Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-232/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun olmamasının müəyyən edilməsi və tikilinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 47 saylı ev RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona mülkiyyətində olan və Bakı şəhəri, V.Vəliyev küçəsində yerləşən 47 saylı evə cavabdehlərin istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və evin “B” literli tikilisinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ev “A” və “B” tikililərdən ibarətdir. Ev əvvəllər iddiaçının nənəsi Meyransa Osat qızına məxsus olmuşdu r. Meyransa Osat qızı öldükdən sonra ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına xx.xx.2016-cı il tarixdə “Çıxarış” verilmişdir. İddiaçı ilə cavabdehlər arasında qohumluq əlaqəsi yoxdur, iddiaçı cavabdehləri ümumiyyətlə tanımır. Buna baxmayaraq cavabdehlər evin “B” tikilisini zəbt edərək orada yaşayırlar. Nə iddiaçı, nə də ki onun nənəsi cavabdehləri həmin tikiliyə buraxmamışlar.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, mübahisəli evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi – Meyransa Osat qızı evin “B” tikilisini ümumi qohumları olan X9 xx.xx.1967-ci il tarixdə bağışlamışdır. Buna gö rə də, iddia əsassız hesab edilərək rədd edilməlidir.
5. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X2, habelə X1 və Cavabdeh1 nümayəndəsi X5 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etmişlər.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-14417/2016 nömrəli, 14 dekabr 2016-cı il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia tələbi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 aid hissədə tərəflər məhkəmə iclasına gəlmədiyindən baxılmamış saxlanılmışdır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-14417/2016 nömrəli, 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim M.Qarayeva) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 1980-ci ildə, Cavabdeh2 isə 1999-cu ildə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata a lınmış və həmin vaxtdan etibarən həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri nəzərə alındıqda müəyyən edilir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları yaranmışdır. Belə ki, həmin Mülki Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
9. İddiaçı cavabdehləri tanımadığını, onlar ilə qohum olmadığını bildirsə də, cavabdehlərin mərhum Meyransa Osat qızı ilə qohumluq əlaqələri olmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə, Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, nə iddiaçı, nə də ki onun nənəsi Meyransa Osat qızı ilə cavabdehlər arasında qohumluq əlaqələri olmayıb. Onlar cavabdehləri həmin evə köçürməyiblər, cavabdehlər ilə birgə təsərrüfat idarə etməyiblər. Belə olan halda hazırki iddia Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbləri baxımından deyil, xx.xx.2000-ci ildə qüvvəyə minmiş və hazırda da qüvvədə olan Mülki Məcəllənin 152 və 157-ci maddələrinin tələbləri baxımından həll olunmalı və əsa slı hesab edilərək, təmin edilməli idi. Belə ki, həmin maddələrin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Lakin işə baxmış Rayon Məhkəməsi göstərilənləri nəzərə almamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 5 iyul 2023-cü il tarixli, 2(103)- 4/2023 nömrəli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2016-cı il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “mübahisəli tikilinin boşaldılması” tələbin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikilinin boşaldılması barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, apellyasiya icraatı zamanı hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş işlər üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçının bu kimi iddianı qaldırmağa müvafiq subyektiv hüququ artıq mövcud deyil.
15. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından (İş № 2(102)-3540/2022) görünür ki, həmin işlərə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin “B” tikilisi evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi Meyransa Osat qızı tərəfindən hələ xx.xx.1967-ci il tarixdə bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdə də, həmin tikilinin Meyransa Osat qızının ölümündən sonra sonuncunun mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınması, daha sonra isə qanun üzrə vərəsəlik qaydasında mərhumun vərəsə si olan iddiaçının mülkiyyətinə keçməsi və reyestrdə onun adına qeydə alınması düzgün olmamışdır. Çünki həmin tikili xx.xx.1967-ci il tarixdən etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmırdı.
