Məhkəmə qərarları › İş №2(102)-232/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-232/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-232/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı XXX cavabdehlər Cavabdeh1 və Əliyeva Gövhər İsmayıl qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-232/22 (Açar sözlər: borcun tutulması, ekspert rəyi, cərimənin azaldılması) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı "YELO BANK” ASC-nin cavabdehlər Cavabdeh1 və Əliyeva Gövhər İsmayıl qızına qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5510/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında 12 sentyabr 2014-cü il tarixində kredit müqaviləsi bağlanıb.

2. Müqaviləyə əsasən Cavabdeh1 illik 21 faizlə 24 ay müddətinə 19000 ABŞ dollar məbləğində kredit verilmişdir. 03 aprel 2015-ci il tarixdə əlavə sazişə əsasən kreditin müddəti 03 iyun 2017-ci ilədək uzadılıb.

3. Borcun təminatı olaraq, Cavabdeh2 ilə də 12 sentyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

4. Mübahisə müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "YELO BANK” ASC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Əliyeva Gövhər İsmayıl qızından müştərək qaydada "YELO BANK” ASC-nin xeyrinə 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8178.03 ABŞ dolları əsas, 4081 ABŞ dolları faiz və 2472.78 ABŞ dolları cərimə borcunun, 03.06.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1212.75 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, cəmi 16214,56 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərini pozaraq, edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, üzərlərin ə düşən öhdəliyi lazımınca yerinə yetirməmişlər.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad etmişdir.

8. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Əliyeva Gövhər İsmayıl qızından müştərək qaydada 8178.03 ABŞ dolları əsas, 4081 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu olmaqla gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1212.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13.571,78 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsu munun tutularaq iddiaçı "YELO BANK” ASC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Əşir Səmədov)

9. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, cavabdehlər Cavabdeh1 və Əliyeva Gövhər İsmayıl qızı kredit və zaminlik müqavilələri ilə öz üzərlərinə götürdükləri kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmişlər, ödənilməli olan əsas borcu, faizləri və cəriməni ödəməməklə müqavilə öhdəliklərini yerinə yetirməmişlər.

10. Birinci instansiya məhkəməsi əsas, faiz və əldən çıxmış fayda üzrə borcu bankın təqdim etdiyi maliyyə arayışı üzrə tutmuş, cərimə məbləğini tənasübsüz yüksək hesablanması əsası ilə 100 manat saxlamışdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1,442, 445.2, 448.1, 448.2, 467, 470.1, 472.1, 472.2-ci, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmədə iştirakı təmin edilməyib; - kredit müqaviləsi üzrə son ödəniş 03 iyun 2017-ci il müəyyən edilib. İddia ərizəsi 29 iyul 2020-ci ildə verilməklə iddia müddəti ötürülüb.

14. Cavabdeh apellyasiya baxışında iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5510/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzr ə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Şərafət Məmmədova)

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd edib ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məl umatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən kuryer qaiməsini nəzərə alaraq iddianın müddətin ötürülməsinə dair dəlillərinin əsassız saymış və göstərmişdir ki, cavabdehin məhkəmədə iştirak hüququnun pozulması və iddia müddətinin ötürülməsi barədə ərizənin üzrlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməməsi əsasları müəyyən edilmir.

18. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, cavabdeh hüquqlardan sui-istifadə edərək zamanında məhkəməyə müraciət etməmiş və bu məsuliyyət həddi onun özünə məxsusdur və bu baxımdan iddia müddətinin ötürülməsi üçün ümumiyyətlə prosessua l əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh Cavabdeh1 (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq göstərilib ki, kredit müqaviləsi üzrə borc tamamilə bağlanıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin on un icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu az alda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kas sasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

24. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

26. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, iddia müddətinin tətbiq edilməli olmasını göstərib.

27. Barəsində şikayət verilən qətnamədən görünür ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə ey nilik təşkil edən apellyasiya şikayətinin həmin dəlillərinə tam qiymət verib.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə hazırki qətnamənin qeyd edilən dəyərləndirməsi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, cavabdeh iddia müddətinin tətbiq barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim etməmiş, həmin ərizənin üzrlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməməsi əsasları da müəyyən edilməmişdir.

29. Kredit müqaviləsi üzrə borcun bağlanması barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, əvvəla, bu dəlil yeni dəlil olmaq la işə mahiyyəti üzrə baxan məhkəmələrdə irəli sürülməyib, üstəlik işin faktiki hallarının araşdırılması ilə bağlıdır ki, kassasiya instansiyası da işin faktiki hallarını araşdırmır.

30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5 510/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar