Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-232/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2 020-ci il tarixli, 2(103)83/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “xxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC arasında xx xxxxxx 2013-cü il tarixli 109822-1-10188 saylı Baş kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən bank tərəfindən “Cavabdeh3 Şirkəti” MMC-yə xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2023-cü il tarixədək 10000000 ABŞ dolları və ya onun manat ekvivalenti məbləğində kredit xətti açmışdır. Həmin razılaşma çərçivəsində eyni tərəflər arasında kommersiya krediti müqavilələri, o cümlədən xx xxxxxx 2014-cü tarixli ******** saylı kommersiya krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tə rəfindən “Cavabdeh3 Şirkəti” MMCyə 60 ay müddətinə, illik 12,5% olmaqla ******* manat məbləğində kredit verilmişdir. xx xxxxxxx 2015-ci il tarixdə xx xxxxxx 2014-cü tarixli ******** saylı kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma bağlanaraq müqavilə üzrə xx xxxxxxx 2015-ci il tarixə olan borcu kapitallaşdırılaraq ******* manat məbləğində müəyyənləşdirilmiş və borcun illik 12,5 faizlə 46 ay müddətində (xx xxxxxx 2019-cu il tarixədək), imzalanmış ödəniş cədvəlinə uyğun olaraq qaytarılması razılaşdırılmışdır. Kommersiya krediti müqaviləsinin təminatı kimi: - “xxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC arasında xx xxxxxx 2013-cü il tarixli 109822-NEDVİJ-2213 saylı daşınmaz əmlak ipoteka müqaviləsi ilə tam xüsusi mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (xxx) bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 187800 manat məbləğində qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxxCavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 242746 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 78000 manat məbləğind ə qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxxCavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli 242743 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 458000 manat məbləğində qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxxCavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli 242745 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka pre dmeti tərəflərin qarşılıqlı razılığı ilə 493000 manat məbləğində qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxxCavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixli 242748 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 343200 manat məbləğində qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxxCavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 242751 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 41000 manat məbləğində qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxxCavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 242752 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 96000 manat məbləğində qiymətləndirilmişdir. - “xxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC arasında xx xxxxxx 2014-cü il tarixli 242754 saylı daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi ilə ta m xüsusi mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Avtomobillərin servis mərkəzi) bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 660400 manat məbləğində qiymətləndirilmişdir. Eyni zamanda, kommersiya krediti müqaviləsinin təminatı kimi “xxx (Azərbaycan)” ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixli 120850-7-6667 saylı və xx xxxxxx 2014-cü il tarixli 1-7-7687 saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 borclu “Cavabdeh3 Şirkəti” MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün m əsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. “Cavabdeh3 Şirkəti” MMC yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. “xxx (Azərbaycan)” ASC tərəfindən təqdim olunmuş xx xxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən “Cavabdeh3 Şirkəti” MMC-nin xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu ******* manat, faiz borcu 146563,16 manat, cərimə borcu 13521,50 manat, cəmi borcu 1734854,66 manat təşkil edir. İddiaçının təqdim etdiyi X1 və Monitorinqi Şöbəsinin xx xxxx 2016-cı il tarixli rəyinə əsasən: - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olar 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (xxx) 100000 manat məbləğində; - Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzil 78000 manat məbləğində; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 284000 manat məbləğində; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 493000 manat məbləğində; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası 343800 manat məbləğində; - Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləş ən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi 41000 manat məbləğində; - Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi 65000 manat məbləğində; - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (avtomobillərin servis mərkəzi) 410000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı ipoteka predmetlərinin bazar qiyməti ilə bağlı ekspertiza təyin edilmiş və “X2” İctimai Birliyinin xx xxxxxx 2016-cı il tarixli ekspert rəyinə əsasən: - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (xxxnın) likvid qiyməti 70000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin likvid qiyməti 80000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiyməti 200000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiyməti 280000 manat; - Cavabdeh2 m əxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının likvid qiyməti 95000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin likvid qiyməti 40000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin likvid qiyməti 95000 manat; - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (avtomobillərin servis mərkəzinin) lik vid qiyməti 350000 manat məbləğində qiymətləndirilmişdir. Birinci apelyasiya baxışı zamanı ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin xx xxxx 2017-ci il tarixli rəyindən görünür ki: - “Cavabdeh3 Şirkəti” MMC-nin mülkiyyətində olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (xxx) bazar qiyməti 250000 manat; - Cavabdeh1 mülkiyyətində olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin bazar qiyməti 140000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 405000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 535000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 430000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 120000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 200000 manat; - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 720000 manat təşkil edir. Birinci apelyasiya baxışı zamanı ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx”xxxx“Cavabdeh3 Şirkəti” MMC-nin mülkiyyətində olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (xxx) bazar qiyməti 100000 manat; - Cavabdeh1 mülkiyyətində olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəl i evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin bazar qiyməti 90000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 270000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 420000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 250000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 50000 m anat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 80000 manat; - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 400000 manat olması müəyyən edilmişdir. İkinci apelyasiya baxışı zamanı alınmış “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatlarına əsasən: - Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin bazar qiyməti 10650 0 manat, likvid qiyməti 95850 manat; - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (xxx) bazar qiyməti 173400 manat, likvid qiyməti 147400 manat; - “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 805000 manat, likvid qiyməti 684300 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 511700 manat, likvid qiyməti 435000 manat; - Cavabdeh2 məxsus olan ünva n 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 397700 manat, likvid qiyməti 338000 manat; - Cavabdeh2 məxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının bazar qiyməti 143400 manat, likvid qiyməti 121900 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 60000 manat, likvid qiyməti 51000 manat; - Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin bazar qiyməti 204700 manat, likvid qiyməti 163800 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh3 Şirkəti” MMCnin ******** saylı, xx xxxxxx 2014-cü tarixli kommersiya krediti müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixə banka borclu olduğu ******* manat məbləğində əsas borcun, 146563,16 manat məbləğində faiz borcunun və 13521,50 manat cərimənin, cəmi 1734854,66 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxx (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin aşağıda göstərilən ipoteka predmetlərinə yönəldilməsi, tam xüsusi mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (xxx) - ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilə ilkin satış qiyməti 78000 manat məbləğində müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerl əşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 284000 manat məbləğində müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 493000 manat məbləğində müəyyən edilməklə; xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 343800 manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə - ilkin satış qiyməti 41000 manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilməklə; tam mülkiyyət hüququ ilə “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (Avtomobillərin servis mərkəzi) - ilkin satış qiyməti 410000 manat məbləğində müəyyən edilməklə; əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “xxx (Azərbaycan)” ASC-yə ödənilməsi; ipoteka predmetləri olan göstərilən əmlakla rın məcburi qaydada boşaldılması; 109822-1-10188 saylı, xx xxxxxx 2013-cü il tarixli “Baş kredit razılaşması”nın və ******** saylı, xx xxxxxx 2014-cü tarixli kommersiya krediti müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)6929/2016 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, xx xxxxxx 2013-cü il tarixli, 109822-1-10188 saylı “Baş kredit raz ılaşması”nın və xx xxxxxx 2014-cü tarixli, ******** saylı kommersiya krediti müqaviləsinin ləğv olunması, cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ******* manat məbləğində əsas borcun, 146563,16 manat məbləğində faiz borcunun və 5000 manat məbləğində cərimənin, cəmi 1726333,16 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxx (Azərbaycan)”xxxx“Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 1 ha torpaq sahəsində yerləşən 1591,9 kv.m ümumi, 518,3 kv.m əsas, 1073,6 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə (xxx) ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə; Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilə ilkin satış qiyməti 78000 manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan ünvan 2, 0,12 ha torpaq sahəsində yerləşən, 1306,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 284000 manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan ünvan 2, 0,125 ha torpaq sahəsində yerləşən, 1005,5 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 493000 manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan ünvan 2, 0,096 ha torpaq sahəsində yerləşən, 690,4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 343800 manat müəyyən edilməklə; Cavabdeh1 məxsu s olan ünvan 2 0,15223 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 41000 manat müəyyən edilməklə; Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinə ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə; “Cavabdeh3 Şirkəti” MMC-yə məxsus olan ünvan 2 icarəsində olan 0,45 ha torpaq sahəsində yerləşən, 2 girişli, 2737 kv.m ümumi, 852,2 kv.m əsas, 1884,8 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına ilkin satış qiyməti 410000 manat müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetləri olan əmlakların açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ipoteka predmetindən çıxmazsa, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh “Cavabdeh3 Şirkəti” MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Həmçinin zamin lər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə “Cavabdeh3 Şirkəti” MMC-nin bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürdüklərindən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər müştərək qaydada ödəməlidirlər. Məhkəmə həmçinin Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə istinad edərək dəbbə pulu üzrə məbləği azaltmışdır. İpoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər bununla bağlı razılıq əldə etmədiklərindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə onun tərəfindən təyin edilərək, “X2” İctimai Birliyi tərəfindən verilmiş qiymətləndirici rəyi ilə onun kifayət qədər əsaslandırılmamasına görə razılaşmamış və iddiaçı Cəmiyyətin Girovları Qiymətləndirilməsi və Monitorinqi Şöbəsinin verdiyi rəyi əsas götürmüşdür. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli, 2(005)-6929/2016 nömrəli qətnaməsinin dəyişdirilməklə, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin xx xxxxxx 2017-ci il tarixli ekspert rəyi ilə təsdiq edilmiş qiymətlərlə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1369/2018 nömrəli qətnaməsi ilə (hakim S.F.Hacıyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apelyasiya şi kayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)-6929/2016 nömrəli qətnaməsi ipoteka predmetlərindən:
1. Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin;
2. Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin;
3. Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş,
1. Cavabdeh1 məxsus olan ünvan 2əsində istifad ədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin ilkin satış qiymətinin 90000 manat;
2. Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat;
3. Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə, yəni digər ipoteka predmetlərinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi bu qənaəti ni apelyasiya baxışı zamanı keçirilmiş təkrar ekspertiza rəylərində üç əmlakla bağlı ziddiyyətin olmaması və “xxxx” MMC tərəfindən aparılmış ekspertiza rəyindəki qiymətlərin kifayət qədər fərqli dərəcədə yüksək olması, reallığa uyğun olmaması ilə əsaslandırmışdır. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 birgə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1369/2018 nömrəli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)4305/2018 nömrəli qərarı ilə (hakim A.Ə.İsgəndərovun sə drliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1369/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi əslində ekspert rəyləri arasında ziddiyyət olduğunu etiraf etmiş, lakin bu ziddiyyətin aradan qaldırılması üçün tədbir görməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülkiyyətçilərin qanunla qorunan əmlak hüquqlarının müdafiəsi baxımından ipoteka predmeti olan əmlakların həqiqi dəyərinin yenidən müəyyən edilməsi zəruridir. Məhkəmə sübutların, o cümlədən ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələblərini, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilmiş hesabatda (rəydə) müəyyənləşdirilmiş qiymətlərin çox aşağı olmaqla cavabdehlərin istinad etdikləri digər ekspert rəyində göstərilən qiymətlərdən kəskin surətdə fərqləndiyini nəzərə alaraq, həmin rəyin mötəbərliyinin şübhəli olduğuna diqqəti cəlb etmiş və hesab etmişdir ki, işə apelyasiya qaydasında yenidən baxan məhkəmə əsl həqiqətin müəyyən edilməsi və sübutların mötəbərliyinin təmin olunması məqsədilə iş üzrə qarşıya qoyulan məqsədə müvafiq olaraq məhkəmə əmtəəşünaslıq və ya məhkəmə tikinti-texniki ekspertizasının, yaxud hər ikisinin eyni vaxtda təyin olunması, ekspertizanın ilk növbədə qanunvericiliklə bu növ fəaliyyətlə məşğul olmaq və daşınmaz əmlakların qiymətləndirməsini həyata keçirmək səlahiyyət inə malik olan dövlət ekspert müəssisələrinin (X3 Komitəsi və Məhkəmə Ekspertiza Mərkəzi) ekspertlərinə həvalə olunması məsələlərini müzakirə etməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)83/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(005)6929/2016 nömrəli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş,
1. Cavabdeh1 məxsus olan ünvan 2əsində istifadədə olan 0,126 ha torpaq sahəsində yerləşən, 9 nömrəli evin 56,3 kv.m ümumi, 25,5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 146 nömrəli mənzilin ilkin satış qiymətinin 90000 manat;
2. Cavabdeh1 məxsus olan ünvan 2 0,15223 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, 86,8 kv.m yaşayış, 34,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 manat;
