Məhkəmə qərarları › İş №2(102)-2318/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2318/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2318/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2318/21 (Açar sözlər: kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin müəyyən edilməsi) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiya ödənil məsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7929/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməyə müraciət edərək, onun cavabdeh “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti ilə 10-Q1-1-01286-15 saylı, 01.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı qızıllarını girov qoyaraq “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyəti ilə 10-Q1-1-0-1286-15 saylı, 01.09.2015ci il tarixli Kredit müqaviləsi bağlayaraq bankdan 27.5 % olmaqla, 36 ay müddətinə 2170 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan sonra, iddiaçı hər ay ödəniş cədvəlinə uyğun olaraq kreditin məbləğini 01.09.2018-ci il tarixə kimi tam ödəyib qurtarmış və iddiaçının Banka heç bir borcu qalmamışdır. 3. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çıxdıqdan sonra iddiaçı 10.05.2019-cu il tarixdə “Cavabdeh1bank” İKB Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək həmin Fərmana görə kompensasiya məbləğinin və ya restrukturizasiya, yəni əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəx slərə güzəştli kreditlərin verilməsi ilə bağlı kompensasiya hesablanıb ödənilməsini xahiş etmişdir. X6 X3 Komissiyası tərəfindən iddiaçıya bildirilmişdir ki, onun bankda dollar krediti olub, lakin sistemdə əks olunmayıb. 06.11.2019-cu il tarixli, #31555 saylı qərarla iddiaçıya məlumat verilib ki, “kredit tarixçəniz barədə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir.

4. Bununla əlaqədar, iddiaçıya məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunub. Buna görə də iddiaçı hazırki iddianı vermək məcburiyyət qalıb.

5. İddiaçının nümayəndəsinin vəsatəti ilə Azərbaycan Respublikası Maliyyə X4 hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh qismində işə cəlb edilmişdir.

6. Cavabdehlər “xxxx” ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri hər biri ayrı-ayrılıqda iddanın onlara qarşı hissədə təmin edilməməsini xahiş etmişlər. Lakin etirazlarını əsaslandırmamışlar.

7. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2020 nömrəli, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia “xxxx” ASC-yə münasibətdə təmin edilmiş, Cavabdeh1 İKB Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10-Q1-1-0-1286-15 saylı, 01.09.2015ci il tarixli kredit müqaviləsi barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin “xxxx” ASC-yə həvalə edilməsi, iddianın Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməsi qət edilmişdir. (hakim Cəmilə Musayeva)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, “xx xx” ASC ilə İddiaçı arasında 01.09.2015-ci il tarixli, 10-Q1-1-0-1286-15 saylı kredit müqaviləsi əsasında sonuncuya 36 ay müddətinə illik (nominal) 27,5 faiz dərəcəsi ilə 2170 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Tərəflərin arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Cavabdeh tərəf kredit müqaviləsinin mövcudluğuna baxmayaraq müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar, fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartla rı üzrə istənilən valyutada hər bir krediti haqqında MKR-ə məlumat verməlidirlər. Beləliklə, bank iddiaçı ilə kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərində olduğu barədə müvafiq təşkilata məlumat verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur.

9. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən iddianın banka aid hissədə əsaslı olması nəticəsinə gəlmişdir.

10. Həmçinin birinci instansiya məhkəməsi iddianın Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə rədd edilməli olması qənaətinə gələrək, bunu onunla əsaslandırmışdır ki, mövcud normativ-hüquqi aktlara əsasən Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə “xxxx” ASC olduğundan, Azərbaycan Respublikası Mərkəzi Bankının isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.2, 528-ci, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci maddələri, “xxxxna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməs i” Qaydalarının 2.1, 4.1, 4.2-ci və “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü bəndləri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.

13. Apellyasiya şikayətinin dəlillərinə görə İddiaçı 01 sentyabr 2015-ci il tarixli lOQl-l-O-1286-15 saylı kredit müqaviləsi üzrə banka borcunu 05.12.2017-ci il tarixdə tam olaraq ödəyib. Bankla İddiaçı arasında bağlanmış kredit müqaviləsi qüvvədən düşmüş və kredit müqaviləsi üzrə münasibətlərə xitam verilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7929/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1285/2020 saylı, 12.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər və tərəflərin arasındakı hüquq münasibətlərinə öhdəliyin lazımınca icrası nəticəsində xitam verilmişdir. Cavabdeh tərəf kredit müqaviləsinin mövcudluğuna baxmayaraq müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesind ə olan banklar, fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti haqqında MKR-ə məlumat verməlidirlər. "xxxx” ASC "xxxx" MMC-yə mövcud olmuş müqavilə öhdəlikləri barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh “xxxx” ASC (vəkil X8 oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə əlavə olaraq, göstərilib ki, hazırki işə məhkəmədə baxıldığı müddətdə bank tərəfindən lazımi məlumatlar Mərkəzi Kredit Bürosuna verilib. Bu barədə iddiaçıya və məhkəməyə bildirilib, iddiaçıya Mərkəzi Kredit Bürosuna yenidən müraciət etməsi tövsiyyə olunub. Lakin iddiaçı büroya müraciət etməyib.

18. Hazırda iddiaçının əsaslandığı tələb məhkəmə baxışı dövründə bank tərəfindən icra edilmişdir, bu hal isə qətnamənin gələcəkdə icrasını mümkünsüz edəcəkdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

19. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ko llegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.2. - Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməs inə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanun Maddə 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Maddə 10.4.8. İnformasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyridəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydaları Bənd 2.1. Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Bənd 4.1. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Bənd 4.2. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalar Bənd 6.1 Bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Bənd 6.2. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. Bənd 6.3. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Bənd 6.4. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar.” Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməs inin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.” Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

26. Hazırki kassasiya şikayətində cavabdeh qətnamənin ləğv, iddianın rədd edilməsinin yeganə əsası kimi iddiaçının əsaslandığı tələbin məhkəmə baxışı dövründə bank tərəfindən icra edilməsinə istinad etmişdir.

27. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, tələbin məhkəmə baxışı dövründə bank tərəfindən icra edilməsi qətnamənin ləğvi və iddianı n rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçı bu tələblə məhkəməyə müraciət edəndə iddiaçının tələbinin əsasları hələ mövcud idi. Əksinə, tələbin məhkəmə baxışı dövründə bank tərəfindən icra edilməsi iddianın əsaslı olmasının bank tərəfindən də etirafı kimi qəbul edilməlidir.

28. Bundan başqa, birinci və apellyasiya instansiyaları məhkəmələri işə baxarkən həmin vaxt üçün tərəflər arasında mövcud olan münasibətlərin faktiki vəziyyətini müəyyən etmişlər və həmin dövr üçün işin müəyyən edilmiş hallar da ondan ibarət olmuşdur ki, iddiaçının kredit borcu haqqında məlumat bank tərəfindən Mərkəzi Kredit Bürosuna təqdim edilməmişdir. Cavabdeh isə şikayətində qətnamə çıxdıqdan sonra qətnamədə müəyyən edilmiş vəzifənin artıq bank tərəfinən icra edilməsinə, yəni işə baxılarkən mövcud olmayan fakta istinad etmişdir.

29. Tətbiq edilən normativ aktların tələbinə görə də iddiaçının kredit borcu haqqında məlumatın Mərkəzi Kredit Bürosuna təqdim edilməsi vəzifəsi cavabdeh bankın üzərinə düşür.

30. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” A SC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7929/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar