Məhkəmə qərarları › İş №2(102)-2318/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2318/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2318/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)349/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı İB (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Ali Məhkə mənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İB ilə abonent Əli Mahmudov arasında xx.xx.2021-ci il tarixində AKX03342xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddiaçı İB-nın Bakı X4 Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

2. İddiaçı İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvan üzrə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar e dilməsi ilə əlaqədar İddiaçı İB-in əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövr üzrə mütəmadi olaraq cavabdeh Əli Mahmudovun barəsində məişət qazından sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə “təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmişdir (xx.xx.2015-ci il tarixli 089817 saylı akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli). Aktların heç biri cavabdeh Əli Mahmudov tərəfindən imzalanmamış, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözü qeyd edilmişdir. 3. “Təbii X1nın pozulması haqqında” İddiaçı İB tərəfindən tərtib edilmiş aktlara əsasən, xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, cəmi 9.491,50 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir.

4. Əli Mahmudovun adına tərtib edilmiş abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********0000 sayla qeydiyyata alınmış abonent kodunun 2023-cü ilin dekabr ayına kimi 9.375,96 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı və ya İstehsalat Birliyi) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 9.375,96 manat məbləğində zərərin və 113,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9.489,72 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İstehsalat Birliyi ilə abonent Əli Mahmudov arasında xx.xx.2021-ci il tarixində AKX-0334272/10- 2021 nömrəli “Qaz p aylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İstehsalat Birliyi abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İstehsalat Birliyinin Bakı X4 Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəl i gələn hallar və faktlar iddiaçının əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin əməkdaşla rı tərəfindən tərtib olunmuş: xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat, cəmi 9.491,50 manat məbləğində iddiaçıya maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Abonent 172,80 manat zərərdən 132,14 manat ödəniş etmişdir. Cavabdehin 9.359,36 manat məbləğində Birliyə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cava bdehin ödənilməmiş uçotu pozulmuş qaz sərfinin 2022-ci ilin aprel ayı üzrə 16,60 manat sərfiyyat borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya ödənilməli borc məbləği hazırda abonentin Saldo və Gazrep üzrə ümumi 9.375, manat təşkil etməkdədir.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, yalnız bir dəfə xx.xx.2020-ci il tarixdə kənar xəttə qanunsuz qoşulmuşdur. Elə məhz həmin aktın tərtib olunması zamanı çəkilmiş fotoşəkildəndə görünür ki, həmin ev onun evidir. Digər aktlardan onun məlumatı olmamışdır.

8. Cavabdeh eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır və faktiki olaraq elə həmin ünvanda da yaşayır. ünvan 4 ünvanında nə evi olub, nə də ki, həmin ünvanda yaşamışdır. x x.xx.2012-ci il tarixdə İstehsalat Birliyi tərəfindən ünvan 3 ünvanına onun iştirakı ilə küçədə G-4 İtron smart tipli, 1202AQ**********2 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana 1**********0000 № li abonent kodu verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” AKT tərtib edilməmiş və onunla iddiaçı İstehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2012-ci il tarixdə sayğac quraşdırıldıqdan 40 gün sonra, onun hesab koduna 479,70 manat qeyri-qanuni borc yazılmışdır. Bundan əlavə, hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanırdı və sayğacdan istifadə etmək olmurdu. xx.xx.2015-ci il tarixdə, növbəti dəfə kart bloklandığı üçün, məcburiyyət q arşısında sayğacdan kənar qaz xəttinə qoşulmuş və 3 həftədən sonra, xx.xx.2015-ci il tarixdə nəzarətçi İstehsalat Birliyinin əməkdaşları ilə birlikdə həmin ünvanda quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş və qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmışlar. Növbəti günü birliyə külli miqdarda ziyan vurduğuna görə, ona tətbiq olunmuş 200 manat cəriməni ödədikdən sonra həmin ünvanına qaz təchizatı bərpa olunmuşdur. xx.xx.2015-ci il tarixdə isə sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə 089817 № li AKT tərtib edilmiş, 1728 m3 itirilmiş qazın dəyəri 172,80 manat hesablanmış, lakin həmin AKT ona təqdim edilməmişdir. Bu hal yalnız bir dəfə baş vermişdir. Onun bir dəfə də olsun kənar xətdən istifadə etməyi, onun məsuliyyətini aradan qaldırmır. Belə ki, iddiaçı təbii qazdan sayğacdan kənar qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etmişdir. Qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoyulmuşdur. Lakin, iddiaçı qazın verilməsini dayandırmamışdır. Bu da o deməkdir ki, qaz xəttinə sayğacdan kənar qoşulma olmamış və iddiaçının qazın verilməsinin dayandırılması üçün heç bir əsas olmamışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq İstehsalat Birliyi tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış k eçirilməsi nəzərdə tutulduğundan yenə də onun iştirakı olmadan M.Hüseynzadə küçəsi, döngə 8, ev 22 ünvanında quraşdırılmış 1202AQ**********2 nömrəli qaz sayğacına baxış keçirilmiş, heç bir nöqsan aşkar edilməmiş sayğacın istismar müddətinin bitməsinə baxmayaraq həmin sayğac yenidən quraşdırılmış, plomb vurulmuş, “Qaz sayğacının çıxaırlması, quraşdırılması, istismarı haqqında “AKT tərtib edilməmiş və onunla İstehsalat Birliyi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2015-ci il tarixdə aşkar edilmiş sayğacdan kənar qaz xətti ləğv edildikdən sonra onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Əraziyə nəzarət edən İstehsalat Birliy inin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə edilmiş müdaxilə onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İstehsalat Birliyinin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir və sayğaclarla elektron tablodakı göstəricilər İstehsalat Birliyinin bazasına ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Küçədə qurşadırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. Aktlar birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o həmin aktları imzalamışdır. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. İddiaçı xx.xx.2020-ci il tarixdə n başlayaraq xx.xx.2023-cü il tarixə qədər müəyyən vaxtlarda onun iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmuş kənar xətti ləğv etdikdən sonra, yalnız qış aylarında 7 akt xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli “təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2023-cü il tarixə qədər onun hesab koduna 9.375,96 manat borc yaranmışdır. Həmçinin, qeyd etm işdir ki, iddiaçının təqdim etdiyi foto- şəkillərdən yalnız biri xx.xx.2015-ci il tarixdə çəkilmiş fotovideo şəkildir. Təqdim edilmiş digər şəkillər onun ünvanına aid deyildir. Qeyd etmişdir ki, təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda küçədəki qaz xəttində qaynaq izi qalır. Bu səbəbdən də müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli GASREP-dən məlum olur ki, o sərfiyyata uyğun olaraq xx.xx.2021-ci ilə qədər hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 6927 m3 qaz sərfiyyatına görə 1.249,30 manat ödəniş etmiş və qeyri-qanuni yüklənmiş 479,70 manat borca görə ondan 691,92 manat pul tutmuşdur. Belə ki, abonentin saldosunda xx.xx.2023-cü il tarixə qədər borc 5.213,16 manat qeyd edilsə də, iddiaçı ondan artıq pul almaq üçün xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edərək iddia ərizəsində 9.375,96 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçı tərəfindən tərtib edilmiş – xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarının ləğv edilməsi, həmin aktlardan irəli gələn 9.375,96 manat məbləğin onun hesab kodundan silinməsi,qeyri-qanuni borca görə tutulmuş 691,92 manatın ona qaytarılmasına dair qətnamə çıxarılması xahiş etmişdir.

9. Cavabdehin etiraz ərizəsi ilə məhkəmə iclası zamanı vermiş olduğu izahat arasında etiraf etmiş olduğu aktın fərqli olmasının səbəbini izah edərək bildirmişdir ki, etiraz ərizəsi onun tərəfindən tərtib edilməmişdir, o, yalnız xx.xx.2020-ci il tarixdə olan aktın doğruluğunu etiraf edir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(008)-2063/2023 nömrəli, 10 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimNilufər Cəfərli) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 623,86 manat dəymiş zərər, 16,60 manat debitor borcu və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 11.Birinci insta nsiya məhkəməsi ilk öncə idda tələbinin xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat borcun cavabdehdən iddiaçınının xeyrinə tutulması hissəsinə müanisbət bildirərək qeyd etmişdir ki, sözügedən akt mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi xx.xx.2015-ci il tarixli 089817 saylı aktə əsasən hesablanmış cərimənin tutulması hissəsində təmin edilə bilməz.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İstehsalat Birliyi ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı hesab etmişdir.

13. Məhkəmə bu zaman, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; xx.xx.2023-cü il tarixli ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almışdır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyrimümkün olması aktların düzgünlüyünə şübhə yaratmışdır.

14. Məhkəmə hesab etmişdir ki, abonentin təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində ca vabdehə yalnız onun etirafına uyğun olaraq xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 7560 kubmetr olduğu müəyyən olunmuşdur. 7560 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqısatqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0,10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 756 manat edir.

15. Məhkəmənin qənaətinə görə, qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbi 756 manat həcmində təmin edilməlidir.

16. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında yazılmış cərimə məbləğindən 132,14 manat ödəniş etmişdir.

17. Belə olan halda məhkəmə hesab etmişdir ki, əsassız yazılmış cəriməyə görə cavabdeh tərəfində n ödənilmiş pul məbləği xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış cərimədən silinməli, yerdə qalan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. (756132,14 =623,86 manat)

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Qaz təchizatı haqqında” 6.2-ci maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci maddələrin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Həmin aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərin əksəriyyətində koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olara q qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, cavabdeh təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda, iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araş dırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir.

21. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, qətnamə qəbul edilərkən vacib əsaslar nəzərə alınmamışdır. Bazada akt mövcud olmadığına görə onlar aktı təqdim edə bilməyiblər. Vətəndaş bunu yalnız 2015-ci ildə etdiyini deyib. Yəqin ki, 2015-ci ildə aktın bazada olmadığını xəbər tutub və 2020-ci ildə ödəniş ödəyir. Aktların heç biri demək olar ki, araşdırılmayıb. Hər hansı bir ekspertiza keçirilmədən, aktlar araşdırılmadan, aktı imzalayan şəxslər məhkəməyə dəvət edilmədən yalnız cavabdehin ifadəsi əsasında məhkəmə iddianı qismən təmin etmişdir. Onlar hesab edir ki, aktların heç biri araşdı rılmayıb və heç bir obyektivliyə yer verilməyib. Qaz dövlət əmlakıdır. Təbii qazdan əgər kimsə müqavilə əsasında istifadə edirsə, bunun dəyərini ödəməlidir. İşə qeyri-obyektiv baxdılmışdır. Vətəndaş özü etdiyini etiraf edir, lakin məhkəmənin fikrini yayındırmaq üçün 2015-ci ildə etdiyini bildirir. Bu səbəbdən də onlar iddia ərizəsində sübutları olan illəri - 2015-ci ildən sonrakı illəri tələb edir. Aktları təkzib edəcək əks sübutlar qarşı tərəfdə yoxdur. X6 İdarəsini bu işə cəlb edə bilərlər. Onun qarşısında şəxsin qazdan kənar xətt vasitəsilə istifadə etməsini və nə qədər istifadə etməsi barədə sorğu kimi qoya bilərlər. Çünki onlarda tələbnamələrdə qaz işlədicilər və onların işlətdiyi qazın gücü var. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilməyib. Təbii qazın istifadəsinə görə ödəniş istəyir, dəymiş zərərin ödənilməsini istəmirlər. Qaz sayğacı olub, sadəcə olaraq sayğacdan kənar götürüb istifadə ediblər. Onlar bununla bağlı tədbir görüblər. Sənədlərin içərisində də var ki, dəfələrlə qazı kəsiblər. İstehsalat Birliyi hər hansı istifadəçinin qazın qanunsuz istifadəsini gördükdə şəxsi nəzarətə götürür. Əgər birdə belə hadisə baş verərsə, qazın kəsilməsi barəsində kəsim aktı tərtib edilir və qazı kəsirlər. Dəymiş zərər 9.000 manatdır. Ödənişlərin hamısı orada göstərilib. Cavabdehin həm debitor borcu çox az idi, həm də ödənişləri az idi. Bu da şübhə doğuran haldır. Qaz sayğacının olmadığı dövrdə kənar xətdən istifadə edilib.

22. Apellyasiya məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə trasoloji ekspertiza təyin edilərək müvafiq rəy alınmışdır. Az ərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/2179 saylı ekspert rəyinə əsasən, tədqiqata bir ədəd boz rəngli plastamasa oxşar materialdan hazırlanmış qaz sayğacı və boru təqdim edilmişdir. Tədqiqata təqdim edilmiş boruya, sayğaca adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməkliyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edildi. Bu zaman qeyd olunan borunun, sayağacın üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi və sayğacdan kənar qaz xətti aşkar edilmədi.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-349/2024 nömrə li, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmil Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehdən 623,86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilərək 756 manat dəymiş zərərin tutulması qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğu təsdiq edilmişdir. Həmin aktda abonent təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə etməsi və Akta əsasən İstehsalat Birliyinə 756 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir.

25. Məhkə mə kollegiyası cavabdehdən 623,86 manat məbləğində pulun tutulması ilə bağlı nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli, 089817 saylı akt üzrə cavabdeh tərəfindən edilmiş ödəniş xx.xx.2020-ci il tarixli akt üzrə borcdan silinməli deyildi. Hazırıkı halda abonent Əli Mahmudovun xx.xx.2015-ci il tarixli, 089817 saylı aktın etibarsız hesab edilməsi, akt üzrə hesablanmış borcun silinməsi və ya edilmiş ödənişin geri qaytarılması ilə bağlı tələbi olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Əli Mahmudov tərəfindən edilmiş ödəniş xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcdan silinmişdir.

26. Məhkəmə kollegiyasə hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Əli Mahmudovdan 623,86 manat dəymiş zərərin tutulması” hissəsində dəyişdirilməli, cavabdeh Əli Mahmudovdan iddiaçı İstehsalat Birliyinin xeyrinə 756 manat məbləğində pul tutulmalıdır.

27. Digər aktlara münasibətdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İstehsalat Birliyinin istinad etdiyi xx.xx.2015-ci il tarixli, 089817 saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlar qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, cavabdeh tərəfindən X1nın pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından və qanunvericiliyin normalarından belə qənaətə gəlmək olur ki, iddiaçının nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “X1”nın tələbləri pozulmuşdur. Akt yalnız iddiaçının əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Digər tərəfdən yoxlamanın qanunvericiliyin tələbinə uyğun keçirilməsi, aktın əsaslı olması barədə videogörüntülər və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sonuncu tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4147,20 manat məbləğində borc hesablanmışdır. 25 fevral 2022-ci il tarixli 486 VİQD nömrəli qanunla Qaz təchizatı haqqında Azərbaycan Respubl ikası Qanununun 13-cü maddəsinə 8-1 hissə əlavə edilmişdir. 8-1-hissədə qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olma sı həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkə mənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki halda isə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən cavabdehin qazın talanmasında təqsirli olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1096, 1097.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8, 9-cu bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.3, 384.0.3cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

31. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tə ləbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən İstehsalat Birliyinin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda qeyriqanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir. Cavabdeh tərəfin qanunsuz çəkdiyi qaz xətti hər dəfəsində İstehsalat Birliyi əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayand ırılmışdır. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent hesabına onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, abonent saldosu və s) cavabdeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Qeyd olunmalıdır ki, İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz o lduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.

33. İş materiallarından da məlum olduğu kimi tərəflər arasındakı öhdəli k münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, cavabdeh tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçı təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin ödənilməsinə dair iddia tələbini əsassız olaraq tam təmin etməmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək cavabdeh tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.

34. Bundan başqa, məhkəmə ekspert rəyinə istinad edərək şikayəti qismən təmin etmişdir. Trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir ki, qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də cavabdehin etirafı və fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin, h əmçinin ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir.

35. Göstərilənlərdən məlum olur ki, iddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdikləri halda, həmçinin də cavabdeh tərəfindən iddiaya etirazının əsaslılığı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi hər hansı bir əsas olmadan şikayəti qismən təmin etmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Tətbiq edilən h üquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçün cü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdi rilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

43. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

46. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

47. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

50. Maddə 11 (hissə 6). Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

51. Maddə 13 (hissə 8). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

52. Maddə 13 (hissə 8-1). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma h alları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məs ələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”.

53. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edil ir.

54. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

55. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

56. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

57. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşk ar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

58. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

59. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

64. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya siste minin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

72. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

74. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməməsi hissəsində qismən mübahisələndirdiyindən, məhkəmə aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, mübahisələndirilən hissədə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin veril mədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

77. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İstehsalat Birliyi ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseymadə küçəsi, döngə 8də yerləşən 22 saylı yaşayış evini təbii qazla təmin etmişdir. İstehsalat Birliyinin əməkdaşları tərəfindən cavabdehin ünvanı üzrə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi faktının aşkar edi lməsi ilə əlaqədar iddiaçı təşkilatın əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixdə və xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək olan dövr üzrə mütəmadi olaraq cavabdehin barəsində məişət qazından sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə “təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmiş, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat məbləğində İst ehsalat Birliyinə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuş, fotoşəkillər çəkilmişdir. Aktların heç biri cavabdeh tərəfindən imzalanmamış, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözü qeyd edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında göstərmişdir ki, qaz sayğacı smart sayğac olmuş və smart-kart vasitəsi ilə ödəniş etmişdir. Hər dəfə smart-kartı istifadə etdikdə, kart bloklanmış və sayğacdan istifadə etmək olmamışdır. xx.xx.2015-ci il tarixdə, növbəti dəfə kart bloklandığı üçün, məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmuş və 3 həftədən sonra, xx.xx.2015-ci il tarixdə nəzarətçi İstehsalat Birliyinin əməkdaşları ilə birlikdə həmin ünvanda quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə onun iştirakı olmadan baxış keçirmiş, sayğacdan kənar təbii qaz xəttini aşkar etmiş, foto-şəkillər çəkilmiş və qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmışlar. Növbəti günü birliyə külli miqdarda ziyan vurduğuna görə, ona tətbiq olunmuş 200 manat cəriməni ödədikdən sonra onun ünvanına qaz təchizatı bərpa olunmuşdur. Həmçinin birinci insyansiya məhkəməsində cavabdeh yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etmiş, təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə etmişdir. Həmin akta əsasən İstehsalat Birliyinə 756 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir.

78. İddiaçı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin yaşadığı ünvanda təbi i qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsini, bununla bağlı “Təbii X1nın pozulması haqqında” xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında 172,80 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 2.656,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 792 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 275,50 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 396 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat məbləğində İstehsalat Birliyinə maddi zərərin dəyiməsini qeyd edərək, İstehsalat Birliyinə vurulmuş 9.375,96 manat məbləğində zərərin və 113,76 manat ödənilmiş dövlət rüsumu ə vəzinin, ümumilikdə 9.489,72 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

79. Birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini əsas götürərək həmin akta görə hesablanmış məbləğin 756 manat təşkil etməsini qeyd etsə də, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 089817 saylı akt əsasında yazılmış cərimə məbləğindən 132,14 manat ödəniş etməsini nəzərə alaraq həmin məbləği çıxdıqdan sonra cavabdehdən yalnız 623,86 manat pulun tutulması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehin xx.xx.2020-ci il tarixli aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini əsas götürsə də, cavabdehdən akt üzrə hesablanmış 756 manat məbləğində vəsaitin tutulmasını məqs ədəuyğun hesab etmişdir.

80. Göründüyü kimi iddiaçı cavabdehin yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsinə əsaslanaraq aktlar tərtib etdiyini bildirmiş, məhkəmələr isə cavabdehin birinci instansiya məhkəməsində yalnız xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini əsas götürərək həmin akta görə hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə isə iddianın rədd edilməsi barədə nəticəyə gəlmişlər.

81. Kassasiya instansiya məhkəməsi ilk öncə qeyd edir ki, apellyasiya məhkəməsi xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə iddianın təmin etməsi, həmçinin xx.xx.2015-ci il tarixli 089817 nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara münasibətdə iddianın rədd edilməs i barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda qeyd edilənlərin doğruluğunu birinci instansiya məhkəməsində təsdiq etməsi həmin akta münasibətdə iddianın təmin edilməsi üçün əsasdır. xx.xx.2015-ci il tarixli 089817 nömrəli akt iddia ərizəsinə əlavə edilmədiyindən, daha sonra da iş materiallarına əlavə edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, həmçinin tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən (MPM 77.1-ci maddəsi), qeyd olunan akta münasibətdə iddia təmin edilə bilməz.

82. Digər, xx.xx.2023-cü il tarixli ******* saylı akta münasibətdə isə qeyd olunmalıdır ki, cavabdehin istifadəsində olan sayğacın işlə k vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı İstehsalat Birliyi daşımasına baxmayaraq, habelə cavabdeh tərəfindən qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən iddiaçı cavabdehdən vurulmuş zərərin ödənilməsini xx.xx.2023cü il tarixli akta əsasən tələb etməkdə və həmin zərərin məbləğini abonentin saldosuna daxil etməkdə haqlı olmamışdır. Belə ki, ““Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən (həmin maddə 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir) “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa 13.8-1-ci maddə əlavə edilmişdir ki, həmin maddədə göstəril mişdir ki, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz payl ayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir....”

83. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən cavabdehin yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2020ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların tərtib edilməsi ilə bağlı işin hallarının nəzərə alınmaması barədə dəlillərinə düzgün hüquqi qiymət verməmişdir.

84. Məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsin in - işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğu təsdiq edildiyindən, yalnız həmin akta əsasən hesablanmış borcun silinməli olması - ilə bağlı əsaslandırması ilə razılaşmır. Çünki apellyasiya məhkəməsi cavabdehin iddia ərizəsinə qarşı verdiyi yazılı etirazını və məhkəmə iclasında verdiyi izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

86. Apellyasiya instansiya məhkəməsi işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı aktda qeyd edilənlərin doğruluğunu təsdiq etməsini qəbul edərkən, yuxarıda qeyd olunan 5 aktın da həmin akta oxşar qaydada tərt ib edilməsini, həmin aktların bir ay fasilə ilə ardıcıl olaraq tərtib edilməsini, qeyd olunan aktların da cavabdeh tərəfindən imzalanmamasını, cavabdehin adının qarşısında yerləşən “imza” qrafasında “imtina” sözünün qeyd edilməsini diqqətdən qaçırmış, bu halın cavabdehin əslində müntəzəm olaraq sayğacdan kənar qaz xəttindən istifadə etməsinə dəlalət edib-etməməsini aydınlaşdırmamış, cavabdehin iddiaya qarşı verdiyi yazılı etirazında əvvəllər də məcburiyyət qarşısında sayğacdan kənar qaz xəttinə qoşulmasını etiraf etməsini digər sübutlarla, o cümlədən abonent saldosu ilə qarşılıqlı şəkildə yoxlayıb qiymətləndirməmişdir.

87. Halbuki abonent saldosuna diqqət yetirdikdə 2015-ci ildən sonra sayğac göstəricisi üzrə təbii qazdan istifadənin həcminin əvvəlki illərə münasibətdə xeyli iki dəfədən ço x azalması, istifadənin həcminin yalnız 2020-ci ildən sonra (aktların tərtibindən sonra) artması və 2021-ci ildə 2015-ci ildən əvvəlki illərlə eyni səviyyəyə çatması müşahidə olunur ki, bu da cavabdehin müntəzəm olaraq təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə etirafının həqiqəti əks etdirməsi barədə ehtimal irəli sürməyə əsas verir. Apellyasiya instansiya məhkəməsi isə qeyd olunan halları yoxlamamış, həmin ehtimalın reallığı əks-etdirib etdirməməsi ilə bağlı işin hallarını araşdırmamışdır.

88. Bundan başqa apellyasiya instansiya məhkəməsi mülki işə əlavə olunmuş, İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1nın pozulması haqqında” Aktlara əlavə edilmiş fotoşəkilləri ətraflı araşdırmamış, o cümlədən foto şəkillərdə qeyd olunan ünvanın cava bdehin istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını etiraf etməsi ilə bağlı onun mövqeyinə Azərbaycan Respublikasının MPM-in 88 və 106.3-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

89. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.

90. Bu baxım dan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları qeyd olunan hissədə tam araşdırılmamış, MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmiş, həmin hissədə mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

91. Prosessual qanunvericilyə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırı ldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir. 92. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

93. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

94. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını yuxarıda qeyd olunan hissədə ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.

95. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həq iqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

96. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, d əlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

97. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

98. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instans iya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməli və iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə iddianın təmin edilməsi, həmçinin xx.xx.2015-ci il tarixli 089817 nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara münasibətdə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

99. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübah isələndirilən hissədə işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan aktlara münasibətdə iddianın təmin olunması barədə nəticəyə gəldiyi halda, aktlar üzrə hesablanmış zərərin məbləğinin düzgün hesablanıb-hesablanmamasına da düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-349/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlara münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsın. Qətnamə xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə iddianın təmin edilməsi, həmçinin xx.xx.2015-ci il ta rixli 089817 nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara münasibətdə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar