Məhkəmə qərarları › İş №2(102)-2316/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2316/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2316/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2316/2023 Açar sözlər: fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi Bakı şəhəri 31 may 2023-cü il Azərbaycan Respublikası Ali MəhkəməsininMülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, X4 ibarət tərkibdə, İddiaçı Bank "xxxx" Açıq S əhmdar Cəmiyyətinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Bank "x xxx" ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X3 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qət edilmişdir. 2. “X10” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş X7 Yekunları barədə 22 nömrəli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətinə əsasən, Cavabdeh оğluna məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC tərəfindən 44625 (qırx dörd min altı yüz iyirmi beş) manata alınmışdır.

3. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətinə əsasən, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Ban k "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bank BTB-ASC-nin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 201.5 kv. metr olan fərdi yaşayı ş evindən çıxarılması, həmin fərdi evinin boşaldılaraq Bank "xxxx" ASC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq Bank "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən isə iddia qismən təmin olunaraq, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X3 iddiaçı Bank "xxxx" ASCnin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ip oteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qərara alınmışdır. Həmin qətnamədən şikayət verilməmişdir və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün adiyyatı üzrə icra şöbəsinə göndərilmişdir. “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-ci il tarixli hərra cın yekunları barədə 22 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, X5 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 70000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 59500 manat qiymətə təkrar hərraca çıxarılmış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-yə tərəfindən əldə edilmişdir. ”X10” Məhdud Məsuliyyətli Cəmiyyəti-hərrac təşkilatçısı ilə “Bank BTB“ASC-nin nümayəndəsi Nümayəndə2-alıcı arasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X5 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evi 44625 (qırx dörd mi n altı yüz iyirmi beş) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********8610301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən 201.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 012 ha torpaq sahəsi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və hal-hazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin həmin evdən istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla Bank "xxxx" ASC arasında bu sahə ilə bağlı icarə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı yoxdur. Hüquqi nəticə etibarı ilə həmin ev cavabdeh tərəfindən Bank "xxxx" ASCnin iradəsinə zidd olaraq istifadə edilir və hazırda onun qanunsuz sahibliyindədir. Bank "xxxx" ASC həmin evin mülkiyyətçisi olmasına baxmayaraq, hazırda qeyd edilən evə sahiblik və ondan istifadə edə bilmir, o, mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Qeyd edirik ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən Bank "xxxx" ASC-nin iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etməsi Bank "xxxx" ASC öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşd ırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən Bank "xxxx" ASC-nin mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh Bank "xxxx" ASC-nin mülkiyyətində olan evdən çıxarılmalıdır.

6. Abşeron rayon məhkəməsinin (X2) e-2(012)-3943/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1ində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evinin boşadılması və həmin evin iddiaçı Bank "xxxx" ASC-yə təhvil verilməsi qət edilmiş, eyn i tarixli, eyni nömrəli qərardadla fərdi yaşayış evindən çıxarılması” hissəsində mülki işin icraatına xitam verilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakın Bank "xxxx" ASCnin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh və onun ailə üzvləri hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi Bank "xxxx" ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır.

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, Mülki Prosessual Məcəllənin 14.2-ci maddələrinə istinad etmişdir.

9. Həmçinin iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddia tələbinin “ Cavabdeh Bank BTB-ASC-nin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ü.s 201.5 kv. metr olan fərdi yaşayış evindən çıxarılması” hissəsində işin icraatına Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 261.0.2 maddəsinə görə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Abşeron rayon məhkəməsinin (X2) e-2(012)-3943/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 4514/2018 saylı, xx.xx.2018-ci i l tarixli qətnaməsində onun fərdi yaşayış evini tərk etməsi qərara alınmışdır. Müvafiq məhkəmə eyni mübahisə ilə bağlı, eyni tərəflər arasında məsələnin həll edildiyini etiraf etsə də, yalnız Cavabdeh evdən çıxarılması hissəsində iddiaya xitam verir, evin boşaldılması və təhvil verilməsi hissəsində isə iddianı təmin edir. Halbuki, Abşeron Rayon Məhkəməsi iddianın təmin edilmiş hissəsində də iddiaya xitam verməli idi. Çünki Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh sözügedən fərdi yaşayış evini “tərk etməsi” anlayışı ilə “boşaldılması” anlayışı arasında mənaca heç bir fərq mövcud deyildir. Nəticə etibarilə, Abşeron Rayon Məhkəməsi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018- ci il tarixli qətnaməsi üzrə baxılmış mübahisəyə yenidən baxmış və qətnamə qəbul etmişdir. Halbuki məhkəmələr tərəfindən belə bir addımın atıl ması birbaşa AR MPM-in 153.2.2-ci maddəsinə əsasən ziddir və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3943/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Qeyd edir ki, sözügedən iş üzrə xx.xx.2022-ci il tarixidə keçirilmiş iclasın vaxtı və yeri barədə Cavabdeh məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmamış, yekun məhkəmə qətnaməsi isə cavabdehin iştirakı və özünü müdafiə hüququ təmin edilmədən qəbul edilmişdir. Çəkişmə prinsipi hər iki tərəfin məhkəmə prosesi zamanı qarşılıqlı şəkildə sübutlar təqdim etməklə mənafeləri hüquqi müdafiə etməsi olduğu halda sözügedən iş üzrə qanunvericiliyin həmin təməl prinsipinə əməl edilməmişdir. Bu səbəbdən də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3943/2022 saylı qətnaməsi ləğv edilməli və iddiaçının tələbi rədd edilməlidir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X6) 2(105)-764/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli e-2(012)-3943/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla) “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

13. Kollegiya qeyd etmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməsi ilə həmin yaşayış sahəsini boşaltması nəticə etibarı ilə eynidir. Göründüyü kimi eyni tərəflər arasında, eyn predmet və eyni əsaslar üzrə mübahisəyə artıq bir dəfə baxılmış və hazırda qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması mülkiprosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, eyni tərəflər arasında “ipoteka predmeti olan əmlakın boşaldılması” tələbinə dair qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsi olduğundan, həmin tələbə iddia icraatı qaydasında baxılması istisna edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə mahi yyəti üzrə baxmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur.

15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3, 261.0.2, 262.1, 262.2, 372.7, 384.0.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)764/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Belə ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsini n 2(006)- 4514/2018 saylı, xx.xx.2018-ci i l tarixli qətnaməsi icra edildikdən sonra Cavabdeh və onun ailə üzvləri təkrar qanunsuz olaraq Bank “BTB“ASC-nin mülkiyyətində olan ünvan 1ində yerləşən 201.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə daxil olmuş və bu günkü günə qədər evi tərk etməmişlər. Hesab edirik ki, qətnamə icra edildikdən sonra cavabdehin həmin fərdi yaşayış evinə daxil olması tamamilə yeni bir məhkəmə mübahisəsi hesab edilməlidir. Çünki qətnamə icra olunmuş və icra hərəkətlərinə xitam verilmişdir. Nəticədə Bank "xxxx" ASC “fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi barədə” tələbi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən isə işin bu halları hərtərəfli araşdırılmamış, cavabdehin həmin fərdi y aşayış evinə təkrarən daxil olması məsələsi araşdırılmamış, əsassız olaraq eyni mübahisəni həll edən məhkəmə qətnaməsi olması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

21. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam veril ir.

22. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

23. Maddə 407.2. Kassasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə“ və“qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

29. Qeyd edilən hallar Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)4514/2018 saylı, xx.xx.2018-ci i l tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icraatın Cavabdeh evdən çıxarılması hissəsində təzələnməsi üçün əsas ola bilər. Bunun üçün iddiaçı həmin hissənin yenidən icraya yönəldilməsi üçün müvafiq məhkəməyə müraciət etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-764/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar