Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2321/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh2, kassatorların vəkili X2, iddiaçıların vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(009 )-111/2017, hakim A.R.Tağıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada zərərə görə 5582 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 5.613 manat məbləğində pulun alınaraq iddiaçılara verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1858/2018, hakimlər A.N.İmanov, R.Ə.Qurbanov, E.Q.Nəbiyev) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarı i lə (iş № 2(102)-4379/2018, hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev)Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9533/2018, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişlər. İşin halları: Bakı şəhəri, Səbail rayonu, 2-ci Səlyan döngəsi 1 7-də yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla İddiaçı2 sahibliyindədir. O, hazırda xaricdə yaşadığından evi öz qardaşı X1 etibarnaməli idarəçiliyinə vermiş və sonuncu da həmin evi 08 dekabr 2015-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 kirayəyə vermişdir. 27 yanvar 2016-cı il tarixdə həmin evin mətbəxində quraşdırılmış qaz sobasının qaz borusuna birləşən hissəsindən qaz sızması nəticəsində evdə partlayış baş vermiş və bununla əlaqədar evin və orada yerləşən kirayəyə verənə məxsus əmlakın yararsız vəziyyətə düşməsi səbəbindən Hüseynovlara maddi zərər dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat – İstintaq İdarəsi təhqiqatçısının 21 iyun 2016-cı il tarixli qərarı ilə partlayış hadisəsi ilə əlaqədar cinayət işinin başlanmasından imtina olunmuşdur. 2016-cı ilin oktyabr ayında İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək partlayışın Cavabdeh1 və Cavabdeh2 evdən istifadə etdikləri müddətdə baş verməsini əsas göstərməklə onlara dəymiş zərərin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalaı pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçıların vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını qaz sızması nəticəsində partlayış baş vermiş evə dəymiş zərəri n cavabdehlərdən tutulması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnaməsi cavabdehlər tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiya məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, hazırda cavabdehlər həmin qətnaməni kassasiya qaydasında mübahisələndiriirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya inst ansiyası məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamə mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan sübutlara istinad olunmadan, işin həqiqi halları müəyyən olunmadan, eləcə də tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasladırılmadan çıxarılmaqla mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etmədiyindən qanuni sayıla bilməz. Cavabdehlərin mübahisəli mənzildə bir ay yarım müddət ərzində yaşamaları, hadisənin məhz həmin ərəfədə baş verməsi, eləcə də hadisənin qaz sobasının qaz borusuna birləşdirildiyi yerdən qazın sızması nəticəsində baş verməsi və bu barədə ekspert rəyinin olması, iddiaçılara maddi zərər dəyməsi işin mübahisəsiz halları olmaqla həmin halların mövcudluğu baş vermiş hadisədə cavabdehlərin təqsirli olmaları qənaətinə gəlmək ü çün əsas vermir. Eləcə də məhkəmənin sübut kimi istinad etdiyi hadisədən əvvəl evdə olan qaz cihazlarına baxış keçirilməsi və bu zaman heç bir nöqsanın aşkar olunmaması barədə cinayət işinin başlanmasından imtina olunmasına dair təhqiqatçının qərarında göstərilənlər cavabdehlər tərəfindən hadisənin baş verməsinə səbəb olan mülki hüquq pozuntusu törədilməsi nəticəsinə gəlmək üçün məhkəməyə əsas verməmişdir. Evin tikilməsinə müvafiq icazənin olub-olmaması, onun hüquqi statusu, evə qaz xəttinin çəkilməsinə müvafiq səlahiyyətli təşkilatın icazəsinin olub-olmaması, qaz xəttinin kimin tərəfindən çəkilib qaz sobasına birləşdirilməsi və bunun nə dərəcədə texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsi yoxlanılmamış və cavabdehlərin həmin hadisənin baş verməsində bilavasitə hər hansı for mada təqsirli olmaları barədə məhkəmə instansiyalarına sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qo yula bilər. Məhkəmə instansiyaları tərəfindən cavabdehlərin hüquqa zidd hansı hərəkətlərə yol verilmələrini təsdiq edən mübahisəsiz və mötəbər sübutlar müəyyən olunmadığından və mövcud sübutlar iddianın onlara münasibətdə təmin edilməsi üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş yeni apellyasiya baxışına göndərilməlidir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 06 noyabr 2018-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməsini təkrarlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmi ş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki halları barədə cavabdehlərin kassasiya şikayətində irəli sürdükləri dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2321/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2321/2019
04.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver