Məhkəmə qərarları › İş №2(102)-232/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-232/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-232/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili X5 iştirakı ilə, İddiaçı” BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1061/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜ ƏYYƏN ETDİ: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5870 ABŞ dolları kredit borcunun (kredit müqaviləsi üzrə əsas kredit məbləği, əsas məbləğə hesablanmış faiz və cərimə) və qanunvericiliyə müvafiq olaraq bununla bağlı çəkilmiş bütün xərclərin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10 manat dövlət rüsumunun İddiaçı BOKT QSC-in xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxx 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə 2020 ABŞ dolları məbləğində əsas kredit borcu, 655 ABŞ dolları əsas məbləğə hes ablanmış faiz borcu və 310 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə, cəmi 2985 ABŞ dolları məbləğində kredit borcu ödənildiyi günə azərbaycan manatına məzənnə ilə, həmçinin ödənilmiş 10 manat dövlət rüsumunun alınaraq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə qaytarılması, iddia tələbinin məlum kredit borcunun müştərək qaydada digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində rədd edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat cavabdehdən alınaraq dövlət nəfinə Az.MEM,VÖİN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməs inin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 saylı qətnаməsi iddianın əsas borca (2020 ABŞ dolları) dair hissəsi üzrə ləğv edilmiş və mülki işin əsas borca (2020 ABŞ dolları) dair hissəsi üzrə işin icraatına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və İnşallah Quliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(107)-1061/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(033)-896/2018 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1061/2019 nömrəli, xx xxxxxx 20 19-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri qeyd olunan qətnamələri qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, apellyasiya instansiyası özünün təşəbbüsü ilə xx xxxx 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə pulun götürülməsini təsdiq edən "kassa məxaric orderi"ni əldə etmək istəsə də buna nail olmamışdır. Çünki, həqiqətdə cavabdeh kredit təşkilatından pul götürməmişdir. İddiaçı "İddiaçı" BOKT QSC də həmin pulun Cavabdeh1 verilməsini təsdiq edən kassa məxaric orderini məhkəməyə təqdim etməkdə maraqlı olmamışdır. Bununla belə, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi xx xxxx 2009cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə pulun Cavabdeh1 tərəfindən bankdan götürülməsi qənaətinə gəlmiş, lakin, işin bu halına öz qətnamələrində toxunmamış və pulun götürülmüş olmasının hansı mötəbər sübutla təsdiq olunduğunu əsaslandırmamışdırlar. Məlum olduğu üzrə "İddiaçı" BOKT QSC-dən pulun götürülməsini təsdiq edən sənəd kredit müqaviləsi yox, kassa mədaxil orderidir. İşin faktiki halları onu deməyə əsas verir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərait yaratmamış, iddiaçının qanunsuz və əsassız arqumentlərini qanunvericilikdə nəzərdə tutulmayan, aid olmayan və ziddiyyətli sübutlarla "əsaslandırma q" istiqamətində birtərəfli, səthi və qeyriobyektiv araşdırma aparmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 80, 81, 82.3, 88, 217 və 261-ci maddələrinin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da borclu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun Banka 2020 ABŞ dolları məbləğində əsas kredit borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2009-cu il tarixliCAZag36066/09 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilədə cavabdehə 18 ay müddətinə, illik 36 % faiz hesablanmaqla 3000 ABŞ dolları kredit veriləcəyi nəzərdə tutulmuş, müqavilənin 1.2-ci bəndində kredi t məbləğinin borcluya onun “xxxx” ASC Zaqatala regional filialındakı hesabına köçürülməklə və ya nağd qaydada verildiyi qeyd edilmişdir. Mülki Məcəllənin: - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etm əli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, pul məbləğinin cavabdehə verilməsinə dair məxaric sənədlərini məhkəməyə təqdim edilməməsi apellyasiya şikayətinin əsas dəlili olmuş, həmin sənədlərin məhkəməyə təqdim edilməsi üçün isə məhkəmə tərəfindən zəruri hərəkətlər edilməmişdir. Belə ki, iddiaçının işin 160-cı vərəqində olan vəsatətindən görünür ki, iddiaçı qeyd edilən kreditin cavabdehə verilməsinin 2009-cu ildə keçmiş “xxxx” ASC tərəfindən icra olunduğunu, müqavilə bağlanandan 1 gün sonra cavabdehə verildiyini, həmin sənədlərin həmin bankda olduğunu, lakin həmin bank ləğv prosesində olduğundan onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu n bu sənədləri yalnız məhkəmə qərardadı əsasında təqdim edə biləcəklərini qeyd etməsini əsas gətirərək, müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli qərardadla müvafiq sənədlər Əmanətlərin sığortalanması Fondundan tələb edilsə də, qərardadda bu sənədlərin niyə məhz Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi açıqlanmadığından, yəni "İddiaçı" BOKT QSC-nin xx xxxx 2009-cu il tarixli CAZag36066/09 nömrəli kredit müqaviləsi üzrə pulu Cavabdeh1 “xxxx” ASC-nin vasitəsilə ödəməsi (və ya həmin şəxsin o bankda olan hesabına köçürülməsi) və xxxx” ASC-nin ləğvedicisi olaraq bu barədə sənədlərin ondan tələb edilməsi göstərilmədiyindən, Fond xx.xx.2019-cu il tarixi məktubu ilə bu məsələ ilə əlaqədar İddiaçı BOKT-a müraciət edilməsin i tövsiyə etmişdir. Göründüyü kimi, müqavilə üzrə vəsaitin iddiaçının hesabına köçürülməsi və ya nağd verilməsi barədə sübutların əlavə edilməsi üçün görülən tədbirlər qənaətbəxş olmamışdır. Bundan başqa, iddiaçı xx.xx.2019-cu ildə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsas borcunun olmadığını, faiz və dəbbə pulunun tutulmasını xahiş etmiş, məhkəmə iclasında isə iddiaçının nümayəndəsi 2020 ABŞ dolları əsas borcdan imtina etdiyini göstərmişdir. Lakin apellyasiya məhkəməsi bu imtinanın səbəblərini araşdırmamış, tələb edilən faiz və dəbbə pulunun hansı qaydada, hansı müddətə hesablanmasını aydınlaşdırmadan, yalnız kredit müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olmasının məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olunmasına istinad etməklə, iddianın bu hissədə təmin edilməs i nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPMin 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də qətnamə ləğv edilməli v ə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1061/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar