Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3943/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bank BTB-ASC-nin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ü.s 201.5 kv. metr olan fərdi yaşayış evindən çıxarılması, həmin fərdi evinin boşaldılaraq Bank "xxxx" ASC-yə təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq Bank "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən isə iddia qismən təmin olunaraq, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qərara alınmışdır. Həmin qətnamədən şikayət verilməmişdir və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün adiyyatı üzrə icra şöbəsinə göndərilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-ci il tarixli hərracın yekunları barədə 22 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, X2 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 70000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 59500 manat qiymətə təkrar hərraca çıxarılmış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-yə tərəfindən əldə edilmişdir. ”X5” Məhdud Məsuliyyətli Cəmiyyəti-hərrac təşkilatçısı ilə "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2-alıcı arasında bağlanmış xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X2 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evi 44625 (qırx dörd min altı yüz iyirmi beş) manat dəyərində alıcı tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********86-10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən 201.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və 012 ha torpaq sahəsi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evi keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və hal-hazırda həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin həmin evdən istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla Bank "xxxx" ASC arasında bu sahə ilə bağlı icarə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı yoxdur. Hüquqi nəticə etibarı ilə həmin ev cavabdeh tərəfindən Bank "xxxx" ASC-nin iradəsinə zidd olaraq istifadə edilir və hazırda onun qanunsuz sahibliyindədir. Bank "xxxx" ASC həmin evin mülkiyyətçisi olmasına baxmayaraq, hazırda qeyd edilən evə sahiblik və ondan istifadə edə bilmir, o, mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Qeyd edirik ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən Bank "xxxx" ASC-nin iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etməsi Bank "xxxx" ASC öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən Bank "xxxx" ASC-nin mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh Bank "xxxx" ASC-nin mülkiyyətində olan evdən çıxarılmalıdır. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmənin elektron sisteminə ərizə göndərək, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nə özü, nə də vəkili-nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməli, iddia tələbinin “Cavabdeh Bank BTB-ASC-nin mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən ü.s 201.5 kv. metr olan fərdi yaşayış evindən çıxarılması” hissəsində işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir.Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Bank "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qət edilmişdir. “X5” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş X3 Yekunları barədə 22 nömrəli Protokolun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin surətindən görünür ki, Cavabdeh оğluna məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Bank "xxxx" ASC tərəfindən 44625 (qırx dörd min altı yüz iyirmi beş) manata alınmışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh X1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.15 fevral 2019-cu il tarixdə “X5” MMC ilə Bank "xxxx" ASC arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evinə Bank "xxxx" ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın Bank "xxxx" ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh və onun ailə üzvləri hal-hazırda həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi Bank "xxxx" ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1ində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evi Cavabdeh tərəfindən həmin fərdi yaşayış evi boşaldılmalı və mülkiyyətçi Bank "xxxx" ASC-yə təhvil veriməlidir. Belə ki Cavabdeh evi tərk etməsi barədə məhkəmə qətnaməsi olsa da,o hələ də, oradan istifadə etməkdə davam edir, İddiaçı isə evin boşaldılmasını və banka təhviıl verilməsini məhkəmədən xahiş edir, boşaldılma anlayışı isə şəxsin ona məxsus əşyalarının da çıxarılmasını özündə ehtiva edir. Cavabdehin ailə üzvlərinin kimliyi müəyyən edilmədiyindən iddia tələbi onlara münasibətdə təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1ində yerləşən ümumi sahəsi 201.5 kv.m olan fərdi yaşayış evi boşadılsın və həmin ev iddiaçı Bank "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh 80 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3943/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3943/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver