Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-232/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-994/2024 nömrəli 14 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Sonuncu həmin avtomobilə dair 9 aprel 2028-ci il tarixədək Cavabdeh avtomobilin idarə edilməsi barədə etibarnamə vermişdir. 2. 19 dekabr 2022-ci il tarixdə saat 00:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7,2-ci kilometrliyində İddiaçı məxsus olan və Cavabdeh idarə etdiyi “Toyota Rav-4” markalı avtomobil ilə X4 idarə etdiyi “Mercedes Benz” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.
3. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli 13 yanvar 2023- cü il tarixli qərarla baş vermiş yol-nəqliyyat hadisəsinə görə Məmmədov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmək) müəyyən edilmiş və buna görə o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində onun avtomobilinə dəymiş 39928 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 dekabr 2022-ci il tarixdə 00:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2ci kilometrliyində Cavab deh idarə etdiyi “Toyota Rav-4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X4 idarə etdiyi “Mercedes Benz” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. DİN-in Baş İstintaq və təhqiqat idarəsi tərəfindən araşdırma aparılmış, 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin hadisəni törətməkdə təqsirli bilinən şəxs Cavabdeh olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Cavabdeh barəsində inzibati tənbeh görülməsi üçün qərarın surəti BDYPİ-nin YPXA-ya göndərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus, mülkiyyətində olan avtomobil tamamilə sıradan çıxmışdır. "xxxx" Mərkəzi tərəfindən dəymiş ziyan qiy mətləndirilərək 39928 manat müəyyən edilmişdir. Avtomobilin xərcini ödənilməmiş hissəsini cavabdehdən tələb etsə də, müsbət nəticə olmamışdır.
6. Məhkəmə qərardadı ilə mülki iş üzrə ekspertiza və təkrar ekspertizalar təyin edilmiş, müvafiq ekspert rəyləri alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli rəyi ilə 2022-ci il buraxılışlı “Toyota Rav 4” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir. “Toyota Rav 4” markalı avtomobil 2022-ci il buraxılışlı olduğundan dəyişilmiş ehtiyat hissələrinin qiyməti yeni ehtiyat hissələrinin qiymətlərinə müvafiq hesablanır.
7. Həmçinin həmin mərkəzin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli ekspert rəyi ilə 2022-ci il bur axılışlı “Toyota Rav-4” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir.
8. Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(021)-94/2024 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 39917 (otuz doqquz min doqquz yüz on yeddi ) manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbində qeyd etdiyi zərər qismən təsdiqini tapdığından iddia tələbi qismən təmin edilməlidir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçıya vurulmuş ziyan ekspertiza rəyi ilə 39917 manat müəyyən edildiyindən iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə iddia tələbi rədd olunmalıdır.
10. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla qismən təsdiq edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.4, 1096, 1097.1, 1098.2 və 1115-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan avtomobil özəl ekspertizaya aparılmadan ilkin qiymətləndirmə rəyi alınmışdır. Eləcə də dəymiş ziyanın yüksək məbləğdə müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan avtomobil satıldığı halda avtomobilə dəymiş ziyan məbləğinin müəyyən edilməsi sual doğurur. Hətta qətnaməyə yazılan avtomobilin dövlət qeydiyyat nişanı ilə qəza törədilmiş, yəni iddiaçının mülkiyyətində olan avtomobilin dövlət qeydiyyat nişanı eyni deyil.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-994/2024 nömrəli 14 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X6 ( sədrlik edən və məruzəçi), X2 və X1) apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(021)-94/2024 nömrəli qətnaməsi “Cavabdeh avtomobilin təmir-bərpa xərcinə görə 39917 manat alınaraq İddiaçı verilməsi” hissədə dəyişdirilmiş, İddiaçı məxsus “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 27063,3 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
15. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı məxsus “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törətməsi və hadisənin baş verməsində cavabdehin təqsirli olması, habelə həmin hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəyməsi işin mübahisəsiz hallar ıdır. İşin mübahisə doğuran tərəfi dəymiş ziyanın hansı məbləğdə olmasıdır.
16. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iki dəfə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 9/28584 nömrəli ekspert rəyi ilə 2022-ci il buraxılışlı “Toyota Rav-4” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir. Həmçinin həmin mərkəzin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli ekspert rəyi ilə də 2022-ci il buraxılışlı “Toyota Rav-4” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 39917 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatı zamanı avt omobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qiymətləndirmə aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmış və ölkə ərazisindəki avto-ehtiyyat hissələri satışı bazarında məhkəmə ekspertizası mərkəzinin təcrübəsində toplanmış məlumatlardan və qiymətlərdən istifadə edilmişdir.
17. Məhkəmə iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut olaraq qiymətləndirmiş və rəyin qeyri-obyektiv olması barədə cavabdeh tərəfin arqumentlərini əsassız hesab etmişdir.
18. Bununla belə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın əvəzini 39917 manat müəyyən etməkdə haqlı olmamışdır. Çünki "xxxx" Mərkəzi MMC-nin 26 dekabr 2022-c i il tarixli ilkin qiymətləndirmə məlumatları əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli, 9/7425 nömrəli ekspert rəyindən müəyyən olunur ki, “Toyota Rav-4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildəki dəyişdirilməli ehtiyat hissələrinin ümumi dəyəri 26153 manat, görülməli işlərin ümumi dəyəri 11434 manat olmaqla, cəmi xərc 37587 manat təşkil edir. Həmin məbləğin əlavə dəyər vergisi 6765 manatdır. Eləcə də MMC tərəfindən avtomobilə çəkilməli olan cəmi 37587 manat xərcə 10 faiz endirim nəzərdə tutulmuşdur. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Toyota Rav-4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli ehtiyat hissələrinin və görülməli işlərin cəmi dəyəri 37587 manat müəyyən ed ilsə də, servis tərəfindən edilən 10 faiz endirim nəzərə alınmaqla və ƏDV tətbiq olunmadan (37587-3758,7-6765) avtomobildə dəyişdirilməli ehtiyat hissələrinin və görülməli işlərin cəmi dəyəri 27063,3 manat təşkil edir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən 21-ci maddəsində zərər anlayışının tərifi verilmişdir. Həmin tərifə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı etibarnamə üzrə nümayəndəsinin (vəkil) məhkəməyə göndərdiyi ərizədə qeyd edilmişdir ki, İddiaç ı “Toyota Rav-4” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmədən qəzalı vəziyyətdə 10000 (on min) ABŞ dolları müqabilində başqa şəxsə satmışdır. Göründüyü kimi, İddiaçı məxsus Toyota Rav-4 markalı, 90-NO555 dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı servis xidməti göstərilmədən qəzalı vəziyyətdə sonuncu tərəfindən həmin avtomobil başqa şəxsə satılmışdır. Belə olan halda isə sözügedən avtomobilə dair xərclər üçün hesablanmış məbləğə əlavə dəyər vergisinin dəymiş maddi ziyan kimi hesablanaraq həmin məbləğin cavabdehdən tutulması yolverilməzdir.
19. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Toyota Rav-4” markalı avtomobilə dəymiş ziyanın əvəzi 27063,3 manat təşkil edir. Birinci instansiya mə hkəməsi isə yuxarıda şərh olunanları hərtərəfli, tam və obyektiv araşdırmamış və avtomobilə dəymiş ziyanın məbləğini 39917 manat məbləğində müəyyən etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 39917 (otuz doqquz min doqquz yüz on yeddi) manat alınaraq İddiaçı verilməsi hissədə dəyişdirilməli və həmin hissədə dəymiş ziyan məbləği 27063,3 (iyirmi yeddi min altmış üç) manat məbləğində müəyyən edilməlidir. 20. “İddiaçının mülkiyyətində olan avtomobil özəl ekspertizaya aparılmadan ilkin qiymətləndirmə rəyi alınmışdır. Qətnaməyə yazılan avtomobilin dövlət qeydiyyat nişanı ilə qəza törədilmiş, yəni iddiaçının mülkiyyətində olan avtomobilin dövlət qeydiyyat nişanının eyni olmaması” barədə apellyasiy a şikayətinin dəlilləri apellyasiya məhkəməsi tərəfindən əsassız hesab edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə məhkəmə qərardadlarında İddiaçı məxsus “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanı texniki yanlışlığa yol verilərək **-ON-*** dövlət qeydiyyat nişanlı göstərilmişdir. Bunun nəticəsi olaraq da iş üzrə verilmiş ekspert rəylərində sözügedən avtomobilin dövlət qeydiyyat nişanı səhvən **-NO-*** əvəzinə **-ON-*** qeydiyyat nişanı kimi qeyd edilmişdir. Həmçinin bu texniki yanlışlığa birinci instansiya məhkəməsinin qətnaməsində də yol verilmişdir. Lakin İddiaçı məxsus “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat ni şanı iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında, o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda və.s sənədlərdə düzgün olaraq, yəni **-NO-*** dövlət qeydiyyat nişanlı göstərilmişdir. Yəni ekspert rəylərində, habelə məhkəmə qətnaməsində iddiaçıya məxsus avtomobilin dövlət qeydiyyat nişanının səhv göstərilməsinin səbəbi ekspertizaya başqa avtomobilin təqdim edilməsi deyil, texniki yanlışlıq nəticəsində olmuşdur. Bu kontekstdə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ekspertiza təyin edilmə barədə qərardadındakı və qətnaməsindəki “Toyota Rav-4 markalı **-ON-*** dövlət qeydiyyat nişanlı” ifadəsini texniki səhv olar aq qiymətləndirmişdir.
21. Bununla belə, məhkəmə qeyd olunan səhvin gəlinən nəticəyə təsir etmədiyi, eləcə də qətnamənin formal mülahizələrə görə ləğv edilməsinin prosessual qanunvericilik baxımından məqsədəuyğun hesab edilmədiyi qənaətilə, göstərilən çatışmazlığı qətnamənin ləğvi üçün əsas hesab etməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77, 88 və 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin təmin edilən hissəsində ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qiymətləndirmə aktına diqqət etməmişdir. Belə ki qiymətləndirmə aktında göstərilən 10 faiz endirim edildikdən sonra yekun məbləğ göstərilmişdir. Lakin məhkəmə buna diqqət göstərməyərək endirim edilmiş məbləğə yenidən endirim etmişdir. Hesablanmış ƏDV məbləğinin də cavabdeh tərəfindən ödənilməməli olduğu qənaətinə gəlmişdir. Ekspertiza mərkəzi tərəfindən dəymiş ziyanın məbləği müəyyən edilsə də, məhkəmə səbəb olmadan rəyi əsas götürmədən vurulmuş ziyanın məbləğini azaltmışdır
25. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edil məsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən mövcud olmayan bir avtomobilə dair qiymətləndirmə rəyi alınıb. Avtomobilin özəl ekspertizaya aparılmadan baxıldığı halda həmin rəyin alınması və yüksək məbləğin müəyyən edilməsi ciddi qanun pozuntusudur. Satıldığı halda avtomobilin ban nömrəsinə baxaraq qiymətləndirmə aparmalı olduğu halda bunlar edilmədən rəy alınmışdır. Hətta qətnaməyə yazılan maşının qeydiyyat nömrəsi ilə qəza törədən maşının nömrəsi eyni deyildir.
27. Həmin zərər "xxxx" Şirkəti tərəfindən obyektiv şəkildə qiymətləndirilmiş və zərərin həcmi cəmi 10998 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi məbləğ qiymətləndirmə şirkətinin müəyyən etdiyi məbləğin 3 mislindən daha çoxdur. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı z ərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər i vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etm ək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılma lıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 4
1. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.
