Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2319/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sadıxov Pərviz Aydın oğluna qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi, ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(104)155/2023 nömrəli qətnaməsindən üçüncü şəxs Sadıxov Pərviz Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 27 may 2015-ci il tarixli, 0035 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh illik 8% dərəcəsi ilə 108 ay müddətinə 48000 manat məbləğində kredit verilmişdir. 2. 27 may 2015-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh ünvan 1 ünvanında, mülkiyyətdə olan 0,0172 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini almışdır. Müqaviləyə əsasən fərdi yaşayış evinin satış qiyməti 60000 man at müəyyən olunmuş, evin dəyərinin 12000 manatı alıcının özü tərəfindən, 48000 manatı isə "xxxx" ASC tərəfindən qeyd olunan kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Cavabdeh fərdi yaşayış evini 27 may 2015-ci il tarixli, 0035 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Sadıxov Pərviz Aydın oğlu Cavabdeh əri olmaqla, 27 may 2015-ci il tarixli notarial qaydada yazdığı ərizə ilə Gəncə şəhəri, Təbriz küçəsi, 225 saylı evin sonuncunun adına alınmasına və ipotekaya qoyulmasına razılıq vermiş, heç bir etirazının olmadığını, bununla əlaqədar gələcəkdə də heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. 4. "xxxx" ASC-nin lisenziyası ləğv edildiyindən "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması Bank "xxxx" ASC-yə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bank "xxxx" ASC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sadıxov Pərviz Aydın oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 27 may 2015-ci il tarixli 0035 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03 iyun 2021-ci il tarixinə olan 33189,52 manat əsas borc, 8138,04 manat faiz borcu, cəmi 41327,56 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan 27 may 2015-ci il tarixli 0035 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə sonuncuya məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 0,0172 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin müddə ti ərzində öz öhdəliklərini pozaraq, ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur.
7. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “X3” MMC-nin 29 noyabr 2021-ci il tarixli rəyinə əsasən ünvan 3 №-li fərdi yaşayış evi və 0,0172 ha torpaq sahəsinin likvid dəyəri 37093 manat müəyyən edilmişdir.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsi ilə (hakim K.Z.Hüseynov) iddia təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2015-ci il tarixli, 0035 nömrəli kredit müqaviləsinin ləğ v edilməsi, Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 33189,52 manat əsas, 8138,04 manat faiz, cəmi 41327,56 manat məbləğində borcun tutularaq ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,0172 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və 0,0172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 37093 manat müəyyən edilməsi ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 317.1, 319.1, 427.3, 442.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 33, 34.1, 39.3-cü, həmin Qanunun 28 dekabr 2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada 59.3, 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Üçüncü şəxs Sadıxov Pərviz Aydın oğlu apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, şişirdilmiş faizlərin azaldılması, ipoteka predmetinin real bazar dəyərinin təyin edilməsi və əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsində alınmış “X2” MMC-nin 19 dekabr 2022 ci il tarixli rəyinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 0,0172 ha torpaq sahəsi ilə birlikdə bazar qiymətlərinə uyğun ilkin satış dəyəri təqribən 69300,00 manat, likvid dəyəri isə 65835,00 manat məbləğində müəyyən edilir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(104)-155/2023 nömrəli qətnaməsi ilə (hakim L.S.Süleymanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.T.Həsənovun və Ş.Q.Rzaquliyevin iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(044)156/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ünvan 3 nömrəli fərdi yaşayış evinin 0,0172 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti kimi likvid dəyəri 65835 manat məbləğində müəyyən edilmiş, qətnamə ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə edilən mənzilin likvid dəyərinin 65835,00 manat təşkil etməsi barədə əldə edilmiş mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurmur. Digər tərəfdən mübahisə tərəfləri həmin rəylə razı olduqlarını bildirmişlər. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilməlidir.
14. Məhkəmə, həmçinin Mülki Məcəllənin 205.1, 205.2-ci, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti satıldıqdan 1 ay sonra evin boşaldılması hissəsində haqlı olmuşd ur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sadıxov Pərviz Aydın oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(104)-155/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 205.1 və 205.2-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçının ipoteka predmetinə məhdud əşya hüququ olsa da, həmin əmlak satılmadığı halda, cavabdehin və ailə üzvlərinin çıxarılması əsassızdır. “İpoteka haqqında” Qanunun 59-cu maddəsi pozulmuşdur. Belə ki, evdə yaşayan şəxslər həmin evi boşaldacaqları barədə üzərinə öhdəlik götürməmişlər. “İpoteka haqqında” Qanunun 39-cu maddəsi pozulmuşdur. Belə ki, ipoteka predmeti olan evin torpaq sahəsi ilə birlikdə dəyəri 69000 manatdan çoxdur. İpoteka ilə yalnız fərdi yaşayış evin yüklü edilmiş, torpaq sahəsi ipoteka predmetinin predmetini təşkil etmir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi pozulmuşdur. Məhkəmələr işdə olan sübutları düzgün qiymətləndirməmişlər.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. İddiaçı Bank "xxxx" ASC kassasiya şikayətinə yazılı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmış, kassasiya şikayətinin dəlilləri formal xarakterli mülahizələrə əsaslanır. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pr osessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissələrində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxl ayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərt lə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər e vdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri il ə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş və işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır.