3. Cavabdeh1 məxsus olan ünvan 2 0,25 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 91,9 kv.m yaşayış, 75,2 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmiş, qətnamə digər ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələbləri nəzərə alınaraq, ikinci apelyasiya baxışı zamanı iş üzrə məhkəmə ti kinti-texniki ekspertizası təyin edilmiş və qərardadın icrası X3 Komitəsinə həvalə edilmişdir. Həmin qərardad xx xxxxxx 2018-ci il tarixdə X3 Komitəsinə göndərilsə də, keçən müddət ərzində icra olunmamış və bununla bağlı cavab məktublarında qiymətləndirmə işi üçün müəyyən edilmiş xidmət haqqının əvvəlcədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi bildirilmişdir. Bununla bağlı iş üzrə tərəflərə 10 gün müddətində qiymətləndirmə işi üçün müəyyən edilmiş xidmət haqqının əvvəlcədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hesablaşma hesabına ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilmişdir. Lakin X3 Komitəsi qərardadı icra etməmiş və təkrarən dəfələrlə eyni məzmunlu məktublarla xidmət haqqının əvvəlc ədən ödənilməsinin təmin edilməsini bildirmişdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzində bu növ ekspertizalar keçirilmədiyinə görə hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardadın icrası «xxxx» MMC-yə həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bütün ekspert rəylərini araşdıraraq və müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yuxarıda qeyd olunan 3 ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin əmlakların ilkin satış qiyməti, əvvəlki apelyasiya baxışı zamanı keçirilmiş “xxxx” MMC-nin rəyində əks olunmuş qiymətlərlə müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi, təqdim edilmiş “X2” İctimai Birliyinin xx xxxxxx 2016-cı il tarixli ekspert rəyinin kifayət qədər əsaslandırılmamasını qeyd etsə də, təkrar ekspertiza təyin etməyərək, iddiaçı tərəfindən təqdim edilmiş rəyi əsas götürmüşdür. Halbuki, ipoteka predmetinin ilkin satış qiyməti barəsində tərəflər arasında razılıq olmamış, belə olan halda isə ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhz məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməli idi. Bu baxımdan əvvəlki apelyasiya baxışı zamanı təkrar ekspertizalar təyin edilmiş və təqdim edilmiş rəylərə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətləri arasında qeyd olunan üç daşınmaz əmlakdan başqa digər ipoteka predmetlərinin ilkin satış qiymətlə ri arasında ziddiyyətin olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin rəylər arasında “xxxx” MMC tərəfindən müəyyən olunan qiymətlər digər rəylərdəki qiymətlərdən əhəmiyyətli dərəcədə (2 və 3 dəfə çox) fərqlənir. Həmin rəydə qeyd olunan qiymətlərlə həm ipoteka bağlanan zaman razılaşdırılmış, həm də birinci instansiya məhkəməsində müəyyən edilmiş qiymətlər arasında kəskin fərq olduğundan əvvəlki apelyasiya baxışı zamanı ipoteka predmetlərinin bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan rəylər verilmişdir. Həmin rəydə müəyyən olunan qiymətlərlə digər rəylər (“xxxx” MMC tərəfindən verilmiş rəy istisna olmaqla) arasında isə cüzi fərq vardır və bu qiymətlər reallığa daha uy ğundur. Bundan başqa “xxxx” MMC-nin qiymətləndirmə hesabatları ilə müəyyən olunan qiymətlər ipoteka müqavilələri bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərə daha yaxındır. İkinci apelyasiya baxışı zamanı “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatlarında müəyyən olunmuş qiymətlər də işdə olan digər rəylərlə müəyyən olunan qiymətlərdən, o cümlədən tərəflərin razılığa gəldikləri qiymətlərdən kəskin fərqlənir. Belə ki, həmin hesabatlara əsasən bəzi əmlakların qiyməti kəskin artmış, bəzilərinin qiyməti isə kəskin azalmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 birgə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki K ollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-83/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişlər. İşin faktiki hallarına və məhkəmə mübahisəsinin gedişatına istinad olunan kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf kredit müqaviləsini bağlayarkən öz üstünlüyündən istifadə edərək ipoteka predmetlərini dəyərlərindən xeyli aşağı qiymətə qeydə almışdır. İddiaçı tərəf bu razılaşmadan, yəni kredit müqaviləsinin bağlandığı vaxtdan 9 aydan sonra mülki iddia ilə məhkəməyə müraciət edərkən əmlakların ilkin satış qiymətini daha da aşağı müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi ilə ipoteka predmetlərinin dəyərini ekspert rəyləri ilə deyil, iddiaçı tərə fin öz qiymətləndiricisi tərəfindən öz mənafelərinə uyğun göstərdiyi aşağı ilkin satış qiymətləri ilə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi ekspertizanın X3 Komitəsi tərəfindən keçirilməsi təmin etməmiş və bununla prosessual hüquq normaları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili xxx kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri bar ədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apelyasiya məhkəməsi qətnaməni cavabdehlərin şikayəti üzrə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində yoxlamışdır. Kasasiya şikayətini də cavabdehlər eyni dəlillərlə bağlı verdiklərindən kasasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmad ıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsas ən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin həqiqi ilkin satış qiymətlərini müəyyən etmək məqsədi ilə əmlakın qiymətləndirilməsinə dair təkrar məhkəmə ekspertizaları təyin etmiş və Azərbaycan Respublikası MPM-in 88 və 103-ü maddələrinə uyğun olaraq alınmış rəyləri səlahiyyətləri çərçivəsində qiymətləndirərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmişdir. Həmçinin qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi ikinci apelyasiya icraatında MPM-in 420-ci maddəsinə uyğun kasasiya m əhkəməsinin göstərişlərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsini X3 Komitəsinə həvalə etsə də, mübahisələndirilən qətnamədə istinad olunan əsaslara görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. O cümlədən, cavabdehlər ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirsə də, ekspertizanın təyin edilməsi barədə qərardadın icrasız qaldığı 7 aydan artıq müddətdə Komitənin tələbi ilə xidmət haqqının ödənilməsi üçün hər hansı hərəkət etməmişlər. Bu səbəbdən, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalar ını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər “Cavabdeh3 Şirkəti” MMC, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)83/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.