Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2321/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, öhdəliyin icra edilməməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlu ibarət tərkibdə, İddiaçı2 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-209/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC tərəfindən verilmiş qəbzə əsasən, Cavabdeh məxsus bank kartına 5000 manat məbləğində pul daxil olmuşdur.
2. İddiaçı2 cavabdehə X2 müxtəlif vaxtlarda hissə-hissə, ümumilikdə 29.000 manat məbləğində pul verdiyini iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı2 (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) 29000 manat borc pulun, hüquqi xidmətlərə görə ödənilmiş 320 manat məbləğində pulun və 177 manat ödənilmiş dövlət rüsumun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh torpaq alqı-satqısı üçün təcili olaraq pul lazım olduğunu bildirmiş və bu məqsədlə ona köməkl ik göstərməyini iddiaçıdan xahiş etmiş, xx.xx.2024-cü il tarixdə pulu geri qaytaracağına iddiaçını inandırmışdır. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2024-cü il tarixdə 14000 manat olmaqla, ümumilikdə 29000 manat məbləğində pul vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə bankdan kredit götürüb iddiaçıdan aldığı 29000 manat məbləğdə pulu geri qaytaracağını bildirmişdir. İddiaçı cavabdehə 24000 manat məbləğində pulu əlbəəl vermiş, 5000 manat pulu isə xx.xx.2023-cü il tarixdə cavabdehin istifadəsində olan 5239 1517 0203 2940 nömrəli karta göndərmişdir. Cavabdeh verdiyi vədə əməl etməmiş və ondan aldatma yolu əldə etdiyi 29000 manat məbləğində pulun geri qaytarılmasından yayınmışdır. xx.xx.2024-cü il tarixdən etibarən iddiaçı ca vabdehin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə hər gün dəfələrlə zəng etmiş, lakin cavabdeh pulu qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan yayınmışdır. Bir neçə gündən sonra isə ümumiyyətlə iddiaçının zənglərinə cavab verməmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan 29000 manat pulu heç vaxt almamışdır. O, iddiaçıdan cəmi 5000 manat məbləğində pul almışdır.
6. Lerik Rayon Məhkəməsinin 2(048)-241/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən borc qismində 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 177 manat, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişd ir. (hakim Atabəy Kiçikbəyov)
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Cavabdehin iddiaçıya 5000 manat borclu olması ilə bağlı tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir.
8. İddiaçının cavabdehdən tələb etdiyi 24000 manat məbləğində pul tələbinə gəldikdə belə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə bu barədə kifayət qədər sübut təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyə n hissədə ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində şahidlər dindirilmiş və borcun etirafı ilə bağlı iddiaçı ilə cavabdeh arasında səs yazısını əks etdirən bir ədəd CD hazırlıq iclasında birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı şahidlər pulun iddiaçı tərəfindən cavabdehə verilməsini sübut etmişlər. Lakin məhkəmə şahidlərin ifadəsinə hüquqi qiymət verməmişdir. Bundan başqa tərəflər arasında səs yazısını əks etdirən bir ədəd CD məhkəməyə təqdim edilsə də, məhkəmə baxışı zamanı tədqiq olunmamış və məhkəmə baxışı zamanı həmin CD-də əks olunmuş səs yazılarının dinlənilməsi məhkəmədən xahiş edilsə də, məhkəmə həmin diskin iş materialların da olmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı sübutlar tədqiq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş şəxsə sualları hakim vermiş və digər şəxslərin suallar verməsinə şərait yaradılmamışdır.
12. Apellyasiya baxışında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O Özü də əvvəllər tikinti materiallarının satışı ilə bağlı sahibkarlıqla məşğul olmuşdur. Daha sonra mağazanı bağlamışdır. Lakin Malikin də yanında sarıcı işlədiyi böyük qardaşına kömək etmək üçün müştəri olduqca onun mağazasına yönləndirmişdir. Qardaşı Malik zəng edərək ondan pul istəmişdir. Evdə olan 15000 manat pulun 14000 manatını götürərək Dərnəgüldə yerləşən tikinti materialları mağazasına getmişdir. Malik zəng vuraraq Cavabdeh çağıraraq iş yerindəki otaqda pulla rı sayaraq cavabdehə vermişdir. Rüfət iş günləri başlayanda banklar açılan kimi kredit götürərək borcu qaytaracağını bildirmişdir.
13. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o iddiaçının arvadıdır. 27 dekabrda alış-verişə gedərkən Cavabdeh Malikin telefonuna zəng etdi. Bir müddət keçdikdən sonra Rüfət onlara yaxınlaşaraq maşının arxa oturacağında əyləşdi. Malik maşının saxlama yerindən 10000 manatı cavabdehə verdi. Rüfət pulu saydı və bir neçə gün ərzində qaytaracağını bildirdi.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-209/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (haki mlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Taleh Kərimov, Cahid İmanov)
15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şahidlərin dindirilməsi və ona suallar verilməsi üçün apellyasiya baxışında kifayət qədər zəruri şərait yaradılmışdır. Ancaq işdə olan protokolda əksini tapmış şahidlərin hər ikisinin iddiaçının yaxın qohumu olması baxımından onların verdiyi informasiyaya tənqidi yanaşan məhkəmə kollegiyası onları mötəbər sübut olaraq qəbul etmir. Çünki həmin şahid ifadələri digər hər hansı sübutla təsdiq edilmir. Beləcə, həmin şahid ifadələrinin digər mötəbər sübutlarla yanaşı dəyərələndirilməsi mümkün deyildir.
16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər arasında baş tutmuş səs yazısını əks etdir ən bir ədəd CD diski tədqiq edilmiş, həmin səsyazıda hazırkı iddia tələbi üzrə qeyd edilən məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi yaxud cavabdehin iddiaçıya həmin məbləği qaytarmalı olması halı təsdiqini tapmamışdır. Həmin səsyazının tədqiqi üçün iddiaçının nümayəndəsinə kifayət qədər zəruri şərait yaradılmışdır. Belə ki, məhkəmə iclasları nümayəndənin xahişi əsasında təxirə salınmış və diskdə olan çoxsaylı (100-dən artıq) səsyazının içərisindən mövcud sübutun seçilərək məhkəməyə təqdim edilməsi üçün vaxt verilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1324.3, 329.2, 390.1-ci, Mülki Prosessual Məcəlləni 14.2, 76.1, 76.2, 77.1, 89.1 və 106.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat: a) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş iki nəfər şahid qismində dindirilsələr də, şahidlərin dindirilməsi məhkəmə iclasının protokollarında öz əksini tapmamışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübut, yəni tərəflərin səs yazısını əks etdirən CD disk iş materiallarından yoxa çıxarılmışdır. Bu mövzu apellyasiya instansiyası məhkəməsində qaldırıldıqdan sonra birinci ins tansiya məhkəməsi iş materillarının geri göndərlməsi barədə apellyasiya instansiyası məhkəməsinə sorğu göndərmişdir. Mülki iş birinci instansiyası məhkəməsindən apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqdan sonra iş materiallarına boş CD diskin əlavə edilməsi müəyyən edilimşdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən sübutların iş materillarından yoxa çıxarılmasına yol verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu hallara hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, nəticədə qanuni, əsaslı və ədalətli qə tnamə qəbul etməmişdir. Belə ki, şahidlər hər birinsi instanasiya məhkəməsində, həm də apelyasiya instansiya məhkəməsində eyni ifadələri verməklə iddia tələbini tam sübuta yetirmişlər. Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilən hissədə yoxlanılmasına səthi yanaşmış, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntularına düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 106.3. Yərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu b arədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelly asiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsi barədədir. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri üzrə yoxlayaraq, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
26. İddia tələbi cavabdehdən 29000 manat pulun alınıb iddiaçıya qaytarılması barədədir.
27. İşə mahiyyəti üzrə baxan məhkəmələrin, o cümlədən apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, iddiaçı iddia tələbini yalnız 5000 manat hissədə sübut edə bilmiş (həmin hissədə iddianı cavabdeh etiraf etmişdir), qalan məbləğə aid hissədə iddia tələbini mötəbər, ziddiyyətsiz sübutlarla sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmçinin iddiaçının təqdim etdiyi CD və şahid ifadələrini nəyə görə qəbul etmədiyini sübutları qiymətləndirmək səlahiyyəti olan apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun əsaslandırmışdır.
29. Bu baxımdan, apellyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə işin hallarına uyğundur.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
31. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, təmin edilməyən pul məbləğinə dair hissədə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı həmin hissədə öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həm in hissədə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi i lə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
34. Məhkəmə kollegiyasi bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Belə liklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-209/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.