27. İpoteka predmetinin ilkin satış qiyməti hissəsində kassasiya şikayətinin dəlilləri üzrə qey d olunmalıdır ki, iş materiallarına əsasən həmin qiymətin müəyyən edilməsi məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti üzrə təkrar qiymətləndirmə rəyi alınmışdır. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli məhkəmə iclas protokoluna əsasən üçüncü şəxs izahat verərkən əldə olunmuş mütəxəssis rəyi ilə razlaşdığını göstərmişdir. Hazırda kassator müəyyən olunan qiyməti mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır.
28. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan 27 may 2015-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsi ilə ipoteka predmetini yalnız fərdi yaşayış evi deyil, “mülkiyyətdə olan 0,0172 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayı ş evi” təşkil etmişdir. Odur ki, tutmanın ipoteka predmeti olaraq fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunarkən daşımaz əmlakın vahid əmlak kimi nəzərə alınması “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olmuşdur.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəylər əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
30. Kassasiya şikayətinin digər dəlili üzrə məhkəmə kollegiyası izah edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin dispozisiyasına görə, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması tələbi imperativ xarakter daşımaqla, iki halla şərtləndiril mişdir: əmlak kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bu iki şərtdən birinin mövcudluğu ipoteka qoyanın və onunla birlikdə həmin əmlakdan istifadə edən ailə üzvlərinin həmin əmlakı ən geci bir ay ərzində boşaltması öhdəliyini yaradır. “İpoteka haqqında” Qanunun bu norması ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılmasını məhkəmə qaydasında tələb etmək hüququnu həmin ipoteka müqaviləsinin tərəfi olan və əmlak xeyrinə yüklü edilmiş ipoteka saxlayana vermişdir.
31. Nəzərə alınmalıdır ki, ipoteka predmeti ola n əmlakın boşaldılması ayrıca bir hərəkət deyil, həmin əmlaka ipoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi ilə bağlı olan bütöv bir prosesin tərkib hissəsi kimi çıxış etməklə, ipoteka predmetinin hərraca çıxarılaraq özgəninkiləşdirilməsinin davamı kimi müəyyən edilmişdir. Qeyd edilən yanaşma ipoteka institutunun spesifik xüsusiyyətindən irəli gəlir. Belə ki, ipoteka qoyan şəxs ipoteka ilə təmin edilmiş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinin satılacağını və əldə edilmiş vəsaitin kreditorun qarşısında öhdəliyin təmin edilməsinə yönəldiləcəyini bilir və şüurlu surətdə kreditor qarşısında belə bir öhdəlik götürür. Həmçinin, ipoteka qoyanla birgə yaşayan ailə üzvləri də bu öhdəliyin hüquqi nəticələri barədə xəbərdar olur və ipoteka müqaviləsinin h əmin şərtlərlə bağlanmasına razılıq verirlər. Kreditor isə onun xeyrinə icra edilməli olan gecikdirilmiş öhdəliyin mümkün qədər tez icra olunmasında iqtisadi marağı olan hüquq subyekti qismində çıxış edir. Bu cür iqtisadi maraq ipoteka predmetinin mümkün qədər qısa müddətdə özgəninkiləşdirilməsi yolu ilə kreditorun əsas öhdəlik üzrə ümid etdiyi nəticənin ağlabatan müddətdə təmin edilməsini ehtiva edir. İpoteka predmetinin əldə edilməsindən sonra həmin əmlaka real mülkiyyət hüquqlarının həyata keçirilməsi imkanından məhrum olmaq və onun boşaldılması barədə ayrıca məhkəmə mübahisəsi açmaq perspektivi potensial alıcıların həmin əmlakı əldə etməyə olan marağını azaldır. Bu isə son nəticədə hüquqi müəyyənlik prinsipinin tələblərinə də cavab verməməklə yanaşı, mülki prosesin təməl prinsiplərin dən olan prosessual qənaət prinsipi baxımından da yolverilməzdir.
32. Hazırki işdən müəyyən olunur ki, ipoteka nəinki kreditin qaytarılmasının təminatı olaraq rəsmiləşdirilmişdir, həmçinin üçüncü şəxs notarial qaydada ərizə ilə razılıq vermişdir.
33. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun bir ay müddətində boşaldılması hissəsində də qanuni olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və ə saslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sadıxov Pərviz Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 fevral 2023-cü il tarixli, 2(104)-155/2023 nömrəli qətnaməsi mübahisələndirilən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul