Məhkəmə qərarları › İş №2(102)-2319/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2319/2019

16.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2319/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddia çı Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə; iddiaçı Cavabdeh İddiaçı-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Səmədov, iş 2(006)-111/2018) ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.05.2015-ci il tarixli, MM/37208/51 saylı kredit müqaviləsinə xitam verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xəlilov, iş № 2(103)-7482/2018) ilkin iddia üzrə İ ddiaçı-nin apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-111/2018 saylı 30 mart 2018-ci tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, ilkin iddianın təmin edilməsi, Cavabdeh 19.05.2015-ci il tarixli MM/37208/51 saylı kredit müqaviləsi üzrə 1479,47 ABŞ dolları əsas, 477 ABŞ dolları faiz borcu, cəmi 1956,47 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun və ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun p ozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında hazırki iddia ilə bağlı hüquq münasibətlərindən əvvəl, yəni 19.04.2014-cü il tarixdə bağlanmış CP/80606/39 nömrəli istehlak krediti müqaviləsi (i.v. 88-90) mövcud olmuş, daha sonra Cavabdeh 19.05.2015-ci il tarixli, MM/37208/51 saylı kredit müqaviləsi üzrə İddiaçı-dən 1753 ABŞ dolları məbləğində pul götürərək əvvəlki, yəni 19.04.2014-cü il tarixdə bağlanmış CP/80606/39 saylı kredit müqaviləsi üzrə banka olan qalıq borcunu tam olaraq ödəmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş 2086 saylı 19.05.2015-ci il tarixli qəbz və 4065 saylı 19.05.2015-ci il tarixli kassa məxaric orderi ilə təsdiq olunur. Belə ki, 4065 saylı 19.05.2015-ci il tarixli kassa məxaric or derinə əsasən (i.v. 41) Cavabdeh 1753 ABŞ dolları məbləğində kredit həmin orderə imza edilməklə verilmiş (orderdəki «orderdə yazılmış məbləği aldım» sözlərinin qarşısındakı imza Cavabdeh tərəfindən mübahisələndirilməmişdir) və 2086 saylı 19.05.2015-ci il tarixli qəbzə əsasən həmin məbləğ CP/80606/39 saylı kredit müqaviləsi üzrə qalıq borcun ödənişinə yönəldilmişdir. Bu hal sözügedən qəbz və kassa məxaric orderindəki «hesab» nömrələrinin fərqli olması ilə də aydın şəkildə öz təsdiqini tapır. Digər tərəfdən İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədinə görə, MM/37208/51 saylı 19.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş 1753 ABŞ dolları məbləğində kreditin təxminən 273 ABŞ dolları hissəsi (əsas borc üzrə) ödənilmiş (bu məbləğə daxil olmayan faizlər üzrə də müvafiq ödənişlər həyata keçirilmişdir), 24.01.2017-ci il tarixli maliyyə arayışına əsasən hazırda onun Banka 1479,47 ABŞ dolları məbləğində əsas, 477 ABŞ dolları məbləğində isə faiz borcu qalmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442, 443.1, 445.2.1, 445.2.2, 527.1, 528-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirov anın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun ol mazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar