən bu və ya digər formada etiraf edilməmişdir.
17. İlk iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş satılmış malların qeydiyyat kitabına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin mağazadan həqiqətən də ilk iddia üzrə cavabdehlərə müxtəlif malların verilməsi göstərilmişdir. Lakin həmin malların nağd və ya nisyə verilməsi ilə bağlı hər hansı qeyd mövcud deyil, həmçinin cavabdehlərin malları təhvil almalarına dair imzaları jurnallarda müəyyən edilməmişdir. Bundan başqa, şahid Qadir Məstiyev ifadəsində göstərmişdir ki, onun işlədiyi mağazadan cavabdehlər materialları yerində nağd ödəmək şərti ilə almışlar və onların mağazaya heç vaxt borcu olmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülk i Məcəllənin 442,448-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia hissəsində ləğv edilməsini xahiş etmişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli 2(102)-3056/21 nömrəli qərarı ilə (hak imlər G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Z.Əliyev) ilk iddia üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilk iddianın 6000 manat məbləğində pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
22. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, ilk iddianın qismən, 6000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinin rədd edilməsi hissəsində apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. İlk iddia üzrə iddiaçı cavabdehlərin ondan tikinti materiallarını pulunu bir müddət sonra ödəməklə, yəni nisyə almaları, lakin həmin malların dəyərinin ödənilmədiyini göstərərək, həmin malların dəyərinin cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etdiyi cinayət işinə xitam verilməsi barədə 09 iyun 2019-cu il tarixli qərar, habelə malların nisyə satışı qeydiyyatı kitabı ilə əsaslandırır. Adı çəkilən qərarın məzmunundan görünür ki, cavabdehlər iddiaçıdan nisyə götürdükləri mallara görə ümumilikdə 6.000 manat borcları olduğunu etiraf etmişlər. Eyni zamanda həmin qərarla hazırki iş üzrə iddiaçıya nisyə götürdüyü malların 6.000 manat pulunu ödəmədiklərinə görə Cavabdeh1, Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Birinci instansiya məhkəməsi işin qey d edilən hallarını əsas götürməklə, ilk iddianı həmin hissədə təmin etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdehlər həmin qətnamədən verdikləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlarla iddiaçı arasında hər hansı müqavilə mövcud olmamışdır, iddiaçının onlardan pul tələb etmək üçün subyektiv hüququ yoxdur.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(106)2551/2021 nömrəli qətnaməsi ilə (hakimlər Z.Allahyarov (sədrlik edən və məruzəçi), Z. Zeynalov və M.Həsənov) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya ş ikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(018)881/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək nisyə satılmış mallara görə ödənilməmiş 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat pulun alınıb İddiaçı1 verilməsinə dair hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və əsaslandırması ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehlərin Mülki Məcəllənin 425, 427, 567, 600-cü maddələrinin tələblərinə müvafiq olaraq nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməsi iş materialları, həmçinin cavabdeh tərəfindən təqdim olunmuş hər hansı bir sübutla təsdiq olunmadığından, birinci instansiya məhkəmə si düzgün olaraq cavabdehlərin iddia tələblərinə etirazını əsaslandırdığı halların sübut olunmaması kimi qiymətləndirmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MM-in 329.3, 427.2, 425.1, 442, 567, 600.1, 600.2, 600.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətəri verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(106)2551/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdilər.
28. Kassasiya şikayətləri Mülki Məcəllənin 372.1, 372.2, 373.3, 375.2, 386.1 və 600.1-ci maddələrinə istinadla əsaslandırılaraq göstərilir ki, öhdəliyin zərər vurulması, əsassı z varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin İddiaçı1 ilə ilkin iddia üzrə cavabdehlər arasında hər hansı müqavilə və ya şifahi razılaşma olduğuna dair heç bir sübut yoxdur. Həmçinin cavabdehlərin 20142016-cı illərdə anbardan İddiaçı1 plastmas malları alması heç bir sübutla təsdiq olunmadığı halda, X1ndan cavabdehlərin götürülmüş mallara görə pulu ödəmədiyi təsdiq olunmur və X1 da cavabdehlərin götürdüyü malların pulunu ödədiyini məhkəmədəki ifadəsində qeyd etmişdir. X1 da satış malları barəsində ifadəsində qeyd etmişdir. Səməd Məmmədov satış malları barəsində hesabatı İddiaçı1 deyil, oğlu Teymur Kazımova verdiyini təsdiq etmişdir. Eyni zamanda, iddia müddətinin tətbiqinə dair ərizə 13 sent yabr 2019-cu il tarixdə Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəyə hüquqi qiymət veriməməsi əsaslarına aydınlıq gətirilməyib b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
30. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
31. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respub likası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödəni şi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
35. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, tərəflərin arasında yaranmı ş münasibətlər nisyə alğı-satqı münasibətləridir və iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 600-cü maddəsi təşkil edir.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həqiqi halları kimi müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 məxsus olan tikinti materialları mağazasından 2014-cü il tarixdən 2018-ci ilin avqust ayına kimi müxtəlif vaxtlarda 6275 manat dəyərində nisyə mal götürmüşlər. Onlar həmin malların dəyərindən 6.000 manatı ödəməmişlər.
41. Kassatorların nisyə alınmış malların ödənildiyi barədə dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
42. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
43. Cavabdehlər borcun qaytarıldığını təsdiq edən bu cür sübutları təqdim etməmişdir.
44. Kassatorların iddia müddətinin tətbiqi barədə dəlili də əsassızdır. Çünki məhkəmələr tərəflər arasındakı münasibətlərin 2018-ci ilin iyul ayına kimi davam etdiyini müəyyən etmişdir. Hazırki iddia isə birinci instansiya məhkəməsinə 21.08.2019-cu ildə daxil olmuşdur.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
46. Məhkəmə kollegiyası yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2(106)2551/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.