43. Hazırkı kassasiya şikayətləriində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə Cavabdeh kassasiya şikayəti təmin edilməməli, iddiaçı Orucov Namazi Vilayət oğlunun kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
45. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu dəlillər tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Cavabdeh kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
48. İddiaçı Orucov Namazi Vilayət oğlunun kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəllillər qismən əsaslıdır.
49. Belə ki, iş materiallarına görə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus avtomobilə ziyanın dəyməsi mübahisəsizdir. Tərəflər arasında mübahisəli hal dəymiş zərərin məbləği ilə bağlıdır. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini ekspert rəylərinə əsasən 39917 manat müəyyən etmiş, lakin bununla razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi tərəfindən servisdən edilən 10 faiz endirimin nəzərə alınmaması və avtomobil təmir olunmadan qəzalı vəziyyətdə 10000 ABŞ dollarına satıldığına görə isə təmirə dair xərclər üçün hesablanmış 6765 manat əlavə dəyər vergisinin cavabdehdən tutulması əsassız olmuşdur. 10 faiz endirim və 6765 manat əlavə dəyər vergisi çıxıldıqdan sonra dəymiş zə rərin məbləği 27063,3 manat təşkil edir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il və 24 noyabr 2023-cü il tarixli tarixli rəyləri ilə qəzaya uğramış avtomobilin təmir-bərpa xərclərinin təxminən 39917 manat olması müəyyən olunmuşdur. Hər iki rəy "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2022ci il tarixli Qiymətləndirmə aktına əsasən verilmiş, vurulmuş zərər hesablanarkən həmin aktda göstərilənlər olduğu kimi göçürülmüşdür.
51. Qiymətləndirmə aktından, ekspert rəylərindən görünür ki, əlavə dəyər vergisi də daxil olmaqla iddiaçıya vurulmuş ziyanın ümumi məbləği müəyyən olunan zaman 37596,61 manat ehtiyat hissələri və təmir bərpa xərclərinə 6767,39 manat əlavə dəyər vergisi əlavə edildikdən sonra yekun 443600 manatdan 10 faiz, yəni 4460 manat servis endirimi çıxılmış, qalan 39928 manat ziyanın olması müəyyən edilmişdir.
52. Apellyasiya məhkəməsi 6767 manat əlavə dəyər vergisinin hesablanmaması qənaətinə gələrək həmin məbləğ çıxıldıqdan sonra, qalıq məbləğin deyil, yenidən əlavə dəyər vergisi məbləğinin daxil olduğu 44600 manatın 10 faizini çıxmaqla səhvə yol vermiş, nəzərə almamışdır ki, əlavə dəyər vergisinin hesablanması istisna olduğu halda, qalan məbləğin 10 faiz servis endirimi qalan məbləğə münasibətdə, yəni 37596,61 manata münasibətdə hesablanmaqla çıxılmalıdır. Adi riyazi hesablamalara görə bu məbləğ 33837 manat edir.
53. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əlavə dəyər vergisinin hesablanmalı olmaması barədə qənaəti düzgün olsa da, 10 faiz servis endiriminin çıxılması məsləsinin həllində səhvə yol vermişdir. Ona görə də həmin hissədə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Orucov Namazi Vilayət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-994/2024 nömrəli iş üzrə 14 iyun 2024-cü il tarixli qətnaməsi İddiaçı məxsus “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 27063,3 (iyirmi yeddi min altmış üç manat altmış üç qəpik) manat alınaraq iddiaçıya verilməsi hissədə dəyişdirilsin. İddiaçı məxsus “Toyota Rav-4” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh 33837 (otuz üç min səkkiz yüz otuz yeddi) manat alınaraq İddiaçı verilsin. İddiaçı kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilməsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.