16. Hazırki iş üzrə tərəflər yuxarıda qeyd edilən iş üzrə tərəf olmuşlar və MPM-in 82.3-cü maddəsinə görə isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. Bu baxımdan hesab edilməlidir ki, hazırki iş üzrə iddiaçı, mübahisəli evin “B” tikilisinin də onun mülkiyyətində olmasına və Mülki Məcəllənin 152, 157-ci maddələrinə əsaslanaraq həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün subyektiv hüquqa malik deyil. Qeyd edilən s əbəbdən həmin tələb təmin edilə bilməz. Rayon Məhkəməsi isə həmin tələbi təmin etməsə də, tələbi həmin əsasla deyil, tələbin əsassız olması və Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə zidd olması əsası ilə təmin etməmişdir.
18. Rayon Məhkəməsi müzakirə edilən tələbi təmin etməsə də, işin hallarını tam müəyyən edə bilməmiş və maddi hüquq normasını səhv tətbiq etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin iddiaçının ona mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlaka subyektiv hüququnun olmaması nəticəsinə gəlməsi əsassızdır. Belə ki, nə qədər ki, İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd qüvvədədir, onun daşınmaz əmlaka subyektiv hüququ mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Beləliklə, nə qədər ki, cavabdeh Umudova (Mehdiyeva) Rəna Həmid qızının mülkiyyət hüquqlarını təs diq edən sənəd mövcud deyil və İddiaçı həmin (eyni) əmlaka mülkiyyət hüquqlarını təsdiq edən dövlət qeydiyyatına alınmış sənəd vardır, ən azından İddiaçı həmin əmlaka subyektiv hüququ mövcuddur. Məhkəmə hazırkı işə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarını, Mülki Məcəllənin 139.1, 140, 152.1-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmiş, səhv və qanunsuz nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qo runan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pros essual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 47 saylı ev “A” və “B” literli tikililərdən ibarətdir. Həmin ev əvvəllər iddiaçının nənəsi Mey ransa Osat qızına məxsus olmuşdur. Meyransa Osat qızı öldükdən sonra isə ev vərəsəlik hüququ ilə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər evin “B” tikilisində yaşayırlar.
36. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən, mübahisəli ev iddiaçının mülkiyyətindədir.
37. İddiaçı, ev üzərində mülkiyyət hüququnun olmasına əsaslanaraq evin “B” literli tikilinin boşaldılmasını, başqa sözlə cavabdehlərin əşyaları ilə birlikdə həmin tikilidən çıxarılmasını və tikilinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələblərini araşdırıb qeyd etmişdir ki, apellyasiya icraatı zamanı hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş işlər üzrə qəbul edilmiş və artıq qa nuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüququ artıq mövcud deyil.
39. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından (İş № 2(102)-3540/2022) görünür ki, həmin işlərə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin “B” literli tikilisi evin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının nənəsi Meyransa Osat qızı tərəfindən hələ xx.xx.1967-ci il tarixdə bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdə də, həmin tikilinin Meyransa Osat qızının ölümündən sonra sonuncunun mülkiyyəti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınması, daha sonra isə qanun üzrə vərəsəlik qaydasında mərhumun vərəsəsi olan iddiaçının mülkiyyəti nə keçməsi və reyestrdə onun adına qeydə alınması düzgün olmamışdır. Çünki həmin tikili xx.xx.1967-ci il tarixdən etibarən Meyransa Osat qızının mülkiyyəti sayılmırdı.
40. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər yuxarıda qeyd edilən iş üzrə tərəf olmuşlar və MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı, mübahisəli evin “B” literli tikilisinin onun mülkiy yətində olmasına və Mülki Məcəllənin 152, 157-ci maddələrinə əsaslanaraq həmin tikilinin boşaldılaraq ona təhvil verməyi tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Qeyd edilən səbəbdən həmin tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin tələbi təmin etməsə də, tələbi həmin əsasla deyil, tələbin əsassız olması və Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə zidd olması əsası ilə təmin etməmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşmayıb və apellyasiya baxışı ilə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi müzakirə edilən tələbi təmin etməsə də, işin hallarını tam müəyyən edə bilməmiş və maddi hüquq normasını səhv tətb iq etmişdir. Bu isə MPM-in 385-ci maddəsinin tələbinə görə, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh “X4” publik hüquqi şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qərar aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-4